Məhkəmə qərarları › İş №2-1(102)-2146/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2146/2020

24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2146/2020 24.11.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeydiyyat hərəkətlərinin məhdudiyyətinin götürülməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə (üçüncü şəxslər: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat İdarəsi, Azərbaycan Respubl ikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi) qarşı “qeydiyyat hərəkətlərinin məhdudiyyətinin götürülməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-750/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)4021/2014 nömrəli qərarına əsasən ban nömrəsi *** olan, 2000-ci il buraxılışlı, “MercedesBenz E-240” markalı avtomobilin İddiaçı adına müvafiq gömrük rəsmiləşdirilməsinin aparılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

2. Həm in nəqliyyat vasitəsi Lənkəran rayon 1 saylı notariat ofisində xx.xx.2014-cü ildə mülkiyyətçi İddiaçı tərəfindən X1 idarəetmə barədə 09 il 01 ay 05 gün müddətinə etibarnamə verilmişdir.

3. Cavabdeh tərəfindən həmin nəqliyyat vasitəsi üzərinə xx.xx.2016-cı il tarixində məhdudiyyət qoyulmuşdur.

4. Sözügedən məhdudiyyətin götürülməsi məqsədilə iddiaçı cavabdeh orqana qeydiyyat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə müraciət etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli məktubla bildirmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sözügedən qərarı nəqliyyat vasitəsinə İddiaçının mülkiyyət hüququnu tanımış, lakin sonrakı alqı-satqısına dair heç bir göstəriş verilməmişdir. Bununla əlaqədar avtomobilin respublika ərazisində alqı-satqısı və xaricə çıxarılması ilə bağlı məhdudiyyət qoyulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin üzərinə ona məxsus olan ban nömrəsi *** olan, 2000-ci il buraxılışlı, “Mercedes-Benz E-240” avtomobilin alqı-satqı edilməsi, xaricə çıxarılması və üzərində olan hər bir qeydiyyat hərəkətlərinin məhdudiyyətinin götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsini belə əsaslandırmışdır ki, “Mercedes-Benz E-240” markalı nəqliyyat vasitəsi iddiaçının mülkiyyətində olsa da, cavabdehin həmin nəqliyyat vasitəsi üzərinə məhdudiyyət qoyması ilə əlaqədar iddiaçı ondan istifadə edə və ona dair sərəncam verə bilmir. Bu hal isə iddiaçının mülkiyyət hüquqularının pozulması na səbəb olur. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3921/2019 saylı, xx.xx.2019cu il tarixli qərarı ilə (hakim – Ş.Ə.Süleymanova) iddianın rədd edilməsi qərara alınmışdır.

8. Məhkəmə hesab etmişdir ki, İddiaçı avtonəqliyyat vasitəsi Rusiya Federasiyasında oğurlanan avtomobil olduğu və həmin oğurluq faktında iddiaçının təqsiri müəyyən edilməsə də, avtomobil oğurluq (özgənin əmlakını gizli olaraq talama) cinayətinin predmetini təşkil etdiyi üçün cavabdehin imtinası qanunazidd olmamş və iddiaçının hüquqlarını pozmamışdır.

9. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-750/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – A.B.Nuriyeva, hakimlər – V.M.Ağayev və A.Ə.Hüseyn) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3921/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

11. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək düzgün nəticəyə gəlmişdir, qərarın ləğv edilməsi üçün əsas yoxdur, ona görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

12. Məhkəmə qərarını iddiaçı xx.xx.2020-ci il tarixində almışdır.

13. Məhkəmə qərarı ndan iddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-750/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi hüquq normalarının tələblərini pozaraq işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir.

15. Məhkəmənin qərarı əsaslandırılmamış, məhkəmə öz mövqeyi üçün əsas olmuş səbəbləri göstərməmiş, apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmiş, bununla da İPM-in 68.1, 68.2, 69.4, 87.8-ci maddələrinin tələblərini pozmuşdur.

16. Bundan başqa, avtomaşının gömrük rəsmiləşdirilməsinə icazə verilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı olsa da, iddiaçının ona dair sərəncam vermək hüququ cavabdeh tərəfindən məhdudlaşdırılmış, bununla da iddiaçının mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulmuşdur. Məhkəmə isə qərar qəbul edərkən bu halı nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı nə cavabdeh, nə də üçüncü şəxslər etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə və iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edi lməsini xahiş etmişdir.

19. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 20. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

21. Həmin Qanunun 11.2-ci maddəsinə görə inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

22. Həmin Qanunun 14.1-ci maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur.

23. Həmin Qanunun 14.2-ci maddəsinə görə diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır.

24. Həmin Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

25. İnzibati Prosessual Məcəllənin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqı nda) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

26. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiy ası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İddiaçı kassasiya şikayətinin dəlillərində məhkəmənin tam, hərtərəfli və obyektiv araşdırma aparmadığını, qərarını əsaslandırmadığını, apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmədiyini qeyd etsə də, məhkəmə kollegiyası iddia çının bu dəlillərini əsassız hesab edir.

31. Belə ki, işin müəyyən edilən hallarından görünür ki, mübahisəli avtomobil Rusiya Federasiyasında oğurlanan avtomobildir və həmin avtomobil oğurluq cinayətinin predmetini təşkil edir.

32. Qərarın 20-21-ci bəndlərində göstərilən prosessual və maddi hüquq normalarının tələbləri baxımından cavabdeh orqan öz diskresion səlahiyyətləri çərçivəsində hərəkət etmiş və qanunvericiliyin hər hansı bir tələbini pozmamışdır.

33. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

34. Bundan başqa, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyy ət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.

35. Beləliklə, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

36. Qeyd olunanlara və İPM-in 96.8-ci ma ddəsinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-750/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar