Məhkəmə qərarları › İş №2-1(102)-2138/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2138/2019

23.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2138/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: 52 yaşdan güzəştli şərtlə əmək pensiyasının təyin olunması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, X2 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili X3 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 2-1(103)-614/2019 saylı, 4 aprel 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 23 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx xxxxxxx 1958-ci il tarixdə anadan olmuşdur. İddiaçıya məxsus əmək kitabçasına əsasən, o, 02.06.1975-ci il tarixdən 20.09.1975ci il tarixədək “Metalplastmas” zavodunda alüminium qabları sexində pərçimləyici, 26.11.1975-ci il tarixdən 24.06.1977-ci il tarixədək “Geofizika kəşfiyyat üsulları” ÜETİB-nin Azərbaycan bölməs ində çilingər, 21.12.1978-ci il tarixdən 11.03.1979-cu il tarixədək 44 nömrəli X1 kirçi, 04.04.1979-cu il tarixdən 01.09.1979-cu il tarixədək 2 nömrəli “Azkəndtikinti” trestində izoləedici, Bakı şüşə zavodunda 28.12.1981-ci il tarixdən 01.10.1986-cı il tarixədək şüşəçi şagirdi, 01.10.1986-cı il tarixdən 18.03.1987-ci il tarixədək şixta tökücüsü, 27.03.1987-ci il tarixdən 01.12.1992-ci il tarixədək “Plastmas və şüşə məmulatların istehsalı zavodu”nda yığıcı, 01.12.1992-ci il tarixdən 01.07.1994-cü il tarixədək “Azərtürk” MM-də şüşə yığan, “Mədəniməişətmetal” zavodunda 15.07.1994-cü il tarixdən 01.09.1995-ci il tarixədək yardımçı fəhlə, 01.09.1995-ci il tarixdən 01.08.1996-cı il tarixədək şüşə yığıcısı, 01.08.1996-cı il tarixdən 01.07.1998-ci il tarixədək şüşə sahəsində briqadir işləmişdir. “ Billur ATSC-nin 05.11.2010-cu il tarixli, 20 nömrəli arayışına əsasən, iddiaçı Bakı şüşə zavodunda 28.12.1981-ci il tarixdən 28.03.1987-ci il tarixədək olan dövrdə, 28.12.1981-ci il tarixdən 01.10.1986-cı il tarixədək “şüşə və şüşə məmulatlarını üfürməklə hazırlayan (fəhlə) şüşəçi, 01.10.1986-cı il tarixdən 18.03.1987-ci il tarixədək xəlitə hazırlayan vəzifələrində çalışmışdır. “xxxx” ASC-nin 20.08.2010-cu il tarixli, 37 nömrəli arayışında qeyd olunmuşdur ki, iddiaçı 27.03.1987-ci il tarixdən 01.12.1992-ci il tarixədək yığıcı, 15.07.1994-cü il tarixdən 01.07.1998-ci il tarixədək şüşə sahəsində (fəhlə, yığıcı, briqadir) işləmişdir. İddiaçı güzəştli şərtlərlə 52 yaşından əmək pensiya təyin edilməsi üçün ərizə ilə cavabeh orqana müraciət etmişdir. Cavabdeh 15 may 2018-ci il tarixli imtina mək tubunda “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə istinadən qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi 05.11.2010-cu il tarixli 20 saylı və 20.08.2010-cu il tarixli 37 saylı arayışları əsasında əmək pensiyasının təyin edilməsi qanuna ziddir. İddiaçı cavabdehə qarşı 7 iyun 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 52 yaşdan, yəni, 10.10.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır k i, iddiaçının 20 ildən çox ümumi, 14 ildən çox isə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə iş stajı vardır. Cavabdehin qeyd olunan əsaslarla iddiaçının müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 12, 26, 38, 60, 71, 149-cu, Mülki Məcəllənin 7-ci, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 9.1, 9.8, 21.1-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə, Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.1.7, 2.1.8, 3.1.1-ci bəndlərinə istinad olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(82) -3054/18 saylı iş) 10 dekabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 52 yaşdan, yəni 10.10.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 38, 71-ci, “Əmək pensiyaları haqqında” Qanunun 9.8, 32-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə istinad edərək iddianı təmin etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X6məruzəçi, X9 və X7, 2-1(103)-614/2019 saylı iş) 4 aprel 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3054/2018 saylı, 10 dekabr 2018-ci il tarixli qərarı - nəticə hissəs ində, “10.10.2010-cu il tarixdən” sözlərindən sonra “pensiya təyin edilməsi üçün müraciət etdiyi 27.04.2018-ci il tarixdən əvvəlki 3 il üçün, yəni, 27.04.2015-ci il tarixdən hesablanıb ödənilməklə” sözləri artırılmaqla, dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh 17 aprel 2019-cu il tarixdə qərarın surətini almış, 3 may 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tə rəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qərar qəbul edərkən hazırda qüvvədə olmayan Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 21 iyun 1993-cü il tarixli “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siy ahısı”na istinad etmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə həmin Siyahı ləğv edilmiş və yeni Siyahı təsdiq olunmuşdur. Bundan əlavə, məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 21 iyun 1993-cü il tarixli “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda tamamilə iddiaçının vəzifəsinə aid olmayan peşə kodunu qeyd etmişdir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin rədd olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı xx xxxxxxx 1958-ci ildə anadan olmuşdur. Güzəştli şərtlə yaşa görə əmək pensiyası tə yin edilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh imtinasında “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci ildən qüvvədə olan redaksiyasına istinad edərək pensiya hüququ olan şəxslərin dairəsini izah etmişdir. İddiaçı 52 yaşının tamam olduğu vaxtdan ona güzəştli şərtlə pensiya təyin edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmələr tərəfindən yuxarıda qeyd edilən qərarlar qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qərarı ilə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmiş, təyin edilən pensiyanın son 3 il üçün ödənilməsi qərarına gəlmiş, əvvəlki dövrlə bağlı hissədə iddiaçı mübahisə açmayaraq kassasiya şikayəti verməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı cavabdehin şikayəti həddində yoxlanılacaqdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasə n, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nö mrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən b aşlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin tələbinə görə şəxsin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı əsasında güzəştli şərtlə pensiya hüququnun yaranması üçün 1 yanvar 2006-cı ilədək tələb olunan həm ümumi iş stajı (ən azı 20 il), həm də Siyahıda qeyd edilən peşədə işləməsini təsdiq edən xüsusi stajı (ən azı 10 il) mövcud olmalıdır. İddiaçının iddia ərizəsinə əlavə etdiyi arayışlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilən 1 saylı Siyahısında olan koda istinad edilərək 10 ildən artıq güzəştli iş stajı olduğu qeyd edilmişdir. Mə hkəmə kollegiyası qeyd edir ki, iddiaçının 1 yanvar 2006-cı ilədək “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində nəzərdə tutulan əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışması müəyyən edilməlidir. İddiaçıya məxsus əmək kitabçasından, habelə iş yerindən verilmiş arayışlardan görünür ki, o, 1 yanvar 2006-cı ilədək şüşə və şüşə məmulatlarını üfürməklə hazırlayan şüşəçi (fəhlə), xəlitə hazırlayan peşədə işləmişdir. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilən 1 saylı Siyahısında “Şüşə və çini-saxsı istehsalatı” adlanan XV bölmədə 1150101-11548 kodu altında şüşə məmulatlarını üfürməklə hazırlayan fəhlələr (şüşəçi), 1150101a-12240 kodu altında xəlitə dolduranlar və 1150101a-1 4820 kodu altında şüşə kütləsini yığanlar öz əksini tapmışdır. İddiaçının 1 yanvar 2006-cı il tarixə ən azı 10 il əmək şəraiti zərərli və ağır olan işlərdə çalışması təsdiq edilir. Həm bəhs edilən dövr, həm də başqa dövr də daxil olmaqla iddiaçının 1 yanvar 2006-cı il tarixə 20 ildən çox ümumi stajı olması əmək kitabçasında və arxiv arayışlarında olan məlumatlarla sübuta yetir. Bəhs olunanlara əsasən iddiaçının 52 yaşı olarkən (10 oktyabr 2010-cu il) 20 ildən artıq ümumi stajı, onun da 10 ildən az olmayan güzəştli şərtlə yaşa görə pensiya hüququ verən xüsusi stajı olduğundan, onun güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə iddiası əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun iddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olmuş 31.1-ci maddəsinin redaksiyasına g örə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Qanunun 32.1-ci maddəsinin iddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olmuş redaksiyasına əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisə olunan hissədə dəyişdirilmədə n saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-614/19 saylı, 4 aprel 2019-cu il tarixli qərarı mübahisə olunan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar