Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2144/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiyanın mümkünlüyü, karantin rejimi, müddət bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhd əliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1114/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizəyə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1435/2020 nömrəli qərarı ilə (hakim: N.İ.Abıyev) idd ia rədd edilmişdir.
3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.
4. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1114/2020 nömrəli iş üzrə 02 iyun 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmidov) apelyasiya şikayəti təmi n edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1435/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
7. Apelyasiya instansiyası məhkəməsinin qərarı xx xxxx 2020-ci il tarixdə iddiaçıya təqdim edilmişdir.
8. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət vermişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ a) Müddətin bərpası barədə ərizənin dəlilləri
9. İddiaçı vəsatətdə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir.
10. Vəsatətdə qeyd edilir ki, kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 a ylıq prosessual müddət koronovirus (COVİD-19) pandemiyasının qarşısının alınması məqsədi ilə dövlət tərəfindən tətbiq olunan xüsusi karantin rejimi səbəbindən ötürülmüşdür. Belə ki, iddiaçı vəkillə müqavilə bağlamaq üçün yaşadığı rayondan Bakı şəhərinə gələ bilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:
11. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili vəsatətin təmin edilməsini və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etdi.
12. Cavabdehin vəkili vəsatətə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ:
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə m əcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya inst ansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:
14. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə iddiaçının ərizəsi əsassız olduğundan təmin edilməməli, onun şikayəti üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
15. Belə ki, kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən 1 ( bir) ay müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
16. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməs inin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(103)-1114/2020 nömrəli qərarı xx xxxx 2020-ci il tarixdə iddiaçıya göndərilmiş, iddiaçı xx xxxx 2020-ci il tarixdə SS649765884AZ nömrəli qəbzə imza etməklə qərarı qəbul etmişdir. ( iş vər 129)
17. Hazırkı kassasiya şikayəti isə xx xxxxxx 2020-ci il tarixdə poçta təhvil verilmişdir. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təhvil edilməsi barədə iş materiallarında heç bir məlumat yoxdur. İddiaçı özü də kassasiya şikayətini qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra verdiyini etiraf edir və şikayətin daha əvvəlki tarixlərdə verilməsini mübahisə etmir.
18. Göründüyü kimi, iddiaçı qərarın surətini xx xxxx 2020-ci il tarixdə almasına baxmayaraq, onun kassasiya şikayəti xx xxxxxx 2020-ci il tarixdə poçta verilmişdir. Belə liklə də, apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 (bir) aylıq prosessual müddətin ötürülməsi işin mübahisəsiz halıdır.
19. Lakin iddiaçı hesab edir ki, müddət üzrlü səbəbdən ötürülmüşdür. Belə ki, müddətin ötürülməsinə səbəb koronovirus (COVİD-19) pandemiyasının qarşısının alınması məqsədi ilə dövlət tərəfindən tətbiq olunan xüsusi karantin rejimi olmuşdur.
20. Məhkəmə kollegiyası ərizəçinin bu dəlilini əsassız hesab edir. Belə ki, elan olunmuş karantin rejimi vətəndaşların və ya inzibati orqanların məhkəmələrə müraciət etməsinə, kassasiya şikayəti təqdim etməsinə maneə olan hal deyildir. Karantin müddəti ərzində fiziki və hüquqi şəxslərin ərizələrinin, apelyasiya və kassasiya şikayətlərinin poçt vasitəsilə və ya elektro n şəkildə qəbulu təmin olunmuşdur. Hazırkı iş üzrə iddiaçı da göstərilən qaydalara uyğun olaraq məhkəmə qərarından kassasiya şikayəti verə bilərdi.
21. Bundan əlavə iddiaçı ərizədə qeyd edir ki, pandemiya ilə əlaqədar Bakı şəhərinə gələ bilməmişdir.
22. Ərizədə qeyd edilən bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, iddiaçının şəxsiyyət vəsiqəsinin surətindən, eləcə də müxtəlif instansiya məhkəmələrinə ünvanlandığı məktublardan da görünür ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yaşayır. İddiaçı Bakı şəhərindən kənarda yaşadığı və ya işlədiyi barədə hər hansı bir sübut təqdim etməmişdir.
23. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı ərizəsində müddətin ötürülməsinin səbəbi kimi pandemiya ilə əlaqədar Bakı şəhərinə gələ bilmədiyini gö stərsə də, məhkəmə kollegiyasının iclasında koronavirus xəstəliyinə tutulduğu üçün evdən çıxa bilmədiyini səbəb kimi göstərmiş, lakin xəstəliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.
24. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzürsüz səbəbdən ötürmüşdür və buna görə də, müddətin bərpa edilməsi üçün əsas yoxdur.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 94.1, 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 21(103)-1114/2020 nömrəli qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. İddiaçı şikayəti üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.