Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2135/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı ona 52 yaşdan, yəni 17.02.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin bir dəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-787/2019 saylı iş üzrə 18.04.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 19 iyun 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx xxxxxx 1956-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı ona 52 yaşdan, yəni 17.02.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa g örə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 23.05.1973-cü il tarixdə əmək fəaliyyətinə başlamış, o cümlədən 23.05.1973-cü il tarixdən - 26.04.1975-ci il tarixə kimi Novorossemremont müəssisəsində 3-cü dərəcəli elektrik qaynaqçısı, Az.SSR Sənaye tikintisi Nazirliyinin 8 saylı trestinin 84 saylı İxtisaslaşdırılmış tikinti İdarəsində 12.01.1977-24.01.1978-ci ilə kimi üçüncü dərəcəli qaynaqçı, 07.09.1978-26.02.1982-ci ilə kimi “Azon” zavodunda çoxişlənən mallar sahəsində 3-cü və 4-cü dərəcəli radioaparatura tənzimləyici, 25.03.1982-16.1 1.1982-ci ilə kimi “Xəzərdənizneftqazsənaye” USB-nin Neft Daşlarının avtomatika sistemlərinin və defektoskopik işlərinin sazlanması sexinə “Qazliftə” xidmət üzrə 4-cü dərəcəli çilingər, 4-cü dərəcəli elektrik montajçısı, 25.11.1982-07.08.1984-cü ilə kimi Azərelektrikquraşdırma trestinin 1 saylı Bakı Quraşdırma İdarəsinin “Başdənizpoladkonstruksiyalar” dan SQO zavodunda 3-cü, 4-cü və 5-ci dərəcəli elektrik montajçısı, 16.08.1984-30.04.1985-ci ilə kimə SSR Quraşdırma və xüsusi inşaat nazirliyinin Bakı OSAQ zavodunun 3 sayı sexdə 5-ci dərəcəli elektrik, 07.05.1985-16.09.1992-ci ilə kimi 4-cü və 5-ci dərəcəli çilingər, 18.09.1992-03.07.1994-cü ilə kimi Xəzərdənizneftqaz İB Bakı Limanı Dəniz kəşfiyyat qazma idarəsinin QMSP 8 qazma qurğularının xidməti üzrə 5-ci dərəcəli montajçı, 15.07.1994-27. 09.2002-ci ilə kimi dərin qazma ekspedisiyasının elektrik sexinə avadanlıqların təmiri üzrə 5-ci və 6-cı dərəcəli elektrik montyoru, 01.10.2002-04.12.2002-ci ilə kimi Bakı Dərinlik Özülülər Zavodunun 4 saylı sexinə 6-cı dərəcəli elektrik montyoru, 03.12.200219.06.2007-ci ilə kimi BOS ŞELF LTD-də elektrik vəzifəsində işləmişdir. Birinci instansiya məhkəməsinin 07.01.2019-cu il tarixli iş № 2-1(82)-671/2019, (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 07.01.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsin in İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 18.04.2019-cu il tarixli iş № 2-1(103)-787/2019 (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Səriyyə Seyidova və İlham Əhmədov) qərarı ilə birinci instansiya məhkəməsinin 2-1(82)-671/2019 nömrəli iş üzrə 07 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddiaçının cavabdehə qarşı ona 52 yaşdan, yəni 17.02.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmı şdır ki, onun iş illərinə dair əmək kitabçası vardır, 2006-cı il tarixədək onun 20 ildən artıq ümumi iş stajını, 10 ildən çoxunu əmək şəraitinin xüsusilə zərərli və ağır iş stajı vardır. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir, lakin oradan ona əsassız olaraq imtina edilmişdir. Birinci instansiya məhkəməsi işə düzgün baxaraq onun iddia tələbini təmin etmişdir, lakin apelyasiya instansiyası məhkəməsi əsassız olaraq həmin qərarı ləğv edərək iddia tələbini rədd etmişdir. O bununla razı deyil. Apelyasiya instansiyası məhkəməsi əsassız olaraq ondan iş yerindən arayış tələb edir. Bu tam qanunsuzdur, onun işlədiyi iş illəri əmək kitabçasında tam qeyd edilmişdir. Məhz həmin arayışın olmamasına görə məhkəmə iddia tələbini rədd etmişdi r. Güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerindən arayışı ala bilmir, çünki həmin idarələr ləğv edilmişlər, ona görə də həmin idarələrdən arayış alınması mümkün deyildir. Həmin arayışı ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə də onun hüquqlarını müdafiə etmək əvəzinə onun hüquqlarını pozmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, onun 01.01.2006-cı il tarixinədək 20 ildən çox sığorta stajına malikdir və həmin müddətin 10 ildən çoxunu əmək şəraitinin xüsusilə zərərli və ağır olduğu işdə çalışmışdir. Onun işlədiyi çilingər, buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi çilingər. elektrik montajçısı peşələri Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 saylı siyahısında öz əksini tapmış və həmin peşələrin güzəştli pensiya hüquq verən peşələr sırasına daxil edilmişdır. Ona görə də onun 52 yaşından, yəni 17.02.2008-ci il tarixdən həmin pensiya hüququ yaranmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 18 aprel 2019-cu il tarixli 2-1(103)-787/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, k asasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 2-1(103)-787/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçı nın kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 18.04.2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki, onun iş illərinə dair əmək kitabçası vardır, 2006-cı il tarixədək onun 20 ildən artıq ümumi iş stajını, 10 ildən çoxunu əmək şəraitinin xüsusilə zərərli və ağır iş stajı vardır. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir, lakin oradan ona əsassız olaraq imtina edilmişdir. Birinci instansiya məhkəməsi işə düzgün baxaraq onun iddia tələbini təmin etmişdir, lakin apelyasiya instansiyası məhkəməsi əsassız olaraq həmin qərarı ləğv edə rək iddia tələbini rədd etmişdir. O bununla razı deyil. Apelyasiya instansiyası məhkəməsi əsassız olaraq ondan iş yerindən arayış tələb edir. Bu tam qanunsuzdur, onun işlədiyi iş illəri əmək kitabçasında tam qeyd edilmişdir. Məhz həmin arayışın olmamasına görə məhkəmə iddia tələbini rədd etmişdir. Güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerindən arayışı ala bilmir, çünki həmin idarələr ləğv edilmişlər, ona görə də həmin idarələrdən arayış alınması mümkün deyildir. Həmin arayışı ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə də onun hüquqlarını müdafiə etmək əvəzinə onun hüquqlarını pozmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, onun 01.01.2006-cı il tarixinədək 20 ildən çox sığorta stajına malikdir və həmin müddətin 10 ildən çoxunu ə mək şəraitinin xüsusilə zərərli və ağır olduğu işdə çalışmışdir. Onun işlədiyi çilingər, buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi çilingər. elektrik montajçısı peşələri Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 saylı siyahısında öz əksini tapmış və həmin peşələrin güzəştli pensiya hüquq verən peşələr sırasına daxil edilmişdır. Ona görə də onun 52 yaşından, yəni 17.02.2008-ci il tarixdən həmin pensiya hüququ yaranmışdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlillər əsaslıdır. Belə ki, 01.01.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” AR Qanunun un 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra - Qaydalar) 4.1.9-cu bən dinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siya hısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının iddiasının rədd edilməsi qənaətinə gələrkən qərarında göstərmişdir ki, 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə ça lışan işçilər, dənizdə çalışan neftçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” (bundan sonra - 1 nömrəli Siyahı) üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərb aycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Sadalanan qanunvericilik normalarının mübahisəyə tətbiqi göst ərir ki, kişi cinsindən şəxsin 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il, ümumi iş stajı minimum 20 il olmalı; 3) 10 il xüsusi və 20 il ümumi iş stajı 01.01.2006-cı il tarixədək mövcud olmalıdır; 4) güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı inzibati orqana təqdim edilməlidir. Lakin işdən, o cümlədən cavabdehin imtina məktubundan məlum olur ki, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını cavabdehə təqdim etməmiş, bu sənəd məhkəməyə təqdim olunmamışdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir k i, təqdim olunması qanunvericiliklə imperativ qaydada tələb edilən arayışın təqdim edilməməsi birmənalı şəkildə iddianın əsassızlığına, o da öz növbəsində cavabdehin imtinasının qanuniliyinə dəlalət edir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları topla mağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə müvafiq olaraq sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Lakin apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən sözügedən prosessual hüquq normalarının tələblərinə riayət etməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qərarında yazır ki, “iddiaçı iş yerinin arayışını cavabdehə və məhkəməyə təqdim etməmişdir”. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçası mövcud olduğu və əmək kitabçasında iddiaçının işlədiyi iş yerləri barədə tam məlumat verildiyi halda, həmin rəsmi məlumatları nəzərə almayaraq iş yerindən arayış tələb etməsi əsaslı sayıla bilməz. Digər tərəfdən, apelyasiya ins tansiyası məhkəməsinin məhz hansı arayışı, yəni, bir iş yerindən, yoxsa iddiaçının işlədiyi bütün iş yerlərindən tələb edilməsi də aydın deyil. Belə ki, belə olan halda yalnız Nazirlər Kabinetinin məlum 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunmuş sözügedən siyahıda mövcud olan iş yerlərindən söhbət gedə bilər. Lakin apelyasiya instansiyası məhkəməsi işin bu mühüm hallarını araşdırmamış və bunun nəticəsində iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 18.04.2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir, belə ki, hazırkı iş ü zrə geniş həcmdə sübutların araşdırılması tələb olunur. İşə apelyasiya instansiyası məhkəməsində təkrar baxıldığı zaman prosessual və maddi hüquq normaları düzgün tətbiq edilməklə, iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul edilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 18 aprel 2019-cu il tarixli, 21(103)-787/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-2135/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2135/2019
19.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver