Məhkəmə qərarları › İş №2-1(102)-214/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-214/2022

01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-214/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 29 sentyabr tarixli, 2-1(103)-288/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

2. Cavabdeh 2019-cu il 7 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələr in və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2019-cu il 27 noyabr tarixdə 1 sayl ı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1978-ci il 20 yanvar tarixdən 1982-ci il 31 may tarixədək “Azərkimya” İstehsalat Birliyinin “Səthi Aktiv Maddələr” zavodunun elektrik təchizatı sexində 6-cı dərəcəli elektrik montyoru-kabelçisi və 1982-ci il 1 iyun tarixdən 1995-ci il 1 dekabr tarixədək “Azərkimya” İstehsalat Birliyinin “Səthi Aktiv Maddələr” zavodunun texnoloji sexlərində elektrik maşınlarının təmiri üzrə sarğıçı-elektrik montyoru peşələrində işləməsini güzəştli əmək stajı kimi müəyyən edilməklə sığorta stajına daxil edilməsi, iddiaçıya hüququnun yarandığı 55 yaşdan - 2011-ci il 8 yanvar tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, onun 1978-ci il 20 yanvar tarixdən 1982-ci il 31 may tarixədək “Azərkimya” İstehsalat Birliyinin “Səthi A ktiv Maddələr” zavodunun elektrik təchizatı sexində 6-cı dərəcəli elektrik montyoru-kabelçi, 1982-ci il 01 iyun tarixdən - 1995-ci il 1 dekabr tarixədək “Azərkimya” İstehsalat Birliyinin “Səthi Aktiv Maddələr” zavodunun texnoloji sexlərində elektrik maşınlarının təmiri üzrə 6-cı dərəcəli sarğıçı-elektrik montyoru peşələrində fəhlə kimi işlədiyini nəzərə alaraq orta aylıq əmək haqqının Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq 2010-cu ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq kimya sahəsi üzrə pensiyanın yenidən hesablanması və 2011-ci il 9 yanvar tarixdən hal-hazırkı tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdiri lməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının hüququnun yarandığı vaxtdan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilərək birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 14 sentyabr tarixli, 2-1(112)-692/2020 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1956-cı il 8 yanvar tarixdə anadan olmuşdur. Hal-hazırda Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 31, mənzil 66-da yaşayır. O, 1972-ci il 01 yanvar tarixdən Ermənistan Respublikası Dilican mühafizə şöbəsində nəzarətçi kimi əmək fəaliyyətinə başlayaraq 1973-cü il 11 iyul tarixə kimi həmin işdə işləmişdir. 1973-cü il 1 8 sentyabr tarixdən 1975-ci il 15 oktyabr tarixə kimi M.Əzizbəyov adına Sumqayıt Səthi Aktiv Maddələr zavodunda 35 kv. avadanlıqların təmiri üzrə 6-cı dərəcəli elektrik çilingəri peşəsində işləmişdir. 1975-ci il 03 noyabr tarixdən 1977-ci il 4 noyabr tarixədək Sovet Ordusunda xidmət keçmişdir. 1978-ci il 20 yanvar tarixdən 1982-ci il 31 may tarixədək “Azərkimya” İstehsalat Birliyinin “Səthi Aktiv Maddələr” zavodunun elektrik təchizatı sexində 6-cı dərəcəli elektrik montyorukabelçi peşəsində işləmişdir. 1982-ci il 1 iyun tarixdən 1995-ci il 1 dekabr tarixədək “Azərkimya” İstehsalat Birliyinin “Səthi Aktiv Maddələr” zavodunun texnoloji sexlərində elektrik maşınlarının təmiri üzrə sarğıçı-elektrik montyoru peşəsində işləmişdir. 1995-ci il 4 dekabr tarixdən 1997-ci il 19 sentyabr tarixədək “Az ərkimyatikinti” Trestinin Mexanizasiya İdarəsində 6-cı dərəcəli elektrik maşınlarının təmiri üzrə çilingər peşəsində işləmişdir. 1997-ci il 20 sentyabr tarixdən 1999-cu il 21 sentyabr tarixədək "xxxx" Kiçik Müəssisəsində direktor vəzifəsində işləmişdir. 1999-cu il 22 sentyabr tarixdən 2008-ci il 6 avqust tarixədək “Üzvü Sintez” Zavodunun elektrik təchizatı sexinin elektrik avadanlığının istismarı üzrə sahə rəisi, sonra elektrik təchizatı və rabitə sexinin elektrik avadanlığının istismarı üzrə sahə rəisi, sonra həmin sexdə elektrik avadanlığının istismarı üzrə sahə rəisinin müavini, sonra isə elektrik təchizatı sexində sex rəisinin müavini vəzifələrində işləmişdir. 2009-cu il 2 noyabr tarixdən 2015-ci il 31 mart tarixədək “BisMak X1” MMC-nin elektrik sexində 6-cı dərəcəli elektrik montyoru peşəsində işləmişdir. 2015-ci il 1 aprel tarixdən 2018-ci il 31 oktyabr tarixədək ”Delta Qrup C.O.” MMC-nin Texniki İşlər və ƏMTT Departamentinin Energetika Şöbəsində mühəndis Sarğıçı peşəsində işləmişdir. İddiaçı hal-hazırda xəstədir. İş qabiliyyətini itirmişdir. Əmək pensiyası almaq ilə əlaqədar cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh orqan ərizəni rədd edərək bildirmişdir ki, onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olması üçün tələb olunan iş stajı 12 il 06 aydan az təşkil edir. Halbuki, bütün bunlar həqiqətə uyğun deyildir və təqdim etdiyi sənədlərdən də görünür ki, tələb olunan 12 il 06 ay əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə sosial sığorta stajına qarşı 17 il 10 ay 11 gün staja malik olması ilə əlaqədar ona güzə ştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tam qanunauyğundur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İmtina əsassızdır. Çünki onun əmək kitabçası vardır, orada qeyd olunan əmək stajı barədə qeydlər mövcuddur. Cavabdehin etirazları:

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının İdarəyə təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, iddiaçının 2006-cı il 1 yanvar tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi naz irliyinin kollegiyasinın 2017-ci il 11 dekabr tarixli, 17 saylı Qərarın 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: - əmək kitabçası; - əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, İ hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; - mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə); Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət mü ddətinə dair məlumat vərəqi; - İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); İ - sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Bu səbəbdən də idarənin iddiaçıya ünvanladığı 2019-cu il 7 noyabr tarixli, **********7 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubu tamamilə qanunauyğun hesab edilməlidir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 14 sentyabr tarixli, 2-1(112)-692/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının hüququnun yarandığı vaxtdan (57 yaşdan) ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilərək birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 2006-cı il 1 yanvar tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 29 sentyabr tarixli, 2-1(103)-288/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 14 sentyabr tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının istinad etdiyi 1982-ci il 1 iyun tarixdən 1995-ci il 1 dekabr tarixə kimi ona güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə - texnoloji sexlərdə elektrik maşınlarının təmiri sahəsində elektrik maşınlarının sarğılarının təmiri və izolə edilməsi üzrə elektrik montyoru və böyük usta vəzifəsində qanunvericiliyin tələb etdiyi tam iş günü ərzində işləməsi faktı işəgötürən tərəfindən təsdiq edilmədi. Buna görə də, həmin dövrün onun xüsusi stajına daxil edilməsi qeyri-mümkündür. Beləliklə, apellyasiya baxışı zamanı aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması üçün qanunda nəzərdə tutulan şərtlərdən birincisi, yəni onun “25 il ümumi stajının olması” şərti təmin olu nsa da, digər- 12 il 6 ay xüsusi (güzəştli) stajının olması şərti tamamlanmadığı üçün birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə düzgün olmamışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə prosesdə tərəflərin iştirakını lazımınca təmin etməyərək işə baxaraq birtərəfli və qərəzli qərar çıxararaq Avropa Konvensiyasının 6-cı maddəsinin - ədalətli məhkəmə araşdırması hüquqlarını kobud şəkildə pozmuşdur. Cavabdehə lazımi sualları verə bilməmi ş və zəruri cavabları ala bilməmişdir. Belə ki, onların iştirakı məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə faktları dərindən araşdırmamış və yarımçıq, keyfiyyətsiz və qeyri-obyektiv məhkəmə baxışları ilə qanunsuz qərar çıxartmışdır. Qərar qəbul edilərkən işin faktiki halları hərtərəfli araşdırılmamış, tərəflər işə cəlb olunmamış, sübutlar yanlış olaraq cavabdehin xeyrinə şərh edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müvafiq maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərarı şikayətin dəlillərindən asılı olmayaraq işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa bu halda ləğv edilməlidir. Beləliklə, yuxarıda sadalanan hallar dan tam aydın olur ki, məhkəmə hazırkı iş üzrə qeyd olunan hissədə qərarı kobud maddi və prosessual hüquq pozuntuları ilə qəbul etmiş, heç bir qanuni əsas olmadan iddia tələblərimi rədd etmişdir ki, belə bir qərar qüvvədə saxlanıla bilməz. Çünki, Azərbaycan Respublikası İPM-nin müvafiq maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda və iddia ərizəsinə etirazda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğ v edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur.

21. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı 20.01.1978-ci il tarixdən 31.05.1982-ci il tarixədək “Azərkimya” İB keçmiş “Səthi Aktiv Maddələr” zavodunun elektrik təchizatı sexində elektrik montyoru – kabelçi peşəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respubl ikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li təsdiq edilmiş Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXİX bölməsinin 23100000—12624 şifrinə əsasən güzəştli pensiya təyin etmək hüququ verir.

22. Apellyasiya baxışı zamanı iddiaçının güzəştli iş stajının olmasını əsaslandırdığı peşələrlə bağlı onun çalışdığı müəssisələrə sorğu məktubları göndərilmişdir. Həmin sorğu məktublarına cavab olaraq SOCAR “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodu tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş 01.08.2021-ci il tarixli arayışında bildirilmişdir ki, İddiaçı “Azərkimya” İB keçmiş Sumqayıt “Səthi Aktiv Maddələr” zavodunda işlədiyi illər ərzində 20.01.1978-ci il tarixdən 31.05.1982-ci il elektrik sexində elektrik montyoru– kabelçi peşəsində çalışdığı dövr üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən (bölmə XXİX) 04 il 04 ay 12 gün güzəştli şərtlərlə əmək pensiyası hüququ verən staja malikdir. Lakin onun 01.06.1982-ci il tarixdən 01.12.1995-ci il tarixinə kimi elektrik təmiri sexində texnoloji sexlərdə elektrik maşınlarının təmiri sahəsində elektrik maşınlarının sarğılarının təmiri və izolə edilməsi üzrə elektrik montyoru peşəsində və böyük usta vəzifəsində çalışdığı dövr üçün güzəştl i arayışın verilməsi mümkün deyildir.

23. Həmin arayışda, həmçinin göstərilir ki, vətəndaş İddiaçı 01.06.1982-ci il tarixdən 01.12.1995-ci il tarixinə kimi elektrik təmiri sexində texnoloji sexlərdə elektrik maşınlarının təmiri sahəsində elektrik maşınlarının sarğılarının təmiri və izolə edilməsi üzrə elektrik montyoru peşəsində və böyük usta vəzifəsində çalışdığı dövr üçün güzəştli arayışın verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən tam iş günü istehsalatda texnoloji və elektrik avadanlığının təmirində, profilaktikasında, xidmətində məşğul olan fəhlələr, ustalar və böyük ustalar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər (bölmə Vİİİ), İddiaçı texnoloji sexlərdə tam iş günü ərzində işləməsini təsdiq edən sənəd (qeydiyyat jurnalı) mövcud deyildir.

24. İddiaçının istinad etdiyi 01.06.1982-ci il tarixdən 01.12.1995-ci il tarixinə kimi ona güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə - texnoloji sexlərdə elektrik maşınlarının təmiri sahəsində elektrik maşınlarının sarğılarının təmiri və izolə edilməsi üzrə elektrik montyoru və böyük usta vəzifəsində qanunvericiliyin tələb etdiyi tam iş günü ərzində işləməsi faktı işəgötürən tərəfindən təsdiq edilmədi. Belə olan halda, cavabdehin üzərinə iddia olunan hazırkı məzmunda öhdəlik qoyula bilməz.

25. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edi ldikdən sonra aşkar edilən və iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə Siyahıda bilavasitə nəzərdə tutulan və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat sahəsi, iş, vəzifə, peşə arasındakı, habelə həmin iş, vəzifə və peşənin icra olunduğu əmək şəraitləri arasındakı uyğunluğu /eyniliyi/ təsdiq edən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər:... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda...

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 29 sentyabr tarixli, 2-1(103)-288/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar