Məhkəmə qərarları › İş №2-1(102)-2142/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2142/2024

08.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2142/2024 08.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxsin adına verilmiş torpaq sahəsinin plan-ölçü sənədinin, dövlət reyestrindən çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarə sinə qarşı (üçüncü şəxs: X10) “üçüncü şəxsin adına verilmiş torpaq sahəsinin plan-ölçü sənədinin, dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-18/2024 nömrəli, 19 mart 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dəvəçi rayon X6 Rəyasət Heyətinin 22 iyul 1992-ci il tarixli, 09 nömrəli qərarına əsasən X4 Dəvəçi şəhərinin baş planı üzrə 17-ci məhəllədən fərdi yaşayış evinin tikintisi üçün 500 kv.m. həyətyanı torpaq sahəsi verilmişdir. Sözügedən 500 kv.m. torpaq sahəsinin N.Ş.Cümşüdovun istifadəsinə verilməsi ilə bağlı onunla Dəvəçi rayon X1 İcraiyyə Komitəsinin nümayəndəsi arasında 2 8 noyabr 1992-ci il tarixdə müqavilə bağlanmışdır.

2. Həmin torpaq sahəsinə dair N.Ş.Cümşüdovun adına JN-4157A, KOD304401004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Dəvəçi rayon İcra Hakimiyyəti Başçısının 16 mart 2006-cı il tarixli, 82 nömrəli sərancamına əsasən X9 və İddiaçı ərizələri nəzərə alınaraq, N.Ş.Cümşüdova ayrılmış 500 kv.m. həyətyanı torpaq sahəsindən onun istifadə hüququna xitam verilməsi və həmin torpaq sahəsinin İddiaçı verilməsi qərara alınmışdır.

3. Şabran bələdiyyəsinin 31 may 2013-cü il tarixli, 05 nömrəli iclas qərarına əsasən, X7 şəhərin 17-ci məhəlləsindən 400 kv.m. torpaq sahəsi satılmışdır. Həmin 400 kv.m. torpaq sahəsinə dair X5 adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsi tərəfindən A seriyalı, 469815 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş və dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 48 nömrəsi ilə uçota alınmışdır.

4. X10 cavabdeh X2 qarşı iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək Şabran bələdiyyəsinin 31 may 2013-cü il tarixli, 05 nömrəli qərarı ilə ona ayrılmış 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasını, həmin torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Şabran Rayon Məhkəməsinin 02 may 2014-cü il tarixli, 2(031)-97/2014 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, bələdiyyə qərarı ilə iddiaçıya ayrılmış 0,04 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun tanınması və həmin torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin sö külərək sahənin boşaldılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 fevral 2015-ci il tarixli, 2(105)-96/2015 nömrəli qətnaməsi ilə Şabran Rayon Məhkəməsinin 02 may 2014-cü il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2015-ci il tarixli, 2(102)-2781 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-96/2015 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2016-cı il tarixli, 2(105)-109/2016 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin 02 may 2014-cü il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi torpaq sahəsində özbaşına inşa edilmiş tikilin in sökülərək sahənin boşaldılması hissəsində təmin edilməmiş, məhkəmənin həmin tarixli qərardadı ilə bələdiyyə qərarı ilə iddiaçıya ayrılmış 0,04 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun tanınması hissəsində iddiaçıya inzibati orqana, müraciəti təmin edilmədiyi təqdirdə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilərək iş üzrə icraata xitam verilmişdir. Sözügedən məhkəmə aktlarından kassasiya şikayəti verilməmiş və aktlar qanuni qüvvəyə minmişdir.

6. Sözügedən 0,04 ha torpaq sahəsinə dair X5 adına DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 14 sentyabr 2016-cı il tarixli, A seriyalı, 097891 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş, həmçinin, həmin torpaq sahəsi üzərində onun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 15 sentya br 2016-cı il tarixdə qeydiyyata alınaraq, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********03 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir.

7. Daha sonra X10 cavabdeh X2 qarşı iddia ərizəsi ilə yenidən mülki qaydada məhkəməyə müraciət edərək mülkiyyətində olan 0,04 ha torpaq sahəsində tikinti işlərinin aparılmasına cavabdehin törətdiyi maneçiliklərə qadağa qoyulmasını xahiş etmiş, eyni zamanda X8 qarşılıqlı iddia qaldıraraq S.Q.Cəfərovun adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın və plan-ölçü sənədinin ləğv edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli, 2(031)734/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçının mülkiyyətində olan 0,04 ha torpaq sahəsində tikinti işlərinin a parılmasına cavabdeh tərəfindən törədilən maneçiliklərə qadağa qoyulması qət edilmiş, qarşılıqlı iddia tələbi isə təmin edilməmişdir. Məhkəmənin qətnaməsi xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir.

8. Daha sonra İddiaçı ərizə ilə cavabdehə müraciət edərək X5 adına dövlət reyestrindən verilmiş sözügedən çıxarışın ləğv edilməsini xahiş etmişdir.

9. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və torpaq sahəsinə dair X5 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Bu səbəbdən, müraciətin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR DƏDRX 5 saylı Ərazi İdarəsi tərəfindən X5 adına xx.xx.2016-cı il tarixdə verilmiş **********03 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. Daha sonra iddia tələbini dəyişdirərək, X5 adına Şabran şəhərində torpaq sahəsinə dair **********03 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli torpaq sahəsinin planı və ölçüsünün, eləcə də RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dəvəçi rayon XDS RH-nin 22 iyul 1992ci il tarixli, 09 saylı qərarı ilə iddiaçının atası X2 ayrılmış 500 kv.m. həyətyanı torpaq sahəsində tikinti işlərinə başlanılmış və torpaq sahəsi uzun müddətdir ki, onun istifadəsindədir. Hazırkı mübahisədən əvvəlki mülki mübahisə üzrə aidiyyəti orqandan alınmış mütəxəssis rəyində Şabran bələdiyyəsinin 31 may 2013-cü il tarixli, 05 saylı qərarı ilə X7 ayrılmış 400 kv.m. torpaq sahəsinin və iddiaçıya məxsus 500 kv.m. torpaq sahəsinin dəqiq cizgiləri müəyyən edilməklə, üçüncü şəxsə ayrılmış 400 kv.m. torpaq sahəsi nin 154 kv.m hissəsinin onlara məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü, üçüncü şəxsə ayrılmış 400 kv.m. torpaq sahəsinin zəbt olunmadığı, həmin ərazinin 154 kv.m hissəsinin iddiaçıya ayrılmış torpaq sahəsinə aid olduğu qeyd olunmuşdur. Hesab edir ki, 500 kv.m. torpaq sahəsi hüquqmüəyyənedici sənədlər əsasında iddiaçı tərəfin mülkiyyətinə verilmiş, lakin, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinin 154 kv.m hissəsi də daxil olan sahəyə dair X5 adına plan və ölçüsü sənədi tərtib edilmiş, bununla da onun hüquqları kobud surətdə pozulmuşdur. Qeyd etdiklərinə əsasən hesab edir ki, üçüncü şəxsin adına həmin torpaq sahəsinin plan və ölçüsünün tərtib olunması qanunsuzdur və həmin sənəd ləğv edilməlidir.

13. Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2-1(118)-583/2020 nömrəli qərardadı ilə X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

14. Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2-1(118)-11/2022 nömrəli qərarı ilə (hakim İ.Quliyev) iddia tələbi qismən təmin edilərək, X5 adına verilmiş Şabran şəhərində torpaq sahəsinə dair **********03 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

15. Məhkəmə qeyd etmişdir ki, üçüncü şəxsin adına olan mübahisələndirilən sənədlər Şabran Rayon Məhkəməsinin 05 may 2016-cı il tarixli, 2(031)-591/2016 nömrəli qətnaməsi əsasında verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(105)-3083/2021 nömrəli qərardadı ilə Şabran Rayon Məhk əməsinin həmin qətnaməsi ləğv edilmişdir. Məhkəmə hesab edir ki, Şabran Rayon Məhkəməsinin 2(031)591/2016-003 nömrəli qətnaməsi ləğv olunduğundan həmin qətnamə əsasında verilmiş plan-ölçü sənədi də ləğv edilməlidir. İddia tələbi çıxarışın ləğv edilməsi hissəsində isə təmin edilə bilməz. Belə ki, iddiaçı ilə üçüncü şəxs arasındakı mübahisə torpaq sahəsinin yerləşmə vəziyyəti ilə bağlıdır. Ona görə də məhkəmə hesab edir ki, hazırkı əsaslarla çıxarışın ləğv edilməsi yolverilməzdir.

16. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş et mişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-18/2024 nömrəli, 19 mart 2024-cü il tarixli qərarı ilə (hakimlər: H.Babayeva /sədrlik edən və məruzəçi/, Z.Məmmədov və G.Cabbarova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qərarı qismən – 0,04 ha torpaq sahəsinə dair üçüncü şəxsin adına tərtib edilmiş xx.xx.2016-cı il tarixli, **********03 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsinə dair iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, bu hissədə yeni qərar qəbul edilməklə iddia rədd edilmiş, qərar qalan hissədə – torpaq sahəsinə dair üçüncü şəxsin adına verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sözügedən 0,05 ha torpaq sahəsinə dair X9 ilə Dəvəçi rayon X1 İcraiyyə Komitəsinin nümayəndəsi ilə arasında 28 noyabr 1992-ci il tarixdə bağlanmış müqavilədə torpaq sahəsinin ölçüləri – fasadı 20 metr, arxa tərəfi 20 metr, sağ tərəfi 20 metr, sol tərəfi 25 metr qeyd edilməsinə baxmayaraq, mütəxəssis rəyindən və elektron xəritə məlumatlarından müəyyən edilir ki, həmin torpaq sahəsinə dair N.Ş.Cümşüdovun adına sonradan JN-4157A, KOD 30401004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmiş, həmin aktda qeyd edilən koordinatlara əsasə n, torpaq sahəsinin eni 13.6 metr, uzunluğu isə bir tərəfdən 36.8 metr, digər tərəfdən 36.6 metr müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçı sənəd üzrə - JN-4157A, KOD 30401004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən torpaq sahəsinin koordinatlarının naturada iddia etdiyi torpaq sahəsinin koordinatlarına uyğun olmadığını bildirsə də, həmin koordinatların düzgün vurulmadığı nə ilkin mülkiyyətçi, nə də hazırkı iş üzrə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən də, iddiaçı JN-4157A, KOD 30401004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən koordinatlarda yerləşən torpaq sahəsinin hüquq sahibi kimi qəbul edilir. İşin qeyd edilən hallarından isə həmin koordinatlarda göstərilən torpaq sahəsinin üçüncü şəxsin xüsusi mülkiy yətində olan torpaq sahəsinin koordinatları ilə üstüstə düşmədiyi müəyyən edilmişdir. İddiaçının naturada iddia etdiyi torpaq sahəsi ilə üçüncü şəxsin mülkiyyətində olan sahənin koordinatlarının üst-üstə düşməsi isə həmin sənədlərin ləğv edilməsinə əsas vermir.

20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarları ilə torpaq sahəsinə olan mülkiyyət hüququ pozulmuşdur. Baxmayaraq ki, ekspert rəylərində torpaq sahəsi ilə 3-cü şəxsin torpaq sahəsinin 151 kvadrat metr hissələrinin üst-üstə düşməsi qeyd olunmuşdur, məhkəmə bu faktı nəzərə almamış və belə nəticəyə gəlmişdir ki, torpaq sahəsi ilə 3-cü şəxsin torpaq sahəsi üst-üstə düşmür, məhkəmənin mövqeyinə görə 3-cü şəxsə verilmiş çıxarış və plan ölçü sənədi qanunsuz olsa belə bunu mübahisələndirməyə hüququ çatmır. Halbuki, qanunsuz verilmiş çıxarış və plan ölçü sənədi birbaşa onun torpaq sahəsinə çıxarış almağına mane olur və buna görə də onun həm subyektiv hüququ var, həm də hüquqi marağı mövcuddur. Məhkəmə qərarı onun torpaq sahəsinə çıxarış almağının qarşısını almaqla mülkiyyət hüququnu pozmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQU 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsin ə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1. 3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

23. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərar dadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndiril diyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etmə klə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsin in maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

31. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı X5 adına Şabran şəhərində torpaq sahəsinə dair **********03 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli torpaq sahəsinin planı və ölçüsünün, eləcə də RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə yönəlmişdir.

32. İşin hallarından görünür ki, 0,05 ha torpaq sahəsinin ilkin mülkiyyətçisi 1992-ci ildən X9 olmuş, torpaq sahəsinə dair onun adına JN-4157A, KOD304401004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamə tərtib edilmiş və həmin sənəddə torpaq sahəsinin döngə n öqtələrinin koordinatları təsbit edilmişdir. Eyni zamanda işdən görünür ki, 0,04 ha torpaq sahəsinin koordinatlarının təsbit edildiyi ilkin sənəd X5 adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib edilmiş A seriyalı, 469815 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi olmuş, daha sonra həmin torpaq sahəsi üzərində S.Q.Cəfərovun mülkiyyət hüququ qeydə alınaraq adına dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış və plan-ölçü sənədi verilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılmış araşdırma ilə mütəxəssis rəyinə əsasən qeyd edilmişdir ki, iddiaçının hazırda naturada iddia etdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilkin mülkiyyətçi X3 adına tərtib edilmiş JN-4157A, KOD 30401004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən koordinatlarla üst-üstə düşmür, başqa sözlə iddiaçının naturada tanıtdığı torpaq sahəsi sənəd üzrə ayrılmış torpaq sahəsi deyildir.

34. Həmçinin apellyasiya məhkəməsi qeyd etmişdir ki, JN-4157A, KOD 30401004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən torpaq sahəsi ilə ******* nömrəli, RX seriyalı çıxarışa əsasən üçüncü şəxsin xüsusi mülkiyyətində olan sahənin əsas döngə nöqtələrinin koordinatları ümumiyyətlə üst-üstə düşmür, hər iki torpaq sahəsi ayrı-ayrı ərazilərdə yerləşir.

35. Bundan əlavə apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, mülki mübahisə üzrə də Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyinə əsasən, Şabran bələdiyyəsinin qərarına əsasən üçüncü şə xsə ayrılmış 0,04 ha torpaq sahəsinin və Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə iddiaçının istifadəsinə verilmiş 0,05 ha torpaq sahələrinin dəqiq cizgiləri müəyyən edilmişdir. Üçüncü şəxsə ayrılmış həmin torpaq sahəsinin koordinatları ilə iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin koordinatları (X3 adına tərtib edilmiş JN-4157A, KOD 30401004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən koordinatlarla) üst-üstə düşmür, üçüncü şəxsə ayrılmış torpaq sahəsi hər hansı üsulla hasarlanaraq başqa şəxs tərəfindən zəbt olunmamışdır. Üçüncü şəxsin torpaq sahəsində Z.Əliyeva küçəsi tərəfdən 11-12 metr uzunluğunda hasar üçün bünövrə atıldığı müəyyən edilir. Həmin torpaq sahəsinin evi bir tərəfdən 10.29 metr, digər tərəfdən 10.31 metr, uzunluğu isə bir tərəfdən 36. 32 metr, digər tərəfdən isə 35.96 metrdir. İddiaçıya verilmiş 0,05 ha torpaq sahəsinin isə (JN-4157A, KOD 30401004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən koordinatlarla) eninin 13.6 metr, uzunluğunun isə bir tərəfdən 36.8 metr, digər tərəfdən 36.6 metr olduğu müəyyən edilir.

36. Beləliklə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, həmin koordinatlarda göstərilən torpaq sahəsinin üçüncü şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. İddiaçının naturada iddia etdiyi torpaq sahəsi ilə üçüncü şəxsin mülkiyyətində olan sahənin koordinatlarının üst-üstə düşməsi isə həmin sənədlərin ləğv edilməsinə əsas vermir.

37. Nəticə etibarı ilə mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayət i verilən hüququ pozuntusuna əsaslanmadığından şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-18/2024 nömrəli, 19 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar