Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2138/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yenidən hesablanmış əmək pensiyası məbləğinin ötən dövr üzrə ödənilməsi) 13.12.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1966-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya fərqinin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 may 2023-cü il tarixli, 2-1(106)-151/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1966-cı il tarixdə doğulmuşdur, ona xx.xx.2004-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.
2. İddiaçı xx.xx.2019-cu il tarixədək Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsindən ümumi qaydada əlilliyə görə əmək pensiyası almışdır. 3. xx.xx.2019-cu il tarixdən isə iddiaçıya hərbi qulluqçu kimi ikinci dərəcə əlilliyə görə müddətsiz əmək pensiyası təyin edilmişdir.
4. İddiaçı xx.xx.2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət edər ək xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə pensiyasının yenidən hesablanaraq yaranmış fərqin ödənilməsini xahiş etmişdir.
5. Hazırkı qanunvericilikdə keçmiş dövr üzrə alınmamış pensiyanın məbləğinin ən çoxu üç il müddət üçün hesablanaraq ödənilməsinin nəzərdə tutulduğu əsas gətirilərək, cavabdeh tərəfindən xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üzrə ödəniş edilməsindən imtina edilmiş, iddiaçıya yalnız xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə, yəni müraciət tarixindən əvvəlki 3 il üçün ödəniş olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şirvan İnzibati Məhkə məsinə müraciət edərək, ona xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2019-cu ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən ikinci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsindən xx.xx.2019-cu ildən hərbi qulluqçu kimi ikinci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və ağır yaralanmışdır, xx.xx.2004cü il tarixdən ikinci qrup müddətsiz müharibə əlilidir. Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 1994-cü ilin dekabr ayından 2019 -cu ili oktyabr ayınadək əmək pensiyası almışdır. xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumat vərəqəsi əsasında ona ikinci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi əmək pensiyası təyin olunmuşdur və 2019-cu ilin oktyabr ayından etibarən cavabdeh tərəfindən ona ikinci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi əmək pensiyası hesablanıb ödənilir. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə pensiyasının yenidən hesablanması barədə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə, yəni 3 il üçün ona ödəniş etmiş, lakin qalan xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üzrə ödəniş etməkdən imtina etmişdir. Dəfələrlə cavabdehə bu barədə ərizə ilə mürac iət etsə də, cavabdeh hər dəfə cavab məktubunda qeyd etmişdir ki, keçmiş dövr üzrə alınmamış pensiyanın məbləğinin ən çoxu üç il müddət üçün hesablanaraq ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdehin imtinası əsasız və qanunsuzdur. Belə ki, iddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2019-cu il tarixədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən ikinci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2019-cu il tarixdən hərbi qulluqçu kimi ikinci dərəcə əlilliyə görə aldığı əmək pensiyası arasındakı fərqin) hesablanaraq ödənilməsi qanunamüvafiqdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-1539/2021 nömrəli analoji qərarına əsasən hesab edir ki, iddia tələbində haqlıdır və iddia tələbi təmin edilməlidir.
8. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək ikinci dərəcə əlilliyə görə əmək pensiyası ödənilmişdir. xx.xx.2019-cu il tarixli müraciəti əsasında iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə təqdim olunmuş müvafiq məlumat vərəqəsinə əsasən cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi qulluqçu kimi ikinci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş, eyni zamanda keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. Həmçinin iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 7731,36 manat fərq məbləği 2020-ci ilin yanvar və fevral aylarında pensiya ödənişi ilə birlikdə müvafiq kart hesabına keçirilmişdir.
9. Şirvan İnzibati Məhkəməsinin (hakim: Samir Həsənov) 23 noyabr 2022-ci il tarixli, 2-1(120)-1170/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2019-cu ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən ikinci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2019-cu ildən hərbi qulluqçu kimi ikinci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi gə ldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mübahisə cavabdehin etirazında göstərdiyi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1ci maddəsinin tələbləri əsasında deyil, iddiaçının pensiya hüququnun yarandığı dövrdə qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında həll edilməlidir. İşin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia tələbində haqlıdır, cavabdehin imtinası əsassızdır.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Müşfiq Həsənov /sədrlik edən və məru zəçi/, Tale Kərimov və Orxan İsmayılov) 05 may 2023-cü il tarixli, 2-1(106)-151/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, işdən də göründüyü kimi, Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar xx.xx.2004-cü il tarixdən əlilliyi müəyyən edilən iddiaçıya inzibati orqan tərəfindən hüquqi yardım göstərilmədən ümumi qaydada əlilliyə görə əmək pensiyası təyin edilmiş, yalnız xx.xx.2019-cu il tarixdən sonra ona hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası verilməyə başlanılmışdır. Cavabdeh iddiaçının hərbi qulluqçu kimi əmək pensiyası hüququnun yarandığı d övrdə qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun müddəalarına istinad etməklə onun xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üzrə də əmək pensiyasını yenidən hesablayıb yaranmış fərqi ödəməli olduğu halda, bunu etməmiş, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə istinad etməklə iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə, yəni 3 il üçün ödəniş etmiş, xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üzrə isə ödəniş olunmasından imtina etmişdir.
14. Cavabdehin apellyasiya şikayətinin xx.xx.2007-ci il tarixədək hərbi qulluqçu kimi iddiaçının əmək pensiyasının yenidən hesablanıb ödənilməsinin cavabdehin səlahiyyətləri xaricində olması dəlilinə münasibətdə is ə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hərbi qulluqçuların pensiya təminatı hazırda başqa dövlət orqanı tərəfindən həyata keçirilmədiyindən, bu sahə üzrə səlahiyyətli orqan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialıdır.
15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsini və apelly asiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Maddə 12.2. Hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmaya raq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya), xəstəlik nəticəsində üz verdikdə təyin edilir. Maddə 20.1 və 20.1.12. Bu Qanunun 12.2-ci maddəsində göstərilən hərbi qulluqçulara qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Maddə 20.16-cı və 20.16.1. Bu Qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin – 100 faizi, İİ qrup müharibə əlillərinə – 80 faizi, İİİ qr up müharibə əlillərinə – 55 faizi. Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2017-ci il tarixdən sonra qüvvədə olan redaksiyada) Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki aylar ın sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir (xx.xx.2019-cu il tarixdən qüvvədədir). Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəm ə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı veril miş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarı “...Müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir.” KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır.
25. Məhkəmə kollegiyası apellyasiya in stansiyası məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmamasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
26. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üzrə əmək pensiyasının yenidən hesablanmasına və hesablanmış əmək pensiyası məbləğinin ödənilməsinə nail olmaqdan ibarətdir.
27. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, barəsində xx.xx.2004-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş iddiaçı xx.xx.2019-cu il tarixədək ümumi qaydada əlilliyə görə əmək pensiyası almışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə t əqdim olunmuş müvafiq məlumat vərəqəsinə əsasən isə iddiaçıya xx.xx.2019-cu il tarixdən hərbi qulluqçu kimi ikinci dərəcə əlilliyə görə müddətsiz əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi barədə xx.xx.2019-cu il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə, yəni iddiaçının müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün ödəniş edilmişdir. Cavabdeh hazırkı qanunvericilikdə keçmiş dövr üzrə alınmamış pensiya məbləğinin ən çoxu üç il müddət üçün hesablanaraq ödənilməsinin nəzərdə tutulduğuna istinadən xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üzrə ödəniş ol unmasından imtina etmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi yenidən hesablanmış əmək pensiyası məbləğinin ötən bütün müddət üçün ödənilməli olduğu qənaətinə gəlmişdir.
29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçının pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi barədə cavabdehə xx.xx.2019-cu il tarixdən sonra, yəni xx.xx.2019-cu il tarixdə müraciət etdiyini nəzərə almamışdır. Bu zaman həmçinin müvafiq məlumat vərəqəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə təqdim olunduğu da məhkəmə tərəfindən diqqətə alınmamışdır.
30. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi P lenumunun bu qərarın 21-ci bəndində istinad edilmiş qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar yaranmış pensiya məbləği ötən dövr üçün “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir.
31. Başqa sözlə, əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar “Əmək pensiyalar haqqında” Qanunun 32.1-2-ci maddəsi ilə üç illik məhdudiyyətin tətbiq olunmağa başlandığı 2019-cu il 1 yanvar tarixindən əvvəl inzibati orqana müraciət edildikdə, yenidən hesablanmış pensiya məbləği ötən bütün müddət üçün ödənilməli, 2019-cu il 1 yanvar tarixindən sonra müraciət edildikdə isə yenidən hesablanmış pensiya məbləği müraci ət edilən tarixdən əvvəlki üç illik dövr üçün ödənilməlidir.
32. Hazırkı mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə pensiyasının yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi barədə cavabdehə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Həmin müraciət əsasında cavabdeh tərəfindən iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə, yəni müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il müddət üzrə ödəniş olunmuşdur.
33. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar iddiaçıya xx.xx.2006cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üzrə yaranmış pensiya məbləğinin ödə nilməsindən cavabdehin imtinası qanuni və əsaslı hesab edilməlidir.
34. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia təmin olunmamalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 may 2023-cü il tarixli, 21(106)-151/2023 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia rədd edilir. Qərar qətidir.