Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-214/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tə ləbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 avqust 2023-cü il tarixli, 2-1(103)-989/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 2. xx.xx.1978-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək və xx.xx.1980-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Bakı əlvan metal emalı zavodunda, xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Bakı dayaq hissələri və stasionar dərin dəniz öz üllərinin istehsalı zavodunda, xx.xx.1996-cı il tarixdən xx.xx.1996cı il tarixədək “RESL” müəssisəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək Bakı Dərin Özüllər zavodunda, xx.xx.1998-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-də “Dədə Qorqud Qurğusu”nda (o cümlədən xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “rəngsaz”, xx.xx.2005-ci il tarixdən hal-hazıradək “rəngsaz briqadir” vəzifələrində) əmək fəaliyyəti ilə məşğul olmuşdur. 3. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli güzəştli arayışda qeyd edilmişdir ki, iddiaçı yarımbatan üzən qazma qurğusunda dənizdə tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən “rəngsazların briqadiri” vəzifəsində işləyir. Onun güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı 22 il 3 ay 15 gün təşkil edir. İddi açının xx.xx.2005-xx.xx.2020-ci illərdə işlədiyi vəzifə “23200000—13450 təhlükəliliyi 3cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” vəzifəsinə uyğundur.
4. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərdə xx.xx.2005-xx.xx.2020-ci il tarixləri arasındakı dövrdə “Dədə Qorqud qurğusu”nda işlədiyi “rəngsaz briqadiri” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iste hsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsində (10) nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1998-ci ildən 2020-ci ilədək "xxxx" Şirkətində yarımbatan üzən qazma qurğusunda də nizdə tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən “rəngsazların briqadiri” vəzifəsində işləmiş, güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı 22 il 3 ay 15 gün təşkil edir. Ona görə də, iddiaçı hesab edir ki, cavabdehin bu səbəbdən ona güzəştli şərtlərlə yaşa görə pensiya hüququndan imtinası tam qanunsuzdur.
8. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsində “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının təqd im etdiyi xx.xx.2020-ci il tarixli güzəştli arayışda onun xx.xx.1978-ci il tarixli əmək kitabçasına əsasən xx.xx.1998-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində və xx.xx.2005-ci il tarixindən bugünədək "xxxx" Şirkətinin “Dədə Qorqud qurğusu”nda “rəngsaz” vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinfi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır.
9. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı "xxxx" MMC-də yarımdalma üzən qazma qurğusunda dənizdə tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən “rəngsazların briqadiri” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cil il tarixl i, 12 nömrəli qərarı ilə təsdiq olunmuş Siyahının 11.8-ci – “Rəngləmə işləri istehsalı” bölməsində “3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddələrin tətbiq olunduğu yerlərdəki işlərdə məşğul olan sahələrin ustaları, böyük ustaları” kateqoriyasına uyğun olan) vəzifəsində işləyir. Onun əmək funksiyaları aşağıdakılardır: qurğunun bütün boya işlərinin təşkil edilməsi və nəzarəti; bütün boyama avadanlıqlarının, boyaların, respiratorların, tapança çiləyicilərin, hava xortumlarının texniki xidməti və təhlükəsizlik yoxlamaları; qurğuda boyamanın keyfiyyətli, səmərəli, lazımi qaydada və vaxtında, insanların, ətraf mühitin, avadanlığın təhlükəsizliyini lazımi şəkildə nəzərə almaqla yerinə yetirilməsi və nəzarət edilməsi. İddiaçı vaxta üsulu ilə 21 gün dəniz şəraitində qazma qurğusunda çalışır və iş vaxtı aşağıdakı zərərli maddələrlə işləyir: İnterseal grey – 670, Storm grey – 670 K 724, Aluminium – 670, Red – 990, Black –
990. Qatmalar: Thinner – 220, Thinner – 713, Thinner –
822. İddiaçıya zərərli işdə işləməsinə görə 6 gün əlavə məzuniyyət verilir və əmək haqqına 1,24 əmsalı ilə əlavə ödənilir.
10. Cavabdehə təqdim etdiyi güzəştli arayışla daha sonra məhkəməyə təqdim etdiyi məktubda istinad olunan sahələr fərqli olduğundan "xxxx" MMC-yə birinci instansiya məhkəməsi tərəfindən təkrar sorğu göndərilmiş, sorğuya cavab olaraq işəgötürən iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cil il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş Siyahının 35-ci – “Ümumi peşələr” bölməsində “təhlükəliliyi 3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddəl əri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” kateqoriyasına uyğun gəldiyini bildirmişdir. Həmçinin bildirilmişdir ki, göstərilən maddələrin təhlükəliliyinin 3-cü sinifdən aşağı olmayan maddələr olması surəti məhkəməyə təqdim edilmiş “İnterseal 670HS RAL7035 Light Grey Pt A”, “GTA713 İnternational Thinner-EQPT X5 15 Revision Date 03/24/22” və s. adlı sənədlərə istinad edilərək müəyyən olunmuşdur.
11. Bakı İnzibati Məhkəməsinin (hakim: Səlma Salahova) 26 avqust 2022-ci il tarixli, 2-1(112)-3077/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixə 25 ildən artıq, 41 il 7 ay 24 gün ümumi iş stajı olmuşdur. Həmçinin iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş güzəştli arayışa əsasən müəyyən olunur ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixə 20 il 2 ay 14 gün güzəştli iş stajı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçıya imtina cavabı verərkən “rəngsaz briqadiri” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsində (10) nəzərdə tutulmadığına istinad etmiş, lakin bu zaman işəgötürənə n həmin sahə üzrə deyil, “Ümumi peşələr” üzrə koda istinad etdiyinə əhəmiyyət verməmişdir. Məhkəmə icraatı zaman təqdim etdiyi etirazda isə cavabdeh imtina əsasına deyil, digər bir hala, arayışda iddiaçının “rəngsaz” vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq edilən maddələrin təhlükəlilik sinfi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən edildiyinin qeyd olunmamasına istinad etmişdir. Halbuki, bu halın müəyyən edilməsi iddiaçının deyil, cavabdehin vəzifəsi olmuşdur. Belə ki, əgər cavabdeh iddiaçının işlədiyi maddələrin təhlükəlilik sinfini mübahisələndirirdisə, onda həmin maddələrin hansı sinfə uyğun gəldiyini müəyyən etməli və yalnız bundan sonra iddiaçının tələbinin təmin və ya rədd olunması barədə qərar qəbul etməli idi.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məsələnin araşdırılması ilə bağlı cavabdehin tabe olduğu yuxarı orqan olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu verilmişdir. Nazirlik sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixli məktubunda göstərmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1993-cü il 18 avqust tarixli, 6-2 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının aparılması qaydası haqqında Təlimat”da İnterseal grey – 670, Storm grey – 670 K 724, Aluminium – 670, Red – 990, Black – 990, Qatmalar: Thinner – 220, Thinner – 713, Thinner – 822 adlı maddələr nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli, 38 nömrəli qərarı ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”nın 1.4-cü bəndinin 4-cü ab zasına əsasən peşə xəstəliyi şübhəsi altında, peşə xəstəliyinin diapazonunun təyin olunması, eyni zamanda, mübahisələrin məhkəmə yolu ilə həll olunması, xəstəliyin peşə ilə bağlılığı məsələsinin həlli bu Qaydalara uyğun keçirilən əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələrindən istifadə olunması məqsədlərindən biri olaraq müəyyən edilmişdir. Həmin Qərarın 1.6-cı bəndinə əsasən, təhlükəli və zərərli istehsal amillərinin parametrlərinin ölçülməsini, əmək proseslərinin ağırlıq və gərginlik göstəricilərinin müəyyən olunmasını müəssisənin laboratoriyası həyata keçirir. Bunun üçün müəssisədə lazımi texniki vasitələr və normativ sorğu bazası olmadıqda dövlət sanitariya nəzarəti orqanlarının, Dövlət Əmək Müfəttişliyi Xidmətinin laboratoriyaları və bu sahədə göstərilən ölçülərin apar ılması hüququna malik olan digər laboratoriyalar cəlb olunurlar. Sözügedən maddələrin təhlükəli olub-olmaması iş yerlərinin attestasiyasının nəticələrinə əsasən müəyyən edilə bilər. Göründüyü kimi, cavabdehin tabe olduğu inzibati orqan da həmin maddələrin təhlükəlilik dərəcəsini müəyyənləşdirə bilməmişdir. Buna görə də, cavabdeh tərəfindən işəgötürənin verdiyi arayışın mötəbərliyini şübhə altına alan hər hansı bir sübut təqdim edilmədiyindən, məhkəmə həmin arayışı mötəbər qəbul edir. Bu zaman məhkəmə onu da nəzərə alır ki, istehsalat prosesində insan orqanizminə təsirin dərəcəsinə görə bütün zərərli maddələr 4 sinfə bölünür: 1-ci - fövqəladə təhlükəli maddələr; 2-ci - yüksək təhlükəli maddələr; 3-cü orta təhlükəli maddələr; 4-cü - az təhlükəli maddələr. Azərbaycan Respublikası Nazirlər Kab inetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrin, yəni 1-3-cü siniflər arası maddələrin tətbiqindən söhbət gedir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1993-cü il 18 avqust tarixli, 6-2 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının aparılması qaydası haqqında Təlimat”a 5 saylı Əlavə olan “İş zonasının havasında tez-tez təsadüf edilən zərərli maddələr toplantısının buraxıla bilən həddi”ndə (TEH) hazırkı iş üzrə işəgötürənin təqdim etdiyi arayış verilən “İnterseal grey – 670”-in tərkibini təşkil edən etilenxlorhidrin, fenol maddəsinin təhlükəlilik sinfi 2-ci sinif, “İnterseal grey – 670”-in tərkibini təşkil edən digər bir maddə olan etilbenzol, habelə al uminium maddələrinin təhlükəlilik sinfi isə 3-cü sinif kimi müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iş materialları ilə iddiaçının işlədiyi peşə üzrə təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrin tətbiq edilməsi öz təsdiqini tapdığından cavabdehin heç bir əsası olmayan etirazının dəlilləri qəbul edilə bilməz.
14. Həmçinin cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçıya 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 20655,02 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabının sığorta hissəsində qeydə alınan 110040,17 manat olmaqla, cəmi pensiya kapitalı 130696,19 manat təşkil edir, 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə ə mək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 37800 manat məbləğində hesablanmışdır. Beləliklə, sadalananlara əsasən müəyyən olunur ki, hazırda iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilən bütün tələbləri ödədiyindən iddia tələbi əsaslı olmuşdur.
15. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Kamran Əkbərov) 03 avqust 2023-cü il tarixli, 2-1(103)-989/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqınd a” Azərbaycan Respublikası Qanunu (iddiaçının cavabdehə müraciət etdiyi tarixdə qüvvədə olmuş redaksiyada) Maddə 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Mad də 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olma yan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”
35. Ümumi peşələr təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar
23. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 2 nömrəli Əlavə - Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı
2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı;
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tu tulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisəl ərə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövr də qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəm əsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi güzəştli əmək stajı ilə əlaqədar şərtin iddiaçıya münasibətdə yerinə yetirilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlər in tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
34. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsas ən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
35. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.
36. Yuxarıda istinad edilən, hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan normalar baxımından şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir.
37. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.
38. Həmçinin iddiaçının işlədiyi peşənin (“təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsaz”) və sahənin ümumi peşələr sahəsinə aid və bağlı olduğu işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Bununla bağlı iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
39. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.
40. Odur ki, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb et məkdə iddiaçı haqlı sayılmalıdır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
42. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslıdır. Bu baxımdan cavabdehin kassasiya şikayəti təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyas iya Məhkəməsinin İnzibati Kollegiyasının 03 avqust 2023-cü il tarixli, 2-1(103)-989/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.