Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2143/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, müddətin üzrsüz səbəbdən ötürülməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə (üçüncü şəxs Qərbi Kaspi Universiteti) qarşı “onun tələbə sıralarına bərpa olunması və təhsilinin davam etdirilməsinin təmin edilməsi” tələbinə dair inzibat i iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1685/2022 nömrəli, 19 may 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Qərbi Kaspi Universitetinə tələbə kimi bərpa olunması və təhsilini davam etdirməsinin təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin (sədrlik edən hakim N.Abıyev ) xx.xx.2020-ci il tarixli, 2-1(112)-1805/2020 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
3. Birinci instansiya məhkəmə si qeyd etmişdir ki, iddiaçı Qərbi Kaspi Universitetinin xx.xx.2000-ci il tarixli, 10 saylı əmri ilə tələbə sıralarından xaric edilmiş və yalnız xx.xx.2019-cu il tarixdə universitetə bərpa olunmaq üçün Təhsil Nazirliyinə ərizə ilə müraciət etmişdir. Beləliklə də, iddiaçı tərəfindən Cavabdeh Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Qaydalarda nəzərdə tutulmuş 15 illik müddət ötürülmüşdür.
4. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul olunmasını xahiş etmişdi r. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər E.E.Nağıyeva sədrlik edən və məruzəçi, N.Ş.Cəfərov və V.M.Məmmədov) 6 aprel 2021-ci il tarixli, 21(103)-446/2021 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 5 noyabr 2020-ci il tarixli, 2-1(112)-1805/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
7. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İn zibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1808/2021 nömrəli qərarı ilə (hakimlər: S.Ə.Kərimov - sədrlik edən və məruzəçi, R.S.Nəbizadə və Z.M.Quliyev) iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. d) birinci instansiya məhkəməsindəki ikinci icraat
10. İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, 2-1(112)-1805/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 14.2. 2022-ci il tarixli, 2-1(112)-1805/2022 nömrəli (sədrlik edən hakim N.Abıyev ) qərardadı ilə ərizə rədd edilmişdir.
12. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. e) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.5.2022-ci il tarixli, 21(103)-1685/2022 nömrəli qərardadı ilə (hakimlər: A.Ə.Hüseyn - sədrlik edən və məruzəçi, S.İ.Bektaşi və İ.Ə.Kərimli) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunması barədə ərizə təqdim etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.Ə.Hüseyn sədrlik edən və məruzəçi, S.İ.Bektaşi və İ.Ə.Kərimli) 2-1(103)-1685/2022 nömrəli 12 avqust 2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, onun vəkillə təmin edilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilmişdir.
17. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.
18. Müddətin bərpası barədə ərizə onunla əsaslandırılmışdır ki, vəkil tərəfindən iş materialları ilə tanış üçün ərizə təqdim edilmiş və 31 avqust 2022-ci il tarixdə iş materialları ilə tanış olmuşdu r. Təyin edilmiş vəkil tərəfindən 3 iş üzrə kassasiya şikayəti hazırlanmalı olduğu üçün məhkəmə qərardadından qanunvericiliklə müəyyən edilmiş müddətdə şikayət verilməsi mümkün olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ:
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündə n 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayə tinin qəbulundan imtina edilməlidir.
21. Belə ki, Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
22. İş materiallarından görünür ki, iddiaçı kassasiya şikayəti vermək üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1685/2022 nömrəli 12 avqust 2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, qərardad icra olunması üçüç Vəkillər Kollegiyasına göndərilmişdir. İddiaçıya hüquqi yardım göstərilməsi üçün 24 avqust 2022-ci il tarixdə Vəkil order yazılmışdır. İddiaçı və onun vəkili tərəfindən tərtib olunmuş kassasiya şikayəti isə 13 sentyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur.
23. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş materiallarında heç bir məlumat yoxdur. Ərizəçi və onun vəkili də prosessual müddətin bərpasına dair vəsatət verib ötürülmüş müddətin bərpa olunmasını xahiş etməklə bir daha kassasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra verildiyini etiraf edirlər. Beləliklə də, apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 10 (on) günlük prosessual müddətin ötürülməsi işin mübahisəsiz halıdır.
24. İddiaçı ərizəsində kassasiya şikayəti verilməsi müddətini ötürülməsinin üzrlü səbəbi kimi təyin edilmiş vəkil tərəfindən 3 iş üzrə kassasiya şikayəti ha zırlanmalı olduğu üçün məhkəmə qərardadından qanunvericiliklə müəyyən edilmiş müddətdə şikayət verilməsinin mümkün olmamasını göstərmişdir.
25. Məhkəmə kollegiyası iddiaçının dəlilini əsassız hesab edir. Belə ki, iddiaçı ərizəsində göstərilən halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmiş, beləliklə də iddiaçının istinad etdiyi hallar əsaslandırılmamışdır.
26. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi müddəti iddiaçı tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün buraxılmış prosessual müddətin bərpası üçün əsas yoxdur. Odur ki, ərizə təmin edilməməli, verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
27. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1 685/2021 nömrəli, 19 may 2022-ci il tarixli qərardadından iddiaçının verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.