Məhkəmə qərarları › İş №2-1(102)-2136/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2136/2019

25.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2136/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 25 aprel tarixli 21(103)-958/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1991-ci ildən Cavabdehndə müxtəlif və zifələrdə çalışmış, Cavabdeh başçısının 2013-cü il 30 dekabr tarixli, 134 saylı əmri ilə “Dövlət qulluğu haqqında” Qanunun 29.2.1-ci maddəsinə əsasən ixtisas dərəcəsi saxlanılmaqla, 2013-cü il 30 dekabr tarixdən əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə x rayon 2 nömrəli sahə inzibati ərazi dairəsinə məsləhətçi-mühəndis vəzifəsinə təyin edilmişdir. Cavabdeh başçısının 2017-ci il 31 yanvar tarixli, 05 saylı əmri ilə Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanunun 25.2, 25.2.6, 33.1.6 və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 186-cı maddəsinin 2-ci hissəsinin (əmrdə həmin norma “186.2-ci maddə” kimi göstərilmişdir) “ç” bəndinə əsasən 2017-ci il 1 fevral tarixdən tutduğu vəzifəsindən azad edilmişdir. İddiaçı 2017-ci il 8 iyun tarixdə 2 sayl ı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Cavabdeh başçısının 2017-ci il 31 yanvar tarixli, 05 saylı əmrinin ləğv olunmasını və ona məcburi proqula görə ödəmə verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Cavabdeh başçısının 2017-ci il 31 yanvar tarixli, 05 saylı əmrinin ləğv olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1991-ci il 26 dekabr tarixdən Cavabdeh aparatında işləmişdir. İlk öncə ümumi şöbənin müvəkkili işləmiş, 1999-cu ildən aparatın komendantı vəzifəsinə yüksəlmiş, həmin ildə başçı tərəfindən Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyasına göndərilmiş, ona dövlət və bələdiyyə idarəetmə ixtisası üzrə diplom verilmişdir. İcra başçısı x təyin edildikdən sonra vəzifəsindən çıxarılaraq, aşağı vəzifəyə - məsləhətçi-mühəndis vəzifəsinə təyin edilmişdir. Töhmət və irad almamışdır. 2016-cı ilin dekabr ayında ona işdən getməsi barədə ərizə yazmaq təklifi onun tərəfindən rədd edildikdən sonra, İcra başçısı x onu kabinetində təhqir edərək 2017-ci il 31 yanvar tarixli, 05 saylı əmri ilə onu vəzifəsindən azad etmişdir. Əmrin surəti onun müraciətindən 5 ay keçdikdən sonra verilmişdir. Əmrdə onun işdən azad olunma səbəbləri göstərilməmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, 2017-ci il 27 yanvar tarixdə 257 nömrəli tam orta məktəbin zalında 3 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin illik hesabat yığıncağ ı keçirilən zaman rayon icra hakimiyyəti və digər rəhbər işçilərin rayonda görülən işlər barədə illik hesabat vermək üçün tribunada çıxış edərkən tədbirin gedişatı zamanı çıxış edən rəhbər işçilərə rişxənd ilə gülərək qeyri-səmimilik göstərmiş, hətta bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, etik davranış qaydalarını pozaraq tədbirin gedişatını izləmək əvəzinə telefonla oynamış və yerində telefonla danışaraq tədbirin gedişatını pozmuşdur. İcra nümayəndəsinin müavini tabeliyində olan işçisi barədə ciddi tədbir görülməsi üçün rayon rəhbərinə təqdimat təqdim etmişdir. İddiaçı işdə buraxdığı nöqsanlara görə “Dövlət qulluğu haqqında” Qanunun 25.2, 25.2.6, 33.1.6-cı maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci və 186cu maddələrinin “ç” bəndlərinə əsasən Bakı şəhəri Cavabde h başçısının 2017-ci il 31 yanvar tarixli, 05 saylı əmri ilə işdən azad edilmiş və o, əmək kitabçası təqdim edilməsi üçün Cavabdehnə dəvət edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 5 fevral tarixli 2-1(82)-106/18 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının dövlət qulluğundan azad edilməsi barədə Bakı şəhəri Cavabdeh başçısının 2017-ci il 31 yanvar tarixli, 05 saylı əmri ləğv edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəf əmrin əsası kimi çıxış edən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 14 sentyabr tarixli 2-1(103)-1630/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən əmr qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 29 yanvar tarixli 2-1(102)-229/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 14 sentyabr tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkə məyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 25 aprel tarixli 2-1(103)-958/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, şahidlərin ifadələrində iddiaçının dövlət qulluqçusu statusu ilə bir araya sığmayan hərəkətlərini ehtiva edən məlumatlar bir-birinə uyğun gəlir və bununla da, müvafiq təqdimatlarda iddiaçının dövlət qulluqç usunun nüfuzuna xələl gətirən davranışı ilə bağlı göstərilənləri təsdiq edir. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 10 may tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 13 may tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, əmrin verilməsi üçün istinad edilən halların olması üçün iddiaçı barəsində əsaslı intizam tənbehi tədbirinin olmasını cavabdeh sübut etməmişdir. Çünki belə bir hal olmamışdır. Guya iddiaçı illik hesabat yığıncağı keçirilən zaman intizamsızlıq etmiş, rəhbər işçilərə rişxənd edərək gülmüşdür. Lakin təqdim edilmiş sübutlardan aydın olmuşdur ki, o, ümumiyyətlə həmin iclasda olmamış və cavabdeh də məhkəmə araşdırması zamanı qeyd e dilənləri sübut etmək gücündə olmadığını büruzə vermişdir. Birinci instansiya məhkəməsi bu hala lazımi qiymət verdiyi halda, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 14, 58-ci maddələrinin müvafiq tələblərinə əməl etməmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsi ilə dövlət qulluqçusu barəsində intizam tənbeh tədbirinin seçilməsi üçün həmin Qanunun 18, 20 və 25.11-ci maddələrində nəzərdə tutulmuş tələblərin pozulması hallarını təsdiq edən sübutlar qeydşərtsiz mövcud olmalıdır. Həmin maddədə nəzərdə tutulan intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya 20-ci maddədə qeyd edilən məhdudiyyətlərə əməl etmədikdə tətbiq oluna bilər. İddiaçıy a hələ 2016-cı ildə xəbərdarlıq edildiyi göstərilmişdir. İddiaçının həmin aktla ən azı tanış olmağı zəruri idi. Əslində isə ona heç vaxt xəbərdarlıq edilməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işə baxarkən yuxarıda qeyd edilən normaların tələblərini nəzərə almamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edi lməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35.1-ci maddəsi). Mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətdə verilmişdir (İPM-in 38.1-ci maddəsi). İddia həm də əsaslıdır. Belə ki, cavabdehin mübahisələndirilən qərarı qanuna ziddir və iddiaçının hüquqlarını pozur (İPM-in 70.1-ci maddəsi). İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1-ci maddəsindən irəli gəlir. Baxılan işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun inzibati aktların lə ğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır. Cavabdeh əmrin hüquqi əsası kimi “Dövlət qulluğu haqqında” Qanunun 25.2, 25.2.6, 33.1.6 və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə istinad etmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 25.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 25.6-cı maddəsinə əsasən, bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Beləliklə, əmrin əsası kimi istinad edilən 25.2.6-cı maddə yalnız həmin normada nəzərdə tutulan hallardan ən azı biri mövcud olduqda tətbiq oluna bilər. Cavabdeh mübahisələndirilən əmrində“Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulan “mütəmadilik”əlamətinə istinad etmişdir. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İddiaçının əvvəllər “Dövlət qulluğu haqqında” Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edildiyinə dair sübut yoxdur. Cavabdehin 2016-cı il 21 dekabr tarixli 189 №-li əmri ilə iddiaçıya xəbərdarlıq edildikdən sonra (iddiaçı həmin əmrdən xəbərsiz olduğunu bildirir və ona hər hansı məzmunda xəbərdarlıq edildiyini inkar edir) yenidən, həm də bu dəfə digər məzmunda pozuntuya yol verməsi də “mütəmadilik” əlamətini ödəmir. Belə ki, qanunverici burada məsuliyyətin əsası kimi pozuntunun sadəcə “təkrar” törədilməsini deyil, məhz “mütəmadi”, yəni davamlı olaraq törədilməsini təsbit etmişdir. Hazırkı halda, cavabdeh pozuntunun nəinki mütəmadiliyini, hətta onun təkrarlığ ını sübut edə bilməmişdir. Digər tərəfdən, cavabdeh artıq 2016-cı il 21 dekabr tarixdə 189 №-li əmrlə təsbit olunmuş fakta əsaslana bilməz. Belə ki: - “Dövlət qulluğu haqqında” Qanunun 25.5-ci maddəsinə əsasən, dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. Xəbərdarlıq barədə əmrin müvafiq yoxlamadan sonra qəbul edildiyi nəzərə alındıqda, həmin faktın əmrlə müəyyən və təsdiq edildiyi vaxtdan sonra mübahisələndirilən əmrin qəbul edildiyi tarixə 1 aydan artıq müddət ötmüşdür; - “Dövlət qulluğu haqqında” Qanunun 25.2-ci maddəsində “xəbərdarlıq” intizam tənbehi kimi nəzərdə tutulmadığından, həmin xəbərdarlıq intizam tənbehinin yaratdığı hüquqi nəticələri yaratmır. “Dövlət qulluğu haqqında”Qanunun 20-ci maddəsinə gəldikdə, həmin normada dövlət qulluqçusu barəsində məhdudiyyətlərdən bəhs olunur. Cavabdehin mübahisələndirilən əmrində “Dövlət qulluğu haqqında”Qanunun 20-ci maddəsinin hər hansı müddəasına istinad yoxdur. Cavabdeh əmrin əsası kimi iddiaçı tərəfindən “dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməsi” faktına əsaslanmış və bunun hüquqi əsası kimi “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” haqqında Qanunun 23.1-ci maddəsinə istinad etmişdir. “Dövlət qulluqçularının eti k davranış qaydaları haqqında” haqqında Qanunun 6.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən, etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Dövlət qulluğu haqqında”Qanunun 18.0.12-ci maddəsinə əsasən, dövlət qulluqçusu etik davranış qaydalarına əməl etməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, “Dövlət qulluğu haqqında” Qanunun 25.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, o, intizam məsuliyyətinə cəlb oluna və onun barəsin də həmin Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi tətbiq oluna bilər. Lakin, yuxarıda qeyd edildiyi kimi, dövlət qulluqçusu barəsində “dövlət qulluğundan azad edilmə” (“Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsi) növündə intizam tənbehi yalnız həmin Qanunun 25.6-cı maddəsində nəzərdə tutulmuş əsaslar olduqda tətbiq oluna bilər. Hazırkı halda, cavabdeh həmin əsaslardan hər hansı birinin mövcudluğunu sübut edə, habelə iddiaçı barəsində məhz həmin növdə intizam tənbehi tədbirinin tətbiq edilməli olduğunu əsaslandıra bilməmişdir. Əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə istinada gəldikdə, məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir. “Dövlət qulluğu haqqında”Qanunun 34-cü maddəsinə əsasən, bu Q anunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Normanın məzmunundan göründüyü kimi, əmək qanunvericiliyinin, hazırkı halda, Əmək Məcəlləsinin müddəalarına o halda istinad edilə bilər ki, dövlət qulluğu keçmə ilə bağlı məsələ “Dövlət qulluğu haqqında”Qanunla bilavasitə tənzimlənməsin. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.8-ci bəndinin 3-cü yarımbəndinə əsasən, yerli icra hakimiyyəti başçısının sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində inzibati vəzifə tutan (məsləhətçi) iddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin və 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinin tətbiqi üçün əsaslar olmamışdır. Belə ki, inzibati vəzifə tutan dövlət qulluqçusu barəsində intizam tənbehinin tətbiqinin əsasları və qaydaları “Dövlət qulluğu haqqında”Qanunla aşkar müəyyən edilmiş, bununla bağlı yaranan münasibətlər həmin Qanunun normaları ilə bilavasitə tənzimlənmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən normaların tələbləri nəzərə alınmamış, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi halda, inzibati aktın qanuniliyinə dair səhv nəticəyə gəlmişdir. İPM-in 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Şikayət əsaslı olduğundan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. İPM-in 96.5.1 və 96.5.2-ci maddələrində nəzərdə tutulan hallar hazırkı işdə mövcud olmadığından, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhk əməsinə göndərilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 25 aprel tarixli 2-1(103)-958/2019 nömrəli qərarı ləğv edilir. Bakı şəhəri Cavabdeh başçısının İddiaçı barədə 2017-ci il 31 yanvar tarixli, 05 saylı əmri ləğv edilir. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar