Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2149/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2149/19 Bakı şəhəri 06 noyabr 2019-cu il Açar sözlər: bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı və vəkili XXXun, üçüncü şəxs XXXun və vəkili Şahin Rəfiyevin iştirakları i lə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2019-cu il tarixli, 2-1(103)-50/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarixli, 8/447 saylı qərarı ilə ona ayrılmış 218 saylı bağ-tikinti kooperativinin nəzdində Bakı şəhər XXXndə 0,12 hektar sahəli 261-B saylı bağ sahəsinə mülkiyyət hüququnun tanınaraq qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzəri nə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Xalq Deputatları İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarixli, 8/447 nömrəli qərarı ilə Bakı şəhəri, XXXndə 218 nömrəli bağ-tikinti kooperativinin nəzdində 0.12 ha sahədən ibarət ayrılmış 261B nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarını onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqla, bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarixli, 8/447 saylı qərarı ilə ona 218 nömrəli bağ-tikinti kooperativinin nəzdində Bakı şəhəri XXXndə 0,12 hektar sahəli 261-B nömrəli bağ sahəsi ayrılmışdır. Qərar əsasında 218 nömrəli bağtikinti kooperativi tərəfindən ona 261-B sahəsinin mülkiyyətinə ayrılması barədə 04 iyul 1991-ci il tarixli order verilmişdir. İddiaçı, həmin orderi cavabdehə təqdim edərək bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi barədə müraciət etmiş, cavabdeh isə, onun elektron baza məlumatlarında bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsinə, bağ sahəsinin ərazisindən magistral kanalizasiya xəttinin keçməsinə və bağ sahəsinin mübahisə predmeti olmasına istinad etməklə imtina etmişdir. Cavabdeh təqdim etdiyi etirazında bildirmişdir ki, iddiaçının hüquqlarının qeydə alınmasına d air müraciət etdiyi bağ sahəsinə digər bir fiziki şəxs XXX da iddialı olmuş, iddiaçının müraciəti əsasında yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən bağ sahəsinin ərazisindən magistral kanalizasiya xəttinin keçməsi müəyyən olunmuş, habelə elektron baza məlumatlarına əsasən bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil etmişdir. Bundan başqa, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivləri Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmə tinə verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 may 2017-ci il tarixli, 2-1(82)-75/2017 saylı qərardadı ilə (hakim Zaur Tağıyev) iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən 27 noyabr 2017-ci il tarixli, 29302 saylı rəy tərtib olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2-1(82)75/2017 saylı qərarı ilə (hakim Zaur Tağıyev) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki ki, iddiaçıya bağ sahəsi ayrılarkən bağın plansxemi torpaq sahəsini ayıran orqan tərəfindən verilməmişdir. Bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə aşkar olunmaması iddiaçının iradəsindən asılı olmamış, habelə bağ sahələrində mövcud uyğunsuzluqların aradan qaldırılması qanunvericiliklə cavabdehin vəzifələrinə aid olunmuşdur. Bundan başqa, iş üzrə keçirilmiş ekspertiza nəticəsində iddiaçıya məxsus torpaq sahəsindən magistral boru xəttinin keçmədiyi aşkar olunmuşdur ki, həmin sahədən belə bir boru xətti keçsə belə, qanunvericilikdə bununla bağlı olaraq torpaq sahəsi üzərində mülkiyyət hüququnu məhdudlaşdıran norma müəyyən edilməmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 aprel 2018-ci il tarixli, 2-1(103)-1085/2018 saylı qərardadı ilə (sədrlik edən Sərvət Hüseynov, hakimlər Vidadi Məmmədov və Səriyyə Seyidova) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri X idmətinin Bakı şəhər Ərazi İdarəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 may 2018-ci il tarixli, 2-1(103)-1085/2018 saylı qərardadı ilə (sədrlik edən Sərvət Hüseynov, hakimlər Vidadi Məmmədov və Səriyyə Seyidova) XXX iş üzrə üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Daha sonra, birinci instansiya məhkəməsinin qərarından üçüncü şəxs də apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 iyul 2018-ci il tarixli, 2-1(103)-1085/2018 saylı qərardadı ilə ( sədrlik edən Sərvət Hüseynov, hakimlər Səriyyə Seyidova və Vidadi Məmmədov) iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən 05 dekabr 2018-ci il tarixli, 21107 saylı rəy tərtib olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2019-cu il tarixli, 2-1(103)-50/2019 saylı qərarı ilə (sədrlik edən Səriyyə Seyidova, hakimlər Vidadi Məmmədov və İlham Əhmədov) apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia rədd edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının və üçüncü şəxsin torpaq sahələrinin koordinatları - sərhədlərini və ölçülərini müəyyən etmək mümkün olmadığından, habelə iddiaçının iddialı olduğu mübahisəli torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəri tədə aşkar olunmadığından və dövlət qeydiyyatından keçməsi müəyyən edilmədiyindən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün nəzərdə tutulmuş əsaslar mövcud olmuş və bu əsasla cavabdeh müraciəti təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 2.2, 8, 8.0.1, 12.1, 15, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9, 10-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində iddianın əsaslarına dair iddia ərizəsində qeyd olunmuş halları təkrarlamış və bildirmişdir ki, apellyasiya məhkəməsi 261 B saylı bağın bağların bölgüsünə dair sxematik xəritədə aşkar olunmaması və dövlət qeydiyyatından keçməməsinə istinad etməklə iddia tələbinin əsassız olması nəticəsinə gəlmişdir. Halbuki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş cavab məktublarında əvvəlcə idarənin arxivində 218 saylı bağ-tikinti kooperativi nəzdində ayrılmış bağ sahələrinin yerləşmə sxeminin və 261-B saylı bağ sahəsinə aid cizginin aşkar olunmadığı, daha sonra isə həmin bağın nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığı qeyd olunmuşdur. İddiaçı hesab edir ki, bağların yerləşmə sxeminin olmadığı təqdirdə onun bağ sahəsi hansı formada bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşki l edə bilərdi. Cavabdehin göstərilən dəlilləri ziddiyyətli olmuş, apellyasiya məhkəməsi isə həmin dəlilə istinad etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Bundan başqa bildirilmişdir ki, iddiaçı 261-B saylı bağ sahəsinin yerləşdiyi əraziyə aid olan müvafiq sənədlərin verilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Milli Arxivinin Bakı filialına müraciət etmiş, onların rəsmi cavablarında X1 Birliyinin ləğv olunmasından sonra, bütün arxivinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə verildiyi bildirilmişdir. Qanunvericiliyin tələblərinə əsasən, cavabdeh daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin müraciət etdiyi gündən 5 iş günü ərzində təqdim etməli olsa da, cavabdeh zəruri sənədləri nə i ddiaçıya, nə də məhkəmə sorğusuna cavab olaraq təqdim etməmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 4.3, 9.1.2, 15.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 176.1,”İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 14.3, 15.1, 15.2, 19.1, 19.2, 24.1, 24.2, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs və onun vəkili kassasi ya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdirlər. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Bakı şəhər xalq deputatları Sovetinin icraiyyə komitəsi Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyinin 27 iyun 1991-ci il tarixli məktubundan göründüyü kimi, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarixli, 8/447 nömrəli qərarına əsasən, 218 nömrəli kooperativ tərkibində bağ sahəsi ayrılan vətəndaşların sırasında İddiaçı adı 8-ci sırada qeyd olunmuşdur. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişaf və istismarı birliyi XXX sahəsindəki 218 nömrəli kooperativin Б/С nömrəli 04 iyul 1991-ci il tarixli orderindən göründüyü kimi, İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarixli, 8/447 nömrəli qərarına əsasən, XXX sahəsində 218 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 261 b nömrəli bağ ayrılmışdır. Dövlət Arxivinin Bakı filialının 23 sentyabr 2015-ci il tarixli, 2666 saylı arxiv çıxarışından göründüyü kimi, Bakı şəhər XDS İK-nin 20 iyun 1991-ci il tarixli, 8/447 nömrəli qərarı ilə İddiaçı 218 nömrəli BTK nəzdində Bakı şəhəri XXXndə 0.12 ha torpaq sahəsindən ibarət 261b nömrəli bağ sahəsi ayrılmışdır. Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsi ilə X3 arasında bağlanılmış 14 sentyabr 2005-ci il tarixli, 611 saylı icarə müqaviləsindən görünür ki, Pirşağı bağ massivindən yerləşən 2100 kv.m təşkil edən yaşayış sahə si bağçılıq məqsədi ilə X2 icarəsinə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2018-ci il ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsinin 611 nömrəli 14 sentyabr 2005-ci il tarixli icarə müqaviləsi əsasında X2 icarəsinə verilmiş 2100 kv metr torpaq sahəsinin sxemində koordinatlar və yaxud hər hansı istinad nöqtəsindən məsafə və ölçülər göstərilməməsi səbəbindən sözügedən icarəyə verilmiş torpaq sahəsinin dəqiq olaraq sərhədlərini təyin etmək və İddiaçı ayrılmış 0,12 hektar 261 B saylı bağ sahəsi (mülki iş materiallarına 261B nömrəli bağ sahəsinin sxemi əlavə edilməmişdir) ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. İş üzrə aparılmış araşdırma zamanı və mütəxəssis tərəfindən keçirilmi ş baxış zamanı mübahisəli torpaq sahəsinin, yəni Bakı şəhər Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 261b saylı bağ bağların bölgüsünə dair sxematik xətirədə aşkar olunmaması dövlət qeydiyyatından keçməməsi müəyyən edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM- nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını tam düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, iddiaçının iddialı olduğu mübahisəli torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritədə aşkar olunmadığından və dövlət qeydiyyatından keçməsi müəyyən edilmədiyindən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün nəzərdə tutulmuş əsaslar mövcud olmuş və bu əsasla cavabdeh müraciəti təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, bağların yerləşmə sxeminin olmadığı təqdirdə onun bağ sahəsi hansı for mada bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi müəyyən deyildir. Cavabdehin göstərilən dəlilləri ziddiyyətli olmuş, apellyasiya məhkəməsi isə həmin dəlilə istinad etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə Qanun): - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələ rinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Müddəanın tələbindən göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən orderlər daşınmaz əmlakın üzərində hüquqların qeydiyyatı üçün əsasdır. İşin hallarından göründüyü kimi, iddiaçı 218 nömrəli kooperativin tərkibində bağ sahəsi ayrılan vətəndaşların sırasında onun adı qeydə alınmış Bakı şəhər Soveti İcraiyyə komitəsinin 20 iyun 1991-ci il tarixli 8/447 nömrəli qərarını və Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişaf və istismarı birliyinin XXX sahəsindəki 218 nömrəli kooperativin Б/С nömrəli, 04 iyul 1991-ci il tarixli orderi təqdim etmiş, lakin cavabdeh tərəfindən onun bağ sahəsinin qeydiyyata alınmasından imtina edilmişdir. Belə ki, istinad edilən Qanunun: - 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Maddələrin tələbləri belə izah olunur ki, şəxsin hüququnun qeydə alınması üçün təqdim edilmiş sənədlərin cavabdehdə olan sənədlərlə uyğunluğ unun yoxlanılması cavabdehin səlahiyyətinə aid olmaqla imperativ qaydada müəyyən edilmişdir. Qeyd edilmiş nəticə həmçinin «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarxili qərarında ifadə edilmiş hüquqi mövqeyindən də irəli gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası razılaşır ki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərin qanunauyğunluğunun yoxlanılması onun səlahiyyətində olmaqla onda saxlanılan məlumatlarla üzləşdirilməsi zəruri olmuşdur. Lakin aşağıdakılra əsəsən məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmadığını bildirir. İlk olaraq qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi cavabdehin imtinasınının qanuna uyğunluğunu istinad edilən Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu ilə əlaqələndirmiş, halbuki həmin maddənin 15.1.1-15.1.6-cı hissələrində bir neçə əsaslar göstərilmişdir ki, onlardan hansı əsas bilavasitə iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün imtina təşkil etdiyi qeyri-müəyyəndir. İstinad edilən Qanun: - 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü. İşin hallarından göründüyü kimi, iddiaçı mülkiyyət hüququnun qeydə alınması üçün istinad olunan Qanunun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müvafiq sənədləri təqdim etmişdir. İddiaçı tərəfindən təqdim edilmə yən sənəd torpaq sahəsinin plan və ölçüsünə aiddir ki, həmin sənəd cavabdeh tərəfindən tərtib olunmalıdır. Belə ki, iddiaçıya bağ sahəsi Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişaf və istismarı birliyi tərəfindən verilmişdir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Beləliklə, istifadəsində olan torpaq sahəsinə dair ilkin sənədlərin, o cümlədən həm in bağ sahəsinin ona verilməsi zamanı tərtib edilmiş planın lazımi qaydada təsdiq olunmuş sürətini əldə etmək məqsədilə məhz cavabdeh ondan saxlanılan arxiv sənədlərinin təsdiq olunmuş surətlərini, o cümlədən, torpaq sahəsinin planının verilməsini təmin etməlidir. Cavabdeh tərəfindən bu məsələyə dair bildirmiş mövqeyi iddiaçı mübahisələndirmiş və məhkəmə kollegiyası iddiaçının bu hissədə bildirdiyi dəlillərlə razılaşdığını qeyd edir. Belə ki, işin 10-cu səhifəsində olan cavabdehin məktubundan göründüyü kimi, cavabdeh bildirmişdir ki, 218 saylı bağ tikinti kooperativi nəzdində Sabunçu rayonu, XXXı ərazisində ayrılmış bağ sahələrinin yerləşmə sxemi və 261B saylı bağ sahəsinə aid cizgi aşkar olunmamışdır. İşin 11-ci səhifəsində olan cavabdehin məktubundan göründüyü kimi, cavabdeh eyni əsas ba rədə bildirmiş və əlavə olaraq göstərmişdir ki, 261b bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığı üçün mülkiyyət hüququnun qeydə alınması mümkün olmamışdır. İşin 95-ci səhifəsində olan cavabdehin məktubundan göründüyü kimi, cavabdeh bildirmişdir ki, 218 saylı bağ tikinti kooperativinə aid arxiv qovluğunda bağ sahələrinin sxematik xəritəsi aşkar olunmamışdır. Cavabdehin bu qaydada verdiyi ziddiyyətli məlumatlarına baxmayaraq, apellyasiya məhkəməsi işin halı kimi müəyyən etmişdir ki, Bakı şəhər Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 261b saylı bağ bağların bölgüsünə dair sxematik xəritədə aşkar olunmamamışdır. Apellyasiya məhkəməsinin bu qaydada ifadə edilmiş mövqeyindən belə qənaətə gəlmək olar ki, 218 saylı bağ tikinti kooperativinə aid sxematik xəritə mövcuddur, lakin həmin xəritədə 261b saylı bağ sahəsi göstərilməmişdir. Lakin bu halın, yəni bağların bölgüsünə dair sxematik xəritənin mövcudluğunun hansı sübuta əsasən müəyyən edildiyini apellyasiya məhkəməsi qərarında göstərməmişdir. Kassasiya instansiyası məhkəməsi işin hallarını və iş üzrə sübutları müəyyən etmir, həmçinin apellyasiya instansiyası məhkəməsində sübut kimi qəbul edilməyən hər hansı sənədi yenidən sübut kimi qəbul edə və qiymətləndirə bilməz. Lakin apellyasiya məhkəməsinin tətbiq etdiyi və ya tətbiq edilməli olduğu maddi hüquq normasının yoxlanılması üçün müvafiq işin hallarının müəyyən edilməsi zəruri olduğundan, məhkəmə kollegiyası kassasiya şikayətində bildirilmiş dəlilə uyğun olaraq bu qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab etmişdir. Aparılmış qiymətlən dirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən yeni apellyasiya baxışı zamanı bilavasitə 218 saylı bağ tikinti kooperativinə a id qovluq bütövlükdə tələb olunmalı, həmin qovluqda olan sənədlər tədqiq olunmalı və bağ kooperativi üzvlərinin bağ sahələri üzərində hüquqlarının qeydə alınıb-alınmaması, alındığı təqdirdə, əgər kooperativə dair sxematik xəritə mövcud deyildirsə, hansı qaydada qeydiyyatın aparıldığı araşdırılmalıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə k ollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2019-cu il tarixli, 2-1(103)-50/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2149/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2149/2019
06.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver