Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-214/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə çıxarışın və plan ölçünün verilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Da şınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın və plan ölçünün verilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli, 21(103)-1594/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısının 395 nömrəli 02 fevral 1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 600 kvadrat metr torpaq sahəsi ayrılmışdır.
2. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmaqla çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.
3. Cavabde h xx.xx.2020-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının çıxarışın və plan-ölçünün verilməsi barədə müraciətinə baxılmış və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə istinad olunaraq bildirilmişdir ki, Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısının 395 nömrəli 02 fevral 1995-ci il tarixli sərəncamı və onun tərkib hissəsi olan digər sənədlər Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmiş, ərazinin 93,0 kv.metr hissəsi **********0093 nömrəli kadastr planı ilə üst-üstə düşür, tam hasarlanmayan torpaq sahəsinə digər şəxs tərəfindən müraciətin daxil olmuş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLM İŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısının 395 nömrəli 02 fevral 1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kvadrat metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsаslаndırmışdır ki, Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının 395 nömrəli 02 fevral 1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində iddiaçıya fərdi yaşa yış evinin tikintisi üçün 600 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi mişar daşı ilə hasarlamışdır Torpaq sahəsindən faktiki olaraq təyinatı üzrə həyətyanı sahə kimi istifadə edilir. İddiaçının qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün cavabdehə xx.xx.2019-cu il tarixində etibarnamə əsasında nümayəndəsi X10 tərəfindən ərizə ilə müraciət edilmişdir. Əvvəlcə cavabdeh xx.xx.2019-cu il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının dayandırılması barədə bildirişlə məlumat vermişdir. Dayandırmanın səbəbi kimi ərizənin icrası ilə bağlı Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinə sənədin həqiqiliyi barədə sorğu göndərdiyi göstərilmişdir. Sonradan iddiaçıya heç bir məlumat verilmədən sənədlər həqiqiliyinin araşdırılması üçü n Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsinə göndərilmişdir. Baş Polis İdarəsində müraciət araşdırılmış, heç bir qanun pozuntusu aşkar edilmədiyi üçün cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilərək xx.xx.2020-ci il tarixli məktubla cavabdehə məlumat verilmişdir. Bundan sonra cavabdeh tərəfindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 23 iyul 2020-ci il tarixli bildirişlə təqdim etdiyi sənədlər iddiaçıya qaytarılmışdır. Bu zaman cavabdeh "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15-ci maddəsinə əsaslansa da konkret hansı bəndə əsaslandığını göstərməmişdir.Cavabdeh bildirişində guya torpaq sahəsinin ayrılması barədə sərəncamın və sərəncama əlavə edilmiş sənədlərin Səbail Rayon İcra Hakimiyyətin in arxivində mövcud olmamasına istina etmişdir. Halbuki Səbail Rayon İcra Hakimiyyəti son beş ilə qədər fəaliyyətini əks etdirən sənədləri aidiyyəti uzrə Dövlət arxivinə təhvil verir. Arxivə təhvil verilməsinə zərurət olmayan sənədləri isə aktlaşdırılaraq məhv edilir.Eləcə də cavabdeh sözü gedən sərəncamın Bakı Dövlət Arxivinə təhvil verilməsi barədə arxiv arayışının ərizəyə əlavə edilməsinə diqqət belə yetirməmişdir. Arxivdə olan sərəncamın eyni zamanda İcra hakimiyyətinin arxivində mövcud olmaması kimi aydın fakta diqqət yetirilməmişdir.Bu da öz-özlüyündə məqsədli şəkildə qanunla qorunan hüquqların pozulması və iddiaçıya məlum olmayan maraqlar xatirinə saxta "əsaslar" tapıldığının sübutudur. Eləcə də guya torpaq sahəsinin 93.0 kv.m hissəsinin **********0093 nömrəli kadastr planı ilə üst- üstə düşməsinə istina etmişdir. Halbuki həmin torpaq sahəsi iddiaçıya məxsus olduğu üçün adına kadastr planı tərtib edilmiş qonşusu X6 tərəfindən cavabdehə imtina ərizəsi verilmişdir. Qonşusu M.B.Xəlilova isə 98,0 kv.metr hissə çıxılmaqla qalan 502 kv.metr torpaq sahəsinə dair Dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçıya məxsus torpaq sahəsi faktiki olaraq şərqdən X3 ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışla mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış 502 kv.m torpaq sahəsi ilə, qərbdən X8 ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışla mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış 600 kv.m torpaq sahəsi ilə, şimaldan və cənubdan isə mişar daşı ilə hasarlanmış yol ilə sərhəddir. Qeyd edilən faktiki vəziyyət isə qonşularla aralarında notar ial qaydada təsdiq edilmiş bölgü sxemi ilə öz təsdiqini tapır. Cavabdeh tərəfindən açıq şəkildə qanunvericiliyin tələbləri pozulmuş, heç bir hüquqi əsası olmayan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 23 iyul 2020-ci il tarixli, **********52 nömrəli bildirişi verilmişdir.
6. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı müvafiq tələblə bağlı idarəyə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, ərazinin 93.0 kv.m hissəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X4 verilmiş **********300093 nömrəli, xx.x x.2007-ci il tarixli torpaq sahəsinin kadastr planı ilə üst-üstə düşür. Tam hasarlanmayan torpaq sahəsinə Səbail Rayon İcra Hakimiyyətinin 1971 saylı, xx.xx.1998-ci il tarixli sərəncamı ilə digər şəxs X5 tərəfindən İdarəyə müraciət daxil olmuşdur. Həmçinin təqdim edilmiş Səbail rayon İcra Hakimiyyəti başçısının 395 saylı, xx.xx.1995-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncamı və həmin sərəncam əsasında tərtib olunan yerləşmə cizgisi ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq həmin sərəncam və onun tərkib hissəsi olan digər sənədlərin (sxem və.s) Səbail rayon İcra Hakimiyyətinin arxivində aşkar edilmədiyi bildirilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4889/2021 nömrəli, 22 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim F.Mədətli ) iddia təmin edilmiş, Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının 395 nömrəli 02 fevral 1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kvadrat metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydə alınması barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, sənədlərin arxivə təhvil verilməməsi iddiaçının təqsiri hesab edilə bilməz. Belə ki, həmin sənədlərin saxlanılması və ya onun aidiyyəti qurumlara təhvil verilməsi qanun vericilklə iddiaçının vəzifəsi deyil və başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüquq olan mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz. Bundan əlavə, “Hüquqların dövlət qeydiyyatından imtina”nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan tələblərdən heç biri müəyyən olunmamışdır.
9. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1594/2022 nömrəli qərarı ilə (sədrlik edən – A.Hüseynov, hakimlər – S.Bəktaşi və A.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4889/2021 nömrəli, 22 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1594/2022 nömrəli qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin əsasını imtina məktubu nda qeyd olunanlar, işin halları və iddia tələbinə etirazın dəlilləri təşkil edir. Kassasiya şikayətində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 11.1, 23-cü maddələrinə Torpaq Məcəlləsinin 55-ci və 68-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra-hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi bar ədə hüquqi aktdır. 2.2 Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.... Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 16. “Torpaq islahatı haqqında” Qanun: Maddə 9 Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10 Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
17. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutla rla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərar ı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
21. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunveri ciliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
22. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
26. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısının 395 nömrəli 02 fevral 1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 600 kvadrat metr torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmaqla çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısının 395 nömrəli 02 fevral 1995-ci il tarixli sərəncamı və onun tərkib hissəsi olan digər sənədlərin Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməməsi, ərazinin 93,0 kv.metr hissəsin in **********0093 nömrəli kadastr planı ilə üst-üstə düşməsi, tam hasarlanmayan torpaq sahəsinə digər şəxs tərəfindən müraciətin daxil olması əsası ilə imtina edilmişdir.
27. Daha sonra iddiaçı məhkəməyə müraciət edərək, Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısının 395 nömrəli 02 fevral 1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kvadrat metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, sərəncamın Səbail rayon İcra Hakimiyyə tinin arxivində aşkar edilməməsi iddianın rədd edilməsi üçün əsas ola bilməz.
29. Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısının 395 nömrəli 02 fevral 1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 600 kvadrat metr torpaq sahəsi ayrılmış və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2019-cu il tarixli H-590 saylı arxiv çıxarışına əsasən həmin sərəncam dövlət arxivində mövcud olmuşdur.
30. Bundan başqa işdə olan Bakı şəhəri 54 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş X1 ərizəsindən görünür ki, X2 məxsus 600 kv.metr torpaq sahəsi ilə yaxınlıqda yerləşən İddiaçı məxsus 600 kv.metr torpaq sahəsinin arasında digər şəxsə məxsus olan 600 kv.metr torpaq sahəsi yerləşir. X1 İddiaçı mə xsus torpaq sahəsinə dair iddia və tələbi yoxdur, aralarında mübahisə mövcud deyildir.
31. Həmçinin iş materiallarında olan Bakı şəhəri 54 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş bölgü sxemindən görünür ki, X11, İddiaçı və X6 onlara məxsus torpaq sahələrinin bölgüsünü razılaşaraq bölgü sxemi tərtib edilməklə təsdiq etmişlər. İşdə olan Bakı şəhəri 54 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş X3 ərizəsindən görünür ki, X6 ona məxsus torpaq sahəsi ilə bağlı heç bir qonşu ilə mübahisəsi, eləcə də, heç bir qonşuya qarşı iddia və tələbi yoxdur.
32. Kollegiya qeyd edir ki, yuxarıda adları çəkilən şəxslər X6 və X5 torpaq sahəsi ilə bağlı iddiaçı ilə heç bir mübahisələrinin, o cümlədən iddia və tələblərinin olmadıqlarını bildirmişlər. Bundan əlavə, hüquqların dövlət qeydiyyatından imtin anın əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində əksini tapmışdır. İddiaçının torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan tələblərdən heç biri müəyyən olunmamışdır.
33. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1594/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanı