Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2135/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 1 iyul tarixli, 2-1(103)-1818/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən onun həmin təhsil müəssisəsini bitirməsi barədə 2019-cu il 12 iyul tarixli, B19 212890 nömrəli diplom verilmişdir. Həmin diplom Ukraynanın səlahiyyətli orqanı tərəfindən apostil olunmuşdur.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək diplom üzrə ixtisasın tanınmasını və ekvivalentlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir.
3. Cavabdeh 2019-cu il 16 dekabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının sənədləri araşdırılarkən onun ixtisasını mənimsəmək üçün tədris dilini bilməsi səviyyəsi qənaətbəxş olmamışdır. Bu səbəbdən ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2020-ci il 27 aprel tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Ukrayna Respublikası Xarkov şəhərində yerləşən V.N.Karazin adına Xarkov Milli Universitetinin 2019-cu il 12 iyul tarixli, B19№ 212890 saylı diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi əvəz edilməsini xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 31 avqust tarixli, 2-1(112)-4258/2020 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması:
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Ukraynanın Xarkov şəhərində yerləşən V.N.Karazin adına Xarkov Milli Universitetinin hüquq fakültəsində qiyabi təhsil almış və ona 2019-cu il 12 iyul tarixdə B19 212890 nömrəli diplom verilmişdir. O, həmin diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə bağlı cavabdehə müvafiq sənədləri təqdim etməklə müraciət ünvanlamışdır. Onun müraciətinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarə sində baxılmış və qurumun 2020-ci il 16 dekabr tarixli məktubu ilə məsələnin həllindən imtina olunmuşdur. Cavabdehin imtinası əsassızdır. Belə ki, bir çox xarici ölkələrdə Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universitetində təhsilin səviyyəsi yüksək qiymətləndirilir. Belə olan halda, həmin Universitetdə təhsil almış şəxs kimi iddiaçının biliklərinin standartlara cavab verməməsi qənaətinə gəlmək məqsədəuyğun görünmür. Cavabdehin etirazları:
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, iddiaçının sənədləri araşdırılarkən onun ixtisasının Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və e kvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarına uyğun gəlmədiyi müəyyən edilmişdir.. İddiaçının tədris dilini tam səviyyədə bilməməsi onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır. Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların sə viyyələri, təlimin həcmi və (və ya) yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 311 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi»nin 2.1.48-ci bəndinə əsasən, təlimin nəticələri - təhsilalanın nələri bildiyini, mənimsədiyini və təlim prosesini bitirdikdən sonra nəyi edə biləcəyini göstərən, eləcə də bilik, bacarıq və kompetensiyaları (səriştələri) müəyyən edən göstəricilərdi r. Çərçivənin 2.1.49-cü bəndinə əsasən, təlimin nəticələrinin qiymətləndirilməsimüəyyən olunmuş meyarları (təlim nəticələri ilə bağlı gözləntilər, təlimin nəticələrinin qiymətləndirilməsi) əsas götürərək, şəxsin bilik, bacarıq və (və ya) kompetensiyalarının (səriştələrinin) qiymətləndirilməsi prosedurudur. Bu baxımdan da iddiaçının aldığı ixtisasın Milli Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsinə uyğun olmadığın müəyyən edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 12 mart tarixli, 2-1(112)-874/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş 2019-cu il 12 iyul tarixli, B19 212890 nömrəli diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən e dilməsi haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Ukraynanın səlahiyyətli orqanı iddiaçıya V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş 2019cu il 12 iyul tarixli, B19 212890 nömrəli diploma (təhsil sənədinə) apostil verilməklə, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır Azərbaycan Respublikasının 2000-ci il 18 iyul tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş» təsdiq edildiyindən, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həmin ölkədə təhsil almış şəxs kimi hazırkı iddiaçının da diplom üzrə ixtisasının tanınması barədə şə hadətnamə verilməsi üzrə inzibati icraat zamanı ekspertiza keçirilməsinə zərurət olmamışdır. Azərbaycan Respublikasının Təhsil Nazirliyi iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa uyğunluğuna qiymət verməklə münasibət bildirməli idi. İşin sadalanan halları (təhsilin müddəti və məzmunu) ilə bağlı isə, Azərbaycan Respublikası Təhsil Nazirliyi tutarlı dəlillər gətirməmişdir. Cavabdehin dəlili (iddiaçının tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması) imtina əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 64 nömrəli, 2003-cü il 13 may tarixli qərarı ilə təsdiq edilmiş Qaydaların 3.7-ci bəndində göstərilən hallarla uzlaşmır və onların dairəsinə daxil deyil.
11. Cavabdeh tərəfin dəlilinə münasibətdə məhkəmə bir xüsusatı da qeyd edir ki, məhkəmə icraatı zamanı alınm ış müvafiq mütəxəssis rəyi ilə iddiaçının aldığı ixtisas üzrə tədris dilini qənaətbəxş səviyyədə bilməsi müəyyən edilir. Belə ki, məhkəmə tərəfindən Bakı Slavyan Universitetinə müraciət olunaraq İddiaçı Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universitetinin verdiyi müvafiq diplom üzrə ixtisasının mənimsənilməsi üçün tədris dilini (rus dilini) bilmə səviyyəsi barədə mütəxəssis rəyinin verilməsi xahiş olunmuşdur. Ekspert rəyinə əsasən İddiaçı aldığı ixtisasa dair elmi və terminoloji söz və ifadələrdən istifadə etməyi bacarır, peşəyönümlü anlayışların izahını verə bilir, asanlıqla ünsiyyət qurur. Yuxarıda göstərilənlər ümumiləşdirilərək hesab olunur ki, İddiaçı rus dilini bilməsi produktiv səviyyəyə tam uyğun gəlir, ali təhsilli mütəxəssisin peşə nitqinə verilən ümumi tələblərə cavab verir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 1 iyul tarixli, 2-1(103)-1818/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 12 mart tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, şəxsin tədris dilini tam səviyyədə mənimsəməməsi onun aldığı ixtisası bilməsini ciddi şəkildə şübhə altına alır, bu isə onun ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyi qənaətinə gəlmək üçün yetərli əsas təşkil edir. Lakin məhkəmə tədri s dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı halından çıxış edərək iddianı təmin etmədən əvvəl bununla bağlı işin hallarını dəqiq müəyyən etməlidir. Bunun üçün isə məhkəmə ilk növbədə iddiaçının hansı dildə tədris aldığını dəqiq müəyyənləşdirməli, daha sonra isə onun həqiqətən sözügedən dili mənimsəmədiyini təsdiq edən sübutların iş materiallarında olub-olmadığını yoxlamalıdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı V.N.Karazin adına Xarkov Milli Universitetində hüquqşünaslıq ixtisası üzrə qiyabi təhsil formasında bakalavr dərəcəsində təhsil almışdır. Tədris rus dilində aparılmışdır. Cavabdeh tərəfindən qanunda nəzərdə tutulmuş qaydada ekspertiza keçirilmişdir. Ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün rus dili üzrə bilik səviyyəsi nin qənaətbəxş olmadığı qərara alınmışdır. (Ekspertizanın keçirilməsini əks etdirən DVD-disk iş materiallarına əlavə edilmişdir.) Eyni zamanda, Bakı Slavyan Universiteti Tərcümə və məzunların karyera inkişafı şöbəsinin müdiri (pedaqogika üzrə fəlsəfə doktoru, dosent) tərəfindən verilmiş müvafiq mütəxəssis rəyində İddiaçı rus dili üzrə bilik səviyyəsinin hansı qaydada yoxlanılması, eyni zamanda bunu təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Qeyd olunan hallar, mütəxəssis rəyinin mötəbərliyini şübhə altına alır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ər izəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə kollegiyası formal mülahizələrə əsaslanaraq birinci instansiya məhkəməsi hazırkı iş üzrə istinad etdiyi dəlilləri heçə sayaraq və buna hər hansı bir əsas gətirmədən inzibati məhkəmədə araşdırılan halları, eləcə də istinad olunan mütəxəssis rəyini şübhə altına alaraq qanunsuz qərar qəbul etmişdir. Məhkəmə ekspert rəyini mübahisələndirmiş, ekspert rəyinə əsasən müəyyən edilmiş iddiaçının rus dili biliklərini şübhə altına almışdır. Digər tərəfdən iddiaçının bilik səviyyəsinin hansı qaydada yoxlanılmasına dair sübut məhkəməyə təqdim edilməmişdir. 17. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” Qaydalarının tələblərinə görə ekv ivalentlik haqqında Şəhadətnamə Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu əsası ilə verilir. Yuxarıda istinad olunan maddi hüquq normasının tələblərinə zidd olaraq isə cavabdeh qanunsuz və əsassız olaraq imtina qərarı qəbul etmiş, apellyasiya instansiyası məhkəməsi isə bunu qəbul etmişdir. Həmçinin, məhkəmə iddiaçının məhkəmə iclasında iştirakı təmin etməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
18. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali t əhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarının: - 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. - 1.3-cü bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərini n malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. - 1.6-cı bəndinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. - 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövləti n təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.3-cü bəndinə əsasən, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. - 3.5-ci bəndinə əsasən, xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. - 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məs ələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
20. Azərbaycan Respublikasının 2000-ci il 18 iyul tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş” (bundan sonra mətndə - Saziş): Maddə
1. Bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Maddə
5. Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o hal da tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Maddə
6. Bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir.
21. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki ha lları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət h əddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Şikayət qərarın ləğv edilməsi hiss əsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, Bakı Slavyan Universiteti Tərcümə və məzunların karyera inkişafı şöbəsinin müdiri (pedaqogika üzrə fəlsəfə doktoru, dosent) tərəfindən verilmiş müvafiq mütəxəssis rəyində İddiaçı rus dili üzrə bilik səviyyəsinin hansı qaydada yoxlanılması, eyni zamanda bunu təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Qeyd olunan hallar, mütəxəssis rəyinin mötəbərliyini şübhə altına alır.
26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.
27. Cavabdehin imtina məktubundakı istinad və ekvival entlik haqqında mənfi rəyi əks etdirən elektron sənəd istisna edilməklə, həmin sənədin inzibati icraatda tədqiqinə və qiymətləndirilməsinə dair material işdə yoxdur. Belə olan halda, cavabdehin yaratdığı ekspert qrupu tərəfindən Qaydaların 3.7-ci bəndində təsbit olunmuş, mənfi rəyin verilə biləcəyi konkret hallara dair yoxlamanın və qiymətləndirmənin yuxarıda istinad edilən normaların tələblərinə uyğun aparıldığı (ona verilmiş səlahiyyətlərdən inzibati orqanın düzgün istifadə etdiyi) məhkəmə araşdırmasının predmeti olmamışdır. Başqa sözlə, əgər apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Bakı Slavyan Universiteti Tərcümə və məzunların karyera inkişafı şöbəsinin müdiri (pedaqogika üzrə fəlsəfə doktoru, dosent) tərəfindən verilmiş müvafiq mütəxəssis rəyində iddiaçının rus dili üzrə bilik səviyyəsinin hansı qaydada yoxlanılmasına, eyni zamanda bunu təsdiq edən sübutların məhkəməyə təqdim olunmadığına istinad edirsə, məhkəmə tərəflərin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini rəhbər tutmaqla eyni yanaşmanı cavabdehin təqdim etdiyi elektron rəyə münasibətdə də tətbiq etməli, bu zaman tədqiqatın gedişatına və nəticələrinin qiymətləndirilməsi əsaslarına (normativ sənədlə müəyyən edilmiş və ya ümumi qəbul olunmuş standartlarına, üsuluna, metoduna, meyarlarına) dair hər hansı məlumatı əks etdirməyən həmin elektron rəyə hansı səbəbdən üstünlük verdiyini qərarında əsaslandırmalı idi. Hazırkı işdə bu, baş verməmişdir.
28. Yuxarıda istinad edilən Qaydalarda mənfi rəyin hansı hallarda verildiyi aşkar göstərilsə də, inzibati orqanın gəldiyi nəticənin Qaydalar da göstərilən tələblərə uyğunluğu araşdırmanın predmeti olmayıb.
29. Digər tərəfdən, Sazişin tələblərinə əsasən, iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa dair dəlillər nəzərə alınmalıdır. Sazişin şərtlərindən də göründüyü kimi, yoxlanılmalı olan iddiaçının bilik səviyyəsi deyil, onun aldığı təhsilin yalnız müddətinə və məzmununa dair tələblərin uyğunluğudur. Belə ki, Sazişin tərəfi olan dövlət məzuna verdiyi diplomla onun ali təhsil proqramını uğurla başa vurduğunu təsdiq etmişdir (Qaydaların 1.2-ci bəndi). Cavabdeh isə imtinasında iddiaçının aldığı təhsilin müddətinə və ya məzmununa istinad etməmişdir.
30. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həm in normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 1 iyul tarixli, 21(103)-1818/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.