Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2141/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Maliyyə Nazirliyinin iştirakı ilə) qarşı iş üzrə QƏRAR Açar sözlər: (kompensasiyanın ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, İlqar Dadaşov, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, üçüncü şəxsin vəkili Anar Əsədovun iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Maliyyə Nazirliyinin iştirakı ilə) qarşı imtinanın qanunsuz hesab edilməsi və kompensasiyanın ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məhk əməsinin İK-nın xx xxxx 2020-ci il tarixli, 2-1(103)-1280/2020 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kasasiya şikayətlərinə əsasən işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı cavabdehin imtinasının qanunsuz sayılması və iddiaçıya kompensasiya ödənilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı ŞİH başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 86/3 saylı xx xxx 2008-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, R.Abdullayev küçəsində yerləşən 21/1 saylı evin 3a saylı mənzilinə dair İddiaçı (2 nəfər ailə üzvü olmaqla) ilə icarə müqaviləsinin bağlanması və şəxsi hesab vərəqəsinin açılması qərara alınmışdır. Mənzil x xxxxxx 2009-cu il tarixdə özəlləşdirilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən müvafiq reyestrdən çıxarış verilmişdir. Bina qəzalı vəziyyətə düşdüyündən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxx 2016-cı il tarixli qərarına əsasən orada yaşayan hər ailəyə 35.000 manat kompensasiya ödənilməklə onların köçürülməsi nəzərdə tutulmuşdur. Binada yaşayan ailələrə müvafiq məbləğdə kompensasiyalar ödənilmişdir. İddiaçı mülkiyyətində olan mənzilə dair kompensasiyanın ödənilməsi iiə bağlı cavabdeh Suraxanı RİH-ə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imti na etmişdir. İmtina məktubu belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 21/1 ünvanında yerləşən 4 mərtəbəli yataqxana binasında faktiki yaşayan 85 ailə köçürülməklə hər ailəyə 35.000 manat birdəfəlik maddi yardım ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh Suraxanı RİH bu qeyri-müəyyən məzmunlu imtinası yalnız özünə məlumdur.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin inzibati məhkəmə icraatına üçüncü şəxs qimsində cəlb edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
4. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(82)-10/2019 nömrəli (sədrlik edən hakim Rüstəm Kərim li) qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin imtinasının qanunsuz sayılması, İddiaçı ünvan 1 ünvanında yerləşən binanın qəzalı vəziyyətə düşməsi ilə əlaqədar həmin binada mülkiyyətində olan 3a saylı mənzilə görə 35.000 manat kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 26, 29, 60, 71-ci maddələrinə, Mülki Məcəllənin 152.1ci maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 1.1, 1.2, 2.0.2, 2.0.6, 12.1, 12.2, 15.1, 15.2, 24.3, 89.1, 89.2-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 2.2.7, 52, 68.1, 68.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddia əsas lıdır.
6. Məhkəmənin qeyd olunan qərarından narazı qalan üçüncü şəxsapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsibarədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
7. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsibarədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2-1(103)1511/19nömrəli (hakimlər Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Ülvi Mayılov və Kəmalə Abiyeva) qərarı ilə ilə apelyasiya şikayətlərinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddianın rədd edilməsiqərara alınmışdır.
9. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən İnzibati Prosessual Məcəllə 68.1, 68.2-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, məhkəmənin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəsi maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassızdır.
10. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıkasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərarın qəbul edilmə sini məhkəmə kollegiyasından xahiş etmişdir. Kasasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
11. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasınınxx.xx.2019-cu il tarixli, 21(102)-3160/19 nömrəli (hakimlər Azər Hüseynov - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə və Xəqani Məmmədov) qərarı ilə kasasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyanın xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
12. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)1280/2020 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Həmid Həmidov) qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 10/2019 nömrəli qərarının dəyişdirilmədən saxlanılması cavabdehin və üçüncü şəxsin apelyasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi və prosessual normalarına, həmçinin Mülki Məcəllənin 21.1, 21.2, 1100, 1115-ci maddələrinə və İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı düzgündür. Kasasiya şikayətlərinin dəlilləri:
14. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,ünvan 2 ünvanda yerləşən 4 mərtəbəli yataqxana binasında faktiki yaşayan 85 ailə köçürülməklə hər ailəyə 35 000 manat hesabı ilə cəmi 2 975 000 manat məbləğində birdəfəlik maddi yardımın ödənişinin 2016-cı i lin dövlət büdcəsində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər” üzrə nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (AR FHN) və Maliyyə Nazirliyinin (AR MN) xx.xx.2016-cı il tarixli təklifi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin (AR NK) xx xxxxxxx 2016-cı il tarixli 17/17/R-301, 17/6tel, 17/2286, 2505, 17/21 tel, 20tel, 19tel, 2542-12 nömrəli dərkənarı ilə razılaşdırılmış, həmin dərkənar adı çəkilən nazirliklərə, məlumat və icra üçün Suraxanı RİH-ə və məlumat üçün AR NK-nın müvafiq struktur bölməsinə göndərilmişdir. Həmin dərkənarın icrası ilə əlaqədar AR FHN-ə ayrılmış vəsait hesabına birdəfəlik maddi yardımın ailələrə ödənliməsi üçün nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Döv lət Agentliyinin (TTNDA) xx.xx.2016-cı il tarixli xx/xx-08246 saylı məktubu ilə həmin yataqxana binasında yaşayan ailələrin dəqiq siyahısının Agentliyə təqdim olunması xahiş edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (BŞİH MKTD 1 saylı XTMKTB) balansında olan həmin yataqxanada yaşayan ailələrə birdəfəlik maddi yardım ödənilməsi üçün yataqxanada yaşayan ailələr haqqında dəqiqləşdirilmiş məlumatın hazırlanması məqsədi ilə Suraxanı RİH və BŞİH MKTD- nin nümayəndələri tərəfindən yataqxana binasına xx.xx.2016-cı il tarixdə birgə baxış keçirilmiş, müvafiq akt tərtib edilmiş və dəqiqləşdirilmiş siyahı hazırlanaraq Suraxanı RİH-in xx.xx.2016-cı il tarixli 1/1441 saylı məktubu ilə həmin sənədlər Agentliyə göndərilmişdir. Sözügedən həmin yataqxana binasında yaşayan hər bir ailəyə (o cümlədən iddiaçının ailəsinə) AR FHN tərəfindən birdəfəlik maddi yardım ödənilməsi başa çatdırıldıqdan sonra bina balanssaxlayıcı təşkilat (BŞİH MKTD 1 saylı XTMKTB) tərəfindən sökülərək ərazi abadlaşdırılmışdır.
15. Birinci instansiya məhkəməsində cavabdehin və üçüncü şəxsin nümayəndələri tərəfindən yuxarıda qeyd olunan nüanslar barədə məhkəmə məlumatlandırılsa da, qeyd olunanlar, yəni vəsaitin Suraxanı RİH-ə ayrılmaması, onun otaq sayına görə deyil, ailə sayına görə ödənilməsi, iddiaçının ailə tərkibi qeydiyyat üzrə 5 nəfər (özü arvadı, oğlu və 2 qızı) olmaqla göstərilsə də faktiki özü arvadı və subay oğlunun həmin yataqxana binasındakı otaqda yaşaması, evli qızlarının qeydiyyatının isə forma xarakte r daşıdığı, ailə qurduqdan sonra həmin binada yaşamadıqları, bunu sübut edən hal kimi iddiaçının məhkəmədə verdiyi ifadəsində həmin otağı kirayə olaraq X1 verdiyini qeyd etməsini və bu səbəbdən iddiaçı ilə sonuncu arasında məhkəmə mübahisəsi olduğu, həmin otağın üzərinə məhkəmə qaydasında həbs qoyulması və digər hallar məhkəmə tərəfindən nəzərə alınmamış, qeyri-müəyyən səbəbdən ayrıca mətbəx, sanitar qovşaq və dəhlizi olmayan yataqxana binasındakı otaq (2,70m x4.44m=12,00 kv.m.), “mənzil” kimi qiymətləndirilərək iddiaçının ailəsinə əlavə 35 000 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyi Suraxanı RİH-in üzərinə qoyulmuşdur. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(103)1280/2020 nömrəli qərarının lə ğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
16. Üçüncü şəxsin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə görə mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.
17. Bundan başqa «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 35.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.
18. Göründüyü kimi, mövcud qanunvericilikdə qəza vəziyyətinə düşmüş mənzilin təmir və bərpa olunma öhdəliyi dövlətin deyil, mülkiyyətçinin üzərinə qoyulmuşdur.
19. Buna baxmayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2016-cı il tarixli tapşırığına əsasən, ünvan 1 ünvanında yerləşən yataqxana binasının qəzalı vəziyyətə düşməsi ilə əlaqədar həmin yataqxana binasında yaşayan 88 ailənin köçürülməsi üçün onların hər birinə dövlət vəsaiti hesabına 35.000 manat vəsait ayrılması nəzərdə tutulmuşdur.
20. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx xxxxxxxx 2016-cı il tarixli aktı ilə ünvan 1 ünvanında yerləşən yataqxana binasında yaşayan ailələrin dəqiq sayı müəyyən edilərək, siyahı tərtib edilmişdir. Həmin siyahıda İddiaçı ailəsi də 5 nəfər (özü, arvadı, 2 qızı və 1 oğlu) tərkibdə müəyyən edilmiş və onlara 35.000 manat vəsait ödənilmişdir.
21. İddiaçı, 1 evdə 2 ailənin (özünün və qızının) yaşamasını iddia etmiş, onların da həmin evdə qeydiyyatda olduğunu və mülkiyyət hüququnun olduğunu bildirərək əlavə olaraq 35.000 manat vəsaitin ödənilməsini tələb etmişdir. Lakin, Nazirlər Kabinetinin sözügedən tapşırığında ünvan 1 ünvanında yerləşən yataqxana binasında qeydiyyatda olan və yaxud mülkiyyət hüququ olan şəxslərə deyil, faktiki olaraq yaşayan ailələrə vəsait ödənilməsi tapşırılmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən üçüncü şəxs kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 21(103)-1280/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsi ni xahiş etmişdir. Tərəflərin izahatı:
22. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili A.Əsədov kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(103)-1280/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
23. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasın a vəkilsiz gəldiyi üçün, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə:
24. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, üçüncü şəxsinvəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin və üçüncü şəxsin kasasiya şikayətləri təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
27. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin və üçüncü şəxsin kasasiya şikayətlərində mahiyyətcə eyni olan dəlilləri əsassızdır.
28. Belə ki, ilk öncə qeyd edilməlidir ki, hazırkı inzibati mübahisə artıq bir dəf ə Ali Məhkəmənin məhkəmə baxışı predmeti olmuş və yuxarıda artıq yazıldığı kimi apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
29. İşə təkrar baxan apelyasiya instansiyası məhkəməsinin inzibati kollegiyası isə İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə tam uyğun olaraq yuxarı instansiyası məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Ali Məhkəmə tərəfindən verilmiş məcburi xarakter daşıyan göstərişləri yerinə yetirmişdir.
30. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən xx xxxx 2020-ci il tarixli qərarında yazılmışdır ki, «Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, «Araşdırılan qərardan göründüyü kimi, apelyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edil miş hallara hüquqi qiymət verərək, belə hesab etmişdir ki, hazırkı iddiasında iddiaçı ünvan 1 ünvanda yerləşən yataqxana binasının 3a nömrəli mənzilində 2 ailənin (özünün və qızının ailəsinin) yaşamasını iddia edir, onların da həmin evdə qeydiyyatda olduğunu və mülkiyyət hüququnun olduğunu bildirərək əlavə olaraq 35.000 manat vəsaitin ödənilməsini tələb edir.
31. Beləliklə, iddiaçının qızının mübahisəli 3a nömrəli mənzildə qeydiyyatda qalması formal xarakter daşıdığı, onun müstəqil ailə kimi həmin mənzildə faktiki məskunlaşmadığı işin faktiki halları ilə müəyyən olunmuşdur.
32. Bu əsaslara görə iddiaçının iddia tələbi təmin edilə bilməzdi.
33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə düzgün deyil, iddiaçının kasasiya şikayətində q eyd edilən dəlillər əsaslı olduğundan qəbul edilməlidir.
34. Araşdırılan qərardan görünür ki, apelyasiya instansiya məhkəməsi öz dəlillərini əsaslandırmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2016-cı il tarixli tapşırığına istinad etmiş və göstərilmişdir ki, həmin hüquqi sənədə görə, yuxarıda sözügedən yataqxana binasının sökülməsi ilə əlaqədar orada yaşayan sakinlərə müvafiq kompensasiyanın verilməsinin şərti, sakinlərin sökülən binadakı mənzillərdə qeydiyyatda olması və ya mənzillərin mülkiyyətçiləri olması deyil, onların həmin mənzildə faktiki yaşaması olmuşdur.
35. Lakin, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işin materiallarında apelyasiya instansiya məhkəməsinin istinad etdiyi hüquqi sənəd mövcud deyil, ona görə də, bu sənəddə həqiqətən də, sö küntü ilə əlaqədar kompensasiyanın verilməsi məsələsinin həlli zamanı iddiaçının mülkiyyət hüququnun nəzərə alınmasının əhəmiyyət kəsb etməməsi tam olaraq aydın deyildir.
36. Halbuki, işin materiallarından aydın olur ki, həm iddiaçı, həm də onun arvadı ayrı-ayrılıqda müvafiq olaraq 3a və 3 saylı mənzillərin mülkiyyətçiləridir. Bu zaman iddiaçının arvadı M.Məşədiyevaya sökülmüş mülkiyyətinə görə kompensasiya ödənilsə də, iddiaçı həmin kompensasiyadan məhrum olmuşdur.
37. Belə olan halda, iddiaçının kasasiya şikayətində mülkiyyət hüququnun müdafiəsi ilə əlaqədar birbaşa Azərbaycan Respublikası Konstitusiyasına istinad etməsi tamamilə düzgün olmuşdur.
38. Belə ki, Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qa nunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir.
39. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir.
40. Belə ki, Avropa Məhkəməsinin presedent hüququna görə, 1 saylı Pro tokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır.
41. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 42. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Bronovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı).
43. Nəzərə alınmalıdır ki, iddiaçının mənzilinin yerləşdiyi binada həm mülkiyyətçilər, həm də mülkiyyətçi olmayan şəxslər yaşamışlar, bu sakinlərin hamısına söküntü ilə əlaqədar kompensasiya ödənilsə və bu zaman mülkiyyətçi olmayan sakinlərin faktiki yaşaması kriteriyası əsas götürülsə də, mülkiyyətçi olan sakinlərə bu kriteriya tətbiq edilə bilməz.
44. Həmçinin nəzərə alınmalıdır ki, hər hansı ailə bir neçə mülkiyyət obyektinin sahi bi ola bilər, habelə bir ailənin bir neçə üzvlərinin ayrı-ayrılıqda mülkiyyət obyekti də ola bilər.
45. Araşdırılan qərardan göründüyü kimi, apelyasiya instansiya məhkəməsi işin bu xüsusiyyətlərinə lazımi diqqət verilməmişdir, bununla da, həmin məhkəmə iş üzrə tərəflər arasında yaranmış mübahisənin ədalətli həllinə nail ola bilməmişdir.»
46. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı ŞİH Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx xxx 2008-ci il tarixli 86/3 nömrəli sərəncamı ilə Bakı şəhəri, R.Abdullayev küçəsində yerləşən 21/1 saylı evin (yataqxana binası) 3a nömrəli mənzilinə dair iddiaçı ilə (2 nəfər ailə üzvü olmaqla) icarə müqaviləsinin bağlanması və şəxsi hesab vərəqəsinin açılması qərara alınmışdır.
47. Bak ı şəhəri R.Abdullayev küçəsində yerləşən 21/1 saylı evin 3a nömrəli mənzili üzərində mülkiyyət hüququ iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 886 nömrəli reyestr kitabının 82413 nömrəli vərəqində xx xxxxxx 2009-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, mənzilə dair dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir.
48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2016-cı il tarixli tapşırığına əsasən ünvan 3 ünvanda yerləşən 4 mərtəbəli yataqxana binasında faktiki yaşayan 85 ailə köçürülməklə hər ailəyə 35.000 manat məbləğdə birdəfəlik yardım ödənilməsi nəzərdə tutulmuşdur.
49. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin xx xxxxxxxx 2016-cı il tarixli aktı ilə ünvan 1 ünvanda yerləşən yataqxana binası nda yaşayan ailələrin dəqiq sayı müəyyən edilərək, siyahı tərtib edilmişdir. Həmin siyahıda iddiaçının ailəsi də 5 nəfər (özü, arvadı, 2 qızı və 1 oğlu) tərkibdə müəyyən edilmişdir. Aktdan müəyyən olunur ki, iddiaçı və arvadı 1990-cı ildən, 2 qızı 2007 və 2009-cu ildən, oğlu 2010-cu ildən mübahisəli 3a nömrəli mənzilə qeydiyyata düşmüşlər.
50. Mübahisəli 3a nömrəli mənzilin texniki pasportuna görə, ayrıca mətbəx, sanitar qovşağı və dəhlizi olmayan yataqxana binasındakı 3a nömrəli otaq 2,70 m x 4,44 m = 12 kv.m. ölçüdədir.
51. Mübahisəli mənzilin yerləşdiyi yataqxana binasında yaşayan hər bir ailəyə birdəfəlik maddi yardım ödənilməsi başa çatdırıldıqdan sonra bina balanssaxlayıcı təşkilat (BŞİH MKTD 1 saylı XTMKTB) tərəfindən sökülərək ərazi abadlaşdırılmışdır.
52. Məhkəmə kollegiyası hes ab edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün düzgün qanunvericilik normalarını tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dai r sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
54. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67 və 68-ci maddələri ilə maraqlı şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur ki, kompensasiya maraqlı şəxsin müraciətinə əsasən və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olaraq ödənilir.
55. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən, maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
56. Eyni Qanunun 89.1-ci maddəsinə görə, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
57. Mülki Məcəllənin: 58. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 59. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 60. 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 61. 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
62. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır, apelyas iya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı isə qanuni və ədalətlidir.
63. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətləri təmin edilməməli, apelyasiya instansiyası məhkəməsi xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin və üçüncü şəxsin kasasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 21(103)-1280/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.