Məhkəmə qərarları › İş №2-1(102)-2140/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2140/2022

29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2140/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin səbəbinin dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1980;, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və R eabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəbinin dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 2-1(103)1663/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Səfərbərlik Və Hərbi Xidmətə X2 Xidmətinin Samux Rayon Bölməsi tərəfindən verilmiş 1 iyul 2021-ci il tarixli, 5 nömrəli arayışa əsasən iddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Bakı ABKM-də kursant kimi, xx.xx.2001ci i! tarixdən 21,06.2002-ci il tarixədək Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində dinləyici kimi, xx.xx.2002-ci il tarixdən xx.xx.2007-ci il tarixədək N saylı hərbi hissə tərkibində zabit kimi xidmət keçmişdir.

2. İddiaçının əlillik vəziyyətinə “Samux Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına ünvanlanmış 21 may 2021-ci il tarixli 0315003AAGL2 nömrəli Göndərişə əsasən baxılmış, iddiaçının əsas xəstəlik və ağırlaşması “ ağciyərlərin xroniki obsturuktiv xəstəliyi. Ağır gedişli.Tənəffüs çatmamazlığı İİİ dərəcə.Ağciyərlərin enfizeması. Perikardirt. Somatik mənşəli.” kimi qeyd edilmiş və ona ümumi xəstəlik səbəbindən beş il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “Ümumi xəstəlik səbəbindən ikinci dərəcəl i əlillik” bildirişində əlilliyin səbəbini “Hərbi xidmət dövründə alınmışdır” kimi göstərilməklə ona ömürlük ikinci dərəcəli əlillik dərəcəsinin təyin edilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1997-ci ildə Samux Rayon Hərbi Komissarlığı tərəfindən Hərbi Həkim Komissiyasından həkim müayinəsindən keçərək tam sağlam vəziyyətdə könüllü surətdə həqiqi hərbi xidmətə göndərilmişdir. Hərbi xidmətdə olarkən xidməti vəzifələrini yerinə yetirərkən soyuq hava şəraitində uzun müddət qaldığından ağır dərəcədə xəstələnmiş və xəstəliyi ilə bağlı 4 noyabr 1998-ci il tarixdən 20 noyabr 1998-ci il tarixədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında “sol ağ ciyərin aşağı payının kəskin ocaqlı pnevmaniyası” diaqnozu ilə müalicə olunmuşdur. İddiaçının hərbi xidmət dövründə aldığı xəstəlik diaqnozu arayış və tibbi sənədlərdə də öz əksini tapmışdır: “X1 Xəstəliyi, qarışıq fenotip ağır gedişli. Ağciyərlərin emfizeması, xroniki tənəffüs çatışmazlığı İİİ dərəcə.” qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 6 oktyabr 2017-ci il tarixli qərarında onun hərbi xidmət dövründə alındığı göstərilmişdir. 21 may 2021-ci il tarixli 0315003AAGL2 saylı Tibbi Sosial Ekspert Komissiyasına Samux rayon Mərkəzi Xəstəxanasına tərəfindən hərbi xidmət dövründə əlilliyin alınması əsası ilə göndəriş (TQS 088) verilmişdir. 17375 saylı 3 avqust 2021-ci il tarixli xəstəlik haqqında şəhadətnamədə diaqnoz bölməsində göstərilmişdir ki, “X1 xəstəliyi, qarışıq fenotip, ağır gedişli, natamam remissiya mərhələsində. Ağciyərlərin emfizeması. Xarici tənəffüs funksiyasının mühüm dərəcədə pozulması ilə ”xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Hətta şəhadətnamədə göstərilmişdir ki, HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəsətliklər cədvəli”nin 44a,51a maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnaməyə qoşma) əsasən, iddiaçı həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız hesab edilmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasna məni pozaraq ona məhəl qoymamış, istefaya çıxarılmalı olduğu halda, ona ümumi xəstəlik təyinatı ilə müvəqqəti əlillik dərəcəsi verilmişdir. Halbuki, o, həm də müharibə dövründə yararsız hesab edilməyi ilə ona müvəqqəti deyil, ömürlük əlillik verilməli idi. Cavabdeh orqanın qanunsuz hərəkətləri nəticəsində əsəb sarsıntısı keçirmişdir. Hərbi həkim komissiyasının rəyində ümumi olaraq 2003-cü ildə onda əsəbiliyin, halsızlığın yaranması ilə əlaqədar hərbi həkimə müraciət etməyi də göstərilmişdir. Əsəbiliyinin və qarşılaşdığı qanun pozuntusuna dözümsüzlyü nəticəsində səhhəti ağırlaşmışdır (infarkt olmuşdur). Bunun da nəticəsi olaraq həmin şəhadətnamədə diaqnozla bağlı ikinci bölmədə belə göstərilir: “Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası, İİİ funksional sinif. Sol mədəciyin ön divarı nın keçirilmiş transmural infarktı. Aorta və tac arteriyalarının aterosklerozu. Aterosklerotik və postinfarkt kardiskleroz. Ürək çatışmazlığı, İİİ funksional sinif...”. İddiaçının xəstəliyi hərbi xidmət dövründə alınsa da, lakin ilkin olaraq ona hərbi xidmətdə aldığı xəstəliklə bağlı əlillik dərəcəsi verilməmiş, ona “ümumi xəstəlik” təyinatı ilə İİ qrup əlillik təyin edilmişdir. Halbuki, iddiaçı hərbçi olduğu, xəstəliyi hərbi xidmətdə qazandığı və bütün bunlar sənədlərlə tam təsdiq olunduğundan, həmçinin xəstəlik xroniki xarakter daşıdığından hərbi xidmət dövründə alınan əlillik dərəcəsi təyin edilməli idi. 2 avqust 2021-ci il tarixdə onun hərbi xidmətdə əldə etdiyi ağır xroniki xəstəlik “ümumi xəstəlik” kimi təqdim edilərək İİ qrup əlillik dərəcəsi verilmişdir. Onun əlilliyi hərbi xidmət dövründə yaranmışdır, sonradan səhhətində əlilliyə səbəb olan başqa xəstəliklər yaransa da, ilkin olaraq əlilliyinin səbəbi hərbi xidmət dövrü olduğundan məhz bu təyinatla da əlillik dərəcəsi verilməli idi. Çünki sonrakı yaranan xəstəliklər əvvəl, yəni hərbi xidmətdə yaranan xəstəliyin fəsadlarıdır. Samux Rayon Mərkəzi Xəstəxanasından əlilliyin təyin olunması üçün göndərilən göndərişlərdə (forma 088) əlilliyin təyinatı hərbi xidmət dövrü ilə əlaqədar göndərilmişdir. 3 avqust 2021-ci il tarixli şəhadətnaməni aldıqdan sonra cavabdeh orqanda ikinci dəfə - 6 avqust 2021-ci il tarixdə keçirilən əyani baxışda iştirak etmiş, lakin nə müayinə olunmamış, nə də 3 avqust 2021-ci il tarixli şəhadətnaməyə baxılmamışdır. Qərarın dəyişilməz olduğu bildirilmişdir.

5. Cavabdeh iddia ərizəsinə dair yazılı e tiraz təqdim edərək bildirmişdir ki, iddiaçının vəziyyəti ilə əlaqədar 31 may 2021-ci ildə keçirilmiş iddiaçının hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “ağciyərlərin xroniki obsturuktiv xəstəliyi. Ağır gedişli. Tənəffüs çatmamazlığı İİİ dərəcə. Ağciyərlərin enfizeması. Perikardirt. Somatik mənşəli.” Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə müvafiq olaraq əlillik təyinatına əsas verdiyindən həmin Əsasnamənin 2.2.9-cu bəndinə əsasən Ümumi səbəblərdən beş il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik hərbi xidmətlə əlaqədar yaranmadığından, iddiaçının tələbi üzrə əlillik dərəcə sinin dəyişdirilməsi mümkün deyildir. Göstərilənlərə əsaslanaraq, iddianın mümkünsüz hesab edilməsi barədə qərardad çıxarılması məhkəmədən xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(112)-2189/2022 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia tələbi təmin edilməmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya təyin edilmiş ikinci dərəcə əlilliklə bağlı tibbi göstəriş olan xüsusi halın mövcudluğu hazırkı məhkəmə icraatında müəyyən edilmədiyindən, cavabdeh inzibati orqan iddiaçıya «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair» Əsasnamənin 4.2-ci bəndinə uyğun olaraq 5 il müddətində ikinci dərəcə əlillik təyin etməkdə haqlı olmuşdur. İddiaçıya müddətsiz əlilik təyin olunmasına əsas olmamışdır. Eləcə də iddiaçıya ikinci dər əcə əliliyin təyin edilməsinə əsas olmuş xəstəliyin onun hərbi xidməti ilə əlaqədar yaranması sübuta yetirilmədiyindən, ona təyin edilmiş əlilliyin səbəbi “ümumi xəstəlik”dən “hərbi xidmət dövrü ilə əlaqədar” dəyişdirilə bilməz.

8. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarını ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2022-ci il tarixli 21(103)-1663/2022 nömrəli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn - sədrlik edən və məruzəçi, S.İ.Bəktaşi və A.S.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(112)-2189/2022 nömrəli qərarı dəyiş dirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçının kassasiya şikayəti mahiyyətcə, iddia ərizəsi ilə eyni məzmundadır. İddiaçı qeyd edir ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edil miş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.1-ci maddəsinin və İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinin tələblərini pozmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1. Ümumi müddəalar... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.... 1.5. Şəxsin əli lliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır....

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.

15. İnzibati Prosessual Məcəllə a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğun a istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

16. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üz rə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının əlilliyinin səbəbinin dəyişdirilməsi ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya məhkəməsi doğru olaraq iddiaçıya müddətsiz əlillik təyin olunmasına əsas olan xüsusi halın mövcudluğu məhk əmə icraatında müəyyən edilmədiyini və iddiaçıya «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair» Əsasnamənin 4.2-ci bəndinə uyğun olaraq 5 il müddətində ikinci dərəcə əlilliyin təyin edilməsi düzgün olmasını qeyd etmişdir.

24. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı isə məhkəməyə bunun əksini təsdiq edən hər hansı bir sübutu təqdim etməmişdir.

25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2022-ci il tarixli 21(103)-1663/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar