Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2139/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pensiya təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Nigar Rəsulbəyovadan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı pensiya təyin edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 2-1(103)-2097/2021 nömrəli iş üzrə 19.08.2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 03 noyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı iddiaçının “Neftqaztikinti” trestinin idarələrində 15.12.1980-ci ildən 21.07.1986-cı ilədək və 04.09.1992-ci ildən 29.12.2000-ci ilədək işlədiyi iş dövrünün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən 1 saylı siyahısına müvafiq qaydada xüsusilə zərərli əm ək stajı kimi nəzərə alınmaqla, 03.03.2009-cu il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
2. Birinci instansiya məhkəməsinin 14.04.2017-ci il tarixli, 2-1(82)1757/2017 nömrəli (sədrlik edən ha kim İntizar Bayramova) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı “Neftqaztikinti” trestinin idarələrində 15.12.1980-ci ildən 21.07.1986-cı ilədək və 04.09.1992-ci ildən 29.12.2000-ci ilədək işlədiyi iş dövrünün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən 1 saylı siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, 03.03.2009-cu il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ya nında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 23.08.2017-ci il tarixli, 21(103)-1879/2017 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Cahangir Yusifov) qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1757/2017 saylı, 14 aprel 2017-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. kassasiya instansiyası məhkəməsindəki icraat
4. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 13.12.2017-ci il tarixli, 2-1(102)-2168/2017 nömrəli (hakimlər İlqar Dadaşov - sədrlik edən və məruzəçi, Kəmaləddin Bədəlov və Sevda Hüseynova) qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya məhkəməsinin 23.08.2017-ci il tarixli, 2-1(103)-1879/2017 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. 5. 26.10.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı iddiasına dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.04.2017-ci il tarixli, 2-1(82)-1757/2017 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələ nməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsindəki icraat
6. Birinci instansiya məhkəməsinin 31.05.2021-ci il tarixli, 2-1(112)1757/2021 nömrəli (sədrlik edən hakim Fərid Mədətli) qərardadı ilə ərizənin təmin edilməsi, İddiaçı “Neftqaztikinti” trestinin idarələrində 15.12.1980-ci ildən 21.07.1986-cı ilədək və 04.09.1992-ci ildən 29.12.2000-ci ilədək işlədiyi iş dövrünün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən 1 saylı siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, 03.03.2009cu il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin üzərinə qoyulması barədə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-1757/2017 saylı, 14 aprel 2017-ci il tarixli qərarının ləğv edilməsi, məhkəmə qərarının icrasının dayandırılması, hazırkı işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən İPM-in 100-cü maddəsinə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olmuş 1-ci hissənin 1-ci bəndinə, 13-cü maddəsinin “a” bəndinə istinad etməklə ərizəni təmin etməkdə haqlı olmuşdur. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 19.08.2021-ci il tarixli, 21(103)-2097/2021 nömrəli (hakimlər Azər Hüseynov - sədrlik edən və məruzəçi, Səadət Bəktaşi və Vidadi Məmmədov) qərardadı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 31.05.2021-ci il tarixli, 2-1(82)-1757/2021 saylı qərardadının ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş yeni açılmış hallarla bağlı inzibati iş üzrə icraatın təzələnməsi barədə ərizəsinin təmin olunmaması qərara alınmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, İPM-in 78, 79, 100-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Y.Cümşüdovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin 05 dekabr 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair 03.07.2020-ci il tarixli qərarının müddəalarını tətbiq etməklə belə hesab etmişdir ki, göstərilən əsaslar məhkəmə qərarlarının yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsi üçün əsaslara aiddir. Həmin əsaslar qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış in zibati məhkəmə icraatının proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnməsinə əsas olan sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
10. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2018-ci ilin mart ayınadək Bakı şəhəri, Suraxanı rayonu, 39 saylı MKİS-in ərazisində, N.İsmayılov küçəsi 6, ev 34-də məskunlaşmış Füzuli rayon sakini 03.03.1959-cu il təvəllüdlü İddiaçı Fondun Suraxanı rayon şöbəsinin Pensiya üzrə komissiyasının qərarı ilə ona 03.03.2016cı il tarixdən 57 yaşının tamam olduğu gündən Qanunun 9.1-ci maddəsinin şərtlərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabi netinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "‘Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na istinad etməklə və əmək kitabçası üzrə 2006-cı ilədək hesablanmış 19 il 3 ay sosial sığorta stajı, həmçinin 01 yanvar 2006-ci il tarixdən pensiya hüququnun yarandığı tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 68,49 manat pensiya kapitalı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
11. Pensiya təyinatından 1 il sonra, 2017-ci ilin mart ayında İddiaçı Fondun Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “onun ’’Neftqaztikinti” trestinin idarələrində 15.12.1980-ci il tarixdən 21.07.1986-cı il tarixədək və 04.09.1992-c i il tarixdən 29.12.2000-ci il tarixədək işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21.06.1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, 03.03.2009-cu il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulması” barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə sinin 14.04.2017ci il tarixli (İş № 2-1(82)-1757/2017) qərarı ilə təmin edilmişdir.
13. Suraxanı rayon şöbəsi tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin İddiaçı xeyrinə qəbul edilmiş 14.04.2017-ci il tarixli qərarından apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 23.08.2017-ci il tarixli qərarı (İş № 21(103)-1879/2017) ilə şikayət təmin edilməmişdir. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 13.12,2017-ci il tarixli qərarı ilə (İş № 2-1(102)-2168/2017) şöbənin şikayəti təmin olunmamışdır.
14. Məhkəmə qərarlarından göründüyü kimi, 15.12.1980 - 21.07.1986 və 04.09.1992- 29.12.2000-ci illər üzrə işlədiyi müddətlər nəzərə almaqla İddiaçı güzəştli şərtlərlə pensiya təyinat ı barədə qərar qəbul edilmişdir. Lakin məhkəmə qərar çıxararkən müəyyən etdiyi iş dövrlərinin təsdiq edilməsi məqsədi ilə müvafiq müəssisə, idarə və təşkilatlardan heç bir rəsmi məlumat, o cümlədən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələrdə çalışması barədə arayışın alınması təmin edilməmiş və ya tələb edilməmiş, zəruri tədqiqat işləri aparılmamış, iddiaçının buruqda neft hasilatı sahəsində işlədiyi barədə əsaslar olmadan iddia tələbi təmin edilmiş, ümumi mülahizələr əsasında qərarlar qəbul edilmişdir. Məhkəmə qərarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti vətəndaşa təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Halbuki SOCAR Dövlət Neft Şirkə tinin “Neftqaztikinti” tresti tərəfindən verilmiş 02.03.2016-cı il tarixli SOCAR **********40030108X00026 nömrəli arayışla rəsmi olaraq təsdiq edilmişdir ki, Güzəştli siyahının 35-ci maddəsinə əsasən (Ümumi peşələr) əl ilə qaynaq aparan və elektrik qaynaqçı peşəsi İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verir. Həmin arayışda qeyd olunan 13 il 10 ay güzəştli iş stajı faktına əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 50 yaşdan deyil, 57 yaşından yaranır.
15. Suraxanı rayon şöbəsinə daxil olmuş məhkəmə qərarları və digər sənədlərə, o cümlədən “X1 ltd” şirkətinin Azərbaycan nümayəndəliyi tərəfindən təqdim edilmiş 2004-2005-ci illər üzrə əməkhaqqı arayışına əsasən İddiaçı təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 03.03.2009-cu il tarixdən 50 yaşının tamam oldu ğu gündən Qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən əmək kitabçası üzrə 2006-cı ilədək hesablanmış 26 il 10 ay sosial sığorta stajı nəzərə alınmaqla yenidən hesablanmışdır.
16. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.08.2021-ci il tarixli, 2-1(103)2097/2021 nömrəli qərardadının ləğv edilməsini və Mərkəzi filialın ərizəsinin təmin olunması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.
18. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxış ı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. (07 oktyabr 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir)
19. İddiaçı kasasiya şikayətinə qarşı etiraz edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər.
20. Nəzərinə çatdırır ki, ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 2-1(82)-1757/2017 saylı inzibati iş üzrə yeni açılmış hallarla bağlı icr aatın təzələnməsinə dair ərizənin verilmə müddətini üzrlü səbəblər olmadan buraxmışdır. Belə ki, Mərkəzi filial qanunsuz olaraq onun pensiyasını 01.01.2020-ci il tarixdən dayandırmışdır. Lakin məhkəməyə yeni açılmış hallarla bağlı ərizəni 13 oktyabr 2020-ci il tarixdə göndərmişdir. Yəni, İddiaçı mübahisələndirilən pensiyasının dayandırılmasından 9 ay 13 gün sonra məhkəməyə yeni açılmış hallarla əlaqədar ərizə vermişdir. Beləliklə Mərkəzi filialın yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair kassasiya şikayəti təmin edilməməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı Bakı Apellyasiya Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2-1(103)-2097/2021 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən h üquq
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Y.Cümşüdovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 5 dekabr 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03.07.2020-ci il tarixli qərarı.
22. İnzibati Prosessual Məcəllə: Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə
100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı tə qdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPMnin 91-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
27. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin kassasiya şikayətindəki dəlilləri əsassızdır, buna görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
28. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya məhkəməsi hazırkı işi həll edərkən hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərardad qəbul etmişdir.
29. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinə baxarkən haqlı olaraq İPM-in “mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar” adlanan 100-cü maddəsinə istinad etmişdir ki, həmin maddəyə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bi lər.
30. Beləliklə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının yeni açılmış hallarla bağlı təzələnməsi üçün İPM-in 100-cü maddəsinin müəyyən etdiyi əsas-sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmamasıdır.
31. Cavabdeh kassasiya şikayətində onun qənaətinə görə, yeni açılmış hal kimi SOCAR Dövlət Neft Şirkətinin “Neftqaztikinti” tresti tərəfindən verilmiş 02.03.2016-cı il tarixli SOCAR **********40030108x00026 nömrəli arayışla rəsmi olaraq təsdiq edilmiş məlumatdır ki, həmin məlumatda deyilir ki, “güzəştli siyahının 35- ci maddəsinə əsasən (ümumi peşələr) əl ilə qaynaq aparan və elektrik qaynaqçı peşəsi İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verir. Həmin arayışda qeyd olunan 13 il 10 ay güzəştli iş stajı faktına əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 50 yaşdan deyil, 57 yaşdan yaranır”.
32. Lakin yuxarıda göstərilmiş müəssisənin 02.03.2016-cı il tarixli arayışında qeyd edilən bu məlumat iş üzrə yeni açılmış hal tələbinə cavab vermir (İPM-in 100-cü maddəsi), belə ki, cavabdehin kassasiya şikayətində yazdığı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iddiaçının iddiasının təmin edilməsi barədə qərar 14.04.2017-ci il tarixdə qəbul olunduğu halda, sözügedən arayış, onun tarixindən də bəlli olduğu kimi 02.03.2016-cı il tarixdə, yəni məhkəmənin 14.04.2017-ci il tarixli qərarı çıxarılmamışdan xeyli əvvəl mövcud olmuş və təbii ki, sonradan aşkar olunmuş yeni sübut və hal kimi qiymətləndir ilə bilməz.
33. Bu həmçinin İPM-in 100-cü maddəsində müəyyən edilmiş “həmin sübutların və ya halların ərizəsindən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə” müddəasına da uyğun gəlmir.
34. Qeyd edilməlidir ki, kassasiya şikayətində cavabdeh bu məsələyə dair ümumiyyətlə heç bir açıqlama verməmişdir.
35. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası doğru olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Y.Cümşüdovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 5 dekabr 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03.07.202 0-ci il tarixli qərarına istinad etmişdir.
36. Belə ki, həmin qərarda yazılır ki, “qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növüdür. Bu icraat növü apellyasiya və kassasiya qaydasında işə baxılmasından mahiyyəti üzrə fərqlənir.
37. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslılığı, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır.
38. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. İşə yeni açılmış hallar üzrə yenidən baxılmasının mahiyyə ti iş üzrə məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra qanunvericiliklə nəzərdə tutulan şərtlər əsasında işə yenidən baxılmasıdır.
39. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair icraat qaydaları Mülki Prosessual Məcəllənin 45-ci fəslinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 432.2-ci maddəsi yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasının fərqli, lakin bir-biri ilə əlaqəli olan dörd əsasını müəyyən etmişdir: məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materialların aşkar edilməsi; məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı; məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri; -həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi.”
40. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinad edərək qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin yeni açılmış hallar üzrə işə yenidən baxılması üçün qoyduğu şərtlər nəticə etibarı ilə hüquqi müəyyənlik prinsipinin qorunmasına xidmət edir və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsas sız ləğvinin qarşısını almaq məqsədini güdür.
41. Məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin əsas meyarı son məhkəmə instansiyası qərarının mübahisələndirilməməsidir. Əks halda ədalət mühakiməsinin təminatı uzun müddətə artırıla bilər və hər hansı bir ağlabatan müddətin pozulmasına səbəb ola bilər. Digər tərəfdən isə istənilən zaman son məhkəmə qərarının yenidən baxılıb ləğv edilməsi insanlarda ümumiyyətlə məhkəmə qərarlarına və ədalət mühakiməsinə inamı zəiflədə bilər.
42. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında bildirmişdir ki, məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir.
43. Hüquqi müəyyənliyin əsas amili ondan ibarətdir ki, tərəflərdən heç birinin həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədi ilə qüvvəyə minmiş yekun məhkəmə qərarına yenidən baxılmasını tələb etmək imkanı olmamalıdır.
44. Mülki Prosessual Məcəllənin 432.2.1-ci maddəsinə gəldikdə isə qeyd edilməlidir ki, işə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması onda ifadə olunur ki, belə hallar (materiallar) işə baxılması zamanı məlum olsaydı, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı. Bununla yanaşı bu maddənin məzmununa görə, yeni açılmış hallar işə baxıldığı zaman mövcud, lakin məhkəməyə təqdim edilməmiş olmalıdır.
45. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Konstitusiyanın 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Bu təminat əksər hallarda yalnız məhkəmə müdafiəsi yolu ilə həyata keçirilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir.
46. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, pozulmuş h üquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.”
47. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 19.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.08.2021-ci il tarixli, 2-1(103)-2097/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.