Məhkəmə qərarları › İş №2-1(102)-2149/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2149/2024

20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2149/2024 20.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə (üçüncü şəxs X9) qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin satılması barədə bələdiyyə qərarının ləğv edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə (üçüncü şəxs X9) qarşı “Abşeron rayonu Xırdalan bələdiyyəsinin 11 iyun 2021-ci il tarixli, 07 nömrəli iclasının 03 nömrəli qərarın ın ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 mart 2024-cü il tarixli, 2-1(105)128/2024 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar İddiaçı2 ilə İddiaçı1 ər-arvaddır.

2. Notarial qaydada təsdiq edilmiş 07 yanvar 2020-ci il tarixli podrat müqaviləsinə əsasən, X1 rayonu, Xırdalan şəhəri, Ə.Əzimzadə küçəsi, dalan 1, ev 54 ünvanında yerləşən 250 kv.m torpaq sahəsində fərdi yaşayış evi inşa edib İddiaçı2 təhvil verməyi, sonuncu isə 52000 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür. 3. 07 yanvar 2020-ci il tarixli, 07 nömrəli ödəniş qəbzinə əsasən, İddiaçı2 tərəfindən podrat müq aviləsinin icrası müqabilində X7 "xxxx" ASC hesabına 52000 AZN məbləğində pul ödənilmişdir.

4. Podrat müqaviləsində qeyd olunan həmin evin yerləşdiyi ünvanın adı dəyişdirilərək yeni qaydalarla (URİS proqramına əsasən) ünvan 3 adlandırılmışdır.

5. Abşeron rayonu Xırdalan Bələdiyyəsinin 05 mart 2021-ci il tarixli, 03 nömrəli qərarı ilə bələdiyyənin alqı-satqı predmeti olan, uzun illər istifadə edilən 217 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə satılması, müsabiqə və ya hərracın keçirilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmış, torpaq sahəsi üzərində Xırdalan bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bələdiyyənin 11 iyun 2021-ci il tarixli, 07 nömrəli icla sının 03 nömrəli qərarına əsasən bələdiyyə mülkiyyətində olan həmin 217 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə X6 (üçüncü şəxs) satılmışdır.

6. Daha sonra tərəflər arasında 14 iyun 2021-ci il tarixdə 217 kv.m torpaq sahəsinin alqı-satqısı müqaviləsi bağlanılmış, X5 həm sözügedən 0.0217 ha torpaq sahəsi, həm də onun üzərində yerləşən ümumi sahəsi 149.3 kv.m olan fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, adına xx.xx.2021-ci il tarixli, **********51-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarış verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə rək, Abşeron rayonu Xırdalan bələdiyyəsinin 11 iyun 2021-ci il tarixli, 07 nömrəli iclasının 03 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçılar xx.xx.2020-ci il tarixdə mübahisəli ünvanda yerləşən yaşayış evinə köçmüşlər və hazırkı vaxtadək ailə üzvləri ilə birlikdə həmin evdə yaşayırlar. Üçüncü şəxsin onlara qarşı yaşayış evindən çıxarılmaları barədə tələbinə dair Abşeron Rayon Məhkəməsinin icraatında olan iş üzrə iddia ərizəsini aldıqdan sonra yaşadıqları ev və onun yerləşdiyi torpaq sahəsi üzərində üçüncü şəxsin xüsusi mülkiyyət hüququnun qeydiyyata alındığı məlum olmuşdur. Üçüncü şəxs həmin iş üzrə məhkəmə iclaslarına gəlmədiyindən, iddiaçılar dəyərini ödəyib aldıqları və hazırda yaşadıqları evə onun mülkiyyət hüququnun necə qe ydiyyata alındığını aydınlaşdıra bilməmişlər. Cavabdeh bələdiyyənin heç bir əməkdaşı tərəfindən həmin torpaq sahəsinə baxış keçirilməmişdir. Mübahisələndirilən bələdiyyə qərarında torpaq sahəsinin üçüncü şəxsə fərdi yaşayış evinin tikintisi məqsədilə satıldığı qeyd edilmişdir. Halbuki, artıq həmin sahədə iddiaçılara məxsus fərdi yaşayış evi mövcuddur. Göründüyü kimi, torpaq sahəsinə bələdiyyə tərəfindən baxış keçirilməmiş, bununla da, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 15-ci maddəsinin tələbi pozulmuşdur. Torpaq sahəsinin plan və ölçüsü sənədi tərtib edilsə də, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin heç bir əməkdaşı həyətlərinə gəlib torpaq sahəsinin və evin ölçü işlərini aparmamışdır. İddiaçılar yaşayış evini aldıqdan sonra yüksək zövqlə təmir etdirmiş, bu işlərin görülməsi üçün evin dəyərindən 3 dəfə artıq vəsait sərf olunmuşdur. Cavabdeh bələdiyyə 217 kv.m torpaq sahəsini qanunvericiliyin tələbinə zidd olaraq üçüncü şəxsə satmaqla, sonuncuya həmin torpaq sahəsinin üzərində yerləşən evə çıxarış almağa şərait yaratmışdır. İddiaçılar hesab edirlər ki, cavabdehin xx.xx.2021-ci il tarixli qərarı onların mülkiyyət hüquqlarının pozulması ilə qəbul olunduğundan ləğv edilməlidir. Digər tərəfdən, üçüncü şəxs torpaq sahəsinə və evə mülkiyyət hüququ əldə etdiyi üçün evi başqa şəxsə özgəninkiləşdirə bilər ki, bu zaman da iddiaçıların əmlak hüquqlarını poza bilər. Bu səbəbdən, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmənin qərardadı ilə ə rizə təmin olunmuş, üçüncü şəxsə fərdi yaşayış evinin özgəninkiləşdirilməsi 1 aydan çox olmayan müddətə qadağan edilmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: İ.R.Burcayev) 20 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2495/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

10. İddiaçılar qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. b) apellyasiya instansiya məhkəməsində birinci icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) 08 dekabr 2022-ci il tarixli, 2-1(105)-735/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. c