Məhkəmə qərarları › İş №2-1(102)-2146/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2146/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2146/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filia lına qarşı “istifadə edilməmiş sığorta kapitalının olmasını nəzərə alaraq əmək pensiyasının sığortaolunanın fərdi uçot məlumatları bazasında xx.xx.2017-ci ildən hazırkı vaxta qədər toplanan sığorta kapitalı (istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla və ümumi kapitalın 90 faizi götürülməklə 23904.35 manat) əsasında pensiyanın yenidən hesablanması və təyin edilmiş pensiyaya əlavələrin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2024-cü il tarixli, 2-1(105)-348/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı xx.xx.1953-cü ildə anadan olmuşdur.

2. İddiaçıya xx.xx.1999-cu il tarix də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. İddiaçı 2006-2015-ci illərdə işləyən əmək pensiyaçısı olmaqla, xx.xx.2015-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmişdir.

4. İddiaçı xx.xx.2015-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, toplanmış pensiya kapitalı nəzərə alınmaqla, əmək pensiyası məbləğinin yenidən hesablanmasını xahiş etmiş, cavabdeh inzibati orqan tərəfindən həmin pensiya kapitalı istifadə olunaraq, onun əsasında həmin dövrdə qüvvədə olan qanunvericilik normasının tələbinə əsasən 50 faiz məbləği əsas götürülməklə, iddiaçıya təyin edilmiş əmək pensiya məbləği yenidən hesablanmışdır.

5. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2021-ci il tarixdə müraciət edərək, təqdim etdiyi sənədlər əsasında 17129,29 manat pensiya kapitalının 72-yə bölünməklə əmək pensiyasının üzərinə əlavə edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı 17 iyul 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, eyni məzmunlu müraciəti tərəflərindən xx.xx.2020, xx.xx.2021 və xx.xx.2021-ci tarixli məktublarla cavablandırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda müraciət baxılmamış saxlanılır. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə, iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının sığortaolunanın fərdi uçot məlumatları bazasında hazırkı vaxta toplanan sığorta kapitalı (istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla və ümumi kapitalın 90 faizi götürülməklə) əsasın da pensiyasının yenidən hesablanaraq iddiaçıya təyin edilmiş pensiyaya əlavələrin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1953-cü ildə Qazax rayonunun Gəncə kəndində anadan olmuşdur. Ona əmək stajı və xidmətləri nəzərə alınmaqla 11 avqust 1999-cu ildə əlilliyə görə əmək pensiyası təyin edilmişdir, sonradan isə o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmışdır. O, pensiya aldığı dövrdə peşəkar işçi kimi AZİNKO deyilən idarəyə dəvət olunmuş və xx.xx.2006-cı ildən xx.xx.2015-ci ilədək (9 il) həmin şirkətdə çalışmış və öz xahişi ilə işdən çıxmışdır. İşlədiyi 9 il ərzində də onun aylıq əmək haqqının 25 faizi həcmində sosial sığorta haqqı tutulmuş və nəticədə həmin illər üzrə DSMF tərəfindən ona verilən “sığortaolunanın fərdi uçot məlumatları”nda sosial sığorta stajı və pensiya kapitalı barədə arayışda o, pensiyaya çıxdıqdan sonrakı sığorta stajı (9 il) sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sığorta haqqının 90 faizi və xx.xx.2017-ci il tarixədək hesablanan istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 17129 manat 29 qəpik təşkil etmişdir. O, bu arayışı almaqla cavabdeh təşkilata təqdim etmiş, lakin təyin edilmiş pensiyanın bu göstəricilərə uyğun olaraq yenidən hesablanması aparılmamışdır. Hesab edir ki cavabdeh tərəfindən göstərilmiş hərəkətsizlik onun sosial təminat hüquqlarının pozulmasına əsas olmuşdur və cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə, ona təyin edilmiş yaşa görə əmək pensiyas ının sığortaolunanın fərdi uçot məlumatları bazasında hazırkı vaxta toplanan sığorta kapitalı (istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla və ümumi kapitalın 90 faizi götürülməklə) əsasında pensiyasının yenidən hesablanaraq ona təyin edilmiş pensiyaya əlavələrin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması və istifadə edilməmiş sığorta kapitalının olmasını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında əmək pensiyasının sığortaolunanın fərdi uçot məlumatları bazasında xx.xx.2017ci ildən hazırkı vaxta qədər toplanan sığorta kapitalı (istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla və ümumi k apitalın 90 faizi götürülməklə 23904.35 manat) əsasında pensiyanın yenidən hesablanaraq, təyin edilmiş pensiyaya əlavələrin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

9. Cavabdeh iddiaya qarşı təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2021-ci il tarixdə müraciət edərək, təqdim etdiyi sənədlər əsasında 17129,29 manat pensiya kapitalının 72-yə bölünməklə əmək pensiyasının üzərinə əlavə edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli **********7 nömrəli cavab məktubu ilə müraciətin müsbət həlli mümkün olmamışdır. Belə ki, xx.xx.1953-cü il təvəllüdlü İddiaçı qanunvericiliyin tələblərinə əsasən xx.xx.1999-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda 27.1-ci maddəyə yeni məzmunda üçüncü cümlə xx.xx.2017-ci il tarixdə əlavə edilmiş, həmin dövrədək 377 nömrəli Fərmana əsasən 50%-ə hesablanmışdır. İddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra xx.xx.2015-ci il tarixdə Fondun Sumqayıt şəhər şöbəsinə ərizə ilə müraciət etmiş, əmək pensiyası yenidən hesablanmışdır. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizlə hesablanması nəzərdə tutulurdu. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu n 27.1-ci maddəsinə əsasən, pensiya kapitalı 80% artırılmaqla yenidən hesablanması 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalına aid edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən aparılmış araşdırmalar zamanı yenidən hesablamanın düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 8140,32 manat sığorta kapitalı 72 aya bölünməklə (8140,32/72=113,06 manat) əmək pensiyasının (162,99 manat) üzərinə əlavə edilərək (162,99+113,06=276,05 manat (indeksləşdirilərək xx.xx.2020-ci il tarixinədək 400,88 manat)) ödənilməli olduğu halda, səhvən 8417,25 manat müəyyən edilmiş sığorta kapitalı 75 aya bölünərək (8417,25/75 =112,23 manat) əmək pensiyasının üzərinə əlavə edilməklə (162,99+112,23=275,22 manat (indeksləşdirilərək xx.xx.2020-ci il tarixinədək 399,64 manat)) ödənilmişdir. Qeyd olunanlara əsasən ümumilikdə 165,56 manat əksik pul vəsaitinin ödənildiyi Mərkəzi Filial tərəfindən müəyyən edilmiş, həmin əksik ödənilmiş 165,56 manat pul vəsaiti xx.xx.2021-ci il tarixdə əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür.

10. Sumqayıt İnzibati Məhkəməsinin (hakim L.E.Mirzəyeva) xx.xx.2023-cü il tarixli, 21(118)-413/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (ə mək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya ka pitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. Bu cümlə əvvəllər “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsində olmamış, xx.xx.2017-ci ildən qüvvəyə minməklə sonradan əlavə edilmişdir. Qanunun tələbinə görə bu norma sığortaolunanlara və işləyən əmək pensiyaçılarına şamil oluna bilər. Yəni mümkündür ki, 01.01. 2006-cı ildən xx.xx.2017-ci ilə qədər (təbii ki, həm də 01 iyul 2017-ci ildən sonra) olan dövr ərzində şəxsin pensiya hüququ yaranmış olsun, lakin şəxsə ya pensiya təyin edilməsin, ya da pensiya təyin edilsin, lakin şəxs həm də işləməyə davam etsin. Bu iki vəziyyətdə olan vətəndaşlara pensiya təyin edilən zaman 27.1-ci maddənin üçüncü cümləsi tətbiq oluna bilər. Çünki bu kateqoriyaya aid şəxslər işlərini davam etdirmiş şəxslər olurlar və onların əmək haqlarından məcburi dövlət sosial sığorta yığımı davam edir, onların fərdi hesabında toplanır və istifadə olunmur. Bu halda x xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilədək olan dövr ərzində hər iki kateqoriyaya aid şəxslərin fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış, bu müddətdə pensiya təyin edilən və işləməyə davam edən şəxslərin isə pensiya təyin olunduqdan sonra xx.xx.2017ci ilə qədər işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı 80 faiz artırılmaqla xx.xx.2017-ci il tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınacaqdır. İddiaçıya pensiya təyin edilənədək yığdığı pensiya kapitalı nəzərə alınmaqla pensiya təyin edilmiş, bu zaman istifadə etmədiyi pensiya kapitalı mövcud ol mamışdır. 12. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin üçüncü cümləsi pensiya təyin edilənə qədər toplanmış və pensiya təyin edilən zaman istifadə edilmiş pensiya kapitalının fərdi hesabın sığorta hissəsində 80 faiz artırılmasını nəzərdə tutmamışdır. İddiaçının pensiya təyin edilənə qədər topladığı pensiya kapitalından istifadə edilərək ona pensiya təyin edilmiş, bu zaman fərdi hesabının sığorta hissəsində istifadə edilməmiş pensiya kapitalı mövcud olmamışdır. Odur ki, iddiaçının müraciətini təmin etməməklə cavabdeh inzibati orqan haqlı olmuşdur. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman g östərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçının müraciətindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı müraciətinin əsaslılığını sübut edə bilməmişdir.

13. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-413/2023 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasi ya instansiyası məhkəməsindəki icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2024-cü il tarixli, 2-1(105)-348/2024 nömrəli qərarı ilə (sədrlik edən: G.İ.Cabbarova, hakimlər: H.Ç.Babayeva və Z.İ.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2024-cü il tarixli, 2-1(105)-348/2024 nömrəli qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin də lilləri

17. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayətinə etiraz iddiaya ərizəsinə qarşı verilmiş etiraza uyğun əsaslandırılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1.əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; Maddə 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Maddə 1.0.12. əmək pensiyasının sığorta hissəsi - əmək pensiyalarının ikinci pilləsi olmaqla, fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; Maddə 1.0.13. əmək pensiyasının yığım hissəsi - əmək pensiyalarının üçüncü pilləsi olmaqla, fərdi şəxsi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; Maddə 1.0.14. gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir; Maddə 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; Maddə 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fə rdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: Maddə 37. 3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçıya yaşa görə əmək pensiyasının təyin edildiyi xx.xx.2009-cu il tarixdə qüvvədə olan redaksiyada) Maddə

27. Qanunun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması. 27.1. Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqd an sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə

17. Yaşa görə pensiyaların məbləği Yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13- cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir.... Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır.... Maddə

71. Pensiyaların əmək haqqına görə hesablanması Pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanun da müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmu ş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş ü zrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində xx.xx.1999-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, 2006-2015-ci illərdə işləyən əmək pensiyaçısı olmaqla, xx.xx.2015-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmişdir. İddiaçı xx.xx.2015-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, toplanmış pensiya kapitalı nəzərə alınmaqla, əmək pensiyası məbləğinin yenidən hesablanmasını xahiş etmiş, cavabdeh inzibati orqan tərəfindən həmin pensiya kapitalı istifadə olunaraq, onun əsasında həmin dövrdə qüvvədə olan qanunvericilik normasının tələbinə əsasən 50 faiz məbləği əsas götürülməklə, iddiaçıya təyin edilmiş əmək pensiya məbləği yenidən hesablanmışdır.

29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı xx.xx.2017-ci ildən hazırki vaxta qədər toplanan sı ğorta kapitalı (istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla və ümumi kapitalın 90 faizi götürülməklə 23904.35 manat) əsasında pensiyanın yenidən hesablanmasına nail olmaqdan ibarətdir.

30. Cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin etməkdən imtina etmiş və imtinanın əsası olaraq bildirmişdir, iddiaçıya xx.xx.1999-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, iddiaçı xx.xx.2015-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra əmək pensiyası məbləğinin yenidən hesablanması ilə bağlı müraciət etmiş, toplanmış pensiya kapitalı əsasında əmək pensiya məbləği yenidən hesablanmış, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən məcburi dövlət sosial sığorta haqqının 50 faizi əsas götürülməklə, hesablandığı ndan, o qaydada hesablanmış, 80 faiz artırılmaqla, hesablanma qaydası məhz 2017-ci ilin 1 iyul tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınan və istifadə olunmamış pensiya kapitalına aid edilir, bu əsasla iddiaçının ümumi kapitalının 90 faiz əsas götürülməklə, yenidən hesablanması qanunvericiliyin tələbinə ziddir. 31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 377 nömrəli Fərmanının 2.9-cu bəndinə əsasən məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda 27.1-ci maddəyə yeni məzmunda üçüncü cümlə xx.xx.2017-ci il tarixdə əlavə edilmiş, həmin dövrədək 377 nömrəli Fərmana əsasən 50%-ə hesablanmışdır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2015-ci il tarixdə iddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra əmək pensiyası yenidən hesablanmışdır. İddiaçının istinad etdiyi hal xx.xx.2017-ci il tarixli dəyişikliyə əsasən qanunda nəzərdə tutulmuşdur. Hansı ki, iddiaçıya pensiyanın yenidən hesablanması zamanı qeyd edilən norma qüvvədə olmamışdır. Belə ki, Qanunda edilmiş sözügedən dəyişikliyə qədər məcburi dövlət sosial sığorta haqlarının 50%-i fərdi hesabın sığorta hissəsində qeydə alınmaqla pensiya kapitalının hesablanması aparılırdı. 33. xx.xx.2017-ci il tarixdən edilmiş dəyişikliyə əsasən isə pensiyanın hesablanması üçün fərdi hesabın sığorta hissəsində ödənilmiş məcburi dövlət sos ial sığorta haqlarının 90%-i nəzərə alınmaqla qeydə alınmış pensiya kapitalından pensiya məbləği hesablanır. 34. 1 iyul 2017-ci il tarixdən qüvvədə olan qanunvericilik normasının iddiaçıya münasibətdə tətbiqinə gəldikdə isə iddiaçının həmin tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış və istifadə olunmamış pensiya kapitalı mövcud olmamışdır.

35. Göründüyü kimi, qanunvericilik normalarının tətbiqi baxımından iddiaçıya təyin edilmiş pensiya məbləği cavabdeh inzibati orqan tərəfindən düzgün hesablanmışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddianın rədd edilməli olması ilə bağlı aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə düzgün olmuşdur.

36. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2024-cü il tarixli, 2-1(105)-348/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar