Məhkəmə qərarları › İş №2-1(102)-2136/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2136/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2136/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; hərbi xidmət dövrünün güzəştli iş stajına aid edilməsi; əmək pensiyasının müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dö vlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərə aid olan iş stajının düzgün hesablanması və 57 yaşının tamam olduğu 6 fevral 2012-ci ildən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2023-cü il tarixli, 2-1(107)-291/2023 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1972-xx.xx.1977-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almış, xx.xx.1977-ci ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər Sovet Ordusunda hərbi xidmətdə olmuş, bundan sonra əmək fəaliyyətini da vam etdirərək xx.xx.2001-ci il tarixə qədər (xx.xx.2006-cı ilə qədər dövr ərzində) müxtəlif peşələrdə işləmişdir.

2. İddiaçı ilk dəfə xx.xx.2018-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə müraciət edərək güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

3. Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin xx.xx.2018-ci il tarixli məktubu ilə iddiaçının müraciətindən imtina edilmişdir.

4. Bundan sonra, iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

5. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********9 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi ******* nömrəli əmək kitabçasına əsasən onun güzəştli iş stajı 12 il 6 aydan az (9 il 2 ay 21 gün (xx.xx.1977-xx.xx.1978-ci il, xx.xx.1980xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1986-xx.xx.1992-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərə aid olan iş stajının düzgün hesablanması və ona 57 yaşının tamam olduğu 6 fevral 2012-ci ildən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının əsasl andırması:

7. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə kimi Qazaxıstan Respublikası Çimkənt şəhərinin toxuculuq kombinatının darayıcı sexində stajor-usta və usta, xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilə kimi Mingəçevir toxuculuq kombinatında ehtiyat usta köməkçisi, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə kimi Rusiyanın Maqadan vilayətinin Srednekan qəsəbəsinin “Pobeda” artelində dağ-mədən işçisi, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilə kimi X1 zavodunda dəzgahlar üzrə usta, xx.xx.1983cü ildən xx.xx.1992-ci ilə kimi Mingəçevir toxuculuq kombinatında ehtiyat usta köməkçisi, növbə ustası və usta işləmişdir. Bu illər ərzində işlədiyi stajor usta, ehtiyat usta köməkçisi, növbə ustası güzəştli iş kimi nəzərə alınmamış və bunun hansı əsaslarla edildiyi göstərilməmi şdir.

8. Cavabdehdən aldığı cavab məktubunda eyni iş bir yerdə güzəştli sayılmış, başqa bir yerdə sayılmamışdır. Məsələn, onun xx.xx.1986-cı ildən xx.xx.1990-cı ilə kimi işlədiyi növbə ustası nəzərə alınmış, xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilə kimi növbə ustası müvəqqəti dekret məzuniyyəti yerinə işlədiyi iş güzəştli iş kimi nəzərə alınmamışdır. 9. 1972-1977-ci illərdə Azərbaycan Politexnik İnstitutunun Gəncə filialında təhsil aldığı müddətdə 1973-cü ilin iyun, iyul, avqust aylarında dövlətin qərarı ilə 300 tələbə və 10-15 müəllim tələbə inşaat dəstəsi kimi Rusiyanın keçmiş Kuybışev, indiki Samara vilayətinin Tolyatti şəhərinin Komsomolsk qəsəbəsinə göndərilmişlər və 3 ay orada tikintidə fəhlə kimi işləmişlər, qayıdandan sonra 1973-cü ilin sonlarında bu iş barəsində məhkəmə prosesi olmuş dur. Bunu təsdiq edən sənədlər Gəncə məhkəməsinin arxivində olmalıdır. 10. 1976-cı ildə Təhsil Nazirliyinin qərarı ilə onun da daxil olduğu 18 tələbəni Rusiyanın Penza şəhərinin maşınqayırma zavoduna diplomqabağı təcrübəyə göndərmişlər. Orada onları işə qəbul etmişlər. 1976-cı ilin iyun, iyul, avqust aylarında tokar dəzgahında işləmişdir.

11. Bir neçə dəfə müraciət etsə də, ona “toxuculuq kombinatında işləyən usta və usta köməkçilərinə güzəştli pensiyaları ləğv etmişlər” deyərək aldatmışlar və əsassız olaraq pensiya təyin etməmişlər. Cavabdehin etirazları:

12. Cavabdeh tərəfindən iddia tələbinə dair təqdim edilən yazılı etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

13. Şəki İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il ta rixli, 2-1(116)-351/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının işlədiyi peşələrin sözügedən siyahılarda nəzərdə tutulan peşələrlə müqayisəsindən məlum olur ki, onun 12,6 il müddətə siyahılarda nəzərdə tutulan peşələrdə işləməsi şərti yerinə yetirilmir. Belə ki, iddiaçının xx.xx.1977-xx.xx.1978, xx.xx.1980-xx.xx.1980, xx.xx.1980-xx.xx.1982, xx.xx.1983-xx.xx.1983, xx.xx.1983-xx.xx.1992-ci il tarixlərdə siyahılarda nəzərdə tutulan peşələrdə iş stajı güzəştli şərtlərlə əmək pensiyası hüququ verən staj olaraq nəzərə alındığı halda, onun 12 il 04 ay 24 gün güzəştli iş stajına malik olduğu müəyyən edilir. Beləliklə, iddiaçı qanunvericiliklə müəyyən edilmiş güzəştli iş stajının minimum tələbinə cavab vermir.

15. İddiaçı həmin qərard an apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2-1(107)-292/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(116)-351/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı ümumilikdə 12 il 4 ay 24 gün güzəştli iş stajına malikdir, onun minimum 12,6 il güzəştli iş stajı olmadığından onun tələbi təmin edilə bilməz. Məhkəmə iddiaçının 1973 və 1976-cı illərdə tələbə inşaat dəstəsinin t ərkibində Rusiya Federasiyasının Penza şəhərində maşınqayırma zavodunda işlədiyi müddəti də onun güzəştli iş stajına daxil etməmişdir. Məhkəmə bu zaman ona əsaslanmışdır ki, X2 Arxivinin verdiyi xx.xx.2021-ci il tarixli 7471 saylı arxiv arayışında və “Penzmaş” AİB-in xx.xx.2020-ci il tarixli 62-81 nömrəli arayışında iddiaçının həmin müəssisədə tələbə inşaat dəstəsi tərkibində işləməsi təsdiq olunmur.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 2-1(102)-200/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şika yəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2-1(107)-292/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.

20. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə iddiaçının güzəştli iş stajını cavabdehin müəyyən etdiyindən fərqli qaydada hesablamışdır. Belə olan halda, məhkəmə özünün qənaətini əsaslandırmaq vəzifəsi daşıyır. Hazırkı mübahisə üzrə isə apellyasiya məhkəməsi güzəştli stajı hesablayarkən bu qaydada bir əlaqələndirmə və uyğunlaşdırma aparmamışdır.

21. Məhkəmə kollegiyası mübahisəyə keçmiş SSRİ Nazirlər Sovetinin 3 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamən in 109-cu bəndinin müddəalarının tətbiq edilməli olduğu halda, edilmədiyinə dair iddiaçının dəlillərini də əsaslı hesab etmişdir. Belə ki, həmin norma iddiaçının hərbi xidmətdə olduğu vaxtı qüvvədə olmuşdur. Təkrar apellyasiya baxışı zamanı iddiaçının güzəştli iş stajı hesablanarkən sözügedən normanın tələbləri də nəzərə alınmalı, iddiaçının həqiqətən hərbi xidmətdən əvvəl və ya sonra güzəştli iş stajı hesab edilən peşədə işlədiyi müəyyən olunarsa, hərbi xidmət dövrünün də güzəştli staja hesablanması məsələsi müzakirə olunmalıdır. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

22. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2023-cü il tarixli, 21(107)-291/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(116)-351/2022 nömrəli qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilmiş, cavabdehin üzərinə iddiaçının hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək cavabdehə müraciət etdiyi 21 avqust 2018-ci il tarixdən 3 il geri, yəni 21 avqust 2015-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi qoyulmuşdur.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəf iddiaçının 25 il ümumi iş stajının mövcudluğu ilə bağlı mübahisə etmirlər. Mübahisələndirilən məsələ xüsusi stajın toplanması ilə bağlıdır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hüquqi mövqeyini və qanuni göstərişlərini nəzərə alaraq göstərmişdir ki, əmək kitabçasına əsasən iddiaçı xx.xx.1978- ci ildən xx.xx.1979-cu il tarixədək (1 il 7 ay 9 gün) hərbi xidmət keçmişdir. Hazırkı halda güzəştli iş stajının hesablanması zamanı hərbi xidmət dövrünün nəzərə alınması məsələsinə münasibətdə SSRİ Nazirlər Sovetinin 3 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin müddəalarına istinad edilə bilər. İddiaçı hərbi xidmətə çağırılmazdan əvvəl xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə kimi, yəni 8 ay 24 gün, hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilə kimi, yəni 1 ay 26 gün, güzəştli şərtlərə aid olan istehsalatda, yəni Toxuculuq Kombinatının əyrilik fabrikasında işləməsi güzəştli iş stajı kimi nəzərə alınmalıdır.

24. İddiaçı həmin qərardan kassasiya şika yəti verərək qərarın iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin pensiyanın xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək ödənilməsi hissəsində də təmin olunmasını xahiş etmişdir.

25. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) iddiaçının kassasiya şikayətinin dəlilləri

26. İddiaçı qeyd edir ki, qanunvericiliyə əsasən hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləği, onun üçün müraciət edilən əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilir. Pensiyanı təyin edən və ya ödəyən orqanın təqsiri üzündən vaxtında alınmamış pensiyanın məbləği heç bir müddət qoyulmadan bütün dövr üçün ödənilir. Onun müraci ət edib-etməməsindən asılı olmayaraq, onun pensiyası nəinki hesablanmamış, bu 13 il müddətində Mingəçevir DSMF-nin işçiləri qərəzli surətdə, qeyriqanuni olaraq, rəsmi və ya qeyri-rəsmi onu aldadaraq bu işin Ali Məhkəməyə gedib çıxmasına səbəb olmuşlar. Göstərdiyi dəlillərə əsaslanaraq bu qanunun 2-ci abzası ona DSMF-nin təqsiri üzündən vaxtında almadığı pensiyanın məbləğinin heç bir müddət qoyulmadan bütün dövr üçün ödənilməsi hüququnu verir. b) cavabdehin kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd olunan məlumatlara əsasən onun ümumi iş stajının 25 ildən az (21 il 5 ay 21 gün (xx.xx.1972-xx.xx.1977-ci il, xx.xx.1977- 24,04.1978-ci il, xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1980-xx.xx.1980- ci il, xx.xx.1980- xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983- xx.xx.1994-cü il, tarixləri arasındakı dövrlər), güzəştli iş stajının isə 12 il 6 aydan az (9 il 2 ay 21 gün (xx.xx.1977-xx.xx.1978-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983- xx.xx.1983-cü il, xx.xx.1986-01.07,1992-ci il tarixləri arasındakı dövrlər)) olduğu müəyyən edilmişdir.

28. Bununla belə, təkrar apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişlərinə əməl etməmiş, iddiaçının işlədiyi peşələrlə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilmiş peşələrin yerinə yetirilmiş əmək funksiyaları nəzərə alınmaqla konkret kodlara istinadla eyni olub-olmadığın ı araşdırmamış, sadəcə işlədiyi peşələri sadalayaraq onun 12 il 6 aydan çox güzəştli iş stajının olduğunu müəyyən etmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

29. İddiaçı kassasiya şikayətinə etiraz verərək kassasiya şikayətinin təmin edilmədən və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığor ta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyada)... 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə

32. Əmək pensiyasının təyin edilməsi müddətləri... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi günd ən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 31. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, v əzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... 32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidə n baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəm ədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətid ir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Şikayətlər aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətlərinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

38. Hazırkı iş üzrə cavab dehin mübahisələndirdiyi və kassasiya şikayətində də təkrar olaraq qeyd etdiyi xüsusat iddiaçının müvafiq ümumi və xüsusi sığorta stajına malik olmamasıdır. Belə ki, cavabdeh kassasiya şikayətində qeyd edir ki, iddiaçının ümumi iş stajı 25 ildən az, yəni 21 il 5 ay 21 gün təşkil edir. Cavabdehin dəlillərinə əsasən o, iddiaçının xx.xx.1994-cü ildən xx.xx.2001-ci ilə qədər "xxxx" MMC-nin direktoru vəzifəsində işlədiyi illəri sığorta stajı kimi nəzərə almamış, lakin bunun hər hansı bir səbəbini qeyd etməmişdir.

39. Hazırkı qərarın 32-ci bəndində qeyd edilən normanın tələbinə əsasən sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

40. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.

41. Belə olan halda, iddiaçının ümumi iş stajının 25 ildən çox olması (cavabdehin mübahisələndirmədiyi 21 il 5 ay 21 gün + "xxxx" MMC-də iş illəri 6 il 2 ay 13 gün) öz təsdiqini tapmışdır. Nəzərə almaq lazımdır ki, cavabdeh nə imtina məktubunda, nə iddia tələbinə etirazda, nə də əvvəlki məhkəmə icraatında iddiaçının ümumi iş stajını mübahisələndirməmişdir.

42. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının xx.xx.1977-xx.xx.1978-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983xx.xx.1983-cü il, xx.xx.1986-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər üzrə 9 il 2 ay 21 gün iş stajını güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı kimi qəbul etmişdir.

43. Cavabdeh iddiaçının xx.xx.1977-xx.xx.1978-ci il tarixləri arasında olan dövrü qəbul etsə də, eyni vəzifədə işlədiyi xx.xx.1977-xx.xx.1977-ci il tarixləri arasındakı dövrü, xx.xx.1980-xx.xx.1980-ci il tarixləri arasındakı dövrü, habelə, xx.xx.1986-xx.xx.1992-ci il tarixləri arasında olan dövrü qəbul etsə də, eyni vəzifədə işlədiyi xx.xx.1983-xx.xx.1986-cı il tarixləri arasındakı dövrü qəbul etməmiş və bunun əsaslarını qeyd etməmişdir.

44. Ona görə də, cavabdehin güzəştli stajla bağlı dəlilləri əsaslı hesab oluna bilməz.

45. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ve rilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin müddəalarına istinad etmişdir.

46. Həmin normaya əsasən, yeraltı işlərdə, əmək şəraiti zərərli olan işlərdə və çox isti sexlərdə, eləcə də əmək şəraiti ağır olan başqa işlərdə işləyən fəhlə və qulluqçulara güzəştli şərtlərlə qocalığa (yaşa) görə pensiya təyin edilərkən pensiya təyin edilməsi üçün müraciət edənin arzusu ilə keçmiş SSRİ Silahlı Qüvvələrində xidmət dövrü hərbi xidmət dövründən əvvəlki işə, yaxud da həmin dövrdən sonra gələn işə bərabər tutulur.

47. İş materiallarından göründüyü kimi, iddiaçı xx.xx.1978-ci ildən xx.xx.1979-cu il tarixədək (1 il 7 ay 9 gün) hərbi xidmət keçmişdir. Onun hərbi xidmətə çağırılmazdan əvvəl xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə kimi, yəni 8 ay 24 gün, hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1 980-ci ildən xx.xx.1980-ci ilə kimi, yəni 1 ay 26 gün işlədiyi peşələr güzəştli şərtlərə aid olan istehsalatda olduğundan SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu maddəsinin tətbiqi üçün əsaslar mövcuddur. Belə olan halda, iddiaçının güzəştli iş stajının tələb olunan 12 il 6 aydan çox olması iş materialları ilə öz təsdiqini tapır.

48. Beləliklə, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina əsaslı olmamışdır.

49. İddiaçının əmək pensiyasının hüququ yarandığı və təyin edildiyi xx.xx.2012-ci il tarixdən ödənilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Pros essual Məcəlləsinin 98-1.4-cü maddəsinin tələblərinə əsasən, Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi barədə Ali Məhkəmənin İnzibati Kollegiyasının bütün hakimlərdən ibarət tərkibdə qəbul etdiyi qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar.

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 8 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli Qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il ü çün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

51. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ilk dəfə pensiya təyinatı ilə bağlı xx.xx.2018-ci ildə müraciət etməsini nəzərə almaqla ona təyin edilmiş əmək pensiyasının müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün, yəni xx.xx.2015-ci ildən ödənilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

52. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətlərin təmin olunması üçün əsaslar yoxdur.

53. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kas sasiya şikayətləri təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2023-cü il tarixli, 21(107)-291/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar