Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2147/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə pensiya təyinatı, iddiaçının işlədiyi təmirçiçilingər peşəsinin Siyahıda olan sahə və peşə ilə üst-üstə düşməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Na zirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) qarşı “xx.xx.2018-ci il tarixdən etibarən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1246/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1966-cı ildə Kürdəmir rayonunda doğulmuşdur. O, xx.xx.1 984cü il tarixdən xx.xx.1986-cı il tarixə kimi Sovet Ordusu sıralarında xidmət keçmişdir.
2. İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə qədər təhsil almış, xx.xx.1984cü ildən xx.xx.1986-cı ilə qədər hərbi xidmətdə olmuş, xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilə qədər “Azərkimya” İB-nin keçmiş “X12” zavodunun mexaniki təmir sexində sulfanol istehsalatı üzrə təmirçi çilingər, xx.xx.1987-ci ildən xx.xx.1996-cı ilə qədər həmin zavodda bitkilərin kimyəvi mühafizə vasitələri istehsalatını alüminium-xlorid, herbisid və depressatorlar sexində təmirçi çilingər, xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilə qədər alüminium xlorid, herbisid və depressatorlar sexində karbohidrogen və karbohidrogen birləşməsi sexinin avadanlıqlarını təmir edən təmirçi çilingər, xx.xx.1997-ci ildən xx.xx.1999-cu ilə qədər Kürdə mir rayonu Şüşün kəndi "8 Mart" kooperativində qaynaqçı, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilə qədər Kürdəmir rayonu Şüşün kənd Bələdiyyəsində vergi müfəttişi işləmişdir. 3. "Azərkimya" İB "Etilen-Polietilen" Zavodunun 192, 193 və 194 №-li xx.xx.2019-cu il tarixli arayışlarına əsasən iddiaçının xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilə qədər, xx.xx.1987-ci ildən xx.xx.1996-cı ilə qədər və xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilə qədər işlədiyi vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahının Vİİİ Bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə uyğundur.
4. Cavabdehin iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi əsas gətirilməklə mümkün hesab edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı x xxxxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdən etibarən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13, 67-ci maddələrinə istinad edilmişdir.
6. Cavabdeh iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının mü raciətinə cavabdeh tərəfindən baxılmış və onun tərəfindən təqdim olunmuş sənədlərdən göründüyü kimi iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Odur ki, iddia rədd olunmalıdır.
7. Bakı İnzibati Məhkəməsinin (hakim X5, 2-1(112)-864/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya xx.xx.2018-ci il tarixdən etibarən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. İşin araşdırılan hallarından görünür ki, iddiaçının işlədiyi “təmirçi çilingər” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 1 №-li Siyahının Vİİİ Bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə uyğundur. İddiaçının xx.xx.2006-cı ilə qədər təhsil və hərbi xidmət dövrü də daxil ol maqla 21 il 7 ay 9 gün ümumi və 10 il 11 ay 23 gün güzəştli iş stajı mövcuddur. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.
9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X6-məruzəçi, X4 və X3, 2-1(103)-1246/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
11. Cavabdeh xx xxxxxxxx 2020-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
12. Məhkəmənin qərarı “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci və 9.8-ci maddələrinə ziddir. 13. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13 maddəsinin (a) bəndi ilə (müvafiq dəyişiklikdən sonra), kişilər üçün pensiya yaşı 52, ümumi staj 20 il, xüsusi staj 10 il müəyyən edilmişdir.
14. Cavabdehin imtinasının əsasını staj və yaşla bağlı şərtlərə əməl edilməməsi təşkil etməyib. Bu mənada “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun staj və yaşa görə tələblərinin tətbiq edilib-edilməməsi mübahisə predmetini təşkil etmir. 15. 1x xxxx 2017-ci il tarixli Qanunla (2017-ci ilin iyul ayında qüvvəyə minib) “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə" sözləri əlavə edilmişdir. 16. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi yalnız 2 sığorta hadisəsinə (yas və staja) görə əvvəlki qanunvericiliyin tətbiq edilə biləcəyini nəzərdə tutub. Yəni iddiaçıya pensiya təyin etmək üçün zəruri olan 3 sığorta hadisəsindən biri (zəruri sığorta kapitalının toplanması) reallaşmamışdır.
17. İddiaçıya pensiya təyi n edilməsi üçün zəruri olan hər 3 şərt reallaşmadığından onun tələbi əsaslı deyildir.
18. Məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 6.2. 6.3 və 45-ci maddələrinin tələblərini pozmuşdur. 19. “Əmək pensiyaları haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanının 2.11-ci bəndinə əsasən, gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) təşkil edir.
20. İddiaçının iddia etdiyi güzəştli şərtlərlə pensiya hüququ üzrə pensiya yaşı 52 yaşdır. Ümumi əsaslarla, yəni “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində kişilər üçün nəzərdə tutulmuş pensiya yaşı, iddiaçının 52 yaşının tamam olduğu xx xxx 2018-ci ildə, 63 il 6 ay olmuşdur. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə əsasən iddiaçıya aid fərdi hesabda toplanmış pensiya kapitalı 144 a ya deyil, 282 aya (144 ay + 138 ay) bölünməlidir. 138 ay iddiaçının pensiya çıxmaq hüququnun yarandığını iddia etdiyi 52 yaşla “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində həmin tarixdə nəzərdə tutulmuş pensiya yaşı 63 il 6 ay arasındakı fərqdir (63 il 6 ay - 52 il = 11 il 6 ay).
21. İddiaçı xx xxx 1966-cı i! təvəllüdlüdür, yəni “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə məlum dəyişikliyin edildiyi tarixədək güzəştli pensiya hüququ verən yaş həddinə çatmamışdır. Dolayısı ilə, iddiaçı pensiya hüququnu artıq həmin dəyişikliyə qədər əldə etdiyini də iddia edə bilməz. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında ka sasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsini xahiş etmişdir.
24. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. Tətbiq edilən hüquq 25. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 26. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakıl ar malikdir: a)yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... xx xxxx 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 27. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göst əricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsası nda müəyyən edilir.
28. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instans iyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olundu qda; 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
29. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmi şdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir.
32. Cavabdeh hesab edir ki, imtinanın əsasını staj və yaşla bağlı şərtlərə əməl edilməməsi təşkil etmir. Mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələbləri tətbiq edilməlidir, bu normaya görə ümumi və xüsusi stajla yanaşı, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya pensiya təyin edilməsi üçün həm də zəruri sığorta kapitalı mövcud olmalıdır və iddiaçıya münasibətdə bu yoxdur.
33. Şikayətin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya pensiya təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələblərinin mövcudluğu yoxlanılmalıdır. 9.8-ci maddənin tətbiqi 9.1-ci maddənin tətbiqini istisna edir. Odur ki, Qanunun 9.1-ci maddəsinin tətbiq hazırkı mübahisəyə tətbiq edilməli olmadığından cavabdehin şikayətinin dəlilləri, o cümlədən “Əmək pensiyaları haqqında” Qanunun 6.2, 6.3 və 45-ci maddələrinin tətbiq olunması barədə dəlilləri əsaslı sayıla bilməz.
34. İddiaçıya 52 yaşdan güzəştli şərt lərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər iddiaçının 20 ildən az olmayan ümumi iş stajının mövcud olması; 3) xx.xx.2006-cı ilə qədər iddiaçının azı 10 il güzəştli iş stajının mövcud olması.
35. İşdə olan sənədlərə əsasən iddiaçının x xxxxxx 2006-cı ilə qədər 20 ildən az olmayan ümumi stajı olmuşdur. 36. xx.xx.2006-cı ilə qədər iddiaçının azı 10 il güzəştli iş stajının mövcud olması ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 37. “Azərkimya” İB “Etilen-Polietilen” Zavodunun 192, 193 və 194 №-li xx.xx.2019-cu il tarixli arayışlarına əsasən iddiaçının xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilə qədər, xx.xx.1987-ci ildən xx.xx.1996-cı ilə qədər və xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilə qədər işlədiyi vəzifələr Azərbaycan Respubl ikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahının Vİİİ Bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə uyğundur.
38. Apelyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi “təmirçi çilingər” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilər”in 1 №-li Siyahının Vİİİ Bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə uyğundur. İddiaçının xx.xx.2006-cı ilə qədər 10 il 11 ay 23 gün güzəştli iş stajı mövcuddur.
39. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, apelyasiya instansiya məhkəməsində işə baxılarkən iddiaçının işlədiyi müəssisələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 saylı Siyahısında nəzərdə tutulan müəssisələrə uyğunluğu müəyyən olunsa da, peşələrin müvafiq Siyahıdakı peşələrə uyğun olması barədə araşdırma aparılmamışdır. İddiaçının işlədiyi peşə təmirçi-çilingər olmuş və 1 №-li Siyahının Vİİİ Bölməsinin 1-ci bəndində təmirçi-çilingər peşəsi qeyd edilməmişdir.
40. İddiaçının işlədiyi peşənin 1 №-li Siyahının Vİİİ Bölməsində olan sahəyə aid olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. 41. 1 saylı Siyahıda Kimya istehsalatı adlanan Vİİİ bölmədə qeyd edilmişdir ki, A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri:...
42. Siyahıda A. bölməsində ist ehsalatlar və işlər sadalanmışdır.
43. İddiaçının A. bölməsində sadalanan hansı istehsalatlarda və işlərdə məşğul olmasını apelyasiya məhkəməsi araşdırmamışdır.
44. Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır.
45. Odur ki, qərarın ləğv edilməsi barədə şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.
46. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tə ləblərinin təmin olunması üçün təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi hissəsində təmin oluna bilməz.
47. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1246/2020 saylı, xx xxxxxx 2020-ci tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.