Məhkəmə qərarları › İş №2-1(102)-2145/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2145/2022

22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2145/2022 22.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1960, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dö vlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1748/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

2. Cavabdeh 2020-ci il 20 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, idarəyə təqdim edilən 1983-cü il 3 may tarixli iddiaçının l/İT-l ******* nömrəli əmək kitabçasında qeyd olunan Bakı Metro politeninin Yol xidmətində 2006-cı il 1 noyabr - 2014-cü il 18 iyul tarixləri arasındakı dövr ərzindən işlədiyi yol fəhləsi peşəsi və 2014-cü il 18 iyul tarixdən bu günədək işlədiyi yol montyoru peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) nəzərdə tutulmadığı, eyni zamanda iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməmişdir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olma yan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddinin qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 39600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 35802,57 manat təşkil etdiyindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 2020-ci il 20 iyul tarixli imtinasını qeyri-qanuni hesab edərək ona 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək fəaliyyətinə 1983-cü ildən başlamış, 2006-ci il 1 noyabr tarixdən 2014-cü il 18 iyul tarixədək yeraltı, xüsusi zərərli iş şəraitində, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yol xidmətində yol fəhləsi peşəsində, 2014-cü il 18 iyul tarixdən isə hazıradək həmin QSC-nin yol xidmətində yol montyoru peşəsində işləyir. Xüsusi zərərli iş şəraitində uzun müddət işləyərək müvafiq iş stajına malik olduğundan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərlə cavabdehə müraciət etmiş, cavabdehin 2020-ci il 22 iyun tarixli cavabı ilə sənədlərin tam şəkildə təqdim olunmadığına əsassız olaraq istinad edərək müraciətinin təmin olunmasından imtina edilmişdir. Sənədlərin tam şəkildə tərəfindən təqdim olunmasına baxmayaraq müraciətindən imtina edildiyindən həmin tələblə cavabdehə təkrarən müraciət etmiş, cavabdeh idarənin 2020-ci il 20 iyul tarixli cavabı ilə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə, xüsusilə zərərli iş şəraitlərində işlədiyi yol fəhləsi və yol montyoru peşələrinin Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxil edilmədiyinə istinad edərək buna hüququnun olmasına baxmayaq ona güzəştli şərflərlə pensiya təyin edilməsindən növbəti dəfə imtina olunmuşdur. Tələb olunan əmək staj ına malik olmağı cavabdehə təqdim etdiyi əmək kitabçasında, xüsusi zərərli iş şəraitində, tələb olunan (12 il 06 ay) müddətdən də artıq, 13 il 08 ay işləməsi haqqında "xxxx" QSC-nin 2020-ci il 15 may tarixli arayışı ilə təsdiq olunmasına, işlədiyi peşələrin Nazirlər Kabinetinin Qərarında əksini tapdığına xüsusilə zərərli əmək şəraiti üzrə güzəştli şərtlərlə təyin olunacaq əmək pensiyalarına görə pensiya kapitalına da güzəştlərin tətbiq edilməsinə baxmayaraq cavabdehin müraciətdən imtina etməsi qeyri-qanunidir. İddiaçıya “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan iş stajına malik olmağı cavabdehə təqdim edilmiş əmək kitabçası və “Bakı Metropoliteni" QSC-nin 2020-ci il 15 may tarixli arayışı ilə tam təsdiq olunur. Cavabdehin 2020-ci il 20 iyul tarixli, **********4 saylı imtinası Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tələblərinə ziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı Qərarının 21.5-ci bəndinə əsasən metropolitenlərdə - yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr, metropoliten müəssisələrinin briqadirləri, dəmiryol və metropolitendə bina, qurğu və texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarətlə məşğul olan mühəndislər və müfəttişlər, bütün adlarda ustalar (böyük ustalar və ustaların köməkçiləri) güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin siyahısına daxil edilmişlər. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edi lməsini xahiş etmişdir.

5. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya dair etiraz imtina məktubu ilə eyni məzmunda əsaslandırılmışdır.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1354/2021 nömrəli, 02 mart 2021-ci il tarixli qərarı ilə (hakim F.İ.Mədətli) iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi yol montyoru peşəsi yol fəhləsi hesab edilir və həmin yol fəhləsinin tuneldə hər gecə ağır, xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqında müvafiq qaydada ödənc hesablanır. Bu səbəbdən də, iddiaçının işlədiyi yol montyoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5-ci Metropolitenlər maddəsi ilə tənzimlənir. İddiaçının 2020-ci il 2 oktyabr tarixə isə ümumilikdə xüsusilə zərərli əmək şəraitində işlədiyi peşə üzrə iş stajı 13 il 11 ay 02 gün təşkil edir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə əlaqədar yaş və işlədiyi zərərli iş peşəsi ilə bağlı uyğunsuzluğu olmasa belə, lakin fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı aşağı olduğundan, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Məhkəmə tərəfindən aparılan araşdırma zamanı müəyyən olunur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 39.600 manat təşkil etməl idir. Məhkəmə məhz “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının pensiya yaşını, güzəştli şərtlə pensiya çıxma yaşını, qanunvericilikdə nəzərdə tutulan pensiya ödənişi müddətini və əmək pensiyasının minimum məbləği nəzərə alaraq bu nəticəyə gəlmişdir. Hesablama qaydası: 65 yaş - 60.5 yaş (hazırda olan yaşı) =4.5 x 12= 54 ay +144 ay (gözlənilən pensiya ödənişi müddəti) = 198 ay x 200 manat (minimum pensiya məbləği) = 39.600 manat. Göründüyü kimi, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 39.600 manat təşkil etməli olsa da, onun qeydə alınmış pensiya kapitalı 3.797,43 manat fərq ilə 35.802,57 manat təşkil etmişdir. Bu hal isə birmənalı ona əsas verir ki, iddiaçının g üzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsində göstərilən şərtlərdən biri ödənilməmişdir. Beləliklə, iddiaçıya əmək pensiyasını təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından, iddiaçının tələbi əsassızdır. İddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən, iddiaçının ona pensiya təyin edilməsinin mümkün olmamasının qanunauyğunluğu sübut edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.

8. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 2-1(103)-1571/2021 nömrəli, 05 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.Ə.Hüseyn) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1354/2021 nömrəli, 02 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq əlavə olaraq bildirmişdir ki, apellyasiya baxışı zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş fərdi hesabın sığorta hissəsində qeyd alınan pensiya kapitalı haqqında arayışa əsasən iddiaçının 2006-cı ildən olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 13.078,96 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində q eydə alınan 25.831,02 manat olmaqla cəmi pensiya kapitalı 38.909,98 manat təşkil edir. İddiaçının 60 yaşının tamam olduğu 2020-ci il 11 may tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39.600,00 manat məbləğində hesablanmışdır. Hazırkı halda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, habelə iddiaçının "xxxx" QSC-də işlədiyi fəhlə peşələri (yol fəhləsi, yol montyoru) Azərbaycan Respublikasının Nazirlər Kabineti 2007-ci il 23 yanvar tarixli, 2 3 saylı qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir.

11. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)378/2022 nömrəli, 22 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər İ.K.Hüseynov /məruzəçi/, N.İ.Rəsulbəyova və K.N.Bədəlov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1571/2021 nömrəli, 05 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır.

13. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi iddiaçının güzəştli iş stajını iddianın rədd edilməsinin əsası kimi qəbul etməmiş, əksinə, iddiaçının qanunla tələb olunan güzəştli iş stajına malik olduğunu müəyyən etmişdir.

14. İşə iddiaçının şikayəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi, bu qənaətin əksinə olaraq, işəgötürən tərəfindən təqdim olunmuş və iddiaçının gördüyü işlə bağlı məlumatları əks etdirən arayışları qərarında təsvir etsə də, həmin məlumatlara hər hansı münasibət bildirmədən, iddiaçının "xxxx" QSC-də işlədiyi fəhlə peşələrinin (yol fəhləsi, yol montyoru) Azərbaycan Respublikasının Nazirlər Kabineti 2007-ci il 23 yanvar tarixli, 23 saylı Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda müəyyən edilmədiyi nəticəsinə gəlmiş, lakin bu qənaətini qərarında əsaslandırmamışdır.

15. Məhkəmə kollegiyası nəzərə almışdır ki, iddiaçının güzəştli staja malik olması ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini özü-özlüyündə təmin etmir və fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının məbləği ilə bağlı şərtin də ödənilməsi tələb olunur.

16. Apellyasiya instansiyası məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim olunmuş 2021-ci il 17 sentyabr tarixli izahat-məktubda iddiaçının, ən azından həmin tarixə 38909,98 manat məbləğində, yəni tələb olunan 39600,00 manat məbləğdən cəmi 690,02 manat az olduğu göstərilmişdir. Məktubda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli, 1597 №-li Fərmanı ilə təsdiq olunmuş “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”na da istinadla qeyd olunmuşdur ki, sığortaolunanlar xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər (Qaydanın 3.4-cü bəndi).

