Məhkəmə qərarları › İş №2-1(102)-2147/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2147/2019

10.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2147/2019 10.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X1 və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 3 aprel tarixli 2-1(103)-553/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri his sə: İşin halları: İddiaçıya 2013-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 30 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulmadığından ərizənin icrası mümkün deyildir. İddiaçı 2018-ci il 30 noyabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1964-ci il 17 iyul tarixdən 2006-ci il 1 yanvar tarixədək ümumi stajı 40 il 2 ay, 1974-cü il 6 avqust tarixdən 1987-ci il 4 mart tarixədək xüsus i stajı 12 il 6 ay 28 gün olmaqla ona 2006-cı il 1 yanvar tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması və hesablama aparılarkən 2004-2005-ci illərin orta aylıq əmək haqqı nəzərə alınmaqla hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1974-cü il 6 avqust tarixdən 1987-ci il 4 mart tarixədək neft-qaz sahəsində zərərli sayılan müxtəlif vəzifələrdə işləmişdir. Belə ki, 1974-cü il 6 avqust tarixdə X4 İdarəsinə 5-ci dərəcəli qazmaçı vəzifəsinə qəbul olunmuşdur. Bundan sonra, Qazma sahəsində böyük mühəndis, rəis müavini, texnoloq vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifə ona güzəştli pensiya hüququ verir. Zərərli sahədə xüsusi stajı 12 il 6 ay 2 8 gün təşkil edir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, 2 nömrəli siyahı üzrə kişilər 55 yaşına çatdıqda və 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. İddiaçı qanunun bu tələbini əsas tutaraq hesab edir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 7 yanvar tarixli 2-1(82)-691/19 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaç ının 1964-ci il 17 iyul tarixdən 2006-ci il 1 yanvar tarixədək ümumi stajı 40 il 2 ay, 1974-cü il 6 avqust tarixdən 1987-ci il 4 mart tarixədək xüsusi stajı 12 il 6 ay 28 gün olmaqla ona 2006-cı il 1 yanvar tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması və hesablama aparılarkən 2004-2005-ci illərin orta aylıq əmək haqqı nəzərə alınmaqla hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ 2006-cı il 1 yanvar tarixdə yarandığından, cavabdehin imtinası əsassızdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 3 aprel tarixli 2-1(103)-553/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş şərtlər ona münasibətdə ödənilmir. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 23 aprel tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 10 may tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və yeni qərar qəbul olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, Dövlət Neft Şirkəti tərəfindən məhkəməyə ünvanlanmış məktubda iddiaçının işlədiyi vəzifələr tam və dəqiq göstərilməmiş, həmçinin guya işlədiyi vəzifələr üzrə tə ləb olunan güzəştli iş stajı yoxdur. Bu, tamamilə əsassızdır. Çünki işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarında aydın şəkildə göstərilmişdir. İddiaçının X4 İdarəsində 1974-cü il 6 avqust tarixdən 1987-ci il 4 mart tarixədək qazma sahəsindəki işlədiyi vəzifələr aşağıdakılar olmuşdur: 1974-cü il 6 avqust tarixdən 1975-ci il 7 fevral tarixədək qazmaçı vəzifəsi (2130100a-l 1297) 1975-ci il 7 fevral tarixdən 1975-ci il 1 dekabr tarixədəkböyük mühəndis vəzifəsi (2130100b- 22247) 1975-ci il 20 dekabr tarixdən 1976-cı il 1 oktyabr tarixədəkmühəndis vəzifəsi (2130100b-22247) 1976-cı il 1 oktyabr tarixdən 1977-ci il 5 iyul tarixədək rəis müavini vəzifəsi (2130100b- 24094) 1977-ci il 5 iyul tarixdən 1978-ci il 19 iyun tarixədək mühəndis vəzifəsi (2130100b22247) 1978-ci il 19 iyun tarixdən 1981-ci il 2 aprel tarixədək böyük mühəndis vəzifəsi (2130100b-22247 1981-ci il 27 aprel tarixdən 1984-cü il 20 dekabr tarixədək rəis müavini vəzifəsi (2130100b- 24094) 1984-cü il 20 dekabr tarixdən 1987-ci il 4 mart tarixədəkböyük mühəndis vəzifəsi (2130100b- 22247). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə “Yeraltı işlərdə, əmək xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verənistehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 21300000nömrəli, Xİİ Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin2130100a- 11297 saylı kodu ilə neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları,2130100b-22247 saylı kodu ilə bilavasitə buruqlarda məşğulolan qazma üzrə mühəndislər(qazma işləri üzrə), 2130100b24094 saylı kodu ilə buruq qurğularının rəisləri və onların müavinləri. Göründüyü kimi, iddiaçının qazma sahəsindəki işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə “Yeraltı işlərdə, əmək xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verənistehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda öz təsdiqini tapır. Lakin apellyasiya instansiyası məhkəməsi işin hallarına düzgün qiymət verməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci m addəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə t əyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə gö rə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Beləliklə, iddiaçının tələbinin iddia olunan məzmunda təmin edilməsi və ona 2006-cı il 1 yanvar tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun həmin tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, ümumi stajla bağlı şərti ödəmişdir və həmin şərt mübahisələndirilmir. İddiaçının 12 il 6 ay xüsusi iş stajına gəldikdə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin şərt iddiaçı tə rəfindən ödənilməmişdir. Məhkəmə bu qənaətin əsası kimi qeyd etmişdir ki, iddiaçının istinad etdiyi vəzifələrdən yalnız bilavasitə qazma sahəsində işlədiyi vəzifələr həmin kodlar üzrə zərərli iş hesab oluna bilərdi. Bununla əlaqədar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası Dövlət Neft Şirkətinə iddiaçının həmin dövrlər üzrə əmək şəraitinin xüsusilə zərərli və ağır olan işlər hesab edilib– edilməməsi barədə aydınlaşdırıcı arayışın verilməsi ilə bağlı göndərdiyi sorğuya cavab olaraq Şirkətin təqdim etdiyi 2019-cu il 12 mart tarixli məktubunda bildirilmişdir ki, iddiaçının 1974-cü il 06 avqustdan 1975-ci il 07 fevrala kimi - qazmaçı (06 ay 01 gün – güzəştli staj), 1975-ci il 20 dekabrdan 1977-ci il 05 iyula kimi qazma üzrə mühəndis və RİTS-nin rəis müavini (01 il 06 ay 15 gün) vəzifələri ndə işlədiyi müddət, yəni 02 il 16 gün güzəştli iş stajına daxil edilir. Beləliklə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı siyahısı”nda göstərilən vəzifələr üzrə 12 il 06 ay müddətində işləməmişdir. Məhkəmə kollegiyası iddiaçının xüsusi stajı ilə bağlı hissədə apellyasiya instansiyası məhkəməsinin əsaslandırmasını işin hallarının araşdırılması prinsipinin, habelə İPM-in 58.7-ci maddəsinin tələbinə uyğun hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi istinad etdiyi arayışdakı məlumatları işin digər halları, o cümlədən, iddiaçının dəlilləri nəzərə alınmaqla yoxlamalı və onlara qiymət verməl i idi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda iddiaçının istinad etdiyi vəzifələrin (peşələrin) adları aşağıdakı kimi təsbit olunmuşdur: - neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları (2130100a11297); - bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) (2130100b-22247); - buruq qurğularının rəisləri və onların müavinləri (2130100b-24094). Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi arayışda iddiaçının “qazma üzrə mühəndis” (2130100b-22247) və “RİTS-nin rəis müavini” (2130100b-24094) peşə və vəzifələrinin güzəştli staja daxil edildiyi (bunun səbəbləri göstərilmədən) qeyd edilsə də, eyni idarədə (Texniki İstehsalat şöbəsində) onun “(böyük) mühə ndis” (07.02.197519.12.1975-ci və 19.06.1978-27.04.1981-ci illər), eyni Xidmətdə (RİTS-RMTX) “mühəndistexnoloq” (05.07.1977-19.06.1978-ci illər), eyni sahəyə aid digər təşkilatda - “Azneft” Birliyinin Qazma üzrə İstehsalat şöbəsində “rəis müavini” (27.04.1981-20.12.1984-cü illər) və həmin şöbədə “böyük mühəndis” (20.12.1984-04.03.1987-ci illər) vəzifələrinin hansı səbəbdən güzəştli staja daxil edilmədiyinin səbəbləri göstərilməmişdir. Apellyasiya instansiyası məhkəməsi də, öz növbəsində, iddiaçının da dəlilləri nəzərə alınmaqla, həmin məlumatlardakı ziddiyyətlərə - “mühəndis” və “rəis müavini” vəzifələrinin bir halda güzəştli iş kimi qəbul edildiyinə, digər hallarda isə qəbul edilmədiyinə hər hansı münasibət bildirməmiş, bunun səbəblərini qərarında əsaslandırmamışdir. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyi mövqeyə uyğun olaraq qeyd edir ki, əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edil məsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Belə ki, işin, vəzifənin və peşənin adının müəyyən və ya təyin edilməsi məhkəmənin səlahiyyətinə aid deyil. İPM-in 12.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmam ışdır. Beləliklə, İPM-in 12.1 və 58.7-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iş üzrə yeni qərarın qəbul edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 3 aprel tarixli 2-1(103)-553/2019 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza İ.K.Hüseynov X.S.Məmmədov Z.M.Quliyev Əsli ilə düzdür: Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar