Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2134/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət ehtiyacları üçün alınmanın təsirinə düşmüş daşınmaz əmlakla bağlı kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1948-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2023-cü il tarixli, 2-1(103)-5 0/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(004)6883/2011 nömrəli qətnaməsinə əsasən, ünvan 1 ünvanında yerləşən evə dair ünvan 2trindən çıxarışda qeyd olunmuş X17 X4 olması faktının müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən evin 1/3 hissəsinə miras əmlakın İddiaçı tərəfindən qəbul olunması faktının müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən evin 1/3 hissəsinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının İddiaçı adına aparılması və həmin hissəyə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xid mətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə olunması qət edilmişdir.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 3 ünvanında istifadədə olan dövlət mülkiyyətindəki 0,01087 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 107,1 kv.metr olan fərdi yaşayış evinə 1/3 hissədə İddiaçı, 1/3 hissədə X7 və 1/3 hissədə X9 mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)-2080/2015 nömrəli qərardadına əsasən, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(004)-6883/2011 nömrəli qətnaməsindən maraqlı şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq, həmin iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(004)-6883/2011 nömrəli qətnaməsi ləğv edilmiş, ərizə baxılmamış saxlanılmışdır. Həmin qərardadla ərizəçiyə izah olunmuşdur ki, eyni məzmunlu iddia tələbi ilə iddia icraatı qaydasında məhkəmədə iddia qaldıra bilər.
4. Bakı şəhəri Cavabdeh tərəfindən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət ehtiyacı üçün geri alınması ilə bağlı X2 xx.xx.2016-cı il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi bağlanmaqla 152223 manat məbləğində razılaşdırılmış kompensasiya məbləği ödənilmişdir.
5. İddiaçı tərəfindən Bakı şəhəri Cavabdehnə ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, iddiaçı 2011-ci il tarixdən vərəsəliklə əlaqədar ünvan 9 saylı mülkdə yaşayan Tamara Məhərrəmova ilə əlaqə saxlamışdır. Onlar eyni hüquqa malik ba ba nəvələridirlər. Həmin ünvanda yerləşən mülk onların babaları X3 aiddir. Həmin mülk 3 paylı olmaqla babası, onun bacıları (bibiləri) X25 və X11 məxsusdur. Hazırkı dövrə kimi evin çıxarışı X22 adınadır. O, 1976-cı ildə ölmüşdür. Vərəsəliklə bağlı məhkəmə prosesi gedir. Həmçinin 2016-cı ilin 3 iyun tarixində mülkə həbs qoyulmuşdur. Məhkəmə prosesinin olması ilə bağlı Bakı şəhəri Cavabdehnə, Söküntü Komissiyasına və MənzilKommunal Sahəsinə məlumat verilməsinə baxmayaraq, 2016-cı ilin avqust ayının 26-da məlum olmuşdur ki, mülk bir gün əvvəl, yəni 25 avqust 2016-cı ildə sökülmüşdür.
6. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2018-ci il tarixli şəhadətnaməyə əsasən, xx.xx.1976-cı il tarixdə vəfat etmiş X9 vərəsəsi qardaşının nəvəsi – İddiaçıdır və o, miras əmlakdan 1/3 hissə paydan 1/3 his sədə (evin 1/9 hissəsinə) pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 107,1 kv.metr olan fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə miras qoyana məxsus 1/3 hissəsində paydan ibarətdir.
7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 3 ünvanında istifadədə olan dövlət mülkiyyətindəki 0,01087 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 107,1 kv.metr olan fərdi yaşayış evinə 4/9 hissədə İddiaçı, 1/3 hissədə X7 və 2/9 hissədə (açıq qalır) X9 mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır.
8. İddiaçı tərəfindən cavabdeh Bakı şəhəri Cavabdehnə ünvanlanmış məktubda ünvan 7ləşən, sahəsi 107,1 kv.m olan mülkün 4/9 hissəsinin ona məxsus olması, həmin ünvanda yerləşən mülkə dair kompensasiyanın onun razılığı olmadan, həmin ünvanda qeydiyyatda olan, lakin heç bir sənədi olmayan bir kimsəyə verilməsi və ona kompensasiyanın verilməməsi qeyd edilmişdir.
9. Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019cu il tarixli cavab məktubunda qeyd edilmişdir ki, mübahisəli fərdi yaşayış evinin dövlət ehtiyacı üçün alınması məqsədilə xx.xx.2016-cı il tarixdə Tamara Məhərrəmova ilə Bakı şəhəri Cavabdeh arasında razılıq əldə edilmiş və müvafiq kompensasiya ödənilmişdir.
10. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, araşdırma zamanı Yasamal rayonu, Ç.Mustafayev küçəsi 56 ünvanında mövcud olan yaşayış sahəsi dövlət ehtiyacları üçün alınma nın təsirinə düşməsi ilə əlaqədar qeydə alınmış, həmin ünvanda yaşayan və alınmanın təsirinə məruz qalan mülkiyyətçi ilə razılaşdırılmış kompensasiya məbləği mülkiyyət hüquqlarını təsdiq edən sənəd əsasında, mövcud qanunvericiliyə uyğun olaraq notarial qaydada alqı-satqı müqaviləsi bağlanmaqla bank vasitəsilə 2016-cı il tarixdə ona ödənilmiş, dövlət ehtiyacları üçün alınma ilə əlaqədar həmin ünvanda yalnız bir yaşayış evi qeydə alınaraq köçürülmüş, ünvanda digər şəxslərin, o cümlədən iddiaçının adında, yaxud istifadəsində olan heç bir yaşayış sahəsi aşkar edilməmişdir. Habelə hazırkı müraciətinə əlavə edilmiş RX seriyalı, ******* nömrəli reyestrdən çıxarışdan da göründüyü kimi, həmin ünvanda onun adına daşınmaz əmlak yalnız xx.xx.2019-cu il tarixdə, yəni sözügedən ünvanda əmlakın dövlət eh tiyacları üçün alınmasından və sökülməsindən üç il sonra qeydə alınmışdır. Qeyd olunan ünvanda yaşayış sahəsinə görə iddiaçının kompensasiya hüququnun olub-olmamasının aydınlaşdırılması üçün mülkiyyət hüququnu təsdiq edən sənədlərlə birlikdə onun “Daşınmaz əmlakın alınması qrupu”na müraciət etməsi məqsədəuyğun hesab olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat
11. İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdehnə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 107,1 kv.metr yaşayış evinin və 133,1 kv.metr olan torpaq sahəsinin 4/9 hissəsinin hər kv.metrinə görə 2500 manat məbləğində pul olmaqla, ümumilikdə 267000 manatın, həmin məbləğə əlavə hesablanmış 20 faiz məbl əğin, yəni 53400 manatın, evin sökülməsinə görə məcburi kirayədə qalma haqqı olaraq 7200 manatın, mənəvi zərərə görə 50000 manatın, ümumilikdə 377600 manat məbləğində pulun tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi 0,01087 kv.metr torpaq sahəsində yerləşən ümumi sahəsi 107,1 kv.metr olan 56 saylı fərdi yaşayış evi 4/9 hissədə iddiaçının, 1/3 hissədə X7 və 2/9 hissədə X9 mülkiyyətindədir. Həmin daşınmaz əmlak əvvəldən xüsusi mülkiyyətdə olmuş və orada yaşayış olmuşdur. Həmin ərazidə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi nəzərdə tutulmuşdur. Cavabdeh qanunsuz olaraq həmin daşınmaz əmlakı sökmüş və mülkiyyətçilərə hər hansı kompensasiya ödəməmişdir. İddiaçının cavabdehə müraciəti nəticəsiz qalmışdır. Halbuki zəruri sənədlər həmin orqana təqdim edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edilmişdir. Həmin Nazirliyin xx.xx.2019-cu il tarixli məktubunda həmçinin vurulmuş zərərin ödənilməsindən faktiki olaraq imtina edilmişdir. Cavabdeh evi özbaşına olaraq sökmüşdür və bununla da Konstitusiya və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri pozmuşdur. Həmin ərazidə yaşayış evinin kv.metr qiyməti 2500 manat təşkil edir və həmin məbləğ torpaq sahəsinə də şamil olunmalıdır. İddiaçıya verilməli olan pul məbləği üzrə kompensasiya daşınmaz əmlakın bazar qiyməti ilə hesablanmalıdır. ünvan 9 ünva nında olan fərdi yaşayış evinin texniki pasportundan göründüyü kimi, həmin evin yerləşdiyi torpaq sahəsi ümumilikdə 133,1 kv.metr təşkil edir. Beləliklə, sahəsi 107,1 kv.metr təşkil edən yaşayış evinin 4/9 hissəsi ilə yanaşı, sahəsi 133,1 kv.metr təşkil edən torpaq sahəsinin 4/9 hissəsi də kompensasiya edilməlidir. Həmin 20 faiz ümumi məbləğə əlavə olunmalıdır. Eyni zamanda məcburi kirayə haqqı 7200 manat təşkil edir. Mənəvi zərər qismində cavabdehdən 50000 manat pul tutulmalıdır.
13. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, ünvan 9 ünvanında mövcud olmuş yaşayış sahəsi dövlət ehtiyacları üçün alınmanın təsirinə düşməsi ilə əlaqədar qeydə alınmış, həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olan, faktiki olaraq istifadəsində və sahibliyində olan X2 razılaşdırılmış 152223 man at kompensasiya məbləği mövcud qanunvericiliyə uyğun olaraq xx.xx.2016-cı il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi bağlanmaqla bank vasitəsilə ödənilmişdir. xx.xx.2016-cı il tarixdə müqavilə bağlanan zaman iddiaçının mülkiyyətində və ya istifadəsində olan heç bir yaşayış sahəsi aşkar edilməmişdir. Məhkəməyə təqdim olunmuş RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da göründüyü kimi, həmin ünvanda yerləşən daşınmaz əmlaka dair iddiaçının mülkiyyət hüququ yalnız xx.xx.2019-cu il tarixdə, yəni sözügedən ünvanda əmlakın dövlət ehtiyacları üçün alınmasından və sökülməsindən 3 il sonra dövlət qeydiyyatına alınmışdır. Bundan başqa, çıxarışdan da göründüyü kimi, həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətindədir və iddiaçıya torpaq sahəsinə görə kompensasiya ödənilməsi mümkün deyildir.
14. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 sayı Bakı Ərazi İdarəsi və X5 üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdirlər.
15. Birinci instansiya məhkəməsinin verdiyi sorğuya cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, ünvan 4 saylı fərdi yaşayış evi ilkin tarixsiz olaraq X15, X7, X9 adlarına qeydiyyatdan keçmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(004)-6883/2011 nömrəli qətnaməsinə əsasən sözügedən fərdi yaşayış evinin 1/3 hissəsi İddiaçı adına qeydiyyatdan keçmiş, 5 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 2V-54 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən fərdi yaşayış evinin X12 məxsus 1/3 hissədən 1/3 hissəsi İddiaçı adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin mülkiyyətçiləri aşağıdakılardır: X7 1/3 hissə, X9 2/9 hissədə açıq qalır, İddiaçı 4/9 hissə.
16. Bakı İnzibati Məhkəməsinin (hakim: Fərid Mədətli) 09 iyul 2020-ci il tarixli, 21(112)-394/2020 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli daşınmaz əmlakın 4/9 hissəsi xx.xx.2019-cu il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin əmlakın iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə olmuşdur. Həmin əmlaka dair Tamara Məhərrəmova ilə xx.xx.2016-cı il tarixdə alqı-satqı müqaviləsi bağlanarkən iddiaçının həmin əmlak üzərində hər hansı hüququ qeydiyyata alınmamışdır. İddiaçının əmlak üzərində mülkiyyət hüququ yalnız xx.xx.2019-cu il tarixdə, yəni sözügedən ünvanda əmlakın dövlət ehtiyacı üçün alınmasından və sökülməsindən 3 il sonra dövlət qeydiyyatına alınmışdır. Sözügedən fərdi yaşayış evinin 1/3 hissəsinin iddiaçının adına xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmasına əsas olmuş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(004)-6883/2011 nömrəli qətnaməsi isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadına əsasən maraqlı şəxs Tamara Məhərrəmova tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən ləğv edilmişdir. Göründüyü kimi, cavabdeh Bakı şəhəri Cavabdeh ilə Tamara Məhərrəmova arasında xx.xx.2016-cı il tarixdə alqı-satqı müqaviləsi bağlanan zaman fərdi yaşayış evi üzərində iddiaçının hər hansı hüququ qeydə alınmamışdır. Alqı-satqı işinə əlavə edilmiş sənədlərdən görünür ki, həmin vaxt sözügedən ünvanda X1 özü və oğlu X6 başqa heç kim qeydiyyatda olmamışdır. Buna görə də, Bakı şəhəri Cavabdeh tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq Tamara Məhərrəmovaya sahibliyində olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar xx.xx.2016-cı il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi bağlanmaqla 152223 manat məbləğində razılaşdırılmış kompensasiya məbləği ödənilmişdir. Belə olan halda, məhkəmə iddiaçının vərəsəlik hüququ əsasında sonradan həmin əmlakın 4/9 hissəsinə mülkiyyət hüququ əldə edərək sözügedən fərdi yaşayış evinə görə cavabdehlər tərəfindən eyni daşınmaz əmlaka dair təkrar kompensasiya ödənilməsi barədə tələbini əsassız hesab edərək, onun rədd edilməsi qənaətinə gəlmişdir.
18. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Xəyalə Cəmilova /sədrlik edən və məruzəçi/, Elmira Nağıyeva və Vidadi Məmmədov) 04 noyabr 2020-ci il tarixli, 2-1(103)-1590/2020 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 09 iyul 2020-ci il tarixli, 2-1(112)394/2020 nömrəli qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının kompensasiya tələbi iki cavabdehə qarşı yönəlmişdir. İddia ərizəsində iddiaçı iki cavabdeh göstərsə də, işə birinci instansiya qaydasında baxmış məhkəmə həmin cavabdehlərdən hansına qarşı iddianın mümkünlük şərtlərinin ödənildiyini, hansına qarşı isə ödənilmədiyini yoxlamadan iddianın mahiyyətinə qiymət vermişdir. Hazırkı işdən müəyyən olunur ki, iddiaçının tələbi iki cavabdehə qarşı verilsə də, həmin tələb hər cavabdehə münasibətdə əsaslandırılmamış, keçirilmiş məhkəmə iclasında isə iddiaçı iştirak etmədiyi üçün dinlənilməmiş və nəticədə hansı cavabdehdən nəyi tələb e tdiyi aydınlaşdırılmamışdır. Digər tərəfdən, iş materiallarından müəyyən olunur ki, inzibati orqan tərəfindən inzibati icraat həyata keçirilərkən sözügedən daşınmaz əmlakın mübahisəli olduğu inzibati orqana məlum olmuş, hətta iddiaçının bu barədə icra hakimiyyəti orqanına müvafiq müraciətləri də olmuşdur. Buna baxmayaraq, inzibati orqan olan Bakı şəhəri Cavabdeh Tamara Məhərrəmova ilə alqı-satqı münasibətlərinə daxil olmamışdan əvvəl həyata keçirdiyi inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə riayət etməmiş, iddiaçını maraqlı şəxs olduğu halda hər hansı formada inzibati icraatla bağlı məlumatlandırmamış və onun dinlənmə hüququnu təmin etməmişdir. Bunu inzibati orqan onunla izah etmişdir ki, Tamara Məhərrəmova ilə alqı-satqı müqaviləsi bağlanan zaman mübahisəli əmlakda başqa şəxsl ərin də qeydiyyatda olması və ya başqa şəxslərin mülkiyyətçi olması faktı ona məlum olmamışdır. Apellyasiya baxışı zamanı cavabdeh Bakı şəhəri Cavabdehndən xx.xx.2016cı il tarixdə Tamara Məhərrəmova ilə alqı-satqı müqaviləsi bağlanarkən sözügedən daşınmaz əmlak üzərində hüquqların qeydi ilə bağlı müvafiq sənədlərin tələb olunması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müvafiq sorğunun ünvanlanıbünvanlanmadığı, başqa sözlə, mübahisəli daşınmaz əmlakla bağlı hüquqmüəyyənedici sənədlərin kimin adına olması barədə hansı araşdırmanın aparılmasını təsdiq edən müvafiq sübutların təqdim olunması tələb olunsa da, sonuncu belə sənədləri təqdim edə bilməmişdir. İşə baxan məhkəmə tərəfindən kompensasiyanın ödənildiyi Tamara Məhərrəmovanın Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi, 56 saylı fərdi yaşayış evinə hər hansı hüquqmüəyyənedici sənədinin mövcud olub-olmaması, dövlət ehtiyacları üçün alınması nəzərdə tutulan mübahisəli daşınmaz əmlakın üzərində kimin hüquqlarının dövlət reyestrində qeydə alınması, mübahisəli ev üzərində həbs olduğu halda onun alqı-satqısının mümkünlüyünün inzibati orqan tərəfindən araşdırılıb-araşdırılmadığı müəyyən edilməmiş, nəhayət inzibati orqan tərəfindən inzibati icraatın qanunvericiliyin tələblərinə müvafiq qaydada aparılmadığına, o cümlədən iddiaçının inzibati icraata cəlbinin zəruriliyinə və onun dinlənmə hüququnun pozulmasına qiymət verilməmişdir birinci instansiya məhkəməsində ikinci icraat
21. İddiaçı tərəfindən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edilərək, əvvəlki iddia tələbləri qüvvədə saxla nılmaqla, vurulan zərərin Bakı şəhəri Cavabdehndən tutulması, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin isə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması xahiş edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə icraata qəbul edilmişdir.
22. Bakı İnzibati Məhkəməsinin (hakim: Nəriman Abıyev) 26 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4069/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin üzərinə ünvan 7ləşən 107,1 kv.metr fərdi yaşayış evinin 4/9 hissəsinin dövlət ehtiyacları üçün alınmanın təsirinə düşməsi ilə əlaqədar 71400 manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi vəzifəsi qoyulmuş, iddia qalan hissədə təmin olunmamışdır.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 51 nömrəli qərarının təsiri altına düşmüşdür. Yaşayış sahəsi dövlət ehtiyacları üçün alınmanın təsirinə düşməsi ilə əlaqədar qeydə alınmış, qeyd olunan daşınmaz əmlaka dair mülkiyyət hüquqları və ya istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, yalnız həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olan, faktiki olaraq istifadəsində və sahibliyində olan Tamara Məhərrəmovaya xx.xx.2016cı il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi bağlanmaqla 152223 manat məbləğində (alqı-satqı müqaviləsinə əlavə olunmuş qiymətləndirmə cədvəlinə görə əsas və köməkçi sahələrin hər kv.metri 1500 manat olmaqla) razılaşdırılm ış kompensasiya məbləği ödənilmişdir. Lakin bu zaman cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq, ünvan 7ləşən 107,1 kv.metr fərdi yaşayış evinin 4/9 hissəsinin iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olduğu nəzərə alınmamış və həmin daşınmaz əmlakla bağlı kompensasiya ödənilərkən, aparılmış inzibati icraatda onun iştirakı təmin olunmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ünvan 7ləşən 107,1 kv.metr fərdi yaşayış evinin 4/9 hissəsinin dövlət ehtiyacları üçün alınmanın təsirinə düşməsi ilə əlaqədar, cavabdehdən iddiaçının xeyrinə 71400 (107,1 kv.metrin 4/9 hissəsi=47,6 kv.metr x 1500 manat) manat məbləğində pul tutulmalıdır. İddiaçı həmçinin iddia tələbi üzrə 133,1 kv.metr torpaq sahəsinin 4/9 hissəsinin hər kv.metrinə görə 2500 man at məbləğində kompensasiya ödənilməsini tələb etmişdir. Lakin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi 0,01087 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla istifadədədir. Buna görə də iddiaçının həmin torpaq sahəsinə görə kompensasiya tələbi əsassızdır. Bundan əlavə, iddiaçı evin sökülməsi nəticəsində məcburi kirayə haqqı tələbi irəli sürsə də, məhkəməyə bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. İş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı mübahisəli daşınmaz əmlakın paylı mülkiyyətçilərindən biri olsa da, həmin daşınmaz əmlakın dövlət ehtiyaclarının alınması və sökülməsi vaxtı həmin evdə yaşamamışdır. İddiaçı həmçinin mənəvi zərərin əvəzinin ödənilməsini xahiş etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən ona m ənəvi ziyan vurulması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.
24. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunmasını xahiş etmişdir.
25. Həmçinin cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın iddianın təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aida Hüseyn /sədrlik edən və məruzəçi/, Vüsalə Baxışova və Raqib Qurbanov) 19 may 2023-cü il tarixli, 2-1(103)-50/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(11 2)-4069/2021 nömrəli qərarı qismən – “ünvan 7ləşən torpaq sahəsinə görə kompensasiyanın ödənilməməsi” hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, 16422 manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə olunmuş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmış, cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı şəhərində aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar 2011-ci ildən başlayaraq şəhərin ayrı-ayrı ərazilərində, o cümlədən Bakı şəhərinin Yasamal rayonunda Sovetski adlanan ərazidə mənzil sahiblərinə hər kvadratmetri 1500 manatdan olmaqla kompensasiya ödənilmişdir. Ayrı-ayrı məhkəmə mübahisələri üzrə qərarlarla da mənzil sahiblərinə hər kv.metr üçün maksim um 1500 manatdan kompensasiya ödənilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan ünvan 7ləşən 107,1 kv.metr fərdi yaşayış evinin 4/9 hissəsinin iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olduğunu nəzərə almamış və həmin daşınmaz əmlakla bağlı kompensasiya ödənilərkən, aparılmış inzibati icraatda onun iştirakını təmin etməmişdir. Odur ki, birinci instansiya məhkəməsi ünvan 7ləşən 107,1 kv.metr fərdi yaşayış evinin 4/9 hissəsinin dövlət ehtiyacları üçün alınmanın təsirinə düşməsi ilə əlaqədar, cavabdehdən iddiaçının xeyrinə 71400 (107,1 kv.metrin 4/9 hissəsi=47,6 kv.metr x 1.500 manat) manat məbləğində pul tutulması barədə düzgün nəticəyə gəlmişdir. İddianın evin sökülməsi nəticəsində məcburi kirayə haqqının, həmçinin mənəvi zərərin əvəzinin ödənilməsi hissələrinə münasibətdə apellyasiy a instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
28. İddianın evin yerləşdiyi torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi hissəsinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, qanunvericiliyin müvafiq normalarına, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” iş üzrə 25 yanvar 2015-ci il tarixli qərarına istinadən hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan evin altında və istifadəsində olan torpaq sahəsi Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, onun “mülkiyyəti” olmuşdur və ona mülkiyyətindən məhrum olduğu torpaq sahəsinə görə kompensasiya ödənilməlidir.
29. Apellyasiya baxışı zamanı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə tərəfindən Yasamal rayonu, Çingiz Mustafayev küçəsi adlanan ərazidə mülkiyyəti olan vətəndaşlarla Bakı şəhəri Cavabdeh arasında bağlanılmış alqı-satqı müqavilələrinin təsdiq olunmuş surətlərinin, eyni zamanda fiziki və hüquqi şəxslərin öz aralarında olan (Çingiz Mustafayev küçəsi və ya başqa yaxın ərazidə) alqı-satqı müqavilələrinin təsdiq olunmuş surətlərinin təqdim olunması ilə bağlı Bakı şəhəri 19 saylı Notariat Ofisinə sorğu verilmişdir. Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən məhkəmə kollegiyasına daxil olmuş alqı-satqı müqavilələrindən görünür ki, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 290,3 kv.m (yaşayış sahəsi 179 kv.m, yardımçı sahəsi 111,3 kv.m) olan fərdi yaşayış evinin 1/6 hissəsinin qiyməti 91614 manat, ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 141 kv.m (yaşayış sahəsi 71,9 kv.m, yardımçı sahəsi 69,1 kv.m) olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə 1 otağının qiyməti 35090 manat qiymətləndirilməklə dövlət ehtiyacları üçün alıcı Bakı şəhəri Cavabdeh tərəfindən alınmışdır. Kollegiya qeyd edir ki, təqdim olunmuş alqı-satqı müqavilələri fərdi yaşayış evlərinin, mənzillərin və qeyri-yaşayış sahələrinin satılması ilə bağlı olmuş, həmin müqavilələrə əsasən torpaq sahəsinin hər kvadratmetrinə görə bazar dəyərini müəyyən etmək mümkün olmamışdır. Analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-34/2023 nömrəli qərarında qeyd olunmuşdur ki, “iş materiallarında olan müqavilələrdən göründüyü kimi, mübahisələndirilən ə razidə 91 kv.m torpaq sahəsi 45900 manat (yəni 1 kv.m 500 manat); 0,11289 ha torpaq sahəsi 198567 manat (yəni 1 kv.m 175,8 manat) qiymətləndirilməklə Bakı şəhəri Cavabdeh tərəfindən alınmışdır. Göründüyü kimi, dövlət ehtiyacları üçün alınmış torpaq sahələrinin alıcı orqan tərəfindən alqı-satqı müqavilələri bağlanarkən həmin ərazidə torpaqların bazar dəyəri 1 kv.metrə görə təxmini 340 manat (175,8+500:2= 340) dəyərində olmuşdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçılar tərəfindən onlara məxsus fərdi yaşayış evinin hər bir kv.metrinə görə 1500 manatdan kompensasiya alındığını da nəzərə alaraq yaşayış evinin altında yerləşən və istifadə hüququ əsasında onlara məxsus olan torpağın hər kv.metrinə görə 340 manat məbləğində kompensasiyanın verilməsi ədalətli və ağlabatandır. Bu səbəbdən, iddiaçılara evin yerləşdiyi torpaq sahəsinə görə istifadəsində olan paylara münasibətdə hər kv.metrə görə 340 manatdan kompensasiyanın ödənilməsini məqsədəmüvafiqdir.” Həmin qərardan göründüyü kimi, dövlət ehtiyacları üçün alınmış torpaq sahələrinin alıcı orqan tərəfindən alqı-satqı müqavilələri bağlanarkən bazar dəyəri 1 kv.metrinə görə təxmini 340 manat dəyərində olmuşdur. X8 küçəsi ərazisində yerləşən torpaq sahəsinin 1 kv.metrinə görə dəyərinin 340 manat müəyyən olunmasını bazar qiymətinə uyğun və ağlabatan hesab edir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 7ləşən fərdi yaşayış evinin ümumi sahəsi 107,1 kv.metr, torpaq sahəsinin ölçüsü 0,01087 ha qeyd olunmuşdur. Odur ki, kollegiya hesab edir ki, iddiaçıya mübahisəli fərdi yaşayış evinin yerləşdiyi 0,01087 ha torpaq sahəsinə görə 16422 manat (108,7 kv.metrin 4/9 hissəsi=48,3 kv.metr x 340 manat) məbləğində kompensasiya verilməlidir.
30. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın iddianın təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
31. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
33. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
13. Azərbaycan Respublikasında mülkiyyə t toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlər inin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Maddə 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Maddə 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildi r. Maddə 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dö vlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 35. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçil ər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; 5.1.2. bələdiyyə mülkiyyətində olan torpaqlar. Maddə 5.2. Dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır. Maddə 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orq anının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; Maddə 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Maddə 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Maddə 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan t orpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Maddə 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 36. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslər in müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməz dən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraq lı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər
37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqd im olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əs assızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
38. Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” iş üzrə 25 yanvar 2015-ci il tarixli qərarı: “...Doğrudur ki, ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də, formal olaraq o, evin sökülməsi zamanı torpağa mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq, qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın “qanuni istifadəçisi” olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən, torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına dair hüquqi gözləntisi var idi. Müvafiq olaraq, 8 oktyabr 2005-ci il tarixində ərizəçi torpağın “mülkiyyət” qismində tanınması üçün kifayət qədər mülki marağa malik olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq Məhkəmə müəyyən edir ki, həm ev, həm də torpaq sahəsi 1 saylı Protokolun 1-ci maddəsinə əsasən ərizəçinin “mülkiyyəti” olmuşdur.” KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırı lmış və şikayətçinin tələbləri göstərilmişdir.
40. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
41. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
42. Avropa İnsan Hüquqları Məhkəmə sinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
43. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hə rtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
44. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya kompensasiyanın ödənilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
45. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
46. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
47. Mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi, ev 56 ünvanında qanuni istifadədə olan 0,01087 ha torpaq sahəsində yerləşən, 107,1 kv.metr sahəsi olan fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınmanın təsirinə düşməsi ilə əlaqədar başlanılmış inzibati icraat zamanı cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq, sözügedən fərdi yaşayış evinin 4/9 hissəsinin iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olduğu nəzərə alınmamış və aparılmış inzibati icraatda onun iştirakı təmin olunmamışdır.
48. Bu qərarın 33-34-cü bəndlərində istinad olunan normalara görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Nəzərə almaq lazımdır ki, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir.
49. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
50. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, mülkiyyət hüququ onun əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər. Yuxarıda istinad olunan normalar belə məhdudlaşdırma çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanını da nəzərdə tutur.
51. Bununla bağlı nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və prosedurlara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.
52. Yuxarıda istinad olunan normalarda dövlət ehtiyacları mülkiyyətə müdaxilə üçün əsas qismində nəzərdə tutulmuşdur. Belə hallarda da torpaqların dövlət ehtiyacları üçün alınması zamanı mülkiyyətə müdaxilə ilə bağlı nəzərdə tutulmuş tələblərin tətbiq olunması zərurəti nəzərə alınmalıdır.
53. Mülkiyyət hüququna müdaxilə üçün, o cümlədən ona xitam verilməsi yolu ilə mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması üçün yuxarıda qeyd olunan əsasın mövcud olması hələ müdaxilənin həyata keçirilməsi baxımından yetərli deyil, bu zaman “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda alınma ilə bağlı nəzərdə tutulmuş qaydalar, tələblər və şərtlərlə yanaşı, həm də “İnzib ati icraat haqqında” Qanunun tələblərinə əməl olunması zəruridir.
54. Prinsip ondan ibarətdir ki, qanunvericiliyə uyğun olması üçün inzibati orqan tərəfindən mülkiyyətin alınması qanuni hərəkətlər yolu ilə, qanunvericiliklə nəzərdə tutulmuş tələblərə və şərtlərə uyğun şəkildə həyata keçirilməlidir. Lakin, konkret mübahisəyə münasibətdə, iddiaçının mülkiyyət hüququna müdaxilə yuxarıda qeyd olunan tələblərin ciddi şəkildə pozulması ilə müşayiət olunmuş, daha doğrusu həmin tələblərə məhəl qoyulmadan həyata keçirilmişdir.
55. Bu qərarın 36-cı bəndində istinad olunan normanın tələbinə görə, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi i lə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
56. Hazırkı mübahisəyə münasibətdə sözügedən fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınmanın təsirinə düşməsi ilə əlaqədar başlanılmış inzibati icraat zamanı qanunvericiliyin yuxarıda qeyd olunmuş tələblərinin pozulması ilə müşayiət edilən, yəni cavabdehin həmin fərdi yaşayış evinin 4/9 hissəsinin iddiaçıya xüsusi mülkiyyət hüququ ilə, evin yerləşdiyi torpaq sahəsinin 4/9 hissəsinin isə iddiaçıya qanuni istifadə hüququ ilə məxsus olduğunu nəzərə almamasında və aparılmış inzibati icraatda iddiaçının iştirakını təmin etməməsində ifadə olunan hərəkəti (hərəkətsizliyi) apellyasiya instansiyası məhkəməsi tərə findən haqlı olaraq qanunsuz sayılmışdır.
57. Qanunvericinin bu qərarın 36-cı bəndində istinad olunan normada ifadə olunmuş iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Başqa sözlə, vurulmuş ziyanla bağlı hüquqi müdafiə vasitələrinin tətbiqi baxımından inzibati orqanın fəaliyyət formaları arasında hər hansı fərqləndirilmə aparılmamalıdır.
58. Qeyd olunmalıdır ki, cavabdeh tərəfindən yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar qeyd olunan daşınmaz əmlaka dair mülkiyyət hüquqları və ya istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, yalnız həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olan və faktiki yaşay an Tamara Məhərrəmovaya kompensasiyanın ödənilməsi hazırkı mübahisə üzrə iddiaçıya kompensasiyanın ödənilməsindən imtina üçün əsas qismində qiymətləndirilə və kompensasiyanın ödənilməsindən imtinaya səbəb ola bilməz. Bu baxımdan, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı kompensasiya tələb etməkdə haqlı sayılmalıdır.
59. Məhkəmə kollegiyası eyni zamanda hazırkı mübahisəyə münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş kompensasiyanın məbləğini iddiaçının payına mütənasib, bazar qiymətinə uyğun və ədalətli hesab edir.
60. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün və mübahisəyə dair işin müəyyən olunmuş hallarına uyğundur. Odur ki, mübahisələndirilən məhkəm ə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır
61. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2023-cü il tarixli, 21(103)-50/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.