Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2141/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: ali təhsilin sərbəst (eksternat) təhsilalma forması üzrə diplomun tanınması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı,vəkili Vəkil2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “ diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cav abdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-576/2019 saylı, 20 fevral 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 23 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Rusiya Federasiyasının Stavropol şəhəri Şimali-Qafqaz Federal Universiteti tərəfindən iddiaçının adına 06.07.2015-ci il tarixli 102624 ******* saylı (qeydiyyat nömrəsi 17-483), hüquqşunaslıq ixtisası üzrə “bakalavr” dərəcəsini almasını bildirən diplom verilmişdir. Qeyd edilən diplom 6 iyul 2015-ci ildə Rusiya Federasiyasının Stavropol şəhəri Şimali-Qafqaz Federal Universitetinin tədris təşkilatının rəhbəri A.A.Levitskaya tərəfindən təsdiq edilm işdir. İddiaçının əyani formada oxuduğu müddətdə təhsil aldığı fənlərin adları və həmin fənlərdən topladığı qiymətlər Rusiya Federasiyasının Stavropol şəhəri ŞimaliQafqaz Federal Universiteti tərəfindən diploma əlavədə qeyd edilmişdir. İddiaçı diplomun Azərbaycan Respublikası ərazisində tanınması üçün ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdehin 16 aprel 2018-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrıfikasıyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəbdir. Nostrifikasiya prosedurunun tərkib hissəsi olan ali təhsil sənədlərinin araşdırılması zamanı iddiaçının eksternat təhsilalma formada təhsil aldığı müəyyən edilmiş, lakin ölkədə eksternat təhsilalma forması üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi qanunvericiliklə nəzərdə tutulmadığından, ona məxsus təhsil sənədinin ekvivalentliyinin müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı cavabdehə qarşı 24 aprel 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin diplomun ölkə ərazisində tanınmasından imtina etməsi əsassız hesab edilməklə, onaRusiya Federa siyasının Şimali-Qafqaz Federal Universiteti tərəfindən iddiaçıya verilmiş 06.07.2015-ci il tarixli, 102624 ******* nömrəli (qeydiyyat nömrəsi 17-483), hüquqşünaslıq ixtisası üzrə ali təhsil diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 42, 57, 151-ci, “Təhsil haqqında” Qanunun 1.0.39, 5.1, 13-cü maddələrinə, Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamənin 2, 7, 8.27-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlə rin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2, 1.3, 1.6, 2.5-ci bəndlərinə istinad olunmuşdur. Cavabdeh iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi, diplomun tanınması (nostrifikasiyası) və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Müraciətə baxaraq iddiaçıya müvafiq sənədin verilməsindən məktub ilə imtina edilmişdir. İmtina qanuni və əsaslıdır. Belə ki, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na u ğun olmadığı ekspert qrupu tərəfindən müəyyən olunmuşdur. Ekspert qrupunun rəyinə əsasən ölkədə eksternat təhsilalma forması üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi qanunvericiliklə nəzərdə tutulmadığından, ona məxsus təhsil sənədinin ekvivalentliyinin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Qeyd olunanlar əsasında iddiaçının adına Rusiya Federasiyasının Şimali-Qafqaz Federal Universiteti tərəfindən verilmiş 06.07.2015-ci il tarixli, 102624 ******* saylı bakalavr diplomunun ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələbinə zidd olduğundan iddia tələbi təmin edilməməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X7, 2-1(82)-2332/18 saylı iş) 21 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək Rusiya Federasiyasının ŞimaliQafqaz Federa l Universiteti tərəfindən iddiaçıya verilmiş 06.07.2015-ci il tarixli, 102624 ******* nömrəli (qeydiyyat nömrəsi 17-483) bakalavr diplomu üzrə ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə cavabdehin üzərinə vəzifə qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli Qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dizpozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən cavabdeh inzibati orqan ın iddiaçının diplomunun tanınmasından imtinası formal tələblərə əsaslanır. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X5məruzəçi, X4 və X2, 2-1(103)-576/2019 saylı iş) 20 fevral 2019-cu il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-2332/2018 saylı iş üzrə 21 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçının aldığı eksternat təhsilalma forması üzrə aldığı diplomun Azərbaycan Respublikasının təhsil standartlarına uyğunluğu müəyyən edilmədiyindən, onun müsahibəyə buraxılması üçün əsaslar da mövcud olmur. Azərbaycan Respublikasının 30.09.1997-ci il Qanunu ilə təsdiq edilmiş 1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 6.1-ci maddəsində də razılığa gələn Tərəfə belə bir diskresion səlahiyyət verilir ki, ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər aşkar edildikdə ixtisasın tanınmasından imtina oluna bilər. Qeyd olunan “Qaydalar”ın 3.6-cı bəndi ilə də məhz müəyyən olunmuşdur ki, ekvivalentlik haqqında təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy olduqda verilir. “Qaydalar”ın 3.7-ci bəndinin birinci hissəsindən isə görünür ki, mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina üçün əsasdır. Beləli klə də, öz diskression səlahiyyətləri daxilində cavabdeh tərəfindən ekspert rəyinə əsaslanaraq iddiaçıya imtina cavabı verilməsi qanuni və əsaslıdır. Onun tərəfindən iddiaçının tələbinin əsaslılığını təkzib edən faktiki və hüquqi şərtlərin mövcuduğu sübuta yetirilir. İddiaçı 23 aprel 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin qərarında gəlinən qənaət kökündən yanlışdır və ölkə Konstitusiyasına, “Azərbaycan Respublikası Hökuməti ilə və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqda Saziş”in müddəalarına, “Avropa regionund a ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın, 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın, “Təhsil haqqında” habelə, “İnzibati icraat haqqında” Qanunlara, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 iyun tarixli, 2856 nömrəli və 2009-cu il 22 may tarixli 295 nömrəli Sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli, 2010-cu il 23 aprel tarixli 75 nömrəli, 2010-cu il 24 iyun tarixli 117 nömrəli, 2010-cu il 6 avqust tarixli 147 k nömrəli, 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarlarına ziddir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olun masını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hes ab edilir İddia növü məcburetmə haqqında iddiadır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İşdə olan sənədlərə görə iddiaçı 2015-ci ildə Rusiya Federasiyasının Stavropol şəhərində yerləşən Şimali-Qafqaz Federal Universitetinin hüquq fakültəsini bitirmişdir, təhsil növü eksternat (sərbəst) olmuşdur. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalar”ın tələbləri ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət olunur, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtinası qanunvericiliyə uyğundur. İddiaçının təhsil müddəti Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilin standartlarına uyğun gəlmir. “Təhsil haqqında” Qanunun 13-cü maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. di stant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Həmin Qanunun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tan ınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.278.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il ta rixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilm iş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının: -1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tər əfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: t əhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiy i hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. “Təhsil haqqında” Qanunda (13.1.4-cü maddə) sərbəst (eksternat) təhsilalma forması nəzərdə tutulsa da, hələ təhsilin bu formada keçirilməsi Azərbaycan Respublikasında reallaşmamışdır. Yəni, ali təhsilin sərbəst (eksternat) təhsilalma formasının həyata keçirilmə mexanizmi müəyyən edilməmişdir. Cavabdeh də imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı eksternat təhsilalma formada təhsil aldığından, ölkədə təhsilalmanın həmin forması üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi qanunvericlikdə nəzərdə tutulmadığından, aldığı diplomun ekvivalentliyinin müəyyən edilməsi mümkün deyildir. Məhkəmə kollegiyası cavabdehin dəlili ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, mövcud təhsil qanunvericiliyində sərbəst (eksternat) təhsilalma forması nəzərdə tutulsa da, hələ bu formada təhsil Azərbaycan Respublikasında reallaşmadığından, ali təhsilin sərbəst (eksternat) təhsilalma formasının həyata keçirilmə mexanizmi müəyyən edilmədiyindən, təhsilalmanın həmin forması üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi qanunvericlikdə nəzərdə tutulmadığından, iddiaçının aldığı diplomun ekvivalentliyinin müəyyən edilməsi mümkün deyildi r. İddiaçı kassasiya şikayətində istinad etdiyi Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin 1-ci maddəsində qeyd edilir ki, bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur. Həmçinin Sazişin 6-cı maddəsinə görə dörd ildən az olmayan əyani təhsil alındıq dan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. Göründüyü kimi, Sazişdə dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplomun müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınmasından bəhs edilir. İddiaçının təhsilama forması əyani deyil, sərbəst (eksternat) qaydada həyata keçirilmiş və Sazişdə sərbəst (eksternat) qaydada təhsilalmanın nəticəsi olaraq diplomun tanınmalı olması birmənalı olaraq göstərilməmişdir. Odur ki, Sazişin müddəaları iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respubli kası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-576/2019 saylı, 20 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2141/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2141/2019
23.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver