Məhkəmə qərarları › İş №2-1(102)-2143/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2143/2019

28.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2143/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması. GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), X1, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-100/19 saylı 05 fevral 2019-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 28.08.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Ünvan1 yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi “Torpağın mülkiyyətə verilməsinə dair ”JN-9859D (kod ********) saylı şəhadətnamə ilə X3 məxsus olmuşdur. X5 mülkiyyətində olan Ünvan1 yerləşən 600 kvadrat metr torpaq sahəsini 01.02.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən oğlu İddiaçı hədiyyə etmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək həmin torpaq sahəsi üzərind ə mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdehin 15.02.2018-ci il tarixli bildirişi ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilərək bildirilmişdir ki, bağışlama müqaviləsində qeyd olunan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair ”JN-9859D (kod ********) saylı şəhadətnamə İddiaçı tərəfindən göstərilən torpaq sahəsinə aid olmadığından ərizənin icrası mümkün olmamışdır. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək daşınmaz əmlakın bağışlanılması müqaviləsinə əsasən ona hədiyyə edilmiş Ünvan1 yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1980/2018 saylı, 06.09.2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1980/2018 saylı, 06.09.2018-ci il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-100/19 saylı 05 fevral 2019-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1980/2018 saylı, 06.09.2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçıya bağışlanan torpaq sahəsi vaxtilə e yni zamanda iki nəfərə satılmış torpaq sahəsinin ½ hissəsidir, həmin torpaq sahəsinin digər hissəsinə iddiaçının atası ilə eyni zamanda torpağı satın almış şəxsin torpaq üzərində mülkiyyət hüquqlarını cavabdeh daşınmaz əmlakın dövlət reyestrində qeydə almış, iddiaçıya isə heç bir əsas olmadan imtina cavabı vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-100/19 saylı 05 fevral 2019-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, bağışlama müqaviləsində qeyd olunan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair ”JN9859D (kod ********) saylı şəhadətnamə idd iaçı tərəfindən göstərilən torpaq sahəsinə aid deyil. Bundan əlavə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair ”JN-9859D (kod ********) saylı şəhadətnamənin sənəd üzrə yeri ilə faktiki sahə arasında uyğunsuzluq var. Belə ki, göstərilən sahə faktiki olaraq şimal hissədə olan digər sahələrin yolu göstərilən sahədən keçir. Kassator “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 8, 9, 12.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 55, 67, 68, 111.1-ci maddəsinə, İPM-nin 20.1, 28.1, 62.1, 62.2-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-100/19 saylı 05 fevral 2019-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izaha tları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-100/19 saylı 05 fevral 2019-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Ünvan1 yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi “Torpağın mülkiyyətə verilməsinə dair ”JN-9859D (kod ********) saylı şəhadətnamə ilə X3 məxsus olmuş, X5 mülkiyyətində olan Ünva n1 yerləşən 600 kvadrat metr torpaq sahəsini 01.02.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən oğlu İddiaçı hədiyyə etmiş, həmin torpaq sahəsi üzərində X2 mülkiyyət hüquqları ləğv edilmiş, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdehin 15.02.2018-ci il tarixli bildirişi ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilərək bildirilmişdir ki, bağışlama müqaviləsində qeyd olunan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair ”JN9859D (kod ********) saylı şəhadətnamə İddiaçı tərəfindən göstərilən torpaq sahəsinə aid olmadığından ərizənin icrası mümkün olmamışdır. “D aşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırkı iş üzrə cavabdehin kassasiya şikayətində bağışlama müqaviləsində qeyd olunan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair ”JN-9859D (kod ********) saylı şəhadətnamə iddiaçı tərəfindən göstərilən torpaq sahəsinə aid olmaması, bundan əlavə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair ”JN-9859D (kod ********) saylı şəhadətnamənin sənəd üzrə yeri ilə faktiki sahə arasında uyğunsuzluq olması, göstərilən sahənin faktiki olaraq şimal his sədə olan digər sahələrin yolu göstərilən sahədən keçməsi göstərilsə də, lakin cavabdeh bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir və iş materiallarında da bu halı təsdiq edən hər hansı bir sübut yoxdur, əksinə iddiaçıya bağışlanan torpaq sahəsi üzərində vaxtilə atasının hüquqları daşınmaz əmlakın dövlət reystrində qeydə alınmış (iş v. 54), atası da həmini torpaq sahəsini oğluna bağışlamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Belə olan halda cavabdeh tərəfindən iddiaçının Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi üzərindəki hüquqlarının dövlət qeydiyyatına alınmasın dan imtinası yuxarıda sadalanan normaların tələblərinə uyğun olmamışdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı özünün Ünvan1 yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi üzərindəki hüquqlarının dövlət qeydiyyatına alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirsə də (notarial qaydada bağlanmış bağı şlama müqaviləsi), cavabdeh bunun əksini, başqa sözlə həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olmamasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şika yəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-100/19 saylı 05 fevral 2019-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar