Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2140/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanuni yolla hərbi xidmətdən ehtiyata buraxılmağa dair rəsmi sənədin verilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “qanuni yolla hərbi xidmətdən ehtiyata buraxılmağına dair rəsmi sənədin verilməsi” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-290/2021 saylı, 25 avqust 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 04.06.1986-cı ildən 01.06.1988-ci ilədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, 16.05.1992-ci ildə səfərbərliklə əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, elə həmin tarixdən 09.06.1992-ci ilədək Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
2. İddiaçı qanuni yolla hərbi xidmətdən ehtiyata buraxılmağına dair rəsmi sənədin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, ərizə 24.11.2020-ci ildə ünvana çatdırılmış, lakin cavabdeh həmin müraciətə y azılı cavab verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 17 dekabr 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni yolla hərbi xidmətdən ehtiyata buraxılmağına dair rəsmi sənədin verilməsi cavabdehin üzərinə öhdəliyi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində Dağlıq Qarabağ hadisələri ilə əlaqədar xidmət etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun qanuni yolla hərbi xidmətdən ehtiyata buraxılması barədə arayış vermədiyinə görə o, müharibə veteranı adı ala bilmir.
5. Cavabdeh iddiaya qarşı etirazında iddianı qəbul etməyərək, iddianın mümkün sayılmamasını xahiş etmiş və bildirmişdir ki, iddiaçıya Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 25.09.2018-ci il tarixli 14N nömrəli arayışı ilə xidmətinə dair araşdırma aparılaraq arayış verilmiş, iddiaçıya münasibətdə hər hansı hərəkətsizlik edilməmişdir.
6. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin 18.03.2021-ci il tarixli 330 nömrəli məktubundan görünür ki, iddiaçının həqiqi hərbi xidmətdən tərxis edilməsi barədə məlumat yoxdur.
7. Cavabdehin 12.04.2021-ci ildə məhkəməyə göndərdiyi məktuba əlavə olunan 25.09.2018-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin 18.05.1992-ci il tarixli 19 nömrəli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişd ir. Bundan başqa, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və komandirin iyun 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır.
8. Birinci instansiya məhkəməsində şifahi məhkəmə baxışı zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 öz ifadəsində həmkəndlisi olan iddiaçı ilə birlikdə 06.05.1992-ci ildə hərbi xidmətə getdiyini, N ay N gün eyni hərbi hissədə olduqlarını, sonra iddiaçının harasa getdiyini, iddiaçının niyə və haraya getməsini, eləcə də iddiaçının qanuni yolla hərbi xidmətdən ehtiyata buraxılıb-buraxılmamasını bilmədiyini göstərmişdir.
9. Şəki İnzibati Məhkəməsinin (hakim X5, 2-1(116)-457/2021 saylı iş) 21 aprel 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının qanuni yolla hərbi xidmətdən ehtiyata buraxılması barədə sübut mövcud olmadığına görə ona bu barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyula bilməz.
11. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X6-məruzəçi), X7 və X2, 2-1(107)-290/2021 saylı iş) 25 avqust 2021-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 21 aprel 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
13. İddiaçı 14 sentyabr 2021-ci il tarixdə qərarın surətini almış, 24 s entyabr 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
14. Apelyasiya məhkəməsi dəlilləri araşdırmamış və birinci instansiya məhkəməsinin qərarında qeyd olunanları köçürməklə kifayətlənmişdir. Məhkəmə öz qərarında qeyd etmişdir ki, iddiaçının qanuni yolla hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilməsi üçün onun müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata buraxılması tələb olunur. Məntiqsiz bir nəticə, iddiaçının iddia tələbi “qanuni yolla hərbi xidmətdən ehtiyata buraxılmasına dair rəsmi sənədin verilməsidir”. Ona görə belə iddia qaldırmışdır ki, zaman ında müvafiq icra hakimiyyəti orqanı barəsində ehtiyata buraxılması ilə bağlı əmr imzalamamışdır. Həmin əmrin verilməməsi, yəni müvafiq icra hakimiyyəti orqanının öz vəzifəsini yerinə yetirməməsi iddiaçının hüquqlarını poza bilməz bu onun vəzifəsi olmamışdır, iddiaçı istəsə belə özü özünə tərxis əmri yaza bilməzdi. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 16. 25 dekabr 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
17. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Maddə
20. Bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün-onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır. 18. “Veteranlar haqqında” Qanun: Maddə 3, 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.
19. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərk i kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxs lər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 3-cü bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisind ə, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütö vlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xi dməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...
20. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
82. Mübahisə ilə bağlı şikayət üzrə yenidən baxılmasının hədləri Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət h əddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
21. İddiaçının kasasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. İddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibə tini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır.
24. İddiaçı N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində Qarabağ hadisələri ilə əlaqədar xidmət etməsi ilə bağlı müharibə veteranı adı almaq üçün cavabdehə müraciət etmiş, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması barədə əmr olmadığından ona müharibə veteranı adı verilməsindən imtina olunmuşdur.
25. İddiaçının şikayətinin dəlillərinə görə hərbi xidmətdən ehtiyata buraxılarkən buraxılmanın rəsmiləşdirilməməsi onun günahı deyil və həmin vaxt cavabdeh bu barədə sənədləşmə aparmalı idi. Cavabdeh vaxtilə xidməti vəzifəsini yerinə yetirməyərək onun ehtiyata buraxılmasını rəsmiləşdirməmişdir.
26. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
27. İşdə olan sənədlərə əsasən iddiaçı N nömrəli hərbi hissə komandirinin 18.05.1992-ci il tarixli 19 nömrəli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və komandirin iyun 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti, o cümlədən ehtiyata buraxılması barədə məlumat aşkar olunmamışdır.
28. İddiaçının 18.05.1992-ci il tarixdə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsindən sonra onun ehtiyata buraxılması cavabdehdə olan sənədlərlə təsdiqini tapmamışdır.
29. İddiaçının xidmət etdiyi dövrdə qüvvədə olmuş 25 dekabr 1991-ci ildə qəbul edilmi ş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən hərbi qulluqçu statusunu itirirlər.
30. İddiaçının qanuni əsasla hərbi xidmətdən buraxılmasına dair cavabdehdə məlumat olmamışdır.
31. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin 18.03.2021-ci il tarixli 330 nömrəli məktubunda bildirilmişdir ki, iddiaçının həqiqi hərbi xidmətdən tərxis edilməsi barədə məlumat yoxdur.
32. Odur ki, qanuni yolla hərbi xidm ətdən ehtiyata buraxılmaya dair sənədi verməkdən imtina etməklə cavabdeh haqlı olduğundan apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
33. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən sübutlar tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
34. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-290/2021 saylı, 25 avqust 2021-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qəra