Məhkəmə qərarları › İş №2-1(102)-2139/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2139/2019

30.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2139/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçınin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddiasına dair iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: 30.07.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və http://supremecourt.gov.az/static/view/65X1 ibarət tərkibdə, Tərəflərin iştirakı olmadan, İddiaçınin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilərək qaçqın statusunun verilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 mart 2019-cu il tarixli qərarından iddiaçıtərəfindən verilmiş kassasiya şikayətinə əsa sən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Xidmətin üzərinə üzərinə iddiaçının 02.02.2018-ci il tarixli vəsatətini təmin edərək ona qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulması; tərəflər arasındakı hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdeh Xidmətin İQ-44/4 nömrəli, 30 aprel 2018-ci il tarixli “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında” imtinaedici qərarın və onun şikayət instansiyasının 55 saylı 06.07.2018-ci il tarixli “inzibati şikayətin təmin edilməməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş et mişdir. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli qərarı ilə (hakim M.Hacıbəyova; iş No 2-1(81 )-174/2019) cavabdeh Xidmətin İQ-44/4 nömrəli, 30 aprel 2018-ci il tarixli qərarının ləğv edilməsi; iddiaçının qaçqın statusunun verilməsi barədə 02.02.2018-ci il tarixli vəsatəti təmin edilərək, iddiaçıya qaçqın statusunun verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdeh Xidmətin üzərinə qoyulması barədə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 mart 2019-cu il tarixli qərarı ilə (sədrlik edən H.Həmidov, hakimlər E.Nağıyeva və V.Baxışova; iş № 21(103)-1013/2019) 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması; iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərar ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tər əfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfində n müəyyən edilmiş hallardan məlum olur ki: iddiaçı 05.07.1968-ci il təvəllüdlü Əfqanıstan vətəndaşıdır. İddiaçı qaçqın statusunun verilməsi haqqında cavabdeh Xidmətə müraciət etmiş və müraciətini onunla əsaslandırmışdır ki, onun böyük oğlu Taliban hərəkatı tərəfindən təhdid edildiyi üçün, həmçinin O, məsciddə qadınların olduğu yerdə nəzarətçi və təmizləyici olduğuna görə, son zamanlar məscidlərdə partlayışların çox olmasından qorxub Azərbaycana gəlmişdir. İşin materiallarında olan cavabdeh Xidmətin “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyasının 30.04.2018-ci ildə keçirilmiş iclasının protokoluna əsasən, iddiaçıya “qaçqın” statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, inandırıcılığın qiymətləndirilməsi zamanı iddiaçı nın söylədiyi faktlarda bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, iddiaçı oğlunun müxtəlif məntəqələrdə (Məzarı Şərif, Qunduz, Qəzni, Kabil, Luqər, Cəlalabad şəhərlərində) işlədiyini, işlədiyi müddətdə iki dəfə təhdid məktubu aldığını bildirsə də, onun dediklərindən oğlunun iş yerini tərk etmədiyi, həmin məntəqələrə səfərlər etdiyi və səfərləri zamanı heç bir təhdid və təzyiqə məruz qalmadığı məlum olmuşdur. O, Əfqanıstan İslam Respublikasını oğluna görə tərk etdiyini bildirsə də, fikrini konkret faktlarla izah edə bilməmiş, sözügedən ölkədə ümumi vəziyyətin yaxşı olmadığını söyləmişdir. Bundan əlavə, iddiaçı şəxsən özünün və digər ailə üzvlərinin heç bir təhdid və təzyiqə məruz qalmadıqlarını, Əfqanıstan İslam Respublikasını yalnız oğlu Abuzara görə tərk etdik lərini qeyd etmişdir. Tahira Rezainin və onun ailə üzvlərinin müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, onlar vətəndaşları olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamışlar. Cavabdeh Xidmətin 30.04.2018-ci il tarixli, İQ-44/4 nömrəli “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarına əsasən iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmişdir. Həmin inzibati orqanın 06.07.2018-ci il tarixli 55 nömrəli "İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarına əsasən qaçqın statusu verilməsindən imtina edilməsinə dair Xidmətin 30.04.2018-ci il tarixli İQ-44/4 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Araşdırılan qərar dan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, Azərbaycan Respublikasında qaçqın statusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehti yat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Lakin iddiaçı tərəfindən verilmiş müsahibə və digər sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları və digər şəxslər tərəfindən təqibə məruz qalmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən, iddiaçıya qaçqın statusunun verilməsindən qanuni əsaslarla imtina olunduğundan, işin bu cür halında isə cavabdeh Xidmətin hər hansı qanunsuz hərəkətə yol verilmə si hər hansı dəlil ilə sübuta yetirilmədiyindən, iddiaçı iddia tələbində haqlı deyildir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən, diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanuna uyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Azərbaycan Respublikası İPM-nin 73.3.1-ci maddəsinə müvafiq olaraq inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə bir qayda olaraq iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür; iddiaçının kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsi nə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün ə sas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 18 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçınin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Azərbaycan Respublikası adından İddiaçınin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddiasına dair iş üzrə QƏRAR (iş № 2-1(102)-2139/2019) Bakı şəhəri GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və http://supremecourt.gov.az/static/view/65X1 ibarət tərkibdə, Tərəflərin iştirakı olmadan, İddiaçınin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı İddiaçınin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilərək qaçqın statusunun verilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 mart 2019-cu il tarixli qərardadından iddiaçıtərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət M iqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Xidmətin üzərinə üzərinə iddiaçının 02.02.2018-ci il tarixli vəsatətini təmin edərək ona qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulması; tərəflər arasındakı hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdeh Xidmətin İQ-44/4 nömrəli, 30 aprel 2018-ci il tarixli “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında” imtinaedici qərarın və onun şikayət instansiyasının 55 saylı 06.07.2018-ci il tarixli “inzibati şikayətin təmin edilməməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli qərardadı ilə (hakim M.Hacıbəyova; iş No 2-1(81)-174/2019) cavabdeh Xidmətin İQ-44/4 nömrəli, 30 aprel 2018-ci il tarixli “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında” qərarından verdiyi şikayətin təmin edilməməsi haqqında 55 saylı, 06.07.2018-ci il tarixli qərarının ləğv edilməsi barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 mart 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən H.Həmidov, hakimlər E.Nağıyeva və V.Baxışova; iş № 2- 1(103)-1013/2019) iddiaçının apellyasiya şikayəti təmin edilməməsi; 1 saylı Bakı İnzibatiiqtisadi Məhkəməsi 16 yanvar 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti verərək, qərardad ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərardad qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə m übahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Araşdırılan qərardaddan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, qanuna görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Belə ki, Azərbay can Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (pu blik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Eyni zamanda Azərbaycan Respublikası İPM-nin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldı rıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə müvafiq olaraq aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 32.3-cü maddəsinə görə, ilkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma q aydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. Lakin iddiaçının mübahisələndirdiyi, cavabdeh Xidmətin İQ-44/4 nömrəli, 30 aprel 2018-ci il tarixli “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında” qərarından verdiyi şikayətin təmin edilməməsi haqqında 55 saylı, 06.07.2018-ci il tarixli qərar iddiaçı üçün əlavə öhdəliklər yaratmadığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutmadığı üçün şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar kimi məhkəmədə mübahisələndirilə bilməz, belə ki, həmin qərar iddiaçının məhkəmədə mübahisələndirdiyi İQ-44/4 nömrəli, 30 aprel 2018-ci il tarixli qaçqın statusunun verilməsind ən imtina edilməsi haqqında qərarın qüvvədə saxlanılması haqqında olmaqla həmin qərarla eynidir. Beləliklə, yuxarıda qeyd edilən iddia tələbi 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaşının kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilm əlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 18 mart 2019-cu il tarixli qərardadı dəyişdi rilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçınin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 mart 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar