Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-214/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə Açar sözlər: iddianın mümkünlüyü, düzgün cavabdehə qarşı iddianın qaldırılmaması, hüquqi maraq. QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin nümayəndəsi iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Ç ağırış üzrə Dövlət Xidmətinə qarşı müddətli hərbi xidmətə aparılmasının, hərbi xidmət keçməyə məcbur edilməsinin qanunsuz hesab edilməsi və müddətli hərbi xidmətdən dərhal azad edilməsi tələbinə dair Bakı Apellasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2142/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2469/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı (hakim - E.Q.Məmmədov) ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddiaçının müddətli hərbi xidmətə a parılmasının, hərbi xidmət keçməyə məcbur edilməsinin qanunsuz hesab edilməsi və iddiaçının müddətli hərbi xidmətdən dərhal azad edilməsinə dair iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2142/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – V.M.Ağayev, hakimlər – A.B.Nuriyeva və C.A.Yusifov) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2469/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadını ləğv edib iddianın təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən işin halları düzgün araşdırılmamış, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçı hərbi xidmətə yararsız olduğu üçün hərbi xidmətə aparıla bilməzdi. Buna görə də, o, dəfələrlə müvafiq orqanlara şikayət edərək onu hərbi xidmətə çağıran Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon Şöbəsinin əməkdaşları barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Lakin iddiaçı həmin müraciətlərinə heç bir cavab almamış, daha sonra isə xx xxxxxx 2019-cu ildən hərbi xidmətə aparılmışdır. Məhkəmə hazırlıq iclasında iddiaçıya və vəkilinə bildirildi ki, iddiaçının irəli sürdüyü iddia tələbləri cavabdeh kimi seçilən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifələrinə aid deyil. Belə ki, iddiaçını müddətli hərbi xidmətə aparan orqan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmət deyil, ayrıca inzibati orqan sayılan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon Şöbəsidir. İddiaçını həmçinin hərbi xidmət keçməyə məcbur edən orqan da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti deyil, ümumiyyətlə, belə bir iddia tələbinin seçilməsi də inzibati icraat qaydasında baxılan iddia növlərinə aid deyil. Sonuncu tələb də, yəni iddiaçının müddətli hərbi xidmətdən azad edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətinə aid deyil. Belə ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissədə xidmət keçir. O, müddətli hərbi xidmət qulluqçusu kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hesabındadır. Onun hərbi xidmətdən vaxtından əvvəl azad olunması isə Hərbi Həkim Komissiyasının rəyi və va digər hallarla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətindədir. İddiaçının vəkili iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə bağlı müraciət etdi və məhkəmədən tələb etdi ki, məhkəmə 1) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsini və Azərbaycan Respublikası Müdafiə Nazirliyini də əlavə cavabdehlər kimi işə cəlb etsin; 2) İddiaçı hal-hazırda hərbi xidmətə yararlı olub-olmaması barədə ekspertiza ke çirsin. Ekspertiza qarşısında: İddiaçı hansı xəstəliklər vardır? İddiaçı hərbi xidmətə yararlıdırmı? suallarını qoysun. 3) Cavabdehlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsinin və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müddətli hərbi xidmətə aparmasının, hal-hazırda hərbi xidmət keçməyə məcbur etməsinin qanunsuz hesab edilməsi və İddiaçı müddətli hərbi xidmətdən dərhal azad edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etsin. Məhkəmə bu ərizəni icraata qəbul etmədi. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsi çıxardığı qərardadda iddiaçının tələbini mümkünsüz hesab edərək təkrar bildirdi ki, iddia tələbləri cavabdeh kimi seçilən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifələrinə aid deyil. Belə ki, iddiaçını müddətli hərbi xidmətə aparan orqan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmət deyil, ayrıca inzibati orqan sayılan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon Şöbəsidir. Buna görə də, iddiaçınınmüddətli hərbi xidmətə aparılmasının qanunsuz hesab edilməsi ilə bağlı ayrıca Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon Şöbəsinə qarşı maddi tələbini də irəli sürməklə Gəncə İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıla bilər. İddiaçının tələbinin digər hissəsi ilə b ağlı isə bu dəfə məhkəmə bildirdi ki, hərbi xidmət keçməyə məcbur edilməsinin qanunsuz hesab edilməsi tələbi isə özü-özlüyündə mümkünsüz bir iddiadır. Çünki hərbi xidmət keçmə konstitusion borcdur. Hər hansı bir orqanın iddiaçını hərbi xidmət keçməyə hansı qaydada məcbur etməsi işdən görünmür. Məhkəmə hazırlıq iclasında ərizəçi və vəkilinə bunu bildirmədi. Qərardadda iddia tələbinin həcminin artırılmasına dair ərizənin icraata qəbul edilməməsi ilə bağlı isə bildirildi ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 37-ci maddəsinin tələbinə zidd olaraq, üç cavabdeh inzibati orqan göstərildiyindən, iddia tələbləri müəyyən hissədə konkret cavabdehə, müəyyən hissədə isə hər üç cavabdehə yönəldiyindən məhkəmə tərəfindən verilmiş iddia tələbinin həcminin artırılması barədə ərizə ic raata qəbul edilməyib. Məhkəmə iddia tələbinin həcminin artırılması ilə bağlı ərizədə göstərilən iddiaçının ekspertizanın təyin olunması tələbinin nə üçün icraata qəbul etmədiyini göstərmədi. Bakı Apellyasiya məhkəməsi isə maddi və prosessual hüquq normalarının pozuntusuna yol verərək iddiaçının şikayətini təmin etməmişdir. Şikayətdə göstərilən heç bir hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin öz qərardadında qeyd etdiyi hərbi xidmət keçməyə məcbur edilmənin qanunsuz hesab edilməsinin ümumiyyətlə mümkünsüz bir iddia olduğu ilə bağlı mövqeyinə də şərh verməyib. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. İşə baxılmasının va xtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİHİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şika yətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən bir i qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, xx xxxxx 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış id dianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Hazırkı iş üzrə məhkəmənin icraatında cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı qaldırılmış olan tələblər İddiaçı müddətli hərbi xidmətə aparılmasının, hərbi xidmət keçməyə məcbur edilməsinin qanunsuz hesab edilməsi və onun müddətli hərbi xidmətdən dərhal azad edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Kollegiya qeyd edir ki, işə iddia tələbləri həddində b axılmalı olduğuna dair prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla (İPM-in 52-ci maddəsi) hazırkı kassasiya baxışı çərçivəsində yalnız qaldırılmış iddia tələbləri həddində onların cavabdehə qarşı yönəldilməsinin mümkünlüyü nəzərə alınmaqla qiymət verilə bilər. İddiaçının irəli sürdüyü tələblər hazırkı cavabdehə qarşı yönəldilməli olmayan tələblərdir. Belə ki, iddiaçı müddətli hərbi xidmətə hazırkı cavabdeh tərəfindən deyil, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsi tərəfindən aparılmışdır. Düzgün olmayan cavabdehə qarşı iddia qaldırıldıqda isə mövcud məhkəmə təcrübəsinə əsasən belə iddialar mümkün sayılmırlar. Odur ki, iddianı mümkünsüz hesab etməkdə məhkəmələr haqlı olmuşlar. Nəzərə almaq lazımdır ki, “H ərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 2.0.5, 4.2 və 13.1.1-ci maddələrinin tələblərinə görə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İV hissəsinin 4-1.1.1-ci yarımbəndinə müvafiq olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ayrıca inzibati orqandır. Bundan başqa, qeyd olunmalıdır ki, məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizam i rayon şöbəsinin 64 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, iddiaçı xx xxxxxx 2020-ci ildə hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış, xx xxxxxx 2020-ci il tarixdə isə Gəncə şəhəri Nizami rayon şöbəsində hərbi vəzifəlilərin qeydiyyatına alınmışdır. Beləliklə, iddia tələbinin hərbi xidmət keçməyə məcbur edilməsinin qanunsuz hesab edilməsi və onun müddətli hərbi xidmətdən dərhal azad edilməsi ilə bağlı hissələrinə olan iddiaçının hüquqi marağı da artıq ortadan qalxmışdır. İddia tələbinə hüquqi maraq müəyyən olunmadıqda da iddia mümkün sayılmamalıdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayətinin dəlilləri təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsas ən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2142/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-214/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-214/2020
21.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver