Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2142/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; qatar tərtibçisi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək p ensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1782/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.
2. Cavabdehin iddiaçıya ünvanlanmış **********7 saylı 21 iyul 2022-ci il və **********2 saylı xx.xx.2022-ci il tarixli imtina məktublarında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmi ş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “"Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində qatar tərtibçiləri peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim olunmuş "xxxx" MMC-nin ərizəçiyə dair 20 iyun 2022-ci il tarixli AZTX0\147 nömrəli arayışında xx.xx.1989-xx.xx.1994-cü il və xx.xx.2001-ci il tarixindən bu günədək qatar tərtibçisi peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, ərizəçinin işlədiyi "xxxx" MMC şirkəti yuxarıda qeyd ol unan siyahı üzrə müəyyən edilmiş dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 60 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddianın əsaslarına görə, iddiaçı 1979-cu ildə X1 qəbul olmuş, 1982-ci ildə həmin texnikumun vaqon təsərrüfatı şöbəsinin tam kursunu bitirmişdir. 1982-198 4-cü illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra xx.xx.1984-cü il tarixdən dəmir yol stansiyasında vaqon baxıcısı vəzifəsində çalışmağa başlamış, xx.xx.1988-ci il tarixdə öz xahişi ilə işdən çıxmışdır. xx.xx.1988-ci il tarixdən Qazax rayonu X2 İdarəsinə dəmir yoluna yoldəyişən vəzifəsində işləməyə başlamış, xx.xx.1989-cu il tarixdən qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir. xx.xx.1994-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək Qarabağ bölgəsində hərbi xidmətdə olmuşdur. xx.xx.2001ci il tarixdən "xxxx" MMC-də qatar tərtibatçısı vəzifəsinə təyin olunmuşdur. xx.xx.2005ci il tarixində "xxxx" MMC-nin Sanqaçal terminalında qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir. xx.xx.2016-ci ildə Sanqaçal terminalından Bakı terminalına keçirilərək, qatar tərtibatçısı vəzifəsində işləməyə başlamışdır. Hal-hazırki dövrə qədər də "xxxx" MMC-in Bakı Terminalında qatar tərtibatçısı vəzifəsində işləyir. Onun qanunvericiliklə nəzərdə tutulmuş tələblərə uyğun olaraq müvafiq yaşı tamam olduğundan və ümumi iş stajı və güzəştli şərtlərlə iş staj qanunvericilikdə nəzərdə tutulmuş qaydada kifayət etdiyindən güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin olunması üçün 22 iyun 2022-ci il tarixində əmək kitabçasını, arxiv arayışını və zəruri digər sənədləri təqdim etməklə müvafiq olaraq ərizə ilə cavabdeh orqan- DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Sözügedən orqan bunun müqabilində 21 iyul 2022-ci il tarixində **********7 nömrəli cavab məktubu ilə müraciətindən imtina etmi şdir. Müvafiq qurum imtina məktubunda onu əsas gətirmişdir ki, iddiaçının "xxxx" MMC-də işlədiyi “qatar tərtibatçısı” peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş siyahı üzrə dəmiryol nəqliyyat sahəsinə aid deyildir. İddiaçının sözügedən iş üzrə güzəştli iş stajı yoxdur. İmtina məktubu əsassızdır. Belə ki, onun işlədiyi “qatar tərtibatçısı” peşəsi Nazirlər kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarına əsasən təsdiq edilmiş “Güzəştli Şərlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadaların fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində qatar tərtibçiləri peşəsi ilə tam eynidir və həmin peşənin xüsusiyyə tlərinə tam uyğundur. Qatar tərtibatçısı tərtibçisi peşələri arasında hər hansı fərqlilik yoxdur. Bu səbəbdən onun peşəsindəki hərfi fərqlilik ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə imtina üçün əsas ola bilməz. Digər tərəfdən, onun iş stajı qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilməli olan güzəştli şərtlərlə pensiyaya görə 25 il stajından daha çoxdur. Cavabdehin etirazları:
5. Cavabdeh imtina məktubunun məzmununa uyğun yazılı etiraz verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4748/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçıya 60 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
7. Məhkəmə hesab etmişdir ki, iddiaçı 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajına malikdir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1782/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır.
10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, "xxxx" MMC-nin fəaliyyət istiqaməti dəmiryol nəqliyyatına aid olmaqla, həmin MMC-də işləyən “qatar tərtibçisi” peşəsi də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 21-ci bəndində müəyyən edilmiş – Nəqliyyat - 21.4 Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: vaqonların baxıcıları, vaqonların baxıcı-təmirçiləri, qatar tərtibçiləri peşəsinə uyğundur.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. K assasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia ərizəsinə qarşı etirazda göstərilənlər təşkil edir. Şikayətdə əlavə olaraq qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının qanunla müəyyən edilmiş pensiya kapitalına malik olub-olmaması ilə bağlı məsələni tam araşdırmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2022-ci il tarixdə qüvvədə olan redaksiyada): Maddə 6-1. Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunur... Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, hə mçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlər lə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə
45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. 15. "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir):
21. Nəqliyyat 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: qatar tərtibçiləri
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
20. İddiaçının 25 ildən artıq ümumi iş stajına malik olduğu mübahisələndirilmir.
21. İddiaçının qanunla tələb edilən güzəştli iş stajının – 12 il 6 ay müddətin xx.xx.2006-cı il tarixdən sonra tamamlandığı, bu səbəbdən də ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin və “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin müddəalarının tətbiqinin istisna edildiyi, həmçin in “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdə qüvvədə olan redaksiyasının tələbi nəzərə alındıqda, iddiaçı 25 il sığorta stajına malik olmalı, bu müddətin azı 12 il 6 ayını həmin normada göstərilən işlərdə çalışmış olmalı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir.
22. Cavabdehin güzəştli stajla bağlı əsas dəlili ondan ibarətdir ki, Mərkəzi Filiala təqdim olunmuş "xxxx" MMC-nin ərizəçiyə dair 20 iyun 2022-ci il tarixli AZT-X0\147 nömrəli arayışında xx.xx.1989-xx.xx.1994-cü il və xx.xx.2001-ci il tarixindən bu günədək qatar tərtibçisi peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, ərizəçinin işlədiyi "xxxx" MMC şirkəti yuxarıda qeyd olunan siyahı üzrə müəyyən edilmiş dəmiryol nəqliyyatı sahəsinə aid deyil.
23. Məhkəmə kollegiyası cavabdehin həmin qənaətini əsaslı hesab etmir. Belə ki, “Azertrans” tərəfindən verilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış AZT-XO/175 saylı xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı “qatar tərtibçisi” işlədiyi müddətdə əsas fəaliyyət sahəsi nəqliyyat xidməti olan "xxxx" MMC-nin Səngəçal və Bakı terminallarının ərazisindəki dalan dəmir yollarında vaqonların qatarlara qoşulması və açılması, yükləmə, boşaldılma və digər yollara verilməsi, bu yollardan götürülməsi, stansiyaya və ya parka ötürülməsi üzrə nəqliyyat xidməti göstərmişdir. Onun qatar tərtibçisi peşəsi üzrə iş stajı 21 il təşkil edir. İddiaçı işlədiyi qatar tərti bçisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğundur. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin nizamnaməsindən görünür ki, müəssisənin əsas fəaliyyət növlərindən biri kimi şəxsi dəmir yolu parkı (depo) və dəmir yol nəqliyyatına texniki xidmət göstərmək üçün müəssisələr yaratmaq; bütün növ, o cümlədən dəmir yol nəqliyyatı vasitəsi ilə müxtəlif tipli yüklərin və sərnişinlərin daşınmasını təşkil etməsi nəzərdə tutulmuşdur.
24. Beləliklə, iddiaçının xx.xx.1989-xx.xx.1994-cü illərdə və xx.xx.2001-ci il tarixindən sonra 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tari xədək, yəni qanunla tələb olunan 12 il 6 aydan artıq işlədiyi “qatar tərtibçisi” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş -
21. Nəqliyyat. 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: qatar tərtibçiləri vəzifəsinə uyğundur.
25. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtinə gəldikdə, cavabdeh qeyd edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 63646,97 manat pensiya kapital ı qərarda göstərilsə də, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan pensiya kapitalı barədə məlumat göstərilməmişdir.
26. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, cavabdeh həmin məbləğdə pensiya kapitalının toplandığını əks etdirən yazılı məlumatı təkzib etmir, apellyasiya instansiyası məhkəməsi isə qərarında həmin məbləğin əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün yetərli olduğunu qeyd etmişdir.
27. Məhkəmə kollegiyası nəzərə alır ki, “Əmək pensiyaları haqqında” Qanunun (xx.xx.2022-ci il tarixdə qüvvədə olan redaksiyada) 6-1-ci maddəsinin 1-ci cümləsinin, 9.1-ci maddəsinin, 45-ci maddəsinin 2-ci cümləsinin tələblə rinə uyğun olaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan pensiya kapitalının minimum məbləği 48960 manat təşkil etməlidir (65 yaş - 60 yaş = 60 ay + 144 ay = 204 ay; 204*240(əmək pensiyasının xx.xx.2022-ci il tarixdə minimum məbləği)=48960). Belə olan halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 63646,97 manat pensiya kapitalının məbləğinin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğuna dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür (63646,97:224 ay=284,14).
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixl i, 21(103)-1782/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.