Məhkəmə qərarları › İş №2-1(102)-2144/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2144/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2144/2021 07.12.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxs X11) qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-2144/2021) Açar sözlər: iddianın mümkünsüzlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxs X11) qarşı “çıxarışların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-298/2021 nömrəli, 10.09.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1979-cu il tarixli, 7065 inventar nömrəli texniki pasporta əsasən, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi X7 məxsus olmuşdur.

2. Şəki DNK-nın 05 noyabr 1986-cı il tarixli bəxşiş müqaviləsi ilə X9 fərdi yaşayış evini (Ünvan2-da yerləşən) İddiaçı və X7 bağışlamışdır. 3. 10 noyabr 1988-ci il tarixdə Ünvan2-da yerləşən fərdi yaşayış evi üçün İddiaçı və X4 adlarına 8028/2907 saylı qeydiyyat vəsiqəsi verilmişdir.

4. Şəki Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(075)- 373/2020 saylı qətnaməsi ilə 10 noyabr 1988-ci il tarixli, 8028/2907 saylı qeydiyyat vəsiqəsinə əsasən İddiaçı və X4 ümumi birgə mülkiyy ətində olan Şəki şəhəri, X19 küçəsindəki 56 nömrəli evdən İddiaçı və X4 hər birinin payı ½ müəyyən edilmişdir.

5. Şəki Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(075)- 373/2020 saylı qətnaməsinin icrası ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışla Ünvan4 (Yeni qaydalarla AZ 5500, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi hər birinin payı ½ hissə olmaqla X4 və İddiaçı paylı mülkiyyətindədir.

6. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışla ünvan 6 (Yeni qaydalarla AZ 5500, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X4 mülkiyyətindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən X4 adına verilmiş ********** qeydiyyat nömrəli 04.12.2019-cu il tarixli və ********** qeydiyyat nömrəli 11.09.2020-ci il tarixli çıxarışların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 2(075)373/2020 saylı, 21.05.2020-ci il tarixli qətnaməsinə əsasən X4 və cavabdeh İddiaçı ümumi-birgə mülkiyyətlərində olan Şəki şəhəri X küçəsindəki *** (keçmiş Ünvan2) nömrəli evdən iddiaçı X4 və cavabdeh İddiaçı hər birinin 1/2 payı müəyyən edilmişdir. DƏDRX-nin ********** qeydiyyat nömrəli çıxarışına əsasən X4 və İddiaçı ½ payları müəyyən edilərək çıxarış verilmişdir. Bundan başqa, DƏDRX-nin ********** qeydiyyat nömrəli çıxarışına əsasən X4 tam payı müəyyən edilərək çıxarış verilmişdir. Hazırkı vəziyyətdə bir-biri ilə ziddiyyət təşkil edən iki çıxarış mövcuddur. Belə ki, X4 evin bəxşiş edilmə müqaviləsinə əsasən sözügedən mülkiyyət bərabər şəkildə onlara bağışlanılmışdır. X1 Şəki Rayon Məhkəməsinə müraciət edərək özünün mülkiyyətindən əlavə ona qarşı evin, evin köməkçi sahələrinin və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia qaldırmışdır.

9. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə 08 avqust 1962-ci il tarixdə X3 və X4 qızının adlarına 2957 inventar nömrəli texniki pasport verilmişdir. Nuxa ZDS-in 28 avqust 1962-ci tarixli, 7 saylı qərarı ilə X5 0.06 ha torpaq sahəsi ayrılmışdır. Şəki şəhər ZDS-in 09 iyul 1963-cü il tarixli, 17 saylı qərarı ilə inşa edilmiş fərdi yaşayış evi X3 adına istismara qəbul edilmişdir. 10 avqust 1963-cü il tarix də X3 adına 8028/2507 saylı torpaq qeydi verilmişdir. Şəki DNK-nın 05 noyabr 1986-cı il tarixli bəxşiş müqaviləsi ilə X9 fərdi yaşayış evini İddiaçı və X7 bağışlamışdır. 10 noyabr 1988-ci il tarixdə İddiaçı və X4 adlarına 8028/2907 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Şəki Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(075)373/2020 saylı qətnaməsi ilə 10 noyabr 1988-ci il tarixli, 8028/2907 saylı qeydiyyat vəsiqəsində ümumi birgə mülkiyyət paylar müəyyən olunaraq 1/2 hissə İddiaçı və 1/2 hissə X8 adlarına göstərilmişdir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə X13 və X4 adlarına 10 sentyabr 2020-ci il tarixdə 2957 inventar nömrəli texniki pasport və 11 sentyabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 10 sentyabr 2020ci il tarixdə 2957 inventar nömrəli texniki pasport verilərkən Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11 -ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin irventarizasıya və qiymətləndirilməsinə aid pasport sözügedən torpaq sahəsinin qeydiyyatı üçün əsas olduğundan sənəd üzrə torpaq sahəsi X3 və X4qızının adlarına olan 08 avqust 1962-ci il tarixli, 2957 inventar nömrəli texniki pasporta uyğun "42 ha, faktiki torpaq sahəsi isə “Azərbaycan Respublikasında torpaq münasibətlərin in tənzımlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 saylı Fərmanının 2.3.2-ci bəndinə əsasən torpaq sahəsinin ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda yeni hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin yazılı razılığı əsasında yol verildiyindən Şəki regional “Asan xidmət” mərkəzində təsdiqlənmiş 16 sentyabr 2020-ci il tarixli, 8İ-10374 saylı ərizə əsasında 0.045 ha göstərilmişdir. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi 1979-cu ilin fevral ayında X10 verilmiş inventar nömrəsi 7065 olan texniki pasport əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlakın dövl ət restrindən çıxarış və texniki pasport verilmişdir. Şəki şəhəri, X küçəsi, 56 (yeni qaydalarla: Şəki şəhəri, X i ev 84) Ünvan4 (yeni qaydalarla ünvan 5 ünvanlardır.

10. Üçüncü şəxs X11 iddia tələbinə etirazını bildirərək ********** qeydiyyat nömrəli DƏDR-dən çıxarışa əsasən ½ hissə payı müəyyən edilmiş Ünvan4 (Yeni qaydalarla AZ 5500, ünvan 2 fərdi yaşayış evi üzrə çıxarışın məhkəmə qətnaməsi əsasında verildiyini, ********** qeydiyyat nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan Ünvan2 (Yeni qaydalarla AZ 5500, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə iddiaçının həmin çıxarışı mübahisələndirməyə subyektiv hüququnun olmamasını nəzərə alaraq iddianın mümkün sayılmamasını xahiş etmişdir.

11. Şəki İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(116)-583/2021 saylı qərardad ı ilə (hakim: V.Musayev) iddia mümkün sayılmamışdır.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən 04.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (Şəki şəhəri, X küçəsi, ev **, yeni qaydalarla ev **) Şəki Rayon Məhkəməsinin 21.05.2020-ci il tarixli, 2(075)373/2020 nömrəli qətnaməsi əsasında verilmişdir. Həmin qətnamədən apelyasiya şikayəti verilməmiş və qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Odur ki, müvafiq çıxarışla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan və bu qətnamə proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan inzibati məhkəmə icraatı çərçivəsində həmin qətnamə ilə müəyyən edilmiş hallara yenidən ba xılması mümkün deyildir.

13. Birinci instansiya məhkəməsinin qərardadından iddiaçı apellyasiya şikayəti vermişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-298/2021 nömrəli iş üzrə 10.09.2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: R.Rəfiyev, hakimlər: E.Hüseynov və V.Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Apelyasiya instansiyası məhkəməsinin qərardadından iddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN TƏRƏFLƏRİN MÜLAHİZƏLƏRİ VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) Kassasiya şikayətlərinin dəlilləri

17. Apellyasiya instansiya məhkəməsinin iddiaçının hazırkı iş üzrə subyektiv hüququnun olmaması barədə nəticəsi əsassızdır. Belə ki, X4 adına verilmiş ********** qeydiyyat nömrəli 04.12.2019-cu il tarixli Çıxarış iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarına toxunur. X6 özünəməxsus evi 1988-ci ildə qardaşları X3 və İddiaçı bərabər paylarla bağışlamış, yəni mövcud ev iki bərabər hissəyə bölünmüşdür. Buna baxmayaraq, X20 Ramazanovaya məxsus evin bir hissəsinə 04.12.2019-cu il tarixdə Çıxarış almış və nəticədə iddiaçının payı ¼, X3 isə ¾ olmuşdur. Məhkəmənin istinad etdiyi və X3 aid 1979cu il tarixli 7065 inventar nömrəli texniki pasport əsaslı deyil, çünki 1986-cı ilədək yəni bağışlama müqaviləsi bağlananadək mübahisəli ə mlka bir nəfərə - X4 məxsus olmuş, X3 məxsus hər hansı əmlak olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Üçüncü şəxs kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyini qeyd etsə də, hansı normaların düzgün tətbiq edilməməsini əsaslandırmamışdır. Üçüncü şəxsin 04.12.2021-ci il tarixində X4 məxsus evin bir hissəsinə çıxarış almasına dair kassatorun göstərdiyi dəlilin hüquqi əsası yoxdur. Belə ki, bağışlanan evdəki payları toxunulmaz, yəni ½ hissə olaraq qalır. Həmin payın üçüncü şəxsə məxsus olmasını təsdiq edən mülkiyyət sənədi, nə də texniki pasport ləğv olunmayıb. Ümumi birgə paylı mülkiyyətdə olan bu evin bölgüsü barədə üçüncü şəxs Şəki Rayon Məhkəməsində iddia qaldırmışdır. Cavabdehin əsassız iddiası ilə bağlı həmin işin baxılması dayandırılıb. c) Tərəflərin mülahizələri

19. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.

20. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq etiraz vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.

21. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallar la kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onları n hüquqi varisləri üçün məcburidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkə mə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilir ki, 1979-cu il tarixli, 7065 inventar nömrəli texniki pasporta əsasən, Şəki şəhəri, X2 56 küçəsi (hazırda X küçəsi, ev ** /Yeni qaydalarla AZ 5500, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi X7 məxsus olmuşdur. Şəki DNK-nın 05 noyabr 1986-cı il tarixli bəxşiş müqaviləsi ilə X9 fərdi yaşayış evini (Ünvan2-da yerləşən) İddiaçı və X7 bağışlamışdır. 10 noyabr 1988-ci il tarixdə Ünvan2-da yerləşən fərdi yaşayış evi üçün İddiaçı və X4 adlarına 8028/2907 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Şəki Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(075)- 373/2020 sa ylı qətnaməsi ilə 10 noyabr 1988-ci il tarixli, 8028/2907 saylı qeydiyyat vəsiqəsinə əsasən İddiaçı və X4 ümumi birgə mülkiyyətində olan Şəki şəhəri, X19 küçəsindəki 56 nömrəli evdən İddiaçı və X4 hər birinin payı ½ müəyyən edilmişdir. Şəki Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(075)- 373/2020 saylı qətnaməsinin icrası ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışla Ünvan4 (Yeni qaydalarla AZ 5500, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi hər birinin payı ½ hissə olmaqla X4 və İddiaçı paylı mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışla ünvan 6 (Yeni qaydalarla AZ 5500, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X4 mülkiyyətindədir.

27. Hazırkı iş üzrə iddiaçının tələbi həm ünvan 6 ünvanında yerl əşən fərdi yaşayış evinə, həm də ünvan 7da yerləşən fərdi yaşayış evinə dair verilmiş Çıxarışların ləğv edilməsidir.

28. Göründüyü kimi iddiaçının ləğvini tələb etdiyi X küçəsi, ev 56 ünvanında yerləşən fərdi yaşayış evinə dair Çıxarışın verilməsinə əsas X3un adına olan 1979-cu il tarixli, 7065 inventar nömrəli texniki pasport olmuş, ünvan 7da yerləşən fərdi yaşayış evinə dair verilmiş Çıxarışın verilməsinə əsas isə Şəki Rayon Məhkəməsinin 21.05.2020-ci il tarixli, 2(075)- 373/2020 saylı qətnaməsi olmuşdur.

29. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin hazırkı iş üzrə hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir.

30. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun müm künlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. 31. “İnzibati məhkəmə ic raatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxl anılmalıdır (9-cu bənd).

32. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar.

33. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kim i qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

34. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin M ülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarı).

35. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ləğvini tələb etdiyi ünvan 8 ünvanında yerləşən (yeni qaydalarla X küçəsi ev 84), 04.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış üçüncü şəxs X7 1979-cu ilin fevral ayında verilmiş inventar nömrəsi 7065 olan texniki pasport əsasında verilmişdir. Mübahisə predmeti olan, ünvan 8 ünvanında yerləşən (yeni qaydalarla X küçəsi ev 84) fərdi yaşayış evi üzrə (04.12.2019- cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış üzrə) iddiaçının hər hansı subyektiv yoxdur. İddiaçının həmin fərdi yaşayış evi üzrə çı xarışı mübahisələndirməsi üçün subyektiv hüququ ancaq o halda ola bilərdi ki, onun mübahisələndirdiyi fərdi yaşayış evindən istifadə etməsinə ixtiyar verən qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olsun. Digər tərəfdən, iddiaçı tərəfindən mübahisələndirilən 04.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış isə (Şəki şəhəri, Z.Bünyadov küçəsi, ev 62, yeni qaydalarla ev 86) Şəki Rayon Məhkəməsinin 21.05.2020ci il tarixli, 2(075)-373/2020 nömrəli qətnaməsi əsasında verilmişdir. Həmin qətnamədən apelyasiya şikayəti verilməmiş və qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Odur ki, müvafiq çıxarışla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan və bu qətnamə proses iştirakçıları və onl arın hüquqi varisləri üçün məcburi olduğundan inzibati məhkəmə icraatı çərçivəsində həmin qətnamə ilə müəyyən edilmiş hallara yenidən baxılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

36. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş faktiki hallarını hərtərəfli araşdırmış, tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

37. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-298/2021 nömrəli, 10.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar