Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2149/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; qaynaqçı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (doğum tarixi 4.3.1960; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2533/2022 nömrəli, 11 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 17 fevral 2021-ci il tarixdə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh 13 aprel 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, təqdim edilmiş 16 sentyabr 1978-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasına və "xxxx" ASC-nin Tərtər X1 İdarəsinin 18 noyabr 2020-ci il tarixli, 220 nömrəli arayışına görə, xx.xx.2010-cu il tarixindən bu günədək adıçəkilən İdarədə qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi qaynaqçı peşəsi yuxarıda qeyd olunan peşələrə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında qeyd edilmiş 1978-2021-ci illər ərzində stajının və orta texniki peşə məktəbində təhsil aldığı 1975-1978-ci illər əyani təhsil müddətinin onun sosial sığorta stajına hesablanaraq, iddiaçıya stajına, yaşına uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmalı tarixdən yaşa görə əmək pensiyasının təy in olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1216/2021 nömrəli, 7 iyun 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
5. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi tarixdən əvvəlki 3 il də daxil olmaqla əmək pensiyasının hesablanıb ödənilməsi” şəklində qəbul edilməsini xahiş etmiş, iddianın dəqiqləşdir ilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. iddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı ildə Tərtər şəhərində anadan olmuş, 1975-ci ildə texniki peşə məktəbinə daxil olmuş, 1978-ci ildə məktəbin tam kursunu bitirməklə elektrik qaz qaynaqçısı peşəsinə yiyələnmişdir. 15 sentyabr 1978-ci il tarixdə Kommunal Təsərrüfat şöbəsində yaşıllıq üzrə fəhlə işləmiş, 09 iyul 1979-cu ildə öz ərizəsi ilə işdən azad olunmuşdur. 06 may 1982-ci ildən 23 iyun 1982-ci ilə kimi Bərdə rayonu “SMD-15” adlanan idarədə qaynaqçı, 02 iyun 1982-ci ildən keçmiş Mirbəşir K/T istehsal texniki-təminat birliyinin avtoqarajında qaynaqçı, 01 aprel 1991-ci ildən Tərtər rayon X3 Nəqliyyat müəssisəsində qaynaqçı işləmişdir. 01 oktyabr 2010-cu ildən bu günə kimi X2 İstismar İdarə sində qaynaqçı işləmişdir. İşlədiyi dövrlərdə iddiaçının əmək şəraiti xüsusilə zərərli və ağır olan işləri əhatə etmişdir. cavabdehin etirazları:
7. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında müxtəlif müəssisələrdə qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi peşə güzəştli Siyahı üzrə nəzərdə tutulan peşələrə uyğun deyil. Bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. birinci instansiya məhkəməsindəki icraat
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1458/2022 nömrəli, 18 fevral 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim S.İ.Salahova) iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçının cavabdehə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il də daxil olmaqla əmək pensiyasının hesablanıb ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilən bütün tələbləri ödədiyindən iddia tələbi əsaslıdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2533/2022 nömrəli, 11 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər A.P.Oruczadə - sədrlik edən və məruzəçi, C.V.Hüseyn və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddiaya qarşı etirazda göstərilənlər təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun (1.7.2017-ci il tar ixədək qüvvədə olmuş redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştl i şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı": -
35. Ümumi peşələr –əl ilə qaynaq aparan elektrik qaynaqçıları
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumat lar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. X4 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instan siya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
24. İddiaçının tələb olunan 25 il ümumi iş stajına malik olması işin mübahisələndirilməyən halıdır.
25. Cavabdehin iddiaçının qaynaqçı peşəsi üzrə işlədiyini də mübahisələndirmir. Lakin hesab edir ki, iddiaçının işlədiyi peşə güzəştli Siyahı üzrə nəzərdə tutulan sahələr və peşə xüsusiyyətləri üzrə “qaynaqçı” peşəsinə uyğun deyil.
26. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, işin apellyasiya məhkəməsi tərəfindən araşdırılan hallarından göründüyü kimi, iddiaçının peşə təhsili üzrə ixtisası “elektrik qaz qaynaqçısıdır”. İddiaçı işlədiyi müəssisələrdə qaynaqçı peşəsini yerinə yetirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə araşdırma zamanı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASCnin Tərtər X1 İdarəsi tərəfindən verilmiş 220 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.2010-cu il tarixdən 46 nömrəli əmrlə X1 İdarəsinə altıncı dərəcəli qaynaqçı işinə qəbul edilmişdir, hazırda həmin işdə işləyir. Həmin müəssisənin təqdim etdiyi xx.xx.2021-ci il tarixli 170 nömrəli məktubda qeyd olunmuşdur ki, idarədə qaynaqçı vəzifəsində işləyən İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən əl ilə qaynaqçı vəzifəsində işləmişdir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri günün 8 saatı əl ilə elektrik qaynaq işi aparmaq olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 35-ci bəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.
27. Həmin məlumatları təkzib edən hər hansı sübut işdə yoxdur.
28. Digər tərəfdən, istinad olunan Siyahının 35-ci bəndində həm “qaz qaynaqçıları”, həm də “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” güzəştli şərtlərlə əmək pensiyası hüququ verən müstəqil peşə kimi (sahəsindən və iş yerindən asılı olmayaraq) nəzərdə tutulmuşdur.
29. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində təsbit olunmuş şərtlər iddiaçı tərəfindən ödənilmişdir. Buna görə də, iddiaçı hüququnun yarandığı tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlıdır.
30. Apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2533/2022 nömrəli, 11 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qər