Məhkəmə qərarları › İş №2-1(102)-2134/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2134/2019

24.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2134/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X7 Departamentinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2134/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X2 ibarət tərkibdə, iddiaçı X1, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X7 Departamentinin vəkili Vəkil iştirakları, İ.Muradovun katibliyi ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X7 Departamentinə qarşı əmrlərin ləğv edilm əsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)918/2019 saylı qərardadından cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X7 Departamenti və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X7 Departamentinə qarşı əmrlərin ləğv edilməsinə qarşı əmrlərin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq icraatının xxxx 2019-cu il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatət verərək iddiaçı X1 qeydiyyat ünvanının ünvan 1 aidiyyət i üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli 2-1(81)-1214/2019 nömrəli qərardadı ilə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X7 Departamentinə qarşı əmrlərin ləğv edilməsi tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir (hakim – Ş.Süleyanova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-918/2019 saylı qərardadı ilə (sədrlik edən H.Ü.Həmidov, hakimlər E.E.Nağıyeva və V.Ə.Baxışova) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli 2-1(81)-1214/2019 nömr əli qərardadı ləğv edilmuiş, iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-918/2019 saylı qərardadından cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X7 Departamenti və vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən İPM-nin 8.1.3,15.1, 27, 84, 87.1, 87.2-ci maddələrinin tələbləri pozulmuş, iddiaçı dövlət qulluqçusu hesab olunduğundan iddiaçının qeydiyyatda olduğu ünvana əsasən məhkəmə aidiyyəti müəyyən edilməli, işə baxan məhkəmə iddiaçının şəxsiyyət vəsiqəsindəki məlumatları deyil, iddiaçının sür ücülük vəsiqəsini və Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş arayışı əsas götürmüşdür. Tərəflərin izahatları Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X7 Departamentinin vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-918/2019 saylı qərardadının ləğv edilməsini xahiş etdi. İddiaçı X3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-9 18/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının şəxsiyyət vəsiqəsinə əsasən onun qeydiyyat ünvanı Ağdam şəhəri, Budyonnu küçəsi, ev 5-dir, İddiaçı Mirsücəddin oğlunun məskunlaşdığı ünvan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş və iş materiallarının 42-ci vərəqəsinə əlavə edilmiş Seriya AA № **** vəsiqəyə əsasən Bakı şəhəri, Yasamal rayonudur, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Yasamal rayonu üzrə Sektorunun ***** №-li xxxx 2019-cu il tarixli arayışa əsasən iddiaçının yaşayış yeri və qeydiyyatı Bakı şəhəri, Yasamal rayonudur, İddiaçı X1 verilmiş AB № ***** sürücülük vəsiqəsindən göründüyü kimi, iddiaçının yaşa yış yeri ünvan 4 ünvanıdır. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçının Bakı şəhəri, Yasamal rayonunda yaşaması iş materialları ilə təsdiq olunduğundan inzibati işə iddiaçının yaşayış yeri üzrə yerin məhkəməsində, yəni, Məhkəmə-Hüquq Şurasının 2017-ci il xxxx tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və İnzibati-İqtisadi məhkəmələrinin ərazi yurisdiksiyası”nın 15.5-ci bəndinə əsasən, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə baxılmalıdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.3.1-ci maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qull uqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi, maddədə iddiaçının “yaşayış yeri” ifadəsi qeyd olunmuşdur. Başqa sözlə, qanunvericilik iddiaçının rəsmi qeydə alındığı yaşayış yeri” ifadəsini deyil, iddiaçının “yaşayış yeri” ifadəsini işlətmişdir. Hazırkı halda iddiaçının Bakı şəhəri, Yasamal rayonunda yaşaması iş materialları ilə təsdiq olunduğundan, kassatorun iddiaçının qeydiyyatda olduğu ünvana əsasən məhkəmə aidiyyəti müəyyən edilməli olmasına dair dəlilləri əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-918/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-918/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar