Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2137/2019 10.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, X1 ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili X2 iştirakı ilə iddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasın ın 2-1(103)-1003/2019 nömrəli, 11 aprel 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 10 iyul 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: “xxxx” MMC (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 18 iyul 2018-ci il tarixli KY181257428 saylı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışın etibarsız hesab edilməsi və səyyar vergi yoxlamasının keçirilməsi haqqında eyni tarixli **********156929 №-li qərarın ləğv olunmasını xahiş etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiq ləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Ədliyyə Nazirliyinə qarşı iddia tələbini çıxarmış və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinə (bundan sonra cavabdeh) qarşı iddia tələbində israrlı olaraq, onun 18 iyul 2018-ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi haqqında **********1156929 №-li qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Kollegiyasının 14 fevral 2019-cu il tarixli, 2-1(81)194/2019 nömrəli qərardadı ilə (hakim: E.Q.Məmmədov) iddiaçının cavabdehə qarşı 18.07.2018-ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi haqqında **********1156929 №-li qərarın ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddia geri götürülmüş sayılmışdır. Məh kəmə hesab etmişdir ki, iddiaçı 30 gündən çox müddət ərzində inzibati məhkəmə icraatından yayındığından iddia geri götürülmüş sayılmalıdır. Məhkəmənin həmin qərardadından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1003/2019 nömrəli iş üzrə 11 aprel 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Kollegiyasının 14 fevral 2019-cu il tarixli, 2-1(81)-194/2019 nömrəli qərardadı ləğv edilərək iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın geri götürülmüş hesab edilməsi və iş üzrə icr aata xitam verilməsi barədə qərardad qəbul olunması üçün əsaslar mövcud olmamışdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iş üzrə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızıdır. Belə ki, iş üzrə məhkəmə iclasları 24.09.2018, 04.10.2018, 15.10.2018, 05.11.2018, 19.11.2018, 30.11.2018, 25.12.2018 və 14.02.2019-cu il tarixlərə təyin edilmiş və tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmişdir. İddiaçının nümayəndəsi 24.09.2018, 05.11.2018 və 30.11.2018-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etmiş, lakin 04.10.2018, 15.10.2018, 19.11.2018, 30.11.2018, 25.12.2018 və 14.02.2019-cu il tarixlərə təyin edilmiş məhkəmə iclaslarında iştirak etməmişdir. Beləliklə, iddiaçı (30.11.2018-ci il tarixdən 14.02.2019-cu il tarixinə qədər 76 gün) 30 gündən çox müddət ərzində inzibati məhkəmə icraatından yayınmışdır. İddiaçı 14.02.2019-cu il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etməməsinin əsası kimi, 25.12.2018-ci il tarixə təyin olunmuş məhkəmə prosesi vaxtı Gəncə şəhərində hüzür mərasimində olduğunu qeyd etmişdir. Lakin, iddiaçı 30.11.2018-ci il tarixdən 14.02.2019-cu il tarixinə qədər uzun müddət ərzində iş üzrə icraatın hansı mərhələdə olduğu barədə məhkəmədən məlumat almamış, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş və bununla da məhkəmə icraatından yayınmışdır. Əlavə olaraq 30.11.2018-ci il tarixdə məhkəmə prosesində cavabdeh tərəfindən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin səbəbləri barədə iddiaçı tərəfə müvafiq sənədlər təqdim edilərək münasibət bildirilməsi istənilmiş, iddiaçı növbəti məhkəmə prosesində münasibət bildirəcəyini qeyd etmişdir. Lakin, növbəti məhkəmə proseslərində iştirak etməmə davranışından görünür ki, iddiaçı mübahisə ilə bağlı marağını itirmiş və icraatdan yayınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmaya raq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxım dan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Belə ki, apelyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddia ərizəsi 27.08.2018-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş və mübahisə ilə bağlı məhkəmənin qəbul etdiyi sərəncamı ilə 24.09.2018-ci il tarixə məhkəmənin hazırlıq iclası təyin edilmiş və bu barədə, iddiaçıya məhkəmə bildirişi göndərilmiş; 24.09.2018-ci il tarixə təyin olunmuş məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi (direktoru) iştirak etmiş, həmin məhkəmə iclası 15.10.2018-ci il tarixə təxirə salınmış; 15.10.2018-ci il tarixə təyin olunmuş hazırlıq icl asına iddiaçı (nümayəndəsi) gəlməmiş, iclas 05.11.2018-ci il tarixə təxirə salınmışdır. 05.11.2018-ci il tarixə təyin olunmuş iclasda iddiaçının nümayəndəsi M.Məmmədov iştirak etmiş, həmin məhkəmə iclası da 30.11.2018-ci il tarixə təxirə salınmış; 30.11.2018-ci il tarixə təyin olunmuş iclasda da iddiaçının nümayəndəsi M.Məmmədov iştirak etmiş, lakin bu dəfə də hazırlıq icraatı ilə əlaqədar məhkəmə iclası 25.12.2018-ci il tarixə təxirə salınmış və bu barədə qəbzə imza edilməklə, xəbərdar olunmuş; 25.12.2018-ci il tarixə təxirə salınmış məhkəmə iclasına isə iddiaçı (həm də cavabdeh) gəlməmiş, hazırlıq iclası 14.02.2018-ci il tarixinə təxirə salınmışdır (Həmin məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya (tərəflərə ünvanlanmış məhkəmə bildirişi mövcud olsa da, iddiaçı tərəfindən onun alın masını təsdiq edən sənəd-sübut yoxdur, digər tərəfdən həmin bildirişdə iddiaçıya İPM-in 55.3-cü maddəsinin məzmunundan irəli gələn xəbərdarlıq edilməsi barədə məlumat da yoxdur).14.02.2018-ci il tarixinə təxirə salınmış məhkəmənin hazırlıq iclas protokolunda isə iddiaçının nümayəndəsinin məhkəməyə gəlmədiyi qeyd olunsa da, məhkəmə bildirişinin ona çatdırılıb-çatdırılmaması araşdırılmamış, onun gəlməməsinin səbəbi göstərilməmiş və cavabdehin nümayəndəsinin iştirakı ilə keçirilən həmin iclasda iddia geri götürülmüş hesab edilərək, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilmişdir. Həmçinin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iş üzrə məhkəmənin beş hazırlıq iclası keçirilmiş, həmin iclasların üçündə iddiaçı (nümayəndəsi) iştirak etmişdir. Əslində, məhkəməni n mahiyyət etibarı ilə işdə olan mövcud sənədlər əsasında yekun nəticə verməsi üçün işdə kifayət qədər materiallar və qanunvericiliyin müvafiq tələbləri mövcud olmuş, lakin məhkəmə hazırlıq icraatı ilə əlaqədar məhkəmə iclasını yenə də 14.02.2019-cu il tarixə təxirə salmağı üstün tutmuş, həmin məhkəmə iclasının vaxtı və yeri barədə isə iddiaçının (nümayəndəsinin) xəbəri olmamışdır. Bundan əlavə, ona İPM-in 55.3-cü maddəsinin tələbləri qaydasında, 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılacağı barədə müvafiq xəbərdarlıq da edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın geri götürülmüş hesab edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunması üçün əsaslar mövcud olmadığınd an apelyasiya instansiya məhkəməsi əsaslı olaraq həmin qərardadı ləğv etmişdir. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1003/2019 nömrəli iş üzrə 11 aprel 2019-cu il tarixli qəra
Məhkəmə qərarları › İş №2-1(102)-2137/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2137/2019
10.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver