Məhkəmə qərarları › İş №2-1(102)-2145/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2145/2019

04.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2145/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nizami rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2145/19 Bakı şəhəri 04 sentyabr 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, tərəflərin iştirakı olmadan, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə F ondunun Bakı şəhər Nizami rayon şöbəsinin müdiri XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 aprel 2019-cu il tarixli, 2-1(103)-908/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nizami rayon şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 22 avqust 1978-ci il tarixdən 29 fevral 1984-cü il tarixədək ali təhsil müddəti sığorta stajına daxil edilməklə və XXX trestinin idarələrində 23 noyabr 1984-cü il tarixdən 31 oktyabr 2011-ci il tarixədək işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Ka binetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 saylı siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, 16 noyabr 2008-ci il tarixdən, yəni 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmas barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 23 noyabr 1984-cü il tarixdən 31 oktyabr 2011-ci il tarixədək XXX trestinin idarələrində dənizdə xüsusi zərərli iş şəraiti olan müxtəlif vəzifələrdə işləmişdir. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş güzəştli pensiya hüququ verən vəzifələrin 1 saylı siyahısındakı 11000000 X – neftin qazılması və hasilatına uyğun olmaqla (dəniz neftçiləri üçün) neft, qaz, qaz kondensantı, kömür və şistin emalı bölməsində (1100000b23485 quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər) nəzərdə tutulmuşdur. İddiaçıya 16 noyabr 2015-ci il tarixdə mövcud pensiya qanunvericiliyinin tələblərinə uyğun olaraq güzəştli pensiya təyin olunmuşdur. Lakin onun pensiya hüququ 16 noyabr 2008-ci il tarixdə yarandığından, pensiyası həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən 50 yaşdan təyin edilməlidir. Bununla bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh onun tələbinin yerinə yetirilməsindən imtina etmişdir. İddiaçı həmçinin 22 avqust 1978-ci il tarixdən 29 fevral 1984-cü il tarixədək ali təhsil aldığını qeyd etməklə qanunvericiliyin tələblərinə görə həmin dövrün onun sosial sığorta stajına daxil edilməli olduğunu bildirmişdir. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, qanunvericiliyin tələbinə görə, sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasında əsasən müəyyən olunur. Qanunvericiliyin göstərişlərinə uyğun olaraq iddiaçının güzəştli şərtlərlə pensiya hüququ 57 yaşdan yaranmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli, 2-1(82)394/2019 saylı qərarı ilə (hakim Rüstəm Kərimli) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, xx xxxxxx 1958-ci il tarixdə doğulmuş iddiaçı 01 yanvar 2006-cı il tarixədək 10 ildən çox əmək şəraiti xüsusilə zərərli olan işlərdə iş stajı və 20 ildən artıq ümumi iş stajı olduğundan, onun güzəştli şərtlərlə əmək pensiyası hüququ, zəruri iş stajının tamamlandığı dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən 50 yaşdan, yəni 16 noyabr 2008-ci il tarixdən yaranmışdır. Əvvəllər qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən, iddiaçının ali təhsil aldığı dövrlər onun sosial sığorta stajına daxil edilməlidir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiy asının 12 aprel 2019-cu il tarixli, 2-1(103)-908/2019 saylı qərarı ilə (sədrlik edən Səriyyə Seyidova, hakimlər Vidadi Məmmədov və İlham Əhmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamış və əlavə olaraq bildirmişdir ki əmək kitabçası üzrə iş stajı nəzərə alınmaqla iddiaçı 50 yaşın tamam olduğu 16 noyabr 2008-ci il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün zəruri stajına malik olmaqla yanaşı, həm də buna əsas verən peşələrdə işləmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 01 yanvar 2010-cu il tarixədək olan redaksiyada 10.2, 21.1, 27, 30.1, 31.1, 37.7, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13, 67, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, mövcud pensiya qanunvericiliyi güzəştli şərtlərlə əmək pensiyasın 25 il ümumi iş stajına malik və həmin dövrün 12 il 06 ayını zərərli işlərdə işləmiş şəxslərə 57 yaşdan təyin olunmasını müəyyən etmişdir. Cavabdeh həmçinin qeyd etmişdir ki, əmək pensiyası hesablanarkən 2004-2005-ci i llərin əmək haqqı nəzərə alınmaqla 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi 01 yanvar 2006-cı il tarixdən 31 dekabr 2009-cu il tarixədək qüvvədə olmuş qanunvericilik normalarında nəzərdə tutulmuşdur. Lakin, 01 yanvar 2010-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliklərdən sonra əmək pensiyalarının hesablama qaydası da dəyişdirilmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9, 27.1-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İP M-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindn görünür ki, iddiaçı 01 sentyabr 1976-cı il tarixdən əmək fəaliyyətinə başlamış, həmin tarixdən 31 avqust 1977-ci il tarixədək “Fizuli” adına kolxozda işləmiş, 28 sentyabr 1977-ci il tarixdən 16 may 1978-ci il tarixədək mexanik peşə təhsili almış, 22 avqust 1978-ci il tarixdən 29 fevral 1984-cü il tarixədək ali təhsil almış, 23 noyabr 1984-cü il tarixdən 01 may 2001-ci il tarixədək “Azərdənizneftinşaat” trestinin “Neft daşları”nda yerləşən 3 saylı İxtisaslaşmış Təmir Tikinti İda rəsində mexanik vəzifəsində işləmiş, 01 may 2001-ci il tarixdən 31 oktyabr 2011-ci il tarixədək “Azərdənizneftinşaat” trestinin “Neft daşlarında” yerləşən 3 saylı ixtisaslaşmış tikinti quraşdırma və təmir filialında mexanik vəzifəsində işləmiş, 31 oktyabr 2011-ci il tarixli, 133-k saylı əmrlə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının işlədiyi mexanik vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı”nda “X. Neft qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft, qaz, qaz kondensantı, kömür və şiştin emalı” bölməsində nəzərdə tutulmuş menaxik (kod 1100000b-23485) peşəsinə aid olması öz təsdiqini tapmış, cavabdeh isə göstərilən halı təkzib edən hər-hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normlar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-ni n 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellaysiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 16 noyabr 2008-ci il tarixində 50 yaşı tamam olduğu vaxt onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığından, tələbi əsaslı olmuşdur. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlilinə görə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ 57 yaşı olan zaman, yəni 16 noyabr 2015-ci il tarixindən düzgün olaraq təyin edilmişdir. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İddiaçının iddia edilən güzəştli şərtlərlə əmək pensiyas ı hüququnun yarandığı 16 noyabr 2008-ci il tarixinə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) müddəalarına görə: - 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanıtərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, (...) çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; - 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddə sində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir; - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Sadalanmış maddələrın mənası onunla bağlıdır ki, 57 yaşına çatmış kişilər azı 25 il ümumi iş stajına malik olduqda, onun isə 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. Lakin əgər istinad edilmiş qanun qüvvəyə minmədən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajı da işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə b ağlı şərt də həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Bu əsasla pensiya hüququnu əldə etmiş şəxslər həmin hüququn yarandığı vaxtdan istənilən anda pensiyanın təyin edilməsi üçün müraciət edə bilərlər və müddətdən asılı olmayaraq, keçmiş müddət üçün də pensiya məbləğini almalıdırlar. Əvvəlki qanunvericilik isə 01 yanvar 2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa aiddir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsus ilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ciil tarixli Qanununun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Güzəştli şərt lərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı” təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Bü müddəalara əsaslanmaqla apellyasiya məhkəməsi müəyyən etmişdir ki, 16 noyabr 2008-ci il tarixinə iddiaçı 20 il ümumi iş stajını toplamışdır. Habelə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı”nda 1100000b-23485 kodla qeydə alınmış “menaxik”peşəsində nəzərdə tutulmuş işlərdə azı 10 işləmişdir. Həmin peşə iddiaç ının işlədiyi “Azərdənizneftinşaat” trestinin “Neft daşları”nda yerləşən 3 saylı İxtisaslaşmış Təmir Tikinti İdarəsi siyahının “X. Neft qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft, qaz, qaz kondensantı, kömür və şiştin emalı” bölməsində göstərilmiş istehsal sahəsinə aid olmuşdur. Qeyd edilmiş əsaslara görə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin nəticəsi ilə razılaşaraq hesab edir ki, iddiaçının 50 yaşı tamam olan vaxtdan, yəni 16 noyabr 2008-ci il tarixindən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Apellasiya məhkəməsinin digər mövqeyinə görə, iddiaçıya orta aylıq əmək haqqı nəzərə alınmaqla pensiyanın hesablanması əvvəl qüvvədə olmuş qanunvericilikdə müəyyən edildiyindən, iddiaçının bu hissədə də tələbi əsaslı olmuşdur. Cavabdeh hesab etmişdir ki, 01 yanvar 2010-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliklərdən sonra əmək pensiyalarının hesablama qaydası da dəyişdirilmişdir. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasının zəruri hesab edir. 01 yanvar 2010-cu il tarixinə qədər qüvvədə olmuş istinad edilən Qanunun: - 27.1-ci maddəsinə əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə q alan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. - 27.2-ci maddəsinə əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (...) məhdudiyyət tətbiq edilmir. Sadalanmış müddəaların mənasına görə, yaşa görə əmək pensiyasının tərkib hissəsini sığorta hissəsi təşkil edir ki, onun hesablanması zamanı sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması müəyyən edilmişdir. Yəni Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə əsasən şərti olar aq pensiya hesablanmalı, daha sonra həmin məbləğdən baza hissəsi çıxılmalı, alınmış məbləğ qazanılmış əmək pensiyasının sığorta hissəsini təşkil etməlidir. Sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş Qaydalar əsasında aparılmalıdır və orta aylıq əmək haqqına məhdudiyyət tətbiq edilməməlidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş və 3363 sayla 10 oktyabr 2007-ci il tarixində dövlət qeydiyyatına alınmış və tətbiq edilən dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən əvvəl sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması” Qayda larının: - 2.1-ci bəndinə əsasən, qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqları Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək qüvvədə olmuş qanunvericilik üzrə yaşa görə əmək pensiyasının hesablanması qaydasında müəyyənləşdirilir; - 2.2-ci bəndinə əsasən, əgər sığortaolunan Qanunla müəyyən olunmuş yaşa görə əmək pensiyasına hüquq verən minimum (60 ay) sosial sığorta stajını Qanun qüvvəyə minənədək (Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericiliyə uyğunolaraq) toplamışdırsa, bu halda Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericiliyə əsasən şərti qaydada əmək pensiyasının ümumi məbləği hesablanır və Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır; - 3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının təyin ol unması zamanı qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüquqları (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qaydaların 2.1-2.3 bəndləri ilə müəyyən olunmuş qaydada nəzərə alınır. Göstərilmiş müddəalardan isə göründüyü kimi, 2006-cı il 1 yanvar tarixədək qüvvədə olmuş qanunvericilik üzrə yaşa görə əmək pensiyasının hesablanması qaydasına görə əmək pensiyasının ümumi məbləği hesablanmalı, daha sonra isə onun şərti çevrilməsi aparılmalıdır. Əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 17, 71 və 72-ci maddələrin tələbləri isə pensiyanın orta aylıq əmək haqqı əsas olmaqla hesablanmasını müəyyən etmişdir. Qanunvericiliy in aparılmış təhlilin nəticəsi olaraq müəyyən edilir ki, iddiaçının pensiya hüququ yarandığı 16 noyabr 2008-ci il tarixində pensiyasının hesablanması zamanı zəruri olan sığorta hissəsinin müəyyən edilməsi üçün onun 01 yanvar 2006-cı il tarixinə qədər olan dövrdə aldığı orta aylıq əmək haqqısı nəzərə alınmalıdır. Bu halda məhkəmələr istinad edilən qanunvericiliyin tələblərini və onun 01 yanvar 2006-cı il tarixindən qüvvədən düşməsini nəzərə almaqla, iddiaçının həmin müddətdən əvvəl işlədiyi son 24 ayı ərzində (2004-2005-ci illər) aldığı orta aylıq əmək haqqı məbləğinin nəzərə alınmaqla pensiyanın hesablanmasına dair tələbin təmin edilməsində düzgün nəticəyə gəlmişdirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən yuxarıda istinad edilmiş qanunveriliyin müddəaları ta m təhlil edilməsə də, lakin nəticə etibarı ilə tətbiq etdiyi qanunverilik düzgün olmuşdur və qərar əsaslandırılmışdır. Cavabdehin bildirdiyi hesablama qaydası isə iddiaçının göstərilmiş qaydada pensiyanın hesablanması hüququ qazandıqdan sonra qəbul edildiyi üçün, ona münasibətdə tətbiq edilməməlidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nizami rayon Şöbəsinin müdiri XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 aprel 2019-cu il tarixli, 2-1(103)-908/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar