Məhkəmə qərarları › İş №2-1(102)-214/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-214/2021

02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-214/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi işçisinin vəzifə maaşına əlavələrin məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X2, onun vəkili X1 və cavabd eh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı “az hesablanmış 310,25 manat məzuniyyət haqqı və 1079,96 manat istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi, cəmi 1390,21 manat pulun cavabdeh tərəfindən hesablanaraq ödənilməsi, işdən çıxdıqdan sonra ona gecikdirilməklə verilmiş əmək haqqı, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi və digər ödənclərin işdən çıxdığı xx.xx.2019-cu il tarixdən ödənildiyi günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ödənc verilməsi, 2018-ci ilin avqust ayında az verilmiş və iddia edilən 310,25 manat məzuniyyət haqqının 2018-ci ilin avqust ayında verilməli oldu ğu gündən veriləcəyi günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ödənc verilməsi, istifadə edilməmiş məzuniyyətə görə iddia edilən 1079,96 manat pul əvəzinin işdən çıxdığı xx.xx.2019-cu il tarixdən ona veriləcək günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ödənc verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-357/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2019-cu il tarixədək 10 saylı Ərazi Vergilər İdarəsində işləmiş və həmin tarixdən öz ərizəsi ilə işdən azad edilmişdir.

2. İddiaçı işdən çıxdıqdan sonra istifadə edilməmiş məzuniyyətinə görə pul əvəzinin hesablanması ilə əlaqədar 10 saylı Ərazi Vergilər İdarəsinə müraciət etmişdir. Cavabdeh “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” barədə xx.xx.2017-ci il tarixli **********7397 nömrəli əmrinə əsaslanmaqla ona bildirilmişdir ki, işdən azad edilərkən istifadə edilməmiş məzuniyyətinə görə pul əvəzinin hesablanması zamanı 2018-ci ilin aprel, may, iyul, sentyabr, oktyabr, noyabr aylarının hər birində 750 manat, iyun və avqust aylarının hər birində 579,5 manat, cəmi 5659 manat aldığı əmək haqqına əlavələr nəzərə alınmayacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh Azər baycan Respublikası Vergilər Nazirliyinə qarşı “az hesablanmış 310,25 manat məzuniyyət haqqı və 1079,96 manat istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi, cəmi 1390,21 manat pulun cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsi, işdən çıxdıqdan sonra ona gecikdirilməklə verilmiş əmək haqqı, istifadə edilməmiş məzuniyyətimə görə pul əvəzi və digər ödənclərin işdən çıxdığı xx.xx.2019-cu il tarixdən ona ödənildiyi günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ona ödənc verilməsi, 2018-ci ilin avqust ayında ona az verilmiş və iddia etdiyi 310,25 manat məzuniyyət haqqının 2018-ci ilin avqust ayında ona verilməli olduğu gündən veriləcəyi günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ödənc verilməsi, istifadə edilməmiş məzuniyy ətə görə iddia etdiyi 1079,96 manat pul əvəzinin işdən çıxdığı xx.xx.2019-cu il tarixdən ona veriləcək günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ona ödənc verilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli qərarı ilə "Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası" təsdiq edilmiş və həmin Qaydaların 3.1.2-ci yarımbəndinə görə, büdcədənkənar vəs aitdən vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsinin xərclənmə istiqamətlərindən biri kimi işçilərin vəzifə maaşlarına əlavələrin verilməsi müəyyən edilmişdir. Sözügedən Qaydanın 3.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə vergilər nazirinin xx.xx.2017-ci il tarixli **********739700 nömrəli əmri ilə “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” təsdiq edilmiş və bu Qayda vergi orqanları işçilərinin aylıq vəzifə maaşına əlavələrin hesablanması və ödənilməsi qaydasını müəyyən edir. Qeyd olunan Qaydanın 2.7-ci bəndində konkret olaraq göstərilmişdir ki, bu Qayda ilə müəyyən edilmiş vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınmır.

5. Şəki İnz ibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-325/2020 nömrəli qərarı ilə (hakim: İ.H.Cabbarov) iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 442 nömrəli qərarı ilə “Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası’’nın 3.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirinin xx.xx.2017-ci il tarixli əmri ilə təsdiq edilmiş "Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nın 2.7c i bəndinin tələbinə uyğun olaraq cavabdeh əmək müqaviləsinə xitam verilməsi zamanı iddiaçıya son haqq-hesabını verərkən, məzuniyyət haqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablayarkən iddiaçının vəzifə maaşına əlavələri nəzərə almamaqda haqlı olmuşdur.

7. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-357/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: V.İ.Məlikov, hakimlər: R.R.Rəfiyev və A.A.Mahmudova) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-325/2020 nömr əli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ ETİRAZİN DƏLİLLƏRİ, a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, iddiaçıya istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi və 2018-ci il avqust ayında məzuniyyət haqqı hesablanarkən məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının hamısı cavabdeh tərəfindən nəzərə alınmamışdır. Belə ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq 2018-ci ildə Dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya verilmiş aylıq maaş, mükafat, məzuniyyət və Vergilər Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi fondu hesabına verilmiş mükafat nəzərə alınmış, Vergilər Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi fondu hesabına verilmiş əlavə əmək haqqı isə nəzərə alınmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli, 137 nömrəli qərarı ilə “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş Siyahısı”nın “nəzərə alınan ödənişlər” hissəsinin 3-cü cümləsində əlavə əmək haqqlarının bütün növləri qeyd edilmiş dir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məhkəmə prosesində kollegiyaya etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

13. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

14. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPMnin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində onun iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 442 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi orqanları işçilərin in sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası" Bənd 3.1. Büdcədənkənar vəsaitdən İqtisadiyyat Nazirliyinin işçilərinin (bundan sonra – işçilər) sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:... 3.1.2. işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə;...

17. Vergilər nazirinin xx.xx.2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağl ı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhk əmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqd ır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddə və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı kiçik vergi xidməti müşaviri vəzifəsində 10 saylı Ərazi Vergilər İdarəsində işləmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli əmri ilə 10 saylı Ərazi Vergilər İdarəsinin Regional gəlirlər şöbəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət bölməsinin rəhbəri olan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən Əmək Məcəlləsinin 68-ci maddə sinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən, xitam verilərək o, tutduğu vəzifədən azad edilmişdir. Vergilər nazirinin işdən azad olunması barədə əmrin icrası məqsədilə ilə iddiaçı ilə müvafiq təhvil-təslim işləri aparılmış və qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaçıya istifadə olunmamış 66 məzuniyyət günləri nəzərə alınmaqla ümumilikdə 1.399,80 manat son-haqq hesab ödənilmişdir.

23. İddiaçı kassasiya şikayətində cavabdeh inzibati orqan tərəfindən onun məzuniyyət haqqının və istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin hesablanması zamanı əmək haqqına ödənilən əlavələrin nəzərə alınmamasının qüvvəd ə olan qanunvericiliyin tələblərinə zidd olduğunu qeyd etmiş və öz dəlillərini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq normalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş Siyahısı”na istinad etməklə əsaslandırmağa çalışmışdır.

24. Məhkəmə kollegiyası kassasiya şikayətində mübahisə edilən dəlillərlə razılaşmayaraq bildirir ki, bu qərarın 17-ci bəndinə qeyd edilənlərin icrasını təmin etmək məqsədilə vergilər nazirinin xx.xx.2017-ci il tarixli **********739700 nömrəli əmri ilə “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” təsdiq edilmiş və bu qayda vergi orqanlar ı işçilərinin aylıq vəzifə maaşına əlavələrin hesablanması və ödənilməsi qaydasını müəyyən etmişdir. Qeyd olunan Qaydanın 2.7-ci bəndində konkret olaraq göstərilmişdir ki, bu Qayda ilə müəyyən edilmiş vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır.

25. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında” Əsasnamənin 15.11-ci maddəsinə əsasən, vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə nazirliyin səlahiyyətləri daxilində müvafiq normativ aktı ilə “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nı təsdiq etmiş və bununla da əmək haqqına əlavəl ərin verilməsi üçün konkret şərtlər müəyyən etmişdir ki, məhz həmin əlavələrin də verilməsi qeyd olunan Qaydaların şərtlərinə tam uyğun olmalıdır. İstinad edilən Qaydanın tələbləri ilə imperativ qaydada müəyyən edilmişdir ki, vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır.

26. Həmçinin, iddiaçının tələbinin “işdən çıxdıqdan sonra ona gecikdirilməklə verilmiş əmək haqqı, istifadə edilməmiş məzuniyyətimə görə pul əvəzi və digər ödənclərin işdən çıxdığı xx.xx.2019-cu il tarixdən ona ödənildiyi günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ona ödənc verilməsi, 2018-ci ilin avqust ayında ona az verilmiş və iddia etdiyi 310,25 manat məzuniyyət haqqının 2018-ci ilin avqust ayında ona verilməli olduğ u gündən veriləcəyi günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ödənc verilməsi, istifadə edilməmiş məzuniyyətə görə iddia etdiyi 1079,96 manat pul əvəzinin işdən çıxdığı xx.xx.2019-cu il tarixdən ona veriləcək günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ona ödənc verilməsi” hissələri ilə bağlı məhkəmə qeyd edir ki, “az hesablanmış 310,25 manat məzuniyyət haqqı və 1079,96 manat istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi, cəmi 1390,21 manat pulun cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsi” tələbi təmin olunmadığı və həmin tələblərin ilk tələbdən asılı olduğu üçün həmin hissə də iddianı təmin etməməkdə apelyasiya instansiyası məhkəməsi haqlı olmuşdur.

27. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq nor maları apelyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıdakılara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-357/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar