Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2138/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:(əlillik dərəcəsinin bərpa edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlill ik dərəcəsinin bərpa edilməsi və ömürlük əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-2000/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1973-cü il tarixdə Lerik rayonu, Siyov kəndində anadan olmuş, ilkin olaraq xx.xx.2009-cu il tarixdə tibbi nəzarətə götürülmüşdür.
2. İddiaçı Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 158 saylı şəhadətnaməsinə əsasən “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” kimi şəhadətləndirilmiş, xx.xx.2010-cu il tarixdən “Baş beyin xəstəliyi, z ədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən, keçirilmiş kəlləbeyin travması nəticəsində əmələ gələn psixopatobənzər şəxsiyyət pozuntusu” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. 3. xx.xx.2014-cü il tarixdə İİ dərəcəlik əlillik bir il müddətinə təyin edilmişdir. 4. xx.xx.2015-ci il tarixdə eyni - baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, keçirilmiş KBT nəticəsində əmələ gələn psixotabənzər şəxsiyyət pozuntusu diaqnozu ilə (xəstəliyin kodu F07) növbəti bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
5. İddiaç ı xx.xx.2016-cı il tarixdə eyni diaqnozla növbəti dəfə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı qüvvəyə mindikdən sonra) müayinə olunaraq eyni xəstəlik kodu (kodu F07) üzrə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
6. İddiaçı forma 88 arayışına əsasən (0034003AAD8W) eyni diaqnozla növbəti, dördüncü dəfə xx.xx.2021-ci il tarixdə qiymətləndirilmişdir. Forma 88 arayışına əsasən (0034003AAD8W) əsas diaqnoz: F07. Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları, şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və yanaşı gedən, keçirilmiş kəllə-beyin travması nəticəsində əmələ gələn psixopato bənzər şəxsiyyət pozuntusu; Ağırlaşmaları: F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Üzvi (travmatik mənşəli) şəxsiyyət pozuntusu. Tez-tez baş verən dekompensasiyalar, yaddaş və intelektin enməsi ilə; yanakı xəstəliklər: F48.0 Nevrasteniya, Asteno nevrotik vəziyyət; Status localis qrafasına əsasən xəstənin ümumi vəziyyəti orta ağırdır, səhhətində dəyişiklik yoxdur. Bələdlik tam qorunmayıb. Tənqidi formalıdır. Zahirən gərgindir. Bir yerdə qərar tutmur. Ünsiyyətə əsəbi formada daxil olur. Fikrini çatdırmaqda çətinlik çəkir. Deməsinə görə heç kim ilə yola getmir. Şəxsiyyətində kobud pozuntu qeyd olunur. Emosianal olaraq labildir. Əhval-ruhiyyəsi qeyri-stabildir. Yuxusu dərmanladır. Daimi olaraq müalicələr olunmasına baxmayaraq vəziyyətində yaxşılaşma qeyd olunmur. Müalicələr səmərəsizdir. Yaddaşı zəifdir. Gününü evdə keçirdir. Heç kim ilə yola getmədiyi üçün ünsiyyət saxlamır. Aldığı КВТ-dan sonra normal həyatına qayıda bilmir. İmtiyazlı dərman registrində qeydiyyatdadır və Stimulaton 50mg gündə iki dəfə, Depakin 500 mg gündə 1dəfə, Cycladol 2 mg gündə 2dəfə, Abizol 5 mg gündə 1 dəfə qəbul edir. "Respublika Psixiatriya Xəstəxanası"nda xx.xx.2021-xx.xx.2021-ci il tarixində stasionar müalicə almışdır. Psixi sağlamlıq Mərkəzində Pr.Fuad İsmayılov tərəfindən müayinə olunub. Dz: F07.2008-ci ildən İİ qrup 1 Qarabağ əlilidir. 7. 2021-ci ildə əllilik dərəcəsinin uzadılması və daimi olaraq əlillik dərəcəsinin təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Na zirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş (Forma 88) göndərilmişdir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2021-ci il tarixdə Diaqnoz əlillik əlaməti təyin edilməməsi, diaqnoz əllilik təyin edilməməsi barədə qərar qəbul edildiyi əsas gətirərək əlillik dərəcəsinin uzadılmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlillik dərəcəsinin bərpa edilməsi və ömürlük əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 158 saylı şəhadətnaməsinə əsasən “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi şəhadətləndirilib. xx.xx.2010-cu il tarixdən “Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən, keçirilmiş kəllə-beyin travması nəticəsində əmələ gələn psixopatobənzər şəxsiyyət pozuntusu" diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2010-cu il tarixdən xx.xx.2016-cı il tarixədək əlillik dərəcəsi hər dəfə 1 il müddətinə artırılmışdır. xx.xx.2016-cı il tarixdən 5 il müddətinə əlillik də rəcəsi təyin edilmişdir. 2021-ci ildə əllilik dərəcəsinin uzadılması və daimi olaraq əlillik dərəcəsinin təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş (Forma 88) göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2021-ci il tarixdə Diaqnoz əlillik əlaməti təyin etməməsi. Diaqnoz əllilik təyin etmir barədə qərar qəbul edildiyi əsas gətirərək əlillik dərəcəsinin uzadılmasından imtina etmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiy a Agentliyinin qeyd edilən əsaslarla müraciətindən imtina etməsi qanunsuz və əsassızdır. Belə ki, o, 1994-cü ildən hal-hazıradək mütəmadi olaraq müalicələr aldığına, müayinə olunduğuna baxmayaraq cavabdeh tərəfindən Diaqnoz əlillik əlaməti təyin etməməsi, Diaqnoz əllilik təyin etmir barədə qərar qəbul edildiyini əsas gətirməklə iddiaçının əlillik dərəcəsi ləğv edilməsi nəticəsində iddiaçının hüquqları pozulmuşdur. “Tibbi-sosial ekspert komissiyaları haqqında" Əsasnaməsinin 3.1.1-3.1.3-cü bəndlərinə əsasən əlilliyi qiymətləndirmək, əlilliyi qiymətləndirilən şəxslərin reabilitasiya potensialının səviyyəsini və xarakterini müəyyən etmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını müəyyən etmək TSEK-in vəzifəsidir. Həmin Əsasnamənin 4.1-4.2-ci bəndlərinə əsasən şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır və göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməsi”nin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyy ən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Beləliklə də, 2010-cu il tarixdə ona əlillik dərəcəsi təyin edilərkən qanunvericilik normalarına uyğun olaraq əlillik dərəcəsi təyin edildiyindən, 27 ildən çox eyni xəstəlikdən əziyyət çəkdiyindən, qanunvericilik normalarına əsasən ikinci dərəcəli əllik dərəcəsi olan şəxslər fasiləsiz olaraq 10 il təyin olunduğu halda müddətsiz əllik dərəcəsi təyin edildiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əllik dərəcəsinin uzadılmasından imtina edilməsi qanunsuz və əsassızdır.
11. Bundan iddiaçı iddia tələbinin dəyişd irilməsi barədə ərizə verərək, iddiaçının qiymətləndirildiyi 23 iyul 2021-ci il tarixdən ikinci qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını xahiş etmişdir.
12. Cavabdeh iddiaya dair etiraz ərizəsində qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti 24 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S09 - Başın digər və diqləşdirilməmiş travmaları => S09.8 - Başın digə r də...; Diaqnozun mətni: Keçirilmiş KBT nəticəsində əmələ gələn psixopatabənzər şəxsiyyət pozulmaları; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.10. Baş beyin qan dövranının xroniki çatmamazlığı (ateroskleroz, * oertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 24 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2015-ci il tarixli 0034003AABJ0 saylı göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi -bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: V Sinif- Dsixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi..; Diaqnozun mətni: Baş beyinin xəst., travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Keçirilmiş KBT nəticəsində əmələ gələn psixopatabənzər şəxsiyyət pozuntusu; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Baş beyinin xəst., travmas..” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixində baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi..; Diaqnozun mətni: Baş beyinin xəst., travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davran ış pozuntuları, Keçirilmiş KBT nəticəsində əmələ gələn psixopatabənzər şəxsiyyət pozuntusu; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Baş beyinin xəst., travmas..” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sözügedən Poliklinikanın xx.xx.2021-ci il tarixli 0034003AAD8W saylı göndərişi əsasında baxılmış və X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi..; Diaqnozun mətni: Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması Səbəb: Əlavə müalicəyə ehtiyacın olması. Müalicə müddəti az old uğuna görə ixtisaslaşdırılmış müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. 24 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0034003AAD8W saylı göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; Diaqnozun mətni: Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya y anaşı gedən, Keçirilmiş kəllə-beyin travması nəticəsində əmələ gələn psixopato bənzər şəxsiyyət pozuntusu.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsin ə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları bundan sonra - Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin “reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Age ntliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməs indən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətlə ndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
13. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatriya Xəstəxanası hazırki iddia tələbi üzrə üçüncü şəxs qismində cəl b olunmuşdur.
14. Bakı İnzibati Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2-1(112)-2136/2022 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmiş, İddiaçı qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, F07 Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən; F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəti cəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası ilə əlaqədar şəxsiyyət və davranış pozğunluğu mahiyyət etibarilə (F62) baş beyin zədələnməsi və ya xəstəliyi ilə əlaqədar olmayan şəxsiyyətin davamlı dəyişiklikləri daha ağır xəstəlikdir və F62 xəstəlik kodu üzrə müəyyən edilən xəstəlik ikinci dərəcə əlilliyin meyarlarına uyğundur və iddiaçı barəsində tərtib olunmuş forma 88 arayışına əsasən, birbaşa əlillik müəyyən edən xəstəlik kodu üzrə F48 Nevrasteniya. Asteno nevrotik vəziyyət göstərilmişdir. 16. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orq anın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-2000/2022 nömrəli qərarı (hakimlər A.Oruczadə - sədrlik edən və məruzəçi, C.Hüseyn və M.Tağızadə) ilə birinci instansiya məhkəməsinin 18 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. Cavabdeh apellya siya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
21. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçıya əlillik dərəcəsi verilməkdən haqlı olaraq imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasının 2.5-ci bəndinə görə göndərişlər həmin qaydaların 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi(FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəx əssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə tərtib edilməlidir. Həmin qaydaların 2.6-cıbəndinə görə 2.5-ci bəndə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Göründüyü kimi, iddiaçıya əlillik təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkə tsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bununla da cavabdeh kassasiya şikayətində İPM-nin 2, 33, 81.1, 90.1-ci maddələrinə istinad edərək, kassasiya şikayətinin təmin edilməsini, iddiaçının iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
22. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun Maddə 3.1 “Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi il ə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.2 İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetm ə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9). 2.4. İkinci dərəcə əlillik aş ağıdakı hallarda müddətsiz təyin edilir: 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq (demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79);
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymə tləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırıl ır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqd im edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1-ci bəndinə əsasən Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikas ı Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli g ələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir
28. İnzibati Prosessual Məcəlləsi: a) Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübu t etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayə tdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
29. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üç ün əsas yoxdur.
33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmiş dir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
35. Qanunvericiliyin yuxarıda istinad olunan prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
37. Belə ki, işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli ekspert rəyinə əsasən İddiaçı üzvi (travmatik mənşəli şəxsiyyət pozuntusu teztez baş verən dekompensasiyalar) yaddaş və intellektin enməsi ilə (F07) müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri – 1993-cü ildə döyüşlər zamanı kəllə-beyin travması alması (Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq olunub), bununla əlaqədar N nömrəli hərbi hissədə müalicə olunması, sonrakı illərdə psixi vəziyyətində və davranışında dəyişikliklərin davam etməsi, Bakı şəhəri RƏXDdə, Psixi Sağlamlıq Mərkəzində, 15 nömrəli BŞX-nin psixiatrik kabinetində, SN “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də və digər nevroloji və psixia trik müəssisələrdə müalicə olunmasına baxmayaraq vəziyyətində yaxşılaşmanın qeyd olunmaması, psixi vəziyyəti ilə əlaqədar İİ dərəcəli əlil hesab edilməsi, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər, ünsiyyətə çətin daxil olması, təfəkkürünün az produktivliyi və torpidliyi, koqnitiv imkanların aşağı olması, əhval-ruhiyyənin dəyişkənliyi, emosional dayanıqsızlığı, affektiv eksploziv reaksiyalara meylliyi, davranışı üzərində nəzarətin zəifləməsi, maraq dairəsinin məhdudluğu, yaddaş və intellektin enməsi, tənqidinin olmaması və s. sübut olunur. İddiaçı müayinəsi zamanı onda hal-hazırda üzvi (travmatik mənşəli şəxsiyyət pozuntusu tez-tez baş verən dekompensasiyalar) yaddaş və intellektin enməsi ilə aşkar olunur.
38. Qeyd olunmalıdır ki, 24 saylı Birləşdirilmiş Şəhər Xəstəxanası tərə findən verilmiş forma 88 arayışına əsasən (0034003AAD8W) əsas diaqnoz: F07. Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları, şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və yanaşı gedən, keçirilmiş kəlləbeyin travması nəticəsində əmələ gələn psixopato bənzər şəxsiyyət pozuntusu; Ağırlaşmaları: F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Üzvi (travmatik mənşəli) şəxsiyyət pozuntusu. Tez-tez baş verən dekompensasiyalar, yaddaş və intelektin enməsi ilə; yanakı xəstəliklər: F48.0 Nevrasteniya, Asteno nevrotik vəziyyət; Status localis qrafasına əsasən xəstənin ümumi vəz iyyəti orta ağırdır, səhhətində dəyişiklik yoxdur. Bələdlik tam qorunmayıb. Tənqidi formalıdır. Zahirən gərgindir. Bir yerdə qərar tutmur. Ünsiyyətə əsəbi formada daxil olur. Fikrini çatdırmaqda çətinlik çəkir. Deməsinə görə heç kim ilə yola getmir. Şəxsiyyətində kobud pozuntu qeyd olunur. Emosianal olaraq labildir. Əhvalruhiyyəsi qeyri-stabildir. Yuxusu dərmanladır. Daimi olaraq müalicələr olunmasına baxmayaraq vəziyyətində yaxşılaşma qeyd olunmur. Müalicələr səmərəsizdir. Yaddaşı zəifdir. Gününü evdə keçirdir. Heç kim ilə yola getmədiyi üçün ünsiyyət saxlamır. Aldığı КВТ-dan sonra normal həyatına qayıda bilmir. İmtiyazlı dərman registrində qeydiyyatdadır və Stimulaton 50mg gündə iki dəfə, Depakin 500 mg gündə 1dəfə, Cycladol 2 mg gündə 2dəfə, Abizol 5 mg gündə 1 dəfə qəbul edir. "Respubl ika Psixiatriya Xəstəxanası"nda xx.xx.2021-xx.xx.2021-ci il tarixində stasionar müalicə almışdır. Psixi sağlamlıq Mərkəzində Pr.Fuad İsmayılov tərəfindən müayinə olunub. Dz: F07.2008-ci ildən İİ qrup 1 Qarabağ əlildir.
39. Apellyasiya instansiyası məhkəməsi işin hallarının araşdırılması nəticəsində müəyyən etmişdir ki, iddiaçının xəstəliyi F07; F 480 kodları uyğun olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş, 01 iyul 2022-ci il tarixdən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğundur və məhz 2-ci dərəcə əlilliyin təyininə əsas verir.
40. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2000/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.