Məhkəmə qərarları › İş №2-1(102)-2138/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2138/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2138/2021 30.11.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyi nat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.07.2021-ci il tarixli, 2-1(103)-1085/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.xxxx-ci ildə doğulmuş, 17.01.1977-ci ildə X3 3 saylı sexə biçici şagirdi qəbul edilmiş, 12.04.1977-ci ildə 3-cü dərəcə təyin edilməklə fəhlə kateqoriyasına keçirilmiş, 07.08.1979-cu ildə bağlayıcı vəzifəsinə keçirilmiş, 16.01.1980-cı ildə 5-ci dərəcə təyin edilməklə biçici vəzifəsinə keçirilmiş, 10.10.1990-cı ildə X3 adı dəyişdirilərək Bakı eksperemental təcrübə müəssisəsi adlandırılmış, 13.09.1997 -ci ildə XTMİE X1 adı dəyişdirilərək "xxxx" ASC olmuş, 31.12.2003-cü ildə işdən azad edilmişdir.

2. İddiaçı 04.07.2019-cu il tarixində güzəştli şərtlərlə pensiya təyin olunması məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh 21.11.2019-cu il tarixli məktubla iddiaçıya pensiya təyin etməkdən imtina etmişdir.

3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın yüngül sənaye hissə (26) dəri və xəz istehsalatları, dəri xəz xammalının ilkin emalı bəndində (26.7) xəz dəri və məmulat biçimini düzəldənlər nəzərdə tutulmuşdur. İddiaçı 17.01.1977-31.12.2003-cü arasındakı dövr ərz ində “X6”ndə biçici vəzifəsində işləmişdir. İşlədiyi müəssisə dəri xəz xammalının ilkin emalına aid deyildir. Bundan başqa qeyd olunan dövrdə “Xalq üçün mallar fabriki”ndə əmək stajı və həmin dövr üçün sözügedən müəssisə tərəfindən sosial sığorta haqlarının ödənilib-ödənilməməsini dəqiqləşdirilməsi məqsədilə aidiyyəti sorğu verilmiş, cavab olaraq şəxsi işində (T-2 kartda) 16.01.1981-01.01.94-cü il tarixləri arasındakı dövr ərzində əmək fəaliyyəti barədə hər hansı məlumatın olmadığı bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 17.12.2009- ci ildən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona hüququnun yarandığı 17.12.2009-cu ildən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.

6. İddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdeh orqanın imtinası əsassızdır. O, “X6”ndə deyil, “X5”ndə işləmişdir. Həmin müəssisə dəri xəz xammalının ilkin emalı sahəsinə aiddir. Ona görə də həmin müəssisədə işlədiyi biçici peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın 26-cı bölməsinin 26.7-ci bəndi ilə müəyyən edilmiş dəri xammalının ilkin emalı sahəsinə aiddir. Əmək kitabçası və "xxxx" ASC-nin 31.08.2020-ci il tarixli arayışı ilə təsdiq olunur ki, o, 20 ildən çox müddətdə “X5”ndə dəri xammalı biçicisi peşəsində işləmişdir. Göründüyü kimi, onun 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan həm ümumi, həm də xüsusi stajı var. O, həmin stajı 01.01.2006-cı il tarixədək topladığından sosial sığorta haqqının ödənilməsi tələb o lunmur.

7. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh etirazını belə əsaslandırmşıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın yüngül sənaye hissəsinin(26) dəri və xəz istehsalatları, dəri xəz xammalının ilkin emalı bəndində (26.7) xəz dəricikləri və məmulat biçimini düzəldənlər nəzərdə tutulmamışdır. İddiaçının cavabdehə təqdim etdiyi əmək kitabçasında 17.01.1977-31.12.2003-cü il tarixləri arasındakı dövr ərzində “X6”ndə biçici vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi müəssisə dəri xəz xammalını n ilkin emalı sahəsinə aid deyildir. Bundan əlavə cavabdeh tərəfindən yuxarıda qeyd olunan dövrdə “Xalq üçün mallar fabriki”ndə iddiaçının əmək stajını və həmin dövr üçün sözügedən müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib ödənilməməsinin dəqiqləşdirilməsi məqsədilə aidiyyəti üzrə sorğu verilmiş, cavab olaraq iddiaçının şəxsi işində 16.01.1981-01.01.1994-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının əmək fəaliyyəti barədə hər hansı məlumatın mövcud olmadığı bildirilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3923/2020 saylı 13.11.2020-ci il tarixli qərarı ilə (hakim Şəlalə Həsənova) iddia tələbi qismən təmin edilmiş, iddiaçıya 17.12.2009-cu ildən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 04.07.2016-cı ildən etibarən keçmiş dövr üçün pensiyanın hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçının işlədiyi “dəri xammalı biçicisi” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının XXVİ bölməsinin 26.7-ci bəndinə uyğun olmaqla 01.01.2006-cı ilə qədər 26 il 11 ay 14 gün ümumi və güzəştli iş stajı mövcuddur.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1085/2021 nömrəli, 14.07.2021-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi – Xəyalə Cəmilova, hakimlər – Mirzə Tağızadə və Azər Hüseynov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3923/2020 nömrəli 13.11.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Məhkəmə qərarı cavabdehə 16.08.2021-ci il tarixində təqdim edilmişdir.

14. Cavabdeh həmin qərardan 24.08.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1085/2021 nömrəli, 14.07.2021-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN TƏRƏFLƏRİN MÜLAHİZƏLƏRİ VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a. Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın yüngül sənaye hissə (26) dəri və xəz istehsalatları, dəri xəz xammalının ilkin emalı bəndində (26.7) xəz dəri və məmulat biçimini düzəldənlər nəzərdə tutulmuşdur. İddiaçı 17.01.1977-31.12.2003-cü arasındakı dövr ərzində “X6”ndə biçici vəzifəsində işləmişdir. İşlədiyi müəssisə dəri xəz xammalının ilkin emalına aid deyildir. Bundan başqa qeyd olunan dövrdə “Xalq üçün mallar fabriki”ndə əmək stajı və həmin dövr üçün sözügedən müəssisə tərəfindən sosial sığorta haqlarının ödənilib-ödənilməməsini dəqiqləşdirilməsi məqsədilə aidiyyəti sorğu verilmiş, cavab olaraq şəxsi işində (T-2 kartda) 16.01.1981-01.01.94-cü il tarixləri arasındakı dövr ərzində əmək fəaliyyəti barədə hər hansı məlumatın olmadığı bildirilmişdir b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1085/2021 nömrəli, 14.07.2021-ci il tarixli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı etirazını belə əsaslandırmışdır ki, o, “X5” hissələrində işləmiş və 10.10.1990-cı il tarixində “X5” “X6” birləşmiş Bakı Xalq Təlabatı Malları İstehsal edən X2 yaradılmışdır. İki müəssisə birləşdikdən sonra da iddiaçının işinin funksiyas ı dəyişməmişdir. O, yenə də əvvəl işlədiyi işdə, dəri xammalının biçicisi peşəsində işləmişdir. İddiaçının “X5”ndə işlədiyi dəri xammalının biçicisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 26-cı bölməsinin 26.7-ci bəndi ilə müəyyən edilmiş dəri xammalının ilkin emalı sahəsinə aiddir. Həmçinin, iddiaçının 17.01.1997-31.12.2003cü il tarixlərində işlədiyi “dəri xammalı biçicisi” peşəsi güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşədir və həmin peşə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarına 2 nömrəli əlavənin 2 nömrəli Siyahısında (kod 2210800a-18658 və 2210800a-17742) nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan ümumi və güzəştli əmək stajını 01.01.2006-cı il tarixinədək qazanmışdır. c. Tərəflərin mülahizələri

17. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.

18. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.

19. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tər əflərin etirazı olmadığını nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiy a kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

21. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 22. 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b) bəndinə görə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricil ərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir.

23. Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

24. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə d üşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

25. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

27. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vax tında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Hazırkı qərarın 20-23- cü bəndlərində göstərilmiş normaların məzmunundan görünür ki, 52 yaşına çatmış qadınlar azı 20 il ümumi iş stajına malik olduqda, onun isə 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır, lakin əgər istinad edilmiş qanun qüvvəyə minmədən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajı da işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir.

32. Cavabdeh kassasiy a şikayətində iddiaçının tələb edilən 10 il güzəştli iş stajının və 16.01.1981-01.01.94-cü il tarixləri arasındakı dövr ərzində əmək fəaliyyəti barədə hər hansı məlumatın olmadığına istinad edir. Məhkəmə kollegiyası kassatorun dəlillərini əsassız hesab edir. Cavabdeh eyni dəlilləri həm imtina məktubunda, həm də apellyasiya şikayətində bildirmişdir. Məhkəmə kollegiyası bu dəlillərə münasibətdə apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.

33. Belə ki, apellyasiya baxışı zamanı iddiaçının işlədiyi dəri xammalı biçici peşəsinin funksiyalarının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahda nəzərdə tutulan “2210800a-17742 dəri xammalını biçənlər” peşəsinin funksiyaları ilə eynilik təşkil edib-etməməsi, eynilik təşkil et diyi təqdirdə onun peşəsinin “Dəri və xəz istehsalatları, dəri-xəz xammalının ilkin emalı” sahəsinə aid olubolmaması, eləcə də onun 16.01.1981-ci ildən 01.01.1994-cü ilə qədər əmək fəaliyyətinin olub-olmaması, olduğu təqdirdə işlədiyi dövrdə müəssisə tərəfindən ona verilən əmək haqqından məcburi dövlət sosial sığorta ödənişlərinin (tutulmaların) aparılıb-aparılmaması, aparıldığı təqdirdə iddiaçı ilə bağlı həmin dövr üzrə Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan haqq-hesab cədvəllərindən çıxarışların (əmək haqqından tutulmaların əks olunduğu cədvəllər) təsdiq olunmuş surətlərini məhkəməyə təqdim edilməsi ilə bağlı məhkəmə kollegiyası tərəfindən "xxxx" ASC-yə müvafiq sorğu məktubları göndərilmişdir.

34. Həmin sorğulara cavab olaraq "xxxx" ASC tərəfindən təqdim edilmiş 12.07.2021-ci il t arixli məktublardan görünür ki, iddiaçı, həqiqətən də, 17.01.1977-ci il tarixdən 31.12.2003-cü il tarixədək keçmiş X4 (hazırda "xxxx" ASC) 5-ci dərəcə ilə dəri xammalı biçicisi peşəsində işləmiş, onun işlədiyi dəri xammalı biçicisi peşəsi dəri xammalının ilkin emalına aiddir və iş prinsipi kimyəvi tərkibli (natrium xloridə natrium karbonat, paradixlorbenzol, sink, xlorid, bisulfit, bisulfat natrium, kalium fosfat, bor turçusu, naftalin, alyumokalium kvasları və ağ neft qatmaqla) konservləşdirilmiş xammalın kənarlarını kəsmək, lazımsız hissələrini çıxarmaq, yarımfabrikat halına salaraq istifadəyə verməkdən ibarət olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı Siyahıda qeyd olunan 2210800a17742 dəri xammalı biçici si peşəsi güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verir. Hazırda qanunvericilikdə də dəri xammalı biçicisi peşəsi güzəştli şərtlərlə yaşa görə təqaüdə çıxma hüququ verən peşə kimi nəzərdə tutulmuşdur.

35. Bundan başqa, iddiaçı 01.01.2006-cı ilədək qüvvədə olmuş qanunvericiliyin tələbləri üzrə ümumi və xüsusi stajı toplamışdır. 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalının olması tələb olunmurdu.

36. Beləliklə, apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçının yuxarıda qeyd olunan tarixlərdə işlədiyi adı çəkilən müəssisənin fəaliyyət istiqaməti zərərli sahəyə aid olmaqla yanaşı, onun icra etdiyi “dəri xammalı biçicisi” vəzifəsi Azərbaycan Res publikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının XX Yüngül sənaye bölməsinin (********), 2210800a-17742 şifrəsinə (dəri xammalını biçənlər) koduna uyğundur və həmin dövr üzrə onun güzəştli iş stajı 10 ildən artıq təşkil edir.

37. Göründüyü kimi, sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya 52 yaşdan güzəştli şərtlə pensiya təyin edilməsindən imtinaya əsas olan faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

38. Odur ki, cavabdehin kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1085/2021 nömrəli, 14.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1085/2021 nömrəli, 14.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar