Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2149/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı X1 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qa rşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə müraciət etdiyi gündən əmək pensiyasının hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xxx-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 28 oktyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı X2 xx.xx.1985-ci il tarixdə Laçın rayonunda anadan olmuşdur.
2. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsi olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir.
3. İddiaçı X2 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosi al Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı ona 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı Təmir Tikinti İdarəsində 17.06.1976-cı ildən 28.12.2004-cü ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə müraciət etdiyi gündən əmək pensiyasının hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə Laçın rayonunun Minkənd kəndində doğulmuş, 17.06.1976-cı ildən 28.12.2004-cü ilə qədər 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı Təmir Tikinti İdarəsində usta və iş icraçısı vəzifəsində işləmişdir. Yaş a görə əmək pensiyasının təyin olunması üçün DSMF-nin Yasamal rayon şöbəsinə ərizə ilə müraciət etmiş, lakin, cavabdeh inzibati orqan imtina məktubu ilə ona pensiya təyin olunmasından imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, işlədiyi dövrlərin düzgünlüyü öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Birinci instansiya məhkəməsinin xxxnömrəli (sədrlik edən hakim Tahirə Əsədova) qərarı ilə iddianın təmin edilməsi, iddiaçı Adil Qədir oğluNağıyeva 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı Təmir Tikinti İdarəsində 17.06.1976-cı ildən - 28.12.2004-cü ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə müraciət etdiyi gündən əmək pensiyasının hesablanması və ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsiAzərbaycan Respublikası «Əmək pensiyaları haqqında» 1.0.2, 1.0.8, 1.0.10, 4.1, 6-1 və 7-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci, Azərbaycan Respublikası «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Qanununun 1, 4-5-ci maddələrinə, Azərbaycan RespublikasıDSMF-nin Kollegiyasının 2011-ci il 21 noyabr tarixli 17 nömrəli Qərarı ilə təsdiq olunmuş və «Əmək pensiyaları haqqında» Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7ci və Azərbaycan R espublikasıƏƏSMN Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1-ci bəndlərinə əsaslanaraq hazırda qüvvədə olan Qaydalarda da 01.01.2006-cı ilə qədər sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Qanunvericiliklə həmin müəssisə də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqları üzrə 01.01.2006cı il tarixə yaranmış borcları 01.04.2018-ci il tarixdən silinmişolduğuna dair nəticəyə gəlmişdir.
7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edil məsini və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xxx nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayeva və Elşən Kazımov) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xxx saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə qarşı pensiyanın təyin edilməsi barədə iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
9. Apelyasiya instansiyası məhkəməs i Azərbaycan Respublikası“İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsaslanaraq iddiaçının 17.06.1976-cı ildən 28.12.2004-cü ilədək olan dövrlərdə 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı Təmir Tikinti İdarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi barədə iddiası yalnız onun əmək kitabçasında aparılan qeydlər əsasında təsdiqlənə bilməzolduğuna dair nəticəyə gəlmişdir. Kasasiya şikayətinin dəlilləri:
10. İddiaçının kasasiya şikayətini onunla əsaslandırılmışdır ki,məhkəmənin hər hansı dövlət qurumuna bununla bağlı sorğu verilməsinə zərurət olmamışdır. Belə ki, İnternet Vergi İdarəsinin rəsmi internet səhifəsində Kommersiya Qurumlarının dövlət reyestri məlumatları haqqında hər kəs üçün əlçatan olan qeydiyyat məlumatlarını əldə etmək mümkün dür. Belə ki, kasasiya şikayətinə də əlavə olunmuş İnternet Vergi İdarəsinin rəsmi internet səhifəsində Kommersiya Qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Tresti (VÖEN **********) 04 may 1994-cü il tarixdə Xocavənd Rayon Vergilər şöbəsi tərəfindən, 4 nömrəli Rayonlararası Xüsusi Təmir Quraşdırma İdarəsi isə 26 avqust 1994-cü il tarixdə (VÖEN **********) Füzuli Rayon Vergilər Şöbəsi tərəfindən vergi uçotuna alınmışdır. Belə olan halda, iddiaçının 1994-cü il tarixdə qeydiyyata alınmış Trestdə 1976-cı il tarixdən Azərbaycanın müstəqillik əldə etdiyi 1991-ci ildən sonrakı dövrü də əhatə edən 2004-cü il tarixədək işləməsi və iddiaçının məhz işə qəbul olunması barədə qeydin əmək kitabçasına Azərbaycan Respublikasının müstəqillik əl də etdiyi dövrdən 1991-ci ildən sonra aparılması istisna edilmir və qanunvericilikdə bununla bağlı hər hansı bir qadağanedici norma mövcud olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmənin əmək kitabçasında iddiaçının işləməsi barədə qeydin həqiqətə uyğun olmaması barədə gəldiyi nəticə qanunsuz və əsassız hesab edilməlidir. Bundan əlavə qərarda göstərilmişdir ki, DSMF-nin “Siğortaedənlərin Reyestri-Monitorinqi” məlumat bazasından olan çıxarışa əsasən Xocavənd rayon Vergilər Şöbəsində uçota alınmış dövlət mülkiyyətinə əsaslanan 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Tresti ********** saylı VÖEN-lə 13 iyun 2005-ci il tarixdən yaşayış və qeyri-yaşayış binalarının tikintisi fəaliyyətinə başlamışdır.
11. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının xxx nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
12. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03.06.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
13. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə:
14. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 03.06.2020-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
16. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
17. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətindəki dəliləri və Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 03 iyun 2020-ci il tarixli, həmin inzibati mübahisə üzrə qəbul edilmiş 2-1(103)-602/2020 nömrəli qərarını nəzərdən keçirərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını və işdə olan sübutları tam və hərtərəfli araşdırmamış, inzibati mübahisənin həllinə səthi yanaşmış, bunun nəticəsində iş üzrə düzgün olmayan qərar qəbul etmişdir.
18. Belə ki, məlum olduğu kimi, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
19. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
20. Həmin Məcəllənin 68.2-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
21. Lakin apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 68.2-ci maddələrinin tələblərinə tam olaraq riayət etməmişdir.
22. Belə ki, apelyasiya instansiyası məhkəməsi 03 iyun 2020-ci il tarixli qərarının əsaslandırıcı hissəsində qeyd edir ki, «Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işdə olan İddiaçı adına verilmiş əmək kitabçasının təsdiq edilmiş surətində olan qeydlərdən görünür ki, iddiaçı 17 iyun 1976-cı ildə Azərbaycan Respubl ikası 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin İdarəsində baş usta vəzifəsinə təyin edilmişdir və həmin idarədə 28 dekabr 2004-cü ilə qədər işləmişdir. Həmin əmək kitabçasında iddiaçının işləməsi barədə qeydin həqiqətə uyğun olmadığı müəyyən edilir. Belə ki, 1976-cı ildə Azərbaycan SSR mövcud olduğu halda, əmək kitabçasında" Azərbaycan Respublikası" qeyd edilmişdir.
23. Bundan əlavə, apelyasiya şikayətinə əlavə edilmiş DSMF-nin "Sığortaedənlərin Reyestri-Monitorinq" məlumat bazasından olan çıxarışdan görünür ki, Xocavənd rayon Vergilər Şöbəsində uçota alınmış dövlət mülkiyyətinə əsaslanan 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Tresti ********** saylı VÖEN-lə 13 iyun 2005-ci il tarixdən yaşayış qeyri-yaşayış binalarının tikintisi fəaliyyətinə başlamışdır. 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı Təmir Tikinti İdarəsinin hüquqi şəxs və sığortaedən kimi qeydiyyatda olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X3 Qeydiyyatı İdarəsinin məhkəməyə ünvanlandığı 01 avqust 2019-cu il tarixli **********829700 saylı məktubunda 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı Təmir Tikinti İdarəsi adlı kommersiya qurumun aşkar edilmədiyi barədə bildirilmişdir. İdarə dövlət mülkiyyətində olduğuna görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə sorğu göndərilmiş və məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 17 mart 2020-ci il tarixli, **********794 saylı məkt ubunda 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı Təmir Tikinti İdarəsi barədə hər hansı məlumatın aşkar edilmədiyi barədə bildirilmişdir. Qeyd edilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 17 mart 1976-cı ildən 28 dekabr 2004-cü ilədək olan dövrlərdə 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı Təmir Tikinti İdarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi barədə iddiası yalnız onun əmək kitabçasında aparılan qeydlər əsasında təsdiqlənə bilməz».
24. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin işin halları ilə və işdə olan sübutlarla bağlı hüquqi mövqeyi İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 68.2-ci maddələrinin müddəalarına tamamilə ziddir.
25. Belə ki, vergi orqanının işin 16-cı səhifəsində olan 01 avqust 2019-cu il tarixli cavabında sözügedən Təmir Tikinti Trestinin 4 saylı Təmir Tikinti İdarəsi barədə hər hansı məlumatın aşkar edilmədiyi yazılmaqla yanaşı, məhkəməyə bildirilir ki, «bu səbəbdən müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verməyinizi xahiş edirik».
26. Lakin məhkəmələr tərəfindən vergi orqanının bu xahişi nəzərə alınmamış, yəni, həmin istiqamətdə müfəssəl araşdırma aparılmamışdır, halbuki prosessual qanunvericilik, məhz bunu tələb edir (İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsi).
27. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, «aşkar edilməmişdir» ifadəsinin məhkəmə təhqiqatı zamanı konkret və hərtərəfli cavab kimi qəbul edilməsi doğru deyildir, belə ki, bu nu vergi orqanı 01 avqust 2019-cu il tarixli cavab məktubunun son cümləsi ilə özü də təsdiqləyir.
28. Eyni ilə Ali Məhkəmənin sözügedən hüquqi mövqeyi Əmlak Məsələləri Dövlət Komitəsinin məhkəməyə göndərdiyi 17 mart 2020-ci il tarixli cavab məktubuna da aiddir, belə ki, həmin məktubda Əmlak Məsələləri Dövlət Komitəsi «hər hansı məlumatın aşkar edilmədiyi» ifadəsindən istifadə etmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin bu cür sorğularına konkret, müfəssəl və heç bir əlavə sual yaratmayan cavab verilərək, «mövcud deyildir və ya yoxdur» şəklində cavab verilməlidir. Başqa sözlə, həm cavabdeh və həm də məhkəmə belə məsələlərdə yuxarıda göstərilmiş meyarlara uyğun cavab alıb, bundan sonra qəti qarar qəbul etməlidirlər.
30. Bununla yanaşı, xüsusi olaraq qeyd edilməlidir ki, işi n 85, 86-cı səhifələrində olan Vergilər Nazirliyinin saytlarında Füzuli rayon Vergilər şöbəsində VÖEN-i ********** olan 4 nömrəli Rayonlararası Xüsusi Təmir Quraşdırma İdarəsinin (iş səhifəsi 85) və Xocavənd rayon Vergilər şöbəsində VÖEN-i ********** olan 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin (iş səhifəsi 86) mövcud olmaları barədə məlumat yer almışdır ki, apelyasiya instansiyası məhkəməsi işə təkrar baxarkən iddiaçının əmək kitabçasında işlədiyi kimi göstərilmiş müəssisələrlə eyni olub-olmamasını araşdırmalı və buna düzgün hüquqi qiymət verməlidir.
31. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 03 iyun 2020-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması a pelyasiya instansiya məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə iş üzrə çoxlu sübutların araşdırılması zəruri olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçınən kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xxx nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.