Məhkəmə qərarları › İş №2-1(102)-2148/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2148/2019

16.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2148/2019 16.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Qobustan Həbsxanasına qarşı iş üzrə QƏRAR Açar sözlər: iddianın mümkünlüyü, subyektiv hüquq. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin nümayəndəsi X3 və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Qobustan Həbsxanasın a qarşı sənədlərin götürülməsinin qanunsuz hesab edilməsi və həmin sənədlərin geri qaytarılması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-1098/2019 saylı iş üzrə 25 aprel 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 16 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Qobustan Həsbxanasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 10.08.2018-ci ildə iddiaçının sənədlərini senzuradan keçirməsinin qanunsuz hesab edilməsi və təmsil etdiyi şəxsin yazmış olduğu izahatın geri qaytarılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddi açı tələbini onunla əsaslandırmışdır ki, vəkil kimi Qobustan Həsbxanasında cəza çəkən Abbas Hüseynovun hüquqlarını müdafiə edir. 10.08.2018-ci ildə onunla həbsxanada görüşmüş, Avropa Məhkəməsinə göndəriləcək şikayətlə bağlı onun izahatını almışdır. Həmin gün görüşdən çıxarkən həbsxana əməkdaşları tərəfindən üst-başı və yanındakı sənədlər qanunsuz olaraq yoxlanılmış, A.Hüseynov tərəfindən yazılmış izahat isə götürülərək geri qaytarılmamışdır. Əməkdaşlar izahatın götürülməsi ilə bağlı protokol, akt tərtib etməmişlər. Onun həbsxanadan çıxarkən yoxlanılması, sənədlərinin senzuradan keçirilməsi, həmin sənədlərin götürülməsi “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun tələblərinin kobud şəkildə pozulmasıdır. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında göstərmişdir ki, 10 avqust 2018-c i il tarixdə məhkum A.Hüseynovla vəkili İddiaçı görüşünə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq şərait yaradılmış, görüş başa çatdıqdan sonra istər məhkum, istərsə də vəkil tərəfindən həbsxana rəhbərliyinə görüşlə bağlı hər hansı şikayət daxil olmamışdır. Bundan başqa, həbsxana əməkdaşları tərəfindən məhkumun yazmış olduğu hər hansı ərizə və ya izahat da götürülməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-185/2019 saylı, 05 mart 2019-cu il tarixli qərardadı (hakim – M.Hacıbəyova) ilə iddia mümkün sayılmamışdır. Məhkəmə özünün qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı 10 avqust 2018-ci ildə onda olan sənədlərin cavabdeh tərəfindən senzuradan keçirilməsi və təmsil etdiyi şəxsin yazmış olduğu izahatın götürülməsi ilə bağlı iddia ərizəsində göstərdiklərinin baş verməsini təsdiq edən hallar barədə sübutları məhkəmə təqdim edə bilmədiyi üçün onun hazırkı iddiaya dair subyektiv hüququ yaranmır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1098/2019 saylı, 25 aprel 2019-cu il tarixli qərardadı (sədrlik edən və məruzəçi hakim – V.M.Məmmədov, hakimlər – S.S.Seyidova və İ.B.Əhmədov) iddiaçı tərəfindən verilmiş şikayəti təmin edilməyərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-185/2019 saylı iş üzrə 05 mart 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apellyasiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadını ləğv edib işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılm asını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya edilməmişdir. məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq Belə ki, iddiaçı cavabdeh orqana qarşı iddia qaldıraraq müdafiə hüququnun, təmsil etdiyi şəxslə yazışma sirrinin pozuntusundan şikayət etmişdir. Qobustan Həbsxanası təmsil etdiyi şəxsin yazmış olduğu ərizəni almaqla bu hüquqları pozub. İddianın əsaslarını sübut etmək üçün o, X2 Buraxılış Məntəqəsində mövcud olan müşahidə kameralarının lent yazılarının əldə edilməsini və təmsil etdiyi şəxsin, Qobustan Həbsxanasında saxlanılan məhkum Abbas Hüseynovun dindirilməsini xahiş etmişdir. Məhkəmə bu vəsatətləri əsas göstərmədən rədd edib. Halbuki, İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, əriz ə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu norma həmçinin Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında da göstərilib. Göründüyü kimi, birinci instansiya məhkəməsi təqdim edilən vəsatətləri təmin etməyib, sadəcə cavabdehin dediyi sözə inanıb və hesab edib ki, onun subyektiv hüququ pozulmayıb. Bakı Apellyasıya Məhkəməsi də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşıb. Hazırkı işdə iddiaçı hesab edir ki, onun hüququ cavabdeh orqan tərəfindən pozulub. Onun vəkil kimi malik olduğu hüquqlar, təmsil etdiyi şəxslə yazışma sirri qanunvericilik aktlarında göstərilib və onların qorunmasın ın vacibliyi vurğulanıb. Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarına görə, iddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır (5.3-cü bənd). İddia o halda mümkün sayılmaya bilər ki, onun belə bir tələblə məhkəməyə müraciət etməyi qanunvericilikdə nəzərdə tutulmasın və ya başqa şəxslərə məxsus olan hüquq pozuntusu ilə məhkəməyə müraciət etsin. İndiki halda o bildirir ki, onun vəkil kimi bir çox hüquqları var, bu hüquqlardan biri də sənədlərinin senzuradan keçirilməməsi, vəkil sirrinin qorunmasıdır. Hesab edir ki, cavabdeh orqan onun bu hüququnu pozub və bu pozuntunun aradan qaldırılması üçün məhkəməyə müraciət edir. Bu halda məhkəmənin yeganə vəzifəsi onu hüququnun pozulub-pozulmaması və pozulması barədə sübutların olub-olmamasını müəyyən etməkdir. Məhkəmələrin yanaşmasından görünür ki, onlar sübutetmə yükünün hamısını iddiaçının vəkilinin üzərinə qoyub. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarl ıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi v ə ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, İPM-in istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilm ək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Yuxarıda göstərilənləri nəzərə almaqla kollegiya qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Bununla bağlı olaraq məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 10 avqust 2018-ci il tarixdə onda olan sənədlərin cavabdeh tərəfindən senzuradan keçirilməsi və təmsil etdiyi şəxsin yazmış olduğu izahatın götürülməsi ilə bağlı iddia ərizəsində göstərdiklərinin baş verməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bu halda, iddia verilərkən pozuntunun mövcudluğuna işarə edən ilkin zəruri sübutlar təqdim olunmadığından məhkəmələr düzgün olaraq belə nəticəyə gəlmişlər ki, cavabdeh tərəfindən iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyi üçün iddia mümkün sayılmamalıdır. İddiaçı pozuntu faktının mövcudluğunu sübut edə bilmək üçün işə birinci instansiya məhkəməsində baxılarkən vəsatət verərək hadisənin həbsxananın nəzarət-buraxılış məntəqəsində baş verdiyini bildirməklə oradakı video görüntülərə baxış keçirilməsini və məhkum A.Hüseynovun şahid qismində dindirilməsini tələb edib. İş materiallarından müəyyən olunur ki, məhkəmə idd iaçının həmin vəsatətindən irəli gələn halları 19 oktyabr 2018-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi ilə müzakirə edib. Cavabdehin nümayəndəsi iddiaçının məhkumla 4 saata yaxın görüş otağında görüşdə olduğunu və həmin otaqda video görüntülərin olmadığını, eləcə də iddiaçının əl çantasına ümumi baxışın keçirildiyini, lakin sənədlərin götürülmədiyini, nəzarət-buraxılış məntəqəsindəki video görüntülərin isə ayda bir dəfə silinməklə yeniləndiyini bildirib. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən bildirilənləri nəzərə almaqla vəsatəti rədd etmişdir. Göründüyü kimi iddiaçının kassasiya şikayətində göstərdiyi onun tərəfindən verilmiş vəsatətin əsassız olaraq rədd edildiyinə dair bildirilənlər öz təsdiqini tapmır. Məhkəmə vəsatəti rədd etmədən əvvəl ondan irəli gələn halları müzakirə etmişdir. Nəzərə almaq lazımdır ki, nəzarət-buraxılış məntəqəsindəki 10 avqust 2018-ci il tarixə dair görüntülər silindiyi üçün onların əldə edilməsinə artıq lüzum qalmamışdır. Məhkum A.Hüseynovun şahid qismində dindirilməsi də iş üzrə əhəmiyyətli sübutun əldə edilməsi ilə nəticələnə bilməyəcəkdi. Çünki iddiaçının özünün bildirdiyinə görə yoxlamaya məruz qalma və izahatın götürülməsi məhkumun yanında deyil, onunla görüş bitdikdən və ayrıldıqdan sonra nəzarət-buraxılış məntəqəsində baş vermişdir. Bu halda, məhkumun yanında baş verməmiş hadisəyə görə onun hər hansı sübut dəyəri daşıyan ağlabatan və inandırıcı məlumat verə bilməsi mümkün görünmür. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməs i tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1098/2019 saylı iş üzrə 25 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar