Məhkəmə qərarları › İş №2-1(102)-2141/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2141/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2141/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi dövlət sosial sığorta haqları ödədiyi müddətin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1958-ci il, FİN: xxxxxxx) cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikası D övlət Sosial Müdafiə Fondunun Babək Rayon İdarəsinin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli, 06 saylı qərarının ləğv olunması və yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(108)-30/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

2. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 03/148 nömrəli mək tubda qeyd edilmişdir ki, müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq, bu barədə sığortaçıya hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığorta olunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçının xx.xx.2016-cı il tarixdə poçt vasitəsi ilə kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Babək Rayon şöbəsinin hesabına ödədiyi məcburi dövlət sosial sığorta haqqı ödənişinin hesabatı təqdim edilmədiyindən X1 sistemində öz əksini tapmamışdır.

3. Babək Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli, 06 nömrəli qərarı ilə iddiaçıya pensiya təyin olunmasından imtina edilmişdir. Qərarda imtinanın səbəbi kimi iddiaçının 25 il sığorta stajına və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalına malik olmaması göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tələbin “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon İdarəsinin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli, 06 saylı qərarının ləğv olunması və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılıb nəticə verilməsini xahiş etmişdir.

6. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(122)-565/2023 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir.

7. İdd iaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon İdarəsinin əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin həmin tarixli qərardadı ilə ərizə icraata qəbul edilmiş, cavabdeh əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması:

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddət əmək fəaliyyəti ilə məşğul olmuşdur. Torpaq sahəsinə vergilər ödəmişdir ki, həmin ödəmələr pensiya alacağı zaman nəzərə alınan amildir. Yəni iş stajı hesab olunur. Yaşa görə pensiyanın təyin olunması ilə bağlı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publ ik hüquqi şəxsin Babək Rayon İdarəsinə müraciət etmişdir. Lakin ona bildirilmişdir ki, 12 il 1 ay 25 gün sığorta stajı var. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığı üçün "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilir. Halbuki yaşa görə pensiya təyin edildiyi halda sığorta kapitalı nəzərə alınmamalıdır. Cavabdehin etirazları:

9. Cavabdeh iddia tələbinə dair yazılı etirazında göstərmişdir ki, iddiaçı xx.xx.2023cü il tarixli ərizə ilə cavabdehə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Babək Rayon İdarəsinin xx.xx.2023-cü il t arixli, 06 nömrəli qərarı ilə iddiaçıya pensiya təyin olunmasından imtina edilmişdir. Qərarda imtinanın səbəbi kimi iddiaçının 25 il sığorta stajına və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalına malik olmaması göstərilmişdir.

10. Bundan sonra iddiaçı cavabdehə qarşı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarını nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-43-67/1-149/2023 nömrəli arayışın a əsasən iddiaçı xx.xx.1977-cı il tarixdən xx.xx.1979-ci il tarixədək (2 il 19 gün) hərbi xidmət keçdikdən sonra, iddiaçının təqdim etdiyi xx.xx.1980-cı il tarixli, MT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək (2 il 10 ay 6 gün) 50 nömrəli Tikinti İdarəsində, Babək rayon Dövlət arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 56 nömrəli arayışla 1983-cü il (7 ay), 1984-cü il (5 ay),1985-ci il (9 ay), 1986-cı il (11 ay), 1987-ci il (11 ay), xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək (3 il), 1991-ci il tarixdə (8 ay) Babək rayon Kökəltmə birliyində işləməsi qeyd olunmuşdur.

12. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək 12 il 1 ay 25 gün sığorta stajı var. İddiaçının cavabdehə təqdim etdiyi xx.xx.2016-cı il tarixli qəbzdən görünür ki, o, 2016-cı ildə kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə DSMF-yə 36 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığından və fərdi hesabın sığorta hissəsində (xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək) qeydə alınmış pensiya kapitalı olmadığından, onun hazırkı məzmunda iddiası təmin oluna bilməz.

13. Qeyd olunanları nəzərə alaraq, iddiaçının cavabdehə qarşı qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

14. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 21(1 22)-65/2024 nömrəli qərarı ilə iddiaçının cavabdehə qarşı “cavabdehin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli, 06 saylı qərarının ləğv olunması və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilmişdir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə əsas mübahisəli məsələ iddiaçının mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının X2 Sistemində öz əksini tapmaması ilə bağlıdır. Belə ki, cavabdeh bu arqumenti əsas gətirərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.

16. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqlarını ödəməsi barədə sübutları məhkəməyə təqdim etdiyindən ödənişlərin elektron sistemdə öz əksini tapmaması iddiaçının məsuliyyət sferasına daxil edilə bilməz və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu hal özü-özlüyündə vətəndaşın sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz.

17. Həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

18. İş materiallarında faktiki olaraq iddiaçının iddia etdiyi illər üzrə torpaq sahəsi ilə bağlı məcburi dövlət sosial sığorta haqqı ödənilməsi barədə sənədlər mövcuddur. Lakin cavabdeh işin bu halını araşdırmamış, ona hüquqi qiymət verməmiş və vətəndaşa pensiya təyin edilməsindən imtina olunması barədə qərar qəbul etmişdir.

19. İddiaçı tərəfindən ödənilən məbləğin qəbul edilməməsi, geri qaytarılması, iddiaçının məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmasından imtina edilməsi, həmin dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi və s. hallar iş üzrə aşkar edilməmişdir.

20. Odur ki, cavabdehin etirazında iddiaçının mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqları barədə hesabatın təqdim edilməməsi səbəbindən X2 Sistemində (MEİS) mdss haqları üzrə məlumatlar sığortaolunanın fərdi şəxsi hesabatlarında öz əksini tapmadığı üçün ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsinin mümkünsüz olduğuna dair hissədə gətirdiyi dəlillərini əsassızdır.

21. Cavabdehin mübahisələndirilən qərarı ilə iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtinası qanunvericiliyə zidd olmuşdur. Odur ki, həmin qərarda qeyd edilən hallar real sübutlar və hüquq normaları ilə dəstəklənmədiyinə görə qərar əsassız hesab edilərək ləğv olunmalı və iddia tələbi təmin edilməlidir.

22. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

23. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024 -cü il tarixli, 2-1(108)-30/2024 saylı qərarı ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(122)-65/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

25. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri Maddi hüquq normalarının pozulmasına dair dəlillər 26. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, iddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə s osial sığorta haqlarını ödəməsi barədə sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən ödənişlərin elektron sistemdə öz əksini tapmaması iddiaçının məsuliyyət sferasına daxil edilə bilməz və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu hal özü-özlüyündə vətəndaşın sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz və iddiaçının konstitusion hüququ olan sosial təminat almaq hüququnun pozulmasına səbəb ola bilməz. İddiaçının iddia etdiyi illər üzrə torpaq sahəsi ilə bağlı məcburi dövlət sosial sığorta haqqı ödənilməsi barədə sənədlər mövcuddur. Lakin cavabdeh işin bu halını araşdırmamış, ona hüquqi qiymət verməmiş və vətəndaşa pensiya təyin edilməsindən imtina olunması barədə qərar qəbul etmişdir. Prosessual hüquq normalarının pozulmasına dair dəlillər

27. Apellyasiya instansiya məhkəməsi qərarı əsaslandıran zaman apelyasiya şikayətinin dəlillərinə münasibət bildirməmişdir. Digər məsələlər:

28. İddia tələbinin təmin edilməsinin heç bir hüquqi əsası yoxdur. 29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanun un 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

30. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilməsi qeyd edilmişdir. Qanunun 22-1-ci maddəsinə əsasən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 01 yanvar 2019-cu ildən etibarən xüsusi güzəştlər müəyyən edilmişdir. Bu güzəştlərdən yararlanmaq üçün sığortaolunanın fərdi hesabın sığorta hissəsində xx.xx.2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Pensiya kapitalının məbləği isə hüquqi əhəmiyyətə malik deyil. Lakin iddiaçının xx.xx.2018-ci il t arixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı tərəfindən 2013-2016-cı illər üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara” (Forma B2) əsasən “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3) Fondun Babək Rayon İdarəsinə təqdim edilmədiyindən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar sığortaolunanların fərdi şəxsi hesablarında əks olunmadığından ona “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1 maddəsinə əsasən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilməsi mümkünsüz hesab edilmişdir.

31. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, iddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranması üç ün iki şərt tələb olunur ki, bunlardan; şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. İddiaçının tələb olunan azı 25 il sığorta stajına qarşı ümumilikdə 12 il 1 ay 25 gün əmək stajı vardır. 32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 21.2.10-cu maddəsinin şərtinə əsasən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət sığortaolunanın sığorta stajına daxil edilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin tələbinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığor tasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. Həmin Qanunun 14.5.1-1.9-cu maddəsinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinin hər biri tərəfindən minimum aylıq əmək haqqının 5 hektaradək – 2 faizi, 5 hektardan 10 hektaradək – 6 faizi, 10 hektardan yuxarı – 10 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilməsi nəzərdə tutulmuşdur.

33. Beləliklə, iddiaçının tələb olunan 25 il ümumi iş stajı və X2 Sistemində fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olmadığı üçün Fondun Pensiya təyinatı şöbəsinin xx.xx.2023-cü il tarixli, 06 nömrəli qərarı ilə ona pensiya təyin olunmasından imtina edilmişd ir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

34. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiy ası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

39. Məhkəmə kollegiyası hesab e dir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılması zəruri olan həddə təmin edilmişdir.

40. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddia tələbinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

41. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

42. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəzərə almışdır ki, iddiaçı tərəfindən icra olunan ödənişləri təsdiq edən sübutlar iddiaçının xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması ilə bağlı cavabdehin dəlillərinin əsassız olduğunu deməyə əsas verir.

43. Məhkəmə kollegiyası, həmçinin razılaşır ki, iddiaçı tərəfindən 2016-2017-ci il üzrə ödənilmiş sosial sığorta haqlarının cavabdehin müvafiq qurumu tərəfindən bazaya işlənməməsi iddiaçının ziyanına şərh oluna bilməz.

44. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Naxçıvan Muxtar Respublikasının Ali Məh kəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(108)-30/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar