Məhkəmə qərarları › İş №2-1(102)-2137/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2137/2023

21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2137/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu püblik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlə t Sosial Müdafiə Fondu püblik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Şirvan Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(106)-100/2023 nömrəli iş üzrə 01 iyun 2023-cü il tarixli qərarından cavabdehin kassasiya şikayətinə əsasən inzibati işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əmək kitabçasına, hərbi biletinə və diplomuna əsasən o, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək (01 il 09 ay 23 gün) Bakı Plan-İqtisad texnikumunda təhsil almış, xx.xx.1986-cı il tarixdən Sabirabad rayonunun Şı xsalahlı kəndi “Bakı” kolxozunda hesabdar vəzifəsinə qəbul olunmuş, xx.xx.1988-ci il tarixdə işdən azad edilmiş, xx.xx.1988-ci il tarixdə keçmiş SSRİ X2 rayon şöbəsində nəzarətçi vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü il tarixdə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1994-cü il tarixdə Sabirabad rayonunun Şıxsalahlı kəndində, “Bakı” kolxozunda hesabdar, xx.xx.1998-ci il tarixdə işdən azad edilmiş, xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “Karasu Əməliyyat Şirkəti”ndə “suvurma üzrə maşinist/operator”, xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixədək həmin şirkətin Lay təzyiqinin saxlanması sexində “nasos qurğusunun maşinisti”, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həmin sexdə “nasos qurğusunun böyük maşinisti”, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə dək şirkətin Neftin kompleks hazırlanması və vurulması sexində “texnoloji nasosların 5-ci dərəcə maşinisti vəzifələrində işləmiş və hal-hazırda həmin vəzifədə işləyir. 2. “X1” şirkətinin xx.xx.2023-cü il tarixli 04-2/133 nömrəli məktubuna görə, iddiaçı Kayman Adalarının “X1” şirkətinin filialında “Neftin kompleks hazırlanması və vurulması sexi”ndə texnoloji nasosların 5-ci dərəcə maşinisti vəzifəsində işləyir. İddiaçı xx.xx.2009xx.xx.2020-ci illərdə nasos qurğusu maşinisti və baş maşinist (texnoloji nasos maşinisti vəzifəsi ilə eynidir) kimi işləyərkən vəzifələri müxtəlif sistemli nasos və boru-nasoslarla təchiz edilmiş nasos stansiyalarının (yarımstansiyaların, qurğuların) xidməti, mühərrik və nasosların işə salınması, iş rejiminin tənzimlənməsi və işinin dayandırılması, çöl şəraitində və tikinti meydançalarında nasosların və nasos aqreqatlarının xidməti, xidmət göstərilən sahənin şəbəkəsində mayenin verilən təzyiqinin saxlanmasına nəzarət, daha yüksək ixtisaslı maşinistin rəhbərliyi altında transformator yarımstansiyalarının xidmət, nasos avadanlıqlarının, həmçinin texnoloji avadanlıqların, elektrik mühərriklərinin və elektrik sxemlərinin işində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması, orta mürəkkəb elektrotexniki işlərin yerinə yetirilməsi, sahənin (yarımstansiyaların) elektroavadanlığının yüklənməsinin tənzimlənməsi, təmirə ehtiyacı olan qüsurlu avadanlıqların siyahısının tərtibi, xidmət göstərilən sahənin ötürücü mühərriklərin, nasosların, armaturların və boru kəmərlərinin fasiləsiz işinə, həmçinin, şəbəkədə suyun təzyiqinə nəzarət, xüsusi mürəkkəb nasos av adanlıqlarının, su qurğularının, nəzarət cihazlarının, avtomatika və qoruyucu qurğuların tənzimlənməsi və yoxlanması, nasos qurğularında mürəkkəb qüsurların aşkarlanması və aradan qaldırılması, təmir olunmuş avadanlığın gərginlik şəraitində yoxlanması və sınağı, nəzarət-ölçü cihazlarının dəyişdirilməsi, müxtəlif sistemli nasoslarla təchiz edilmiş su pulpa və digər qatı olmayan mayelər ötürən nasos qurğularına xidməti, mühərrik və nasosların işə salınması, sahə şəraitində tikinti və sənaye meydançalarında hər biri saatda 1.000-dən 3.000 kub.metrə qədər su ötürən nasos və hər biri saatda 600 kub.metrdən artıq nasoslu aqreqatlara və vakumlu nasos və iynə filtrli qurğulara xidmət, istehsal gücü 18.000 kub.metrdən yuxarı metanlı hava qarışığı olan kömür şaxtaların deqazlaşması üzrə vakum-nasos qurğularına xidmət, xidmət edilən sahə şəbəkəsində verilən su və pulpun lazımi təzyiqlə təmin edilməsi, nasos qurğuları avadanlığının işindəki nasazlıqların aşkar edilməsi və onların aradan qaldırılması, elektrik mühərriklərinin işə buraxılması və saxlanılması, yastıqlarda yağın olmasının yoxlanılması, yastıqların açılması, yuyulması və sürtülməsi, qoruyucuların dəyişdirilməsi, vurulan məhsulların sızmasının ləğv edilməsi, elektrik avadanlığının təmiri üzrə çilingər işinin görülməsi, avadanlığın iş rejiminə nəzarət edilməsi olmuşdur. İddiaçı xx.xx.2009-xx.xx.2020-ci illərdə nasos qurğusu maşinisti və baş maşinist vəzifələri “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2-ci bəndində qeyd edilən “texnolo ji nasosların maşinistləri” vəzifəsinə uyğundur.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 60 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi xahiş etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək, bildirmişdir ki, qanunvericiliklə tələb olunan güzəştli iş stajının 12 il 6 aydan az olmağı səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilm əsini xahiş etmişdir.

5. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1079/2022 nömrəli iş üzrə xx.xx.2022-cı il tarixli qərarı ilə (hakim F.Abbasov) iddia təmin olunmuşdur.

6. Birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə, “Məhkəmə hesab edir ki, İddiaçı “X1” Şirkətində xx.xx.2009-xx.xx.2020-ci il tarixləri arasındakı dövr (11 il 11 ay) ərzində “lay təzyiqinin saxlanması sexi”ndə və “neftin hazırlanması və nəqli sexi”ndə işlədiyi nasos qurğularının maşinisti və böyük maşinisti vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəlı ’Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür v ə şistin emalı” sahəsini əhatə edən 10-cu bölməsinin 10.2-ci bəndində təsbit olunmuş “işçi məhlulları laylara vuran nasos stansiyalarının maşinistləri” vəzifəsinə tam uyğundur. Cavabdeh təşkilat həm xx.xx.2022-ci il tarixli, **********0 nömrəli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubunda, həm də iddiaya qarşı etirazında iddiaçının “X1” Şirkətində “Neftin kompleks hazırlanması və vurulması sexi”ndə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (8 ay 20 gün) işlədiyi texnoloji nasosların maşinisti vəzifəsinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ” verən vəzifə olduğunu təsdiq etmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, İddiaçı “X1” Şirkətində işlədiyi xx.xx.2009-cu il tarixdən 60 yaşının tamam olduğu xx.xx.2021-ci il t arixədək olan dövr ərzində “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası”nın təyin edilməsi üçün tələb olunan minimum iş stajı həddindən artıq, yəni 12 il 07 ay 20 gün iş stajı toplamışdır. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası”nın təyin edilməsi üçün topladığı iş stajı nəzərə alınmaqla ona hüququnun yarandığı xx.xx.2021-ci tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün yuxarıda istinad olunan normalarla tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənilmişdir. Belə ki, iddiaçının xx.xx.2021-ci il tarixində 60 yaşı tamam olmuş, həmin tarixə onun 25 ildən az olmayan ümumi və azı 12 il güzəştli iş stajı mövcudd ur. Bu baxımdan, iddiaçı xx.xx.2021-ci tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır.” b) Apellyasiya instansiyası məhkəməsində icraat

7. Birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermişdir.

8. Şirvan Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(106)-100/2023 nömrəli iş üzrə 01 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər O.İsmayılov (sədrlik edən və məruzəçi), M.Həsənov və S.Həsənov) ilə Şirvan İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiya məhkəməsinin qərarının əsaslarına görə, “İşin hallarından müəyyən olunur ki, iddiaçının hüquqi marağı ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının t əyin edilməsinə yönəlmişdir. İddiaçıya hüququnun yarandığı vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: 60 yaşının tamam olması; ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayının güzəştli iş stajı olması; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Cavabdeh apellyasiya şikayətində iddiaçının tələb olunan yaş həddinə, yəni 60 yaşına çatdığını, tələb olunan pensiya kapitalını topladığını və azı 25 il ümumi sığorta stajına malik olmasını mübahisələndirmir. Cavabdeh tərəfindən mübahisələndirilən hal iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Belə ki, cavabdehin ape llyasiya şikayətində aşağıdakılar qeyd olunmuşdur: “...İddiaçı müxtəlif tarixlərdə işlədiyi “suvurma üzrə maşinist/operator”, “nasos qurğularının maşinisti və böyük maşinisti” vəzifələrinin güzəştli iş stajı verən peşələr olduğunu iddia edir. Filiala təqdim edilən “X1” Şirkətinin xx.xx.2021- ci il tarixli 70 nömrəli arayışında qeyd olunan xx.xx.2005-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə İddiaçı işlədiyi suvurma üzrə maşinist/operator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı böl məsində nəzərdə tutulmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) texnoloji nasosların maşinisti vəzifəsi nəzərdə tutulmuşdur. Sözügedən arayışda iddiaçının xx.xx.2009-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin lay təzyiqinin saxlanması sexində və neftin hazırlanması və nəqli sexində nasos qurğularının maşinisti və böyük maşinisti vəzifələrində işlədiyi qeyd edilib. Göründüyü kimi, işlədiyi suvurma üz rə maşinist/operator vəzifəsi, nasos qurğularının maşinisti və böyük masinisti vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 vanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmis “Güzəstli sərtlərlə yasa görə əmək pensivası hüququ verən istehsalatların, pesələrin, vəzifələrin və g östəricilərin siyahısın”da nəzərdə tutulmadığından İddiaçı güzəştli is stajı 12 il 6 aydan az (xx.xx.2020xx.xx.2021-ci il tarixləri arasındakı dövr) təskil edir”. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xx.xx.2005-xx.xx.2009-cu illərdə işlədiyi suvurma üzrə işlədiyi maşinist/operator vəzifəsi, xx.xx.2009-xx.xx.2020-ci illərdə işlədiyi nasos qurğularının maşinisti və böyük maşinisti vəzifələri mübahisələndirilir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının ümumi və güzəştli iş stajını tə sdiq edən zəruri sənədlər iş materiallarında mövcuddur.... Məhkəmə tərkibi ilk növbədə qeyd edir ki, oxşar işlər Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqeyə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçının xx.xx.2009-xx.xx.2020-ci illərdə işlədiyi “nasos qurğusunun maşinisti və böyük maşinisti” vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.2-ci (Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi) bölməsində öz əksini tapan “texnoloji nasosların maşinistləri” peşəsinə uyğundur. Bundan başqa, məhkəmə tərki bi qeyd edir ki, iddiaçının xx.xx.2020-ci il tarixdən halhazıradək işlədiyi “texnoloji nasosların 5-ci dərəcə maşinisti” vəzifəsinin güzəştli iş stajına daxil olması işin mübahisəsiz halıdır. Yuxarıda qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixədək işlədiyi nasos qurğusunun maşinisti və böyük maşinisti (xx.xx.2009-xx.xx.2020-ci illər), eyni zamanda texnoloji nasosların 5-ci dərəcə maşinisti vəzifələri güzəştli iş stajı kimi nəzərə alındıqda, onun tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajı yaranır. Odur ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı sayılmalıdır.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ

10. Apellyasiy a instansiyası məhkəməsinin qərarı ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. a) Kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətinin dəlillərinə görə, filiala təqdim edilən “X1” Şirkətinin xx.xx.2021-ci il tarixli 70 nömrəli arayışında qeyd olunan xx.xx.2005-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə İddiaçı işlədiyi suvurma üzrə maşinist/operator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsində n əzərdə tutulmamışdır. Eyni zamanda, həmin siyahının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) texnoloji nasosların maşinisti vəzifəsi nəzərdə tutulmuşdur. Sözügedən arayışda iddiaçının xx.xx.2009-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin lay təzyiqinin saxlanması sexində və neftin hazırlanması və nəqli sexində nasos qurğularının maşinisti və böyük maşinisti vəzifələrində işlədiyi qeyd edilib. Göründüyü kimi, işlədiyi suvurma üzrə maşinist/operator vəzifəsi, nasos qurğularının maşinisti və böyük masinisti vəzifələri Nazirlər Kabinetinin 23 vanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmis siyahıda nəzərdə tutulmadığından İddiaçı qüzəştli is sta jı 12 il 6 aydan az (8 ay 22 gün (xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr) təskil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır; İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir; Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı h əqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 14. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələri n və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəss isə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”. 17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə ria yət etməyə borcludurlar; Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. Məhkəmə mübahi sə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir; Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır; Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir; Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir; Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir; Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər; Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ VƏ İŞƏ BAXİLMASİ QAYDASİ a) Kassasiyanın mümkünlüyü

19. Kassasiya şikayəti vaxtında verildiyi, şikayət formal baxımdan lazımi qaydada əsaslandırıldığı və şikayətçinin tələbləri göstərildiyi üçün mümkün hesab edilmişdir. b) Kassasiya baxışının hədləri

20. Kassasiya şikayə tində qərarın ləğvi xahiş edildiyi instansiyasının yekun məhkəmə aktı şikayət həddində tam yoxlanılır. c) İşə baxılması qaydası üçün, apellyasiya

21. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qərarının tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. İlk olaraq, şikayətdə fundamental vacib hüquqi məsələlər qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, iddiaçıya cavabdeh tərəfindən 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 5 şərtə birlikdə əməl olunmalıdır: 1) AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 n ömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı 60 yaşı tamam olan tarixə mövcud olmalı; 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli; 5) güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Qeyd olunan şərtlərdən cavabdeh yalnız ikincisini mübahisə edir, həmin şərtə də iş üzrə əməl olunur.

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin d əlillərini təkrarlamaqla, onunla eynilik təşkil edir. Bu mənada, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı q iymətləndirməsi ilə də razılaşır.

26. Beləliklə, inzibati işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

27. Göstərilənlərə əsasən və İPM-in 96 və 98-cİ maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(106)-100/2023 nömrəli iş üzrə 01 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu püblik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar