Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2149/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini, 52 yaş, geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri peşəsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “iddiaçıya 10.11.2016-cı il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən təyin edilərək hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 21(103)-973/2021 saylı, 7 iyul 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.xxx-cü il təvəllüdlüdür. Hərbi b iletə əsasən 20.05.1983-cü il tarixdən 17.05.1985-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.
2. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 18.04.2018-ci il tarixli arayışına əsasən iddiaçı 1985-ci ildə geoloji kəşfiyyat fakültəsinin “Neft və qaz yataqlarının geologiyası və axtarışı” ixtisası üzrə əyani şöbənin İ kursuna daxil olmuş, 1990-cı ildə göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir.
3. İddiaçı əmək kitabçasına əsasən 22.08.1990-cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Komya İnstitutunu bitirmiş gənc mütəxəssis kimi kəşfiyyat partiyasına geoloq vəzifəsinə qəbul edilmiş, 01.04.1992-ci ildə həmin kəşfiyyat partiyasında İİ kat. geoloq vəzifəsinə keçirilmiş, 01.07.1992-ci ildə İ kat. geoloq vəzifəsinə keçirilib, 19.07.1993-cü ildə kəşfiyyat partiyasının rəisi (13-cü d ərəcə) keçirilmiş, 01.11.1999-cu ildə 14-cü dərəcə təyin edilmiş, 01.05.2003-cü ildə struktur dəyişikliyinə görə kəşfiyyat partiyasına 14-cü dər. rəis vəzifəsinə qəbul edilmiş və onunla əvvəl bağlanmış əmək müqaviləsinə xitam verilmiş, 03.02.2006-cı ildə X13 və topoqrafiya idarəsi mövcud təşkilatı hüquqi forması dəyişdirilmədən ARDNŞ-nin “Geofizika və Geologiya İdarəsinin tabeliyinə verilmiş, 02.06.2009-cu ildə X4 16-cı dərəcə ilə ekspedisiya rəisi vəzifəsinə təyin edilmiş, 31.08.2012-ci ildə əmək müqaviləsinə xitam verilmiş, 01.09.2012-ci ildə ARDNŞ Geofizika və Geologiya idarəsi kompleks mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyasında partiya rəisi vəzifəsinə qəbul olunub, 22.01.2014-cü ildə həmin idarədə 15-ci dərəcə partiya rəisi vəzifəsinə, 01.12.2015-ci ildə isə 16-cı dərəcə part iya rəisi vəzifəsinə keçirilmiş və hal-hazıradək həmin vəzifədə işləyir.
4. SOCAR-ın Geofizika və Geologiya idarəsinin 18.01.2017-ci il tarixli arxiv arayışına əsasən iddiaçı həqiqətən “Xəzərdənizneftqaz” X7 X26 idarəsində geoloq, X13 və Topoqrafiya İdarəsində rəis, X2 ekspedisiya rəisi, ARDNŞ Geofizika və Geologiya idarəsi kompleks mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyasında partiya rəisi vəzifələrində çalışması haqqında məlumat vardır. 24.08.1990-cı il tarixli 100k saylı əmrə əsasən “Xəzərdənizneftqaz” X7 X26 idarəsində geoloq vəzifəsinə qəbul olunmuş, 20.07.1993-cü il tarixli 51-k saylı əmrə əsasən Kompleks X26 partiyasında 13-cü dərəcəli partiya rəisi, 01.05.2003-cü il tarixli 9k saylı əmrə əsasən X13 və Topoqrafiya İdarəsinin kəşfiyyat partiyasında 14-cü dərəcəli partiya rəisi, 02.06.2009-cu il tarixli 69k saylı əmrə əsasən X2 ekspedisiya rəisi vəzifəsinə keçirilmiş, 30.08.2012-ci il tarixli 55k saylı əmrə əsasən öz xahişi ilə işdən azad olunmuş, 01.09.2012-ci il tarixli 107k saylı əmrə əsasən ARDNŞ Geofizika və Geologiya idarəsi kompleks mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyasında partiya rəisi vəzifəsinə qəbul olunmuş və hal-hazirda işləyir. Onun 24.08.1990-cı ildən 17.01.2017-ci ilədək iş stajı 26 il 5 aydır.
5. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiyanın 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən 52 yaşdan, yəni 10.11.2016-cı il tarixdən təyin edilərək hazıradək hesablanmaqla yaranmış fərqin birdəfəyə ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun tələbinin təmin olunmasından imtina olunm uşdur. İddiaçıya ünvanlanmış 16.03.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışdırsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının tələb olunan yaş həddi olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası al maq hüququ yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı 28 fevral 2019-cu il tarixdə iddia ərizəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsi qarşı məhkəməyə müraciət edərək ona 10.11.2016-cı il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən təyin edilərək hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1983-1985-ci illərdə hərbi xidmətdə olmuş, 1985-1990-cı illərdə əyani təhsil almış və 1982-ci ildən əmək kitabçasında qeyd e dilən işlərdə çalışmış, 1990-cı ildən hal-hazıradək isə dənizdə işləyir. 01.01.2006-cı ilədək tələb olunan 20 il ümumi və 10 il güzəştli iş stajını toplamış, bu səbəbdən də, 52 yaşında əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanmışdır. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən pensiyası 52 yaşdan əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən olunmuş tələblərə müvafiq surətdə təyin edilməlidir. Belə ki, 22.08.1990-cı ildən 02.06.2009-cu ilədək işlədiyi geoloq və partiya rəisi peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən isteh salatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı”nın Xİİ bölməsinin “b” bəndində 2130100b17541 kodu ilə güzəştli iş stajı kimi təsdiq edilmişdir. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X27, 2-1(82)-1453/2019 saylı iş) 21 may 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin tələblərinə əsasən 52 yaşından, yəni 10.11.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən təyin etməklə hesablayıb yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müd afiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə həvalə edilmişdir.
9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul etməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (X15məruzəçi, X24 və X19, 2-1(103)-2623/2019 saylı iş) 7 noyabr 2019-cu il tarixli qərardadı ilə apelyasiya şikayəti üzrə apelyasiya icraatı mümkün sayılmamışdır. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər Nəbizadə Rahib Sahib oğlu-məruzəçi, Quliyev Zakir Müslüm oğlu və X10, 2-1(102)452/2020 saylı iş) 3 iyun 2020-ci il tarixli qərarı ilə Bakı Apelyasi ya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2623/2019 nömrəli iş üzrə 07 noyabr 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin aparılması üçün həmin məhkəməyə göndərilmişdir. ç) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 12 avqust 2020-ci il qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X12məruzəçi, X16 və X20, 2-1(103)-1403/2020 saylı iş) 12 avqust 2020-ci il tarixli qərardadı ilə cavabdehin birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, apellyasiya mümkün sayılmamış, apellyasiya şikayətinin qəbul olunmasından imtina edilmişdir. d) kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X6-məruzəçi, X21 və X10, 2-1(102)-2015/2020 saylı iş) 17 noyabr 2020-ci il tarixli qərarı ilə Kassasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1403/2020 saylı 12 avqust 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. e) apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
15. Apellyasiya baxışı zamanı iddiaçının 24.08.1990-cı ildən 17.01.2017-ci ilə qədər “Xəzərdənizneftqaz” X7 X26 partiyasında işlədiyi geoloq, 13-cü dərəcəli partiya rəisi, X13 və Topoqrafiya İdarəsinin kəşfiyyat partiyasında 14-cü dərəcəli partiya rəisi, X2 ekspedisiya rəisi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və geologiya İdarəsi Kompleks mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyasında partiya rəisi vəzifələrinin funksiyalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısında nəzərdə tutulan hansı vəzifənin funks iyaları ilə eynilik təşkil etməsi və hansı ştrix kod altında olan vəzifəyə uyğun olması (ştrix kod dəqiq göstərilməklə) barədə məhkəməyə məlumat verilməsi ilə bağlı SOCAR Geofizika və Geologiya İdarəsi ASC-yə müvafiq sorğu məktubu göndərilmişdir.
16. Həmin sorğuya SOCAR Geofizika və Geologiya İdarəsi ASC tərəfindən verilmiş cavab məktubundan görünür ki, arxiv sənədlərinə əsasən iddiaçı həqiqətən “Xəzərdənizneftqaz” X7 X26 idarəsində geoloq, X13 və Topoqrafiya İdarəsində rəis, X2 ekspedisiya rəisi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya idarəsi kompleks mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyasında partiya rəisi vəzifələrində çalışması haqqında məlumat vardır. O, 100-k saylı 24.08.1990-cı il tarixli əmrə əsasən “Xəzərdənizneftqaz” X7 X26 idarəsində geo loq vəzifəsinə qəbul olunmuş, 51-k saylı 20.07.1993-cü il tarixli əmrə əsasən Kompleks X26 partiyasında 13-cü dərəcəli partiya rəisi, 9-k saylı 01.05.2003-cü il tarixli əmrə əsasən X13 və Topoqrafiya İdarəsinin kəşfiyyat partiyasında 14-cü dərəcəli partiya rəisi, 69-k saylı 02.06.2009-cu il tarixli əmrə əsasən X2 ekspedisiya rəisi vəzifəsinə keçirilmiş, 5-k saylı 30.08.2012-ci il tarixli əmrə əsasən öz xahişi ilə işdən azad olunmuş, 107-k saylı 01.09.2012-ci il tarixli əmrə əsasən ARDNŞ Geofizika və Geologiya idarəsi kompleks mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyasında partiya rəisi vəzifəsinə qəbul olunmuş və hal-hazirda işləyir. Onun 24.08.1990-cı il tarixdən 25.05.2021-ci il tarixədək cəmi iş stajı və güzəştli iş stajı 30 il 9 aydır. İddiaçı işlədiyi geoloq və kəşfiyyat partiyas ının rəisi peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün). neft, qaz, qaz kondensanti, kömür və şistin emalı X.1 bəndində “Rəhbərlər və mütəxəssislər” 1100000b yarımbəndində: 1100000b-17541 quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları, 1100000b-23886 dərin qazma (struktur-axtarış) neft-qaz kəşfiyyatının (partiyaların) rəisləri göstərilmişdir. SSRİ Neftqazsənayesi Nazirliyinin 220 saylı 29.04.1988-ci il tarixli əmrinə əsasən “Xəzərdənizneftqazsənayesi” İstehsalat Birliyi ləğv edilmiş və “Xəzərdənizneftqaz” İstehsalat Birliyi yaradılmışdır. X9 X17 əsasında Kompleks X26 İdarəsi təşkil edilmişdir. Quruda və Dənizdə Neft və X5 birləşdirilmiş və onların bazasında “Azneft” İstehsalat Birliyi yaradılmışdır. X1 və Kompleks X26 İdarəsi yaradılmışdır. ARDNŞ-nin 30.12.2007-ci il tarixli əmrinə əsasən KGKTİ hüquqi şəxs statusuna malik olmayan qurum kimi Geofizika və Geologiya idarəsinin strukturunun təkmilləşdirilməsi haqqında 104 nömrəli 10 avqust 2012-ci il tarixli əmrinə əsasən X13 və Topoqrafiya İdarəsi ləğv edilmiş, X14 Ekspedisiyası yaradılm ışdır. Geofizika və Geologiya İdarəsinin tabeliyində olan X14 Ekspedisiyası ARDNŞ-nin 27.12.2013-cü il tarixli əmri ilə X14 İstehsalat Bölümü adlandırılmışdır.
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X22məruzəçi, X23 və X8, 2-1(103)-973/2021 saylı iş) 7 iyul 2021-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 may 2019-cu il tarixli qərarı qismən - iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən hesablanıb yaranmış fərqin birdəfəyə ödənilməsi” hissəsində ləğv edilərək iddia həmin hissədə rədd edilm iş, qərar qalan iddiaçıya 52 yaşının tamam olduğu 10.11.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində cavabdeh ƏƏSMN tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı hesab olunmaqla dəyişdirilmədən saxlanılmişdır.
18. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək hərbi xidmətdə olduğu 1 il 11 ay 27 gün, təhsil aldığı 4 il 11 ay 14 gün və əmək kitabçasında qeyd olunan işlərdə işlədiyi 15 il 4 ay nəzərə alınmaqla 20 ildən artıq ümumi stajının olduğu müəyyən olunur. İddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması üçün qanunla tələb olunan 10 il güzəştli stajına münasibətdə isə qeyd olunmalıdır ki, bu şərt də hazırki iş üzrə ödənilir.
19. Cavabdeh 16 avqust 2021-ci il tarixdə qərarın surətini almış, 15 avqust 2021ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
20. İddiaçı özü iddia ərizəsində göstərmişdir ki, onun 1990-2006-cı illər ərzində çalışdığı peşə Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş siyahıda 21301 OOb-17541 kodu altında öz əksini tapmışdır. Həmin bənd belə adlanır: “quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofi ziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları”. Lakin kodun ilk rəqəminin “2” olması onu göstərir ki, bu peşə 2 nömrəli Siyahıda öz əksini tapıb. Deməli, iddiaçının dəlilləri arasında ziddiyyət vardır.
21. Digər tərəfdən, inzibati orqana olan müraciətə iddiaçının çalışdığı peşənin güzəştli olması barədə müvafiq arayış əlavə edilməmişdir. İşdə olan SOCAR tərəfindən verilmiş 18 yanvar 2017-ci il tarixli arayışda iddiaçının çalışdığı peşələr sadalansa da, onların daxil olduğu müvafiq siyahı və kodlar dair əsaslandırmaya yer verilməmişdir. 22. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə görə, əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onlar ın əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır.
23. Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, Qaydalara 2 nömrəli Əlavədə göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
24. Məhz bu səbəbdən də, inzibati orqan, iddiaçının müvafiq yaşa çatmamasını əsas gətirərək imtina etmişdir. Çünki müraciət anında iddiaçı 2 saylı siyahıdakı peşəyə istinad edərək 52 yaşdan pensiya təyin olunmasını xahiş etmiş, təqdim etdiyi arayışda isə çalışdığı peşənin 1 saylı Siyahıda əks olunmasına dair heç bir əsaslandırma olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 26. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müva fiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 27. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. (-). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. 28. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərd ə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehs alatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 29. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. 30. “İnzibati icraat haqqında” Qanun: Maddə
32. Əlavə sənədlərin və ya məlumatların tələb olunması 32.1. İnzibati orqan üç gün müddətində ərizənin bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunu yoxlayır. 32.2. Ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. 32.2-1. İnzibati orqan inzibati icraat üçün zəruri olan və dig ər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. 32.4. Qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, əlavə sənədlərin və ya məlumatların təqdim edilməsi üçün inzibati orqan tərəfindən təyin edilən müddət 15 gündən çox olmamalıdır. 32.5. Q anunda başqa qayda nəzərdə tutulmamışdırsa, bu Qanunun 32.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə əlavə sənədlər və ya məlumatlar inzibati orqana təqdim olunmadıqda, ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır. 32.6. Əlavə sənədlərin və ya məlumatların inzibati orqana təqdim olunduğu andan müddətin axımı bərpa olunur. 7 dekabr 2018-ci il tarixli 1383-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 yanvar 2019-cu il, № 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 5) ilə 32.2-ci maddədə “inzibati orqan” sözlərindən sonra “, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq,” sözləri əlavə edilmişdir. 7 dekabr 2018-ci il tarixli 1383-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 yanvar 2019 -cu il, № 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 5) ilə yeni məzmunda 32.2-1-ci maddə əlavə edilmişdir.
31. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində ba xır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şika yətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
32. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
35. İddiaçı xx xxxxxx xxx-cü ildə doğulmuş, 10 noyabr 2016-cı ildə 52 yaşı tamam olmuşdur.
36. İddiaçı 52 yaşda, yəni 10.11.2016-cı il tarixdə yaşa görə güzəştli şərtlə əmək pensiyası hüququ olduğunu bildirib cavabdehə müraciət etmiş, cavabdeh “Əmək pensiyaları haqqında” Qanun un 9 və 9.8-ci maddələrində göstərilən işlərdə çalışmış şəxslərin güzəştli şərtlə pensiya hüququ olduğunu bildirmişdir.
37. İddiaçının tələbinə məhkəmə icraatı qaydasında baxılaraq yuxarıda qeyd edilən qərarlar qəbul edilmişdir.
38. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün məhkəməyə qədər inzibati orqana müraciət edərkən çalışdığı peşənin güzəştli olması barədə müvafiq arayış təqdim etməmişdir. İş yerindən verilmiş 18 yanvar 2017-ci il tarixli arayışda iddiaçının çalışdığı peşələr sadalansa da, onların daxil olduğu müvafiq siyahı və kodlar göstərilməmişdir.
39. Kasasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 40. “İnzibati icraat haqqında” Qanunun iddiaçının müraciətinə cavabdeh baxan zaman qüvvədə olmuş 32.2-ci maddəsinin redaksiyasına görə ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər.
41. Qanunverici sənədlər lazımi qaydada təqdim edilmədikdə inzibati orqana əlavə sənədlərin və məlumatların müraciət edən şəxsdən tələb etmək səlahiyyəti vermişdir.
42. Lakin cavabdeh “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl etməyərək iddiaçıdan çalışdığı peşənin güzəştli olması barədə müvafiq arayışın təqdim edilməli və çalışdığı peşənin müvafiq siyahı və kodlara uyğun göstərilməli olmasını bildirməmişdir.
43. İddiaçının 52 yaşının tamam olduğu 10 noyabr 2016-cı il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 20 il ümumi iş stajının mövcud olması; 2) 1 yanvar 2006-cı il tarixədək azı 10 güzəştli iş stajının mövcud olması.
44. İşdə olan hərbi bilet, diplom və əmək kitabçasının surətlərindən görünür ki, iddiaçı 1 sentyabr 1982-ci ildən 20 may 1983-cü ilə qədər Puşkin adına kolxozda işləmiş, 20.05.1983-cü ildən 17.05.1985-ci ilə qədər (1 il 11 ay 27 gün) hərbi xidmət keçmiş, 11.08.1985-ci il tarixdən 27.07.1990-cı ilə qədər (4 il 11 ay 14 gün) ali təhsil almış, 22.08.1990-cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Komya İnstitutunu bitirmiş gənc mütəxəssis kimi kəşfiyyat partiyasına geoloq vəzifəsinə qəbul edilmiş, 01.04.1992-ci ildə həmin kəşfiyyat partiyasında İİ kat. geoloq vəzifəsinə keçi rilmiş, 01.07.1992-ci ildə İ kat. geoloq vəzifəsinə keçirilib, 19.07.1993-cü ildə kəşfiyyat partiyasının rəisi (13-cü dərəcə) keçirilmiş, 01.11.1999-cu ildə 14-cü dərəcə təyin edilmiş, 01.05.2003-cü ildə struktur dəyişikliyinə görə kəşfiyyat partiyasına 14-cü dər. Rəis vəzifəsinə qəbul edilmiş və onunla əvvəl bağlanmış əmək müqaviləsinə xitam verilmiş, 03.02.2006-cı ildə X13 və topoqrafiya idarəsi mövcud təşkilatı hüquqi forması dəyişdirilmədən ARDNŞ-nin “Geofizika və Geologiya İdarəsinin tabeliyinə verilmiş, 02.06.2009-cu ildə X4 16-cı dərəcə ilə ekspedisiya rəisi vəzifəsinə təyin edilmiş, 31.08.2012-ci ildə əmək müqaviləsinə xitam verilmiş, 01.09.2012-ci ildə ARDNŞ Geofizika və Geologiya idarəsi kompleks mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyasında partiya rəisi vəzifəsinə qəbul o lunub, 22.01.2014-cü ildə həmin idarədə 15-ci dərəcə partiya rəisi vəzifəsinə, 01.12.2015-ci ildə isə 16-cı dərəcə partiya rəisi vəzifəsinə keçirilmiş və hal-hazıradək həmin vəzifədə işləyir. 45. 1 yanvar 2006-cı il tarixədək iddiaçının ümumi stajı 20 ildən çoxdur.
46. İddiaçının güzəştli iş stajı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin sorğusuna SOCAR Geofizika və Geologiya İdarəsi ASC tərəfindən verilmiş 12 iyun 2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, iddiaçı 24.08.1990-cı il tarixli əmrə əsasən “Xəzərdənizneftqaz” X7 X26 idarəsində geoloq vəzifəsinə qəbul olunmuş, 20.07.1993-cü il tarixli əmrə əsasən Kompleks X26 partiyasında 13-cü dərəcəli partiya rəisi, 01.05.2003-cü il tarixli əmrə əsasən X13 və Topoqrafiya İdarəsinin kəşfiyyat partiyasında 14-cü dərəcəli partiya rəisi, 02.06.2009-cu il tarixli əmrə əsasən X2 ekspedisiya rəisi vəzifəsinə keçirilmiş, 30.08.2012-ci il tarixli əmrə əsasən öz xahişi ilə işdən azad olunmuş, 01.09.2012-ci il tarixli əmrə əsasən ARDNŞ Geofizika və Geologiya idarəsi kompleks mühəndisi geoloji qazma üzrə kəşfiyyat partiyasında partiya rəisi vəzifəsinə qəbul olunmuş və hal-hazirda işləyir. Onun 24.08.1990-cı il tarixdən 25.05.2021-ci il tarixədək cəmi iş stajı və güzəştli iş stajı 30 il 9 aydır. İddiaçının işlədiyi geoloq və kəşfiyyat partiyasının rəisi peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa g örə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft, qaz, qaz kondensanti, kömür və şistin emalı X.1 bəndində “Rəhbərlər və mütəxəssislər” 1100000b yarımbəndində: 1100000b-17541 quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları, 1100000b-23886 dərin qazma (struktur-axtarış) neft-qaz kəşfiyyatının (partiyaların) rəisləri göstərilmişdir (səh. 175-177).
47. İddiaçının iş yerindən verilmiş məktuba əsasən onun 24 avqust 1990-cı ildən 1 yanvar 2006-cı il tarixədək işlədiyi peşələr 1 nömrəli Siy ahıda mövcud olmuşdur.
48. Göründüyü kimi, iddiaçının 01.01.2006-cı il tarixədək 10 ildən artıq işlədiyi “geoloq, kəşfiyyat partiyasının rəisi, ekspedisiya rəisi” peşələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulan güzəştli şərtlərlə pensiya hüququ verən sahəyə və peşəyə aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiqlənmişdir.
49. Beləliklə, iddiaçının 52 yaşının tamam olduğu, 10.11.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya sının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğu üçün apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
50. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən sübutlar tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
51. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
52. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-973/2021 saylı, 7 iyul 2021-ci tarixli qərarı dəyiş