Məhkəmə qərarları › İş №2-1(102)-2140/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2140/2023

24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2140/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 24.08.2023 hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabe liyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 65 yaşının tamam olduğu tarixdən, yəni 24 fevral 2022-ci ildən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-975/2023 nömrəli, 10 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus əmək kitabçasına əsasən, o, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək X5 sədr vəzifəsini icra etmiş, xx.xx.1981-ci il tarixdə X8 sədr vəzifəsini icra edən təyin edilmiş, xx.xx.1981-ci il tarixdə AMEA Şərqşünas lıq İnstitutuna köçürülmüş, xx.xx.1982-ci il tarixdə AMEA Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi vəzifəsinə təyin edilmiş, xx.xx.1989-cu il tarixdə elmi işçi vəzifəsinə təyin edilmiş və xx.xx.1990-cı il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1990-cı il tarixdə Azərbaycan Xalq Cəbhəsi Təşkilatı Şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.1991-ci il tarixdə AX4 Təşkilat Şöbəsinin müdiri vəzifəsindən AXC-nin sədr müavini vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin üzvü seçilmiş, xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, xx.xx.1993-cü il tarixə istefa haqqında ərizəsi nəzərə alınaraq Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsindən aza d edilmiş və xx.xx.1993-cü il tarixdə cinayət məsuliyyətinə cəlb edilməsinə razılıq verilməklə Milli Məclisinin üzvlüyündən azad edilmişdir

2. İddiaçı ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.

3. Cavabdeh tərəfindən iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh orqanın imtina məktubunda qeyd edilmişdir ki, müraciətdə qaldırılan məsələ ilə bağlı sabiq deputat kimi pensiya təyinatına dair iddianın rədd edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 avqust 2014-cü il tarixli, 2-1(102)-951 /2014 nömrəli Qərarında göstərilir ki, 30 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” Konstitusiya Qanunu ilə Azərb aycan Respublikasının Milli Məclisini təşkil etmiş və keçid dövrü üçün səlahiyyətlərini ona vermiş Azərbaycan Respublikası Ali Sovetinin deputatlarının hüquqi statusu 1995-ci ildə qəbul olmuş Azərbaycan Respublikası Konstitusiyasından sonra fəaliyyətə başlamış deputatların statusuna bərabər tutula bilməz. Qeyd olunanları nəzərə alaraq, sığorta stajı 25 ildən az olduğundan, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 20.1.1-ci maddəsi Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının üzvlərinə şamil edilmədiyindən ərizəçiyə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildi rilir ki, ona 24 fevral 2022-ci il tarixindən 180,00 manat məbləğində yaşa görə müavinət təyin edilərək müvafiq kart hesabına köçürülür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona 65 yaşı, yəni 24 fevral 2022-ci ildən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Ali Sovetinin 18 may 1992-ci il tarixli, № 354-Xİİ saylı qərarı ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, 1992-ci ilin dekabrından 2014-cü ilin sentyabrına kimi ha kimiyyətdə müxalifətdə olan Müsavat Partiyasının Başqanı olmuş və hal-hazırda partiyanın Məclis üzvüdür. 2022-ci il fevralın 24-də 65 yaşı tamam olub. O, keçmiş Ali Sovetin sədri (halhazırda müvafiq olaraq Milli Məclisin sədri) kimi pensiya almaq üçün cavabdeh orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, həmin imtina əsassızdır.

6. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçıya 01 yanvar 2006-cı il tarixindən onun fərdi hesabına hər hansı məbləğdə sosial sığorta haqqı ödənilməmiş, təqdim olunmuş əmək kitabçasında qeyd olunan iş yerləri üzrə sığorta stajı da 25 ildən azdır (13 il 2 ay 6 gün (xx.xx.1979-xx.xx.1981-ci il, 1.05.1981-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasında kı dövrlər). Bundan əlavə əyani ali təhsil müddətinə dair hər hansı sənəd təqdim edilmədiyindən orta stajının hesablanması zamanı nəzərə alınmayıb. Eyni zamanda onun fərdi hesabında əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verən pensiya kapitalı mövcud deyil (xx.xx.2006-cı il tarixinədək iş stajı pensiya sığorta kapitalına çevirilməklə 10.763,99 manat təşkil edir). İddiaçı müraciətində Milli Məclisin sabiq deputatı kimi güzəştli - qulluq stajına görə əlavələrlə birlikdə pensiya hesablanmasını xahiş etmişdir. Bununla əlaqədar ilk olaraq bildirilir ki, Qanunun 20-ci maddəsinə uyğun olaraq, qulluq stajına görə əlavələr pensiya hüququ qazanmış şəxslərə münasibətdə tətbiq edilir. Yuxarıda göstərilən şərtlərdən heç olmasa biri pensiya hüququ yaranmış olsaydı, İddiaçı sabiq deputat kimi pensiya tələbi müraciətinə baxıla bilərdi. Eyni zamanda qeyd edilməlidir ki, sözügedən tələbə şərti olaraq baxıldığı halda belə, iddiaçının sabiq deputat kimi pensiya hüququnun olmadığı müəyyənləşdirilir. Belə ki, Qanunun 1.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisinin sabiq deputatlarının müəyyən şərtlər daxilində qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ var.

7. Analoji tələblə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 avqust 2014-cü il tarixli, 2-1(102)-951/2014 nömrəli Qərarında göstərilir ki, 30 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” Konstitusiya Qanunu ilə Azərbaycan Respublikasının Milli Məclisini təşkil etmiş və keçid dövrü üçün səl ahiyyətlərini ona vermiş Azərbaycan Respublikası Ali Sovetinin deputatlarının hüquqi statusu 1995-ci ildə qəbul olmuş Azərbaycan Respublikası Konstitusiyasından sonra fəaliyyətə başlamış deputatların statusuna bərabər tutula bilməz.” Buna görə də qeyd olunan məhkəmə qərarı ilə sözügedən iddia rədd edilmişdir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-549/2019 nömrəli Qərarında da təkrarlanır. O da bildirilir ki, hazırkı işin predmeti üzrə əsas məsələ Milli Məclisin üzvü yoxsa Milli Məclisin deputatı kimi məfhumların fərqləndirilməsindən ibarət deyildir, əsas şərt deputat institutunun hazırkı Konstitusiyanın qəbulundan əvvəlki və sonrakı hüquqi statusundadır. Belə ki, 30 oktyabr 1991-ci il tarixində "Azərba ycan Respublikası Ali Sovetinin Milli Şurası” haqqında Azərbaycan Respublikası Konstitusiya Qanunu qəbul edilmiş və həmin Qanuna görə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının tam dövlət müstəqilliyi əldə etməsi üçün zəmin yaratmaq məqsədilə keçid dövrü elan olunmuş və Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası yaradılmışdır. İşdə olan sənədlər əsasında müəyyən edilir ki, iddiaçının dövlət qulluğunda iş stajı qanunla müəyyən edilən həddən azdır.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9663/2022 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim O.X.Həsənov) iddia rədd edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsi isə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısında nəzərdə tutulmamışdır. Göründüyü kimi, iddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun yarandığını iddia etsə də, onun dövlət qulluğu stajı olmamışdır.

10. Məhkəm ə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, hazırkı mərhələdə iddiaçının işlədiyi vəzifələrin dövlət qulluğu vəzifəsinə aid olub-olmaması ilə bağlı əlavə olaraq X6 sorğu ünvanlanmasına da zərurət yaranmamışdır. Belə ki, hətta, iddiaçının əmək kitabçasında işlədiyi kimi qeyd olunan bütün vəzifələr belə dövlət qulluğu vəzifələrinə aid olsalar belə, iddiaçının həmin vəzifələr üzrə işlədiyi müddət hər bir halda 15 ildən aşağı olacaqdır.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-975/2023 nömrəli, 10 may 2023-cü il tarixli qərarı ilə (hakimlər X.A.Cəmilova sə drlik edən və məruzəçi, A.P.Oruczadə və R.Ə.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçıov (Qəmbər) Azərbaycan Respublikası Ali Sovetinin 18 may 1992-ci il tarixli, №354-Xİİ saylı qərarı ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib.

16. O, 1992-ci ilin dekabrından 2014-cü ilin sent yabrına kimi hakimiyyətdə müxalifətdə olan Müsavat Partiyasının Başqanı olub, hal-hazırda partiyanın Məclis üzvüdür.

17. Kassatorun 2022-ci il fevralın 24-də 65 yaşı tamam olub və o, keçmiş Ali Sovetin sədri (hal-hazırda müvafiq olaraq Milli Məclisin sədri) kimi pensiya almaq üçün 16 mart 2022-ci ildə aidiyyatı üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan soma; DSMF) müraciət edib.

18. DSMF 226311321İC nömrəli, 10 may 2022-ci il tarixli cavab məktubunda bildirilib ki, müraciətdə qaldırılan məsələ ilə bağlı sabiq deputat kimi pensiya təyinatına dair iddianın rədd edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtısadi Kollegiyasının 20 avqust 2014- cü il tarixli, 2-1 (102)-951/2014 nömrəli Qərarında göstərilir ki, 30 oktyabr 1991-ci il tarixli ‘Azərbaycan Respublikasının Milli Məclisi haqqında Konstitusiya Qanunu ilə Azərbaycan Respublikasının Milli Məclisini təşkil etmiş və keçid dövrü üçün səlahiyyətlərini ona vermiş Azərbaycan Respublikası Ali Sovetinin deputatlarının hüquqi statusu 1995-ci ildə qəbul olmuş Azərbaycan Respublikası Konstitusiyasından sonra fəaliyyətə başlamış deputatların statusuna bərabər tutula bilməz.

19. Kassator Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 1990-1995-ci illərdə fəaliyyət göstərmiş sabiq deputat kimi yox, xx.xx.1992- xx.xx.1993-cü illərdə Azərbaycan Respublikası Ali Sovetinin sabiq sədri kimi müraciət edib, lakin qeyd edilən orqandan ona verilən cavab məhz 1990-1995-ci illərdə deputat olması faktına istinad edilib. İddia ərizəsinin əsası da Kassatorun 1991-ci il oktyabrın 18dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik orqanda işləmə faktıdır. Məhkəmələr iddia ərizəsinin əsasından kənara çıxıb, deputat faktına istinad edib.

20. Apellyasiya instansiyası qərar qəbul edərkən “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə, yəni 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləmə müddəasını, eləcədə Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsini və Avropa İnsan Hüquqlar ı Məhkəməsinin president qərarlarını tətbiq etməmiş, bununla da MPM-in 386-cı maddəsinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

21. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul öd ənişidir. 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaş a görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqan ının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında müəyyən edilir. 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ d övlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. 23. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur.

24. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mü bahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.10. Ali Məhkəmə bütün hallarda qərarı nı əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı... 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

27. Məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia l Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək “ona 65 yaşı, yəni 24 fevral 2022-ci ildən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9663/2022 saylı, 12 sentyabr 2022-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

29. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

30. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-975/2023 nömrəli, 10 may 2023-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9663/2022 saylı 12 sentyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

31. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin nəticəyə gəlinərkən müəyyən edilmişdir ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək X5 sədr vəzifəsini icra edən, (01 il 26 gün), xx.xx.1981ci il tarixdə X8 sədr vəzifəsini icra edən təyin edilmiş, xx.xx.1981-ci il tarixdə AMEA Şərqşünaslıq İnstitutuna köçürülmüş, xx.xx.1982-ci il tarixdə AMEA Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi vəzifəsinə təyin edilmiş, xx.xx.1989-cu il tarixdə elmi işçi vəzifəsinə təyin edilmiş və xx.xx.1990-cı il tarixdə öz xahi şi ilə işdən azad edilmiş (09 il 04 ay 05 gün),xx.xx.1990-cı il tarixdə Azərbaycan Xalq Cəbhəsi Təşkilatı Şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.1991-ci il tarixdə AXC Təşkilat Şöbəsinin müdiri vəzifəsindən AXC-nin sədr müavini vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş (01 il 01 ay 23 gün), xx.xx.1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin üzvü seçilmiş, xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, xx.xx.1993- cü il tarixə istefa haqqında ərizəsi nəzərə alınaraq Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsindən azad edilmiş (01 il 06 ay 13 gün), xx.xx.1993-cü il tarixdə cinayət məsuliyyətinə cəlb edilməsinə razılıq verilməklə Milli Məclisin üzvlüyündən azad edilmişdir.

32. Həmçinin apellyas iya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İsa Yunis oğlu X7 təqdim olunmuş sənədlərinə əsasən ümumi iş stajının 25 ildən az olduğu (13 il 2 ay 6 gün, xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1993- cü il tarixləri arasındakı dövrlər) müəyyən edilmişdir. Əlavə olaraq bildirir ki, adıçəkilən şəxsin 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 10763,99 manat təşkil edir, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində hər hansı məbləğ qeydə alınmamışdır. “Əmək pensiyaları haqqında” Az ərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığ orta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 13 il 2 ay 6 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 10763,99 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında pensiya kapitalı qeydə alınmamışdır.

33. Beləliklə cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından onun ümumi iş stajının 25 ildən az olması və əvvəllər işlədiyi vəzifəsinin dövlət qulluqçusu olmaması səbəbindən imtina edilmişdir.

34. Eyni zamanda apellyasiya inst ansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X4 28 mart 2023-cü il tarixli məktubuna əsasən, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli, 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1 və 2-ci bəndlərinə əsasən aparılmışdır. İddiaçı xx.xx.1979-xx.xx.1982-ci illərdə Azərbaycan SSR X2 Elm Mərkəzində, xx.xx.1982-xx.xx.1984-cü illərdə Azərbaycan SSR X3 və Orta Şərq xalqları institutunda, xx.xx.1984-xx.xx.1990-cı illərdə Azərbaycan SSR X1 institutunda və xx.xx.1990-xx.xx.1991-ci illərdə Azərbaycan Xalq Cəbhəsində müxtəlif vəzifələrdə iş müddəti ilə bağlı bildirilmişdir ki, yuxarıda qeyd edilən Siyahıda elm mərkəzlərində, institutlarda və Azərbaycan Xalq Cəbhəsində mövcud olmuş vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmadığı üçün həmin dövrlərdə iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. İddiaçı xx.xx.1992-xx.xx.1993-cü illərdə Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsi ndə iş müddəti ilə bağlı bildirilmişdir ki, adı çəkilən Siyahıda Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmadığı üçün xx.xx.1992-xx.xx.1993-cü illərdə Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.

35. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi müddət dövlət qulluğunda qulluq stajına daxil edilmədiyi üçün və ümumi stajı 25 ildən az olduğu üçün ona pensiya təyin edilməsi qeyri-mümkündür.

36. İddiaçı kassasiya şikayətində göstərmişdir ki, o cavabdehə 1990-1995 -ci illərdə fəaliyyət göstərmiş sabiq deputat kimi yox, xx.xx.1992-xx.xx.1993-cü illərdə Azərbaycan Respublikası Ali Sovetinin sabiq sədri kimi müraciət edib, lakin qeyd edilən orqandan ona verilən cavab məhz 1990-1995-ci illərdə deputat olması faktına istinad edilib. İddia ərizəsinin əsası da kassatorun 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək qanunvericilik orqanda işləmə faktıdır. Məhkəmə iddia ərizəsinin əsasından kənara çıxıb, deputat faktını istinad edib (cümlədəki vergüldən sonra gələn söz işarələri kassasiya şikayətində yazıldığı kimi saxlanılmışdır- qeyd Ali Məhkəmənindir).

37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətindəki həmin dəlil əsassızdır, belə ki, məhkəmələr iddia ərizəsinin əsasından kənara çıxm amışlar.

38. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan - pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, - pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay art ırılır).

39. İddiaçı əmək pensiyası yaşına çatdığı üçün “Əmək pensiyaları haqqında Qanunun 7-ci maddəsini rəhbər tutaraq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi bağlı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmiş, lakin sığorta stajı qanunvericiliklə tələb olunan müddətdən yəni 25 ildən az olduğundan, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 20.1.1-ci maddəsi Azərbaycan Respublikasının Ali Soveti Milli Şurasının üzvlərinə şamil edilmədiyindən müraciətinin müsbət həlli mümkün olmamışdır. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən sosial sığorta stajı (25 ildən az) 13 il 01 a y 6 gün təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı isə 10.763,99 manat yəni tələb olunan sığorta kapitalından, 34.560 manatdan azdır.

40. Eyni zamanda İddiaçı Milli Məclisin sabiq deputatı kimi güzəştli qulluq stajına görə əlavələrlə birlikdə pensiya hesablanmasını xahiş etmişdir.

41. Həmin Qanunun 20-ci maddəsinə uyğun olaraq, qulluq stajına görə əlavələr pensiya hüququ yaranmış şəxslərə münasibətdə tətbiq edilir.

42. Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilir. Həmin Qanunun 20.11.1-ci, 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında" Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təy in edilir.

43. Həmçinin “Əmək pensiyaları haqqında" Qanunun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında" Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən həmin Qanun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları qulluq stajına görə əlavə ala bilər. 44. “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asıl ıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında" Qanununa uyğun 2 olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minumum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur.

45. Beləliklə dövlət qulluqçusu kimi əmək pensiyasının təyin olunması 2 əsasa görə mümkündür. • Şəxsin dövlət qulluğu vəzifəsində 15 il və ya daha çox stajı olmalı; • Publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onun bu Qanunun 20.11 -ci maddəsinə uyğun olaraq əmək p ensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olmalıdır.

46. İddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1993-cü il tarixədək ümumilikdə iş stajı 13 il 01 ay 06 gündür. İddiaçı xx.xx.1991-ci il tarixdə AR Ali Sovetinin üzvü seçilmiş, xx.xx.1992-ci il tarixdə AR Ali Sovetinin sədri seçilmiş, xx.xx.1993-cü il tarixdə istefa ərizəsi nəzərə alınaraq vəzifəsindən azad edilmişdir. xx.xx.1993-cü il tarixdə cinayət məsuliyyətinə cəlb edilməsinə razılıq verilməklə Milli Məclisin üzvlüyündən azad edilmişdir. İddiaçının üzvlükdən azad edildiyi tarix nəzərə alınsa belə, onun xx.xx.1979-xx.xx.1993 dövrlər üzrə ümumi iş stajı 13 il 06 ay 29 gün təşkil edir. Bu da iddiaçının dövlət qulluğu stajının 15 ildən, ümumi əsaslarla yaşa görə pensiyası təyin edilməsi üçün tələ b olunan ümumi iş stajının 25 ildən az olduğunu göstərir.

47. Həmçinin yuxarıda artıq göstərildiyi kimi X6 xx.xx.2023-cü il tarixli, 3-17-1/229400/2023 nömrəli sorğu ünvanlamış, cavab məktubunda İddiaçı xx.xx.1979-xx.xx.1982ci il tarixlərdə Azərbaycan SSR X2 Elm Mərkəzində, xx.xx.1982-xx.xx.1984-cü il tarixlərdə Azərbaycan SSR X3 və Orta Şərq xalqları institutunda, xx.xx.1984-xx.xx.1990-cı il tarixlərdə Azərbaycan SSR X1 institutunda və xx.xx.1990-xx.xx.1991-ci il tarixlərdə Azərbaycan Xalq Cəbhəsində müxtəlif vəzifələrdə olan iş müddətinin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmadığı qeyd olunmuşdur.

48. Bununla yanaşı qeyd edilməlidir ki, həmin məktubda iddiaçının xx.xx.1992xx.xx.1993-cü il tarixlərdə Azərbaycan Respublikası Ali Sovetin Sədri vəzifəsində iş müddəti də d övlət qulluğu stajı hesablanarkən nəzərə alınmamışdır.

49. Bundan başqa iddiaçı kassasiya şikayətində Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozulduğunu qeyd etmişdir.

50. Məhkəmə kollegiyası hesab edir ki, bu dəlil də əsassızdır belə ki, mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Maddi və qeyri-maddi əmlaka pensiya hüquqları və digər sosial müavinət hüquqları aid edilir. Yəni, pensiya hüququ vətəndaşın mülkiyyəti kimi qiymətləndirilmişdir. Mülkiyyətdən məhrum edilmənin əsası kimi ərizəçilərin sözügedən əmlaka qanuni cəhətdən hüququnun olması qeyd edilir. Hazırkı işdə iddiaçının iddia etdiyi pensiya hüququnun yaranması üçün ilk növbədə qanunvericiliklə müəyyən edilmiş şərtlər ödənilməlidir. Belə ki, dövlət qull uqçusu kimi pensiya təyin edilərkən onun dövlət qulluğu vəzifəsində işlədiyi illər həmin staja hesablanmalıdır. Lakin, İddiaçı dövlət qulluqçusu kimi stajı olmadığından həmin pensiyanı almaq hüququ yaranmamışdır.

51. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin 10 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

52. Şərh edilənlərə və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-975/2023 nömrəli, 10 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar