Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2145/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası, hakimlər Zakir Quliyev – sədrlik edən və məruzəçi, Rahib Nəbizadə və İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın və texniki pasportun verilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyaının xx xxxx 2020-ci il tarixli, 2-1(103)-865/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinin mümkünlüyü məsələsin ə xx xxxxxxx 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədəiddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdirlər. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-4462/2019 nömrəli (sədrlik edən hakim Zaur Tağıyev) qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Baksol yolunun (İ.Abışov küçəsi 7) «kəsişməsində yerləşən 105.8 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi üzərində yaranmış mülkiyyəthüquqlarının eskiz layihəyə uyğun olaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən cıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmaması barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdirlər. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-865/2020nömrəli (hakimlər Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Ülvi Mayılov və Xəyalə Cəmilova) qərardadı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır. İddiaçı apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)865/2020nömrəli qərardadın surətini xx.xx.2020-ci il tarixdə almışdır. İddiaçı həminqərardadından xx.xx.2020-ci il tarixdə kasasiya şikayəti verilmişdir. İddiaçı kasasiya şikayətini prosessual müddət buraxılmaqla vermiş və prosessual müddətin bərpasına dair ərizə (vəsatət) verməmi şdir. Bununla bağlı Ali Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq yardım edilmiş və göstərilən nöqsanları xx xxxxxxx 2020-ci il tarixə qədər aradan qaldırmaq təklif edilmişdir. Lakin iddiaçı tərəfindən bu məsələ həll edilməmişdir. Buna görə də iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tə tbiq olunur. Azərbaycan Respublikası MPM-nin 130.1.-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası İPM-nin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kasasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə görə kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.3-cü maddəsini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçı kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Bakı Apelyasiya Məhkəməsinə geri qaytarılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2145/2020
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2145/2020
28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver