Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2137/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; poliqrafiya, sətirtökən maşına yığıcı/mürəttib) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa g örə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 avqust tarixli, 2-1(103)-2013/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1961-ci il 15 aprel tarixdə anadan olmuşdur. O, 1976-1979-cu illərdə texniki peşə məktəbində “sətirtökən maşınla yığan mürəttib” peşəsi üzrə təhsil almış, 1979-cu il 1 avqust tarixdən 1979-cu il 5 noyabr tarixədək Neftçala rayon “Oktyabr bayrağı” qəzet mətbəəsində mürəttib vəzifəsində işləmiş, 1979-cu il 17 noyabr tarixdən 1981-ci il 17 dekabr tarixə qədər hərbi xidmətdə olmuşdur. 1982-ci il 13 yanvar tarixdən Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitə sinin “Kommunist” Nəşriyyatında maşında çap sexinə 3-cü dərəcəli sətirtökən maşınların yığıcısı vəzifəsinə qəbul olunmuş, 1982-ci il 19 iyul tarixdə 5-ci dərəcəli sətirtökən maşınların yığıcısı vəzifəsinə keçirilmiş, 1985-ci il 8 iyul tarixdən 1996-ci il 2 yanvar tarixədək yığıcıların (mürəttiblərin) briqadiri, 1996-ci il 2 yanvar tarixdən 2016-cı il 14 oktyabr tarixədək anbar müdiri vəzifəsində işləmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh 2020-ci il 3 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, cavabdehə təqdim olunan “Azərbaycan” Nəşriyyatının 2020-ci il 14 avqust tarixli, 3/06 nömrəli arayışında 1982-ci il 13 yanvar1996-cı il 2 yanvar tarixləri arasındakı dövr ərzində Kommunist nəşriyyatının Yığım Sexində işlədiyi sətirtökən maşınla yığıcı vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır və bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2020-ci il 3 dekabr tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2018-ci il 15 aprel tarixdə 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, əmək pensiyası hüququn yarandığı vaxtdan bugünədək ödənilməsi vəzi fəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehə güzəştli şərtlərlə pensiyanın təyin edilməsindən imtina edilmişdir. İddiaçının əmək stajı 1976-cı ildən başlayaraq, Bakı Texniki Peşə Məktəbində təhsil aldığı və hərbi xidmətdə olduğu müddətlər daxil olmaqla 2006-cı ilə qədər zərərli işlə birlikdə 25 ildən artıq olmaqla təşkil edir. “Əmək pensiyaları haqqında” qanunun tələblərinə əsasən 2006-cı ilə qədər ümumi əmək stajı 25 il və həmin stajın 12 il 6 ay əmək fəaliyyəti zərərli işlə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarının 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. İddiaçının 57 yaşı 2018-ci il 15 aprel tarixdə olmuşdur. İddiaçının ümumiliklə əmək stajı 40 ildən yu xarı təşkil edir. Onun 2006-cı il tarixdə kifayət qədər stajı var. Beləliklə, ona 57 yaşında güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. İddiaçı 1976-cı il tarixdən 1979-cu il 19 iyul tarixə kimi 3 il Bakı Texniki Peşə Məktəbində 5-ci dərəcə ilə sətirtökən maşınları yığan mürəttib ixtisasına yiyələnmişdir. 1979-cu il 15 noyabr tarixdən, 1996-cı l 02 yanvar tarixədək Azərbaycan Nəşriyyatında nəşriyyat yığım sexində 3-cü və 5-ci dərəcəli sətirtökən maşınların yığıcı vəzifəsində işləmişdir. İddiaçı “Azərbaycan” Nəşriyyatında bugünədək işləyir. O cavabdehin imtina məktubunu əsassız hesab edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının 2020-ci il 9 oktyabr tarixli müraciəti ilə bağlı aparılmış inzibati icraat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Mərkəzi Filiala təqdim olunan “Azərbaycan” Nəşriyyatının 2020-ci il 14 avqust tarixli, 3/06 nömrəli arayışında 1982-ci il 13 yanvar - 1996-cı il 2 yanvar tarixləri arasındakı dövr ərzində Kommunist nəşriyyatının yığım sexində işlədiyi sətirtökən maşınla yığıcı vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 42000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 30788,30 manat təşkil edir. Sözügedən məsələ ilə əlaqədar məhkəmə təcrübəsində X1 işi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2020-ci il 2 dekabr tarixli, 21(112)-5359/2020 nömrəli məhkəmə qərarında göstərilmişdir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respubl ikasının Qanunu ilə 9.1-ci maddədə ”57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, 2017-ci il 1 iyul tarixədək, güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün yalnız iki şərt (yaş və staj) nəzərdə tutulsa da, yuxarıda qeyd edilən dəyişikliklər qüvvəyə mindikdən sonra (2017-ci il 1 iyul) “pensiya kapitalı” kimi adlanan yeni şərt əlavə edilmişdir. 2017-ci il 1 iyul tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün hər üç şərt (yaş, staj və p ensiya kapitalı) mövcud olmalıdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 6 may tarixli, 2-1(112)-3045/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 1982-ci il 13 yanvar tarixdən bu günədək “Azərbaycan” nəşriyyatında işləyir. İddiaçı 1982-ci il 13 yanvar tarixdən 1985-ci il 08 iyul tarixədək sətirtökən maşınla yığan mürəttib, 1985-ci ilin 8 iyul tarixdən 1996-ci ilin 2 yanvar tarixədək isə yığıcıların briqadiri, kağız anbarın müdiri, texniki təchizat şöbəsinin müdiri vəzifələrdə işləmişdir. Lakin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlər in, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda və həmin qərar qəbul edilənə qədər qüvvədə olmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli və 2 nömrəli siyahılarda iddiaçının işlədiyi sətirtökən maşınla yığıcıların briqadiri vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməsi nəzərdə tutulmamışdır.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiy asının 2021-ci il 16 avqust tarixli, 2-1(103)-2013/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 6 may tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, İddiaçıya 57 yaşı tamam olduğu 2018-ci il 15 aprel tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı vaxtdan bugünədək ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi vəzifə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilən siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarın 2 nömrəli siyahısında 25-ci - Poliqrafiya, kinosu rətlər istehsalı bölməsində 2270000a—14807 kodu altında öz əksini tapmışdır. İddiaçı həmin vəzifədə 2007-ci il 23 yanvar tarixədək işlədiyindən onunla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarın 2 nömrəli siyahısı tətbiq olunmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi həmin siyahıda “Briqadir”, “Manqa komandiri” və bu kimi vəzifələr ayrıca nəzərdə tutulsa da, hazırkı işdə “Güzəştli Arayışda” bildirildiyi kimi, iddiaçının fəhlələrlə bərabər eyni işin görülməsi faktına xüsusilə diqqət yetirilməlidir. Ona görə də məhkəmə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddianın təmin edilməli olduğuna dair nəticəyə gəlir.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti ve rərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçıya pensiya təyin edilə bilməsi üçün hazırkı qanunvericilikdə yaş, staj və sığorta kapitalı olmaqla üç şərt müəyyənləşdirilib. “Əmək Pensiyaları haqqında” qanunun 9.8-ci maddəsi iddiaçının stajını 2006-cı ilədək toplamış olduğu halda, yaş və staj məsələsində əvvəlki qanunvericiliyin tətbiqinə icazə verir. Sığorta kapitalı məsələsi ilə bağlı isə hər hansı istisna mövcud olmadığından hal hazırda qüvvədə olan qanunvericilik rəhbər tutulur. Beləliklə, iddiaçıya 57 yaşdan pensiya təyin edilə bilməsi üçün o, 2006-cı il 1 yanvar tarixədək ümumi və güzəştli iş stajını toplamış olmalı, eyni zamanda, pensiya təyin olunduğu günə müvafiq pensiya kapitalını toplamış olmalı idi. İddiaçı isə qeyd olunan tələblərə cavab vermir. Belə ki, İddiaçı 1982-ci il 13 yanvar tarixdən bugünədək “Azərbaycan” Nəşriyyatında işləyir. İddiaçı 1982-ci il 13 yanvar tarixdən 1985-ci il 8 iyul tarixədək sətirtökən maşınla yığan mürəttib, 1985-ci ilin 8 iyul tarixdən 1996-cı il 2 yanvar tarixədək isə yığıcıların briqadiri, kağız anbarın müdiri, texniki təchizat şöbəsinin müdiri vəzifələrində işləmişdir. Qeyd olunan peşələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş, güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahılarında yoxdur. Eyni zamanda, İddiaçı pensiya kapitalı ilə bağlı tələbə cavab vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 42000,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 30788,30 manat təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaol unanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 16. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa...
15. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəb ul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
19. İddiaçıya onun 57 yaşının t amam olduğu 2018-ci il 15 aprel tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajı olmalıdır.
20. İddiaçının peşə təhsili haqqında diplomu, hərbi bileti, əmək kitabçası və işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışlardakı məlumatlara əsasən, iddiaçı 1976-1979-cu illərdə peşə təhsili almış, 1979-cu il 1 avqust tarixdən əmək fəaliyyətinə başlamış və hərbi xidmət müddəti də nəzərə alınmaqla 2006-cı il 1 yanvar tarixədək 25 ildən artıq ümumi stajı olmuşdur.
21. İşin cavabdeh tərəfindən mübahisələndirilən halı iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş Siyahıda nəzərdə tutulmaması ilə bağlıdır
22. Bu dəl ili əsassız hesab edən məhkəmə kollegiyası işin araşdırılmış hallarına əsasən hesab edir ki, iddiaçı 1982-ci il 13 yanvar tarixdən Azərbaycan KP MK-nın “Kommunist” nəşriyyatının yığım sexində yığma-sətirtökən maşınların yığıcısı işləmiş, 1985-ci il 8 iyul tarixdən həmin sexdə yığıcıların briqadiri təyin edilmiş, 1996-cı il 2 yanvar tarixədək həmin vəzifədə tam iş günü ərzində işləmişdir. Əmək kitabçasında qeyd olunan briqadir vəzifəsi yığım sexində çalışan digər işçilərlə bərabər işləmək və işə nəzarət etmək üçün verilmişdir. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilən siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nöm rəli siyahıda qeyd olunan (XXV. Poliqrafiya, kinosurətlər istehsalı. 2270000a 14807) yığma-sətirtökən maşınların yığıcıları peşəsi iddiaçının işlədiyi peşəyə tam uyğundur.
24. Beləliklə, iddiaçının işlədiyi vəzifə ilə (1982-ci il 13 yanvar - 1996-ci il 2 yanvar) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Sİyahısı»nda nəzərdə tutulan vəzifənin funksional eyniliyi iş yerindən verilən arayışlar və vəzifə təlimatlarına əsasən müəyyən edildiyindən, iddiaçının yuxarıda qeyd edilən normativ hüquqi aktlardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
25. Cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinadla iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi barədə dəlilə gəldikdə, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq həmin Qanundan əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş stajlarla bağlı şərtləri 2006-cı il 1 yanvar tarixədək tam ödədiyindən, o, həmin şərtlərin ödənildiyi vaxtda qüvvədə olan qanunla müəyyən edilən digər şərtin – 57 yaşın tamamında ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hüququnu qazanmışdır. Qanundakı sonrakı dəyişiklik, hazırkı halda, yaşla ba ğlı şərtdən əlavə digər şərtin də müəyyən edilməsi iddiaçının artıq bunadək qazanmış olduğu bu hüququ aradan qaldırmır.
27. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 avqust tarixli, 21(103)-2013/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.