17. Həmin Qaydaya uyğun olaraq iddiaçı çatışmayan məbləği ödəməklə (onun əmək fəaliyyətini davam etdirdiyi və əmək haqqından məcburi sosial sığorta haqqı hesablandığı nəzərə alındıqda, həmin məbləğdən də az və ya kapitalın tamamlandığı halda, hər hansı əlavə məbləğ ödəmədən) ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunması nı tələb edə bilərdi. Lakin apellyasiya instansiyası məhkəməsinin qərarındakı güzəştli stajla bağlı göstəriş fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının məbləği ilə bağlı şərtin ödənildiyi halda da iddiaçını (pensiya kapitalı məbləğinin tamamlandığı vaxtda) güzəştli şərtlərlə əmək pensiyası almaq hüququndan məhrum edir.

18. İddiaçının kassasiya şikayətinin dəlilinə görə, apellyasiya instansiyası məhkəməsi “tələb olunan” 39600 manat pensiya kapitalı məbləğindən də artıq pensiya kapitalının toplandığını nəzərə almamışdır. Bu dəlilin təsdiqi halında, iddiaçı hazırkı icraatda, ən azından güzəştli stajla bağlı şərtin onun tərəfindən (inzibati orqana müraciət edənədək) ödənildiyini və digər şərtin ödənildiyi - pensiya kapitalı məbləğinin tamamlandığı vaxtdan ona güzə ştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını iddia edə bilər.

19. Yuxarıda da qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi işəgötürən tərəfindən təqdim olunmuş və iddiaçının gördüyü işlə bağlı məlumatları əks etdirən arayışlara hər hansı münasibət bildirmədən iddiaçının işlədiyi fəhlə peşələrinin (yol fəhləsi, yol montyoru) Azərbaycan Respublikasının Nazirlər Kabineti 2007-ci il 23 yanvar tarixli, 23 saylı Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda müəyyən edilmədiyi nəticəsinə gəlmiş, lakin bu qənaətini qərarında əsaslandırmamışdır. ç) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

20. Bakı Apellyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının 2-1(103)-1748/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, C.V.Hüseyn və M.N.Tağızadə) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1354/2021 nömrəli, 02 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçıya 60 yaşının tamam olduğu 11 may 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

21. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası "xxxx" QSC-nin 40N-10/3-1029 saylı 05 oktyabr 2020-ci il tarixli məktubunda Bakı Metropoliteninin Yol xidmətinin işçisi İddiaçı Çümşüd oğluna zərərli əmək şəraitində işləməsi ilə bağlı xx.xx.2020-ci il tarixli A/128 saylı arayış verildiyi, hə min arayışın doğruluğunu təsdiq edərək, İddiaçı xüsusilə zərərli əmək şəraitində işlədiyi peşə üzrə iş stajının 13 il 11 ay 02 gün (on üç il on bir ay iki gün) (xx.xx.2020-ci il tarixinə) təşkil etdiyi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.5-ci - metropolitenlər maddəsi ilə tənzimləndiyi qeyd edilmişdir. Qeyd: yol montyoru-yol fəhləsi hesab edilir və yol fəhləsinin tuneldə hər gecə ağır, xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına müvafiq qaydada ödənc hesablanır.

22. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulduğundan cavabdeh inzibati orqanın bu əsasla imtinası əsassız hesab edilməlidir.

23. Kassasiya instansiya məhkəməsinin göstərişlərinə əsasən inzibati orqandan dəfələrlə iddiaçı barəsində tələb olunan pensiya kapitalı və mövcud olan pensiya kapitalı barədə məhkəmə sorğusu əsasında məlumat tələb edilsə də, hər dəfə müxtəlif cavablar təqdim edilmişdir.

24. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılmış hallarından bəlli olur ki, iddiaçının pensiya kapitalı barədə inzibati orqan tərəfindən müxtəlif vaxtlarda müxtəlif cavablar verilmişdir. Həmçinin, sonuncu məhkəmə iclasında cavabdeh inzibati orqanın səlahiyyətli n ümayəndəsi iddiaçının pensiya kapitalı barədə artıq mübahisəli məqamın mövcud olmadığını təkrar müraciəti əsasında ərizəsinin araşdırılacağı barədə fikirlər səsləndirmişdir. Bununla yanaşı cavabdeh inzibati orqanın səlahiyyətli nümayəndəsi iddiaçı barəsində artıq mübahisələndirilən dövrlərin də güzəştli iş stajı kimi nəzərə alındığını bu əsasla pensiya kapitalının da kifayət etdiyini qeyd etmişdir.

25. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası araşdırma nəticəsində belə qənaətə gəlmişdir ki, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq həm ümumi 25 illik staja, həm də güzəştli şərtlərə pensiya təyin edilməsi üçün lazım olan 12 il 06 aylıq staja, həmçinin kifayət qədər pensiya kapitalına (21 fevral 2022-ci il tarixli **********4 nömrəli məktuba əsasən 46466,73 manat) malikdi r.

26. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

27. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 3 may 1983-cü il tarixli, l/İT-l ******* nömrəli əmək kitabçasında qeyd olunan X1 xidmətində xx.xx.2006- xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzindən işlədiyi yol fəhləsi peşəsi və xx.xx.2014-cü il tarixdən bu günədək işlədiyi yol montyoru peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat b ölməsinin (21) metropolitenlər bəndində (21.5) nəzərdə tutulmadığı müəyyən olunmuşdur.

28. Eyni zamanda cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı məktubda da qeyd olunduğu kimi, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39600,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 35802,57 manat təşkil edir.

29. Belə ki, iddiaçının 2006-cı ildən olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 13.078, 96 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 25.831,02 manat olmaqla cəmi pensiya kapitalı 38.909,98 manat təşkil edir. 30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalış mışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

31. Həmin Qanunun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımınd an mümkün hesab edilmir

32. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanun qüvvəyə mindiyi zaman iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olmadığından iddiaçı barəsində hazırda qüvvədə olan qanunun normaları tətbiq olunmalıdır. 33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər ediməsi barədə” 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddəsində “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz e dilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir.

34. Göründüyü kimi iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən yaş həddinə çatdığı zaman pensiyanın təyin olunması üçün o, azı 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmalı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 36. “Əm ək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pe nsiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır....

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”

38. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılar ının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

40. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

42. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

43. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin məzmununu təkrarlamaqla onlarla eynilik təşkil edir. Ape llyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

44. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

45. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

46. Cavabdehin kassasiya şikayətinin əsas dəlillərini iddiaçının tələb olunan güzəştli iş stajına malik olmaması və onun fərdi hesabın ın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi təşkil edir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci “Nəqliyyat” bölməsinin 21.5-ci “Metropolitenlər” yarımbölməsində “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr” nəzərdə tutulmuşdur.

48. Azərbaycan Respublikası "xxxx" QSC-nin 40N-10/3-1029 saylı 05 oktyabr 2020-ci il tarixli məktubunda Bakı Metropoliteninin Yol xidmətinin işçisi İddiaçı Çümşüd oğluna zərərli əmək şəraitind ə işləməsi ilə bağlı 15 may 2020-ci il tarixli A/128 saylı arayış verildiyi, həmin arayışın doğruluğunu təsdiq edərək İddiaçı xüsusilə zərərli əmək şəraitində işlədiyi peşə üzrə iş stajının 13 il 11 ay 02 gün (xx.xx.2020-ci il tarixinə) təşkil etdiyi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.5-ci - metropolitenlər maddəsi ilə tənzimləndiyi qeyd edilmişdir (Qeyd: yol montyoru-yol fəhləsi hesab edilir və yol fəhləsinin tuneldə hər gecə ağır, xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına müvafiq qaydada ödənc hesablanır).

49. Göründüyü kimi, iddiaçının tələb olunan güzəştli iş stajına m alik olduğu iş üzrə öz təsdiqini tapmışdır.

50. Cavabdehin digər dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci kassasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi göstərişlərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən inzibati orqana dəfələrlə iddiaçı barəsində tələb olunan və mövcud olan pensiya kapitalı barədə məlumatlar tələb edilmiş və bununla bağlı cavabdeh hər dəfə müxtəlif cavablar təqdim etmişdir.

51. Təqdim olunmuş cavab məktublarında, eləcə də apellyasiya baxışı zamanı cavabdeh orqanın səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş izahatlarda, yekun olaraq iddiaçının tələb olunan pensiya kapitalına malik olduğu da müəyyən edilmişdir.

52. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pens iyasının təyin olunması üçün iddiaçının qanunvericiliyin tələblərinə uyğun olaraq həm ümumi staja, həm güzəştli staja, həmçinin tələb olunan (39600 manat müqabilində) pensiya kapitalına (21 fevral 2022-ci il tarixli **********4 nömrəli məktuba əsasən 46466,73 manat) malik olması iş üzrə öz təsdiqini tapmışdır.

53. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1748/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar