Məhkəmə qərarları › İş №2-1(102)-2139/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2139/2022

06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2139/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: barəsində müstəqil qaydada kassasiya şikayətinin verilməsi nəzərdə tutulmayan qərardaddan verilmiş şikayətin və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizənin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1958, FİN:xxxxxxx) cavabdehlər Azərbayca n Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-2753/2021nömrəli, 9 dekabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə keçən gecə Azərbaycan Respublikasında 33.6% devalvasiya həyata keçirən qurumların bu devalvasiya nəticəsində iddiaçının ailəsinə vurulmuş 12.718 ABŞ dolları dəyərində maddi və 4000 ABŞ dolları dəyərində mənəvi zərərin, ümumilikdə isə 16.718 ABŞ dolları və ya (kurs 1 dollar - 1.70 AZN olmaqla) 28.420 AZN dəyərində zərərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4929/2021 nömrəli, 08 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakim E.Ə.Əliyev) iddia təmin edilməmişdir.

3. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı sonradan yazılı ərizə təqdim edərək apellyasiya şikayətini geri götürdüyünü bildirmiş və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2753/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər A.Ə.Hüseyn/sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və S.İ.Bəktaşi) Bakı İnzibati Məhkəmə sinin 2-1(112)-4929/2021 nömrəli, 08 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin edilmiş, apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilmiş, iddiaçıya şikayətin geri götürülməsinin eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanının istisna edildiyi izah olunmuşdur.

6. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2753/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

7. İddiaçı, həmçinin buraxılmış müddətin bərpa edilməsinə dair ərizə təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103) -2753/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qərardadından şikayət verilməsi üçün İPM-in 85-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddətin İddiaçı tərəfindən buraxılmasının səbəbinin üzrlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

8. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

88. Şikayətin geri götürülməsi 88.1. Şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər.... 88.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.... 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəm əyə) şikayət verilə bilər. 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kasasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. İddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

10. İş üzrə müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya şikayəti iddiaçı tərəfindən geri götürülmüş və apellyasiya icraatına xitam verilməsi xahiş olunmuş, həmin ərizəyə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya icraatına xitam verilmişdir.

11. İddiaçı qeyd edir ki, ona yekun məhkəmə qərarı çıxarılanadək apellyasiya şikayətini geri götürdüyü təqdirdə yenidən eyni predmet və eyni əsaslar üzrə şikayət verilməsinin istisna olunduğu həmin məhkəmə tərəfindən izah olunsa idi, apellyasiya şikayətini geri götürməzdi.

12. Məhkəmə kollegiyası bununla bağlı iş materiallarını, xüsusilə apellyasiya instansiyas ı məhkəməsinin iclas protokolunda göstərilənləri tədqiq edərək qeyd edir ki, iddiaçının apellyasiya şikayətini geri götürməsi barədə ərizə ilə müraciət etməsi onun yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi məqsədi ilə olmuşdur (iş v. 70). Bununla əlaqədardır ki, iddiaçı apellyasiya icraatına xitam verilməsini də öz ərizəsində xüsusi olaraq qeyd etmişdir. Başqa sözlə, həmin icraatın məhz onun tələbi və iradəsi ilə başa çatdırıldığı iddiaçıya məlum idi.

13. İPM-in 90.2-ci maddəsinin tələbindən də göründüyü kimi, apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

14. Beləliklə, apellyasiya icraatına xitam verilməsi iddiaçının tələbi əsa sında baş verdiyindən onun hazırkı məzmunda şikayəti üzrə kassasiya mümkün hesab edilə bilməz.

15. İddiaçının mübahisələndirdiyi qərardad barəsində şikayət verilməyən məhkəmə aktına aid olduğundan, həmin məhkəmə aktından şikayət verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə də mümkünsüzdür.

16. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2753/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır, şikayətin və prosessual müddətin bərpasına dair ərizənin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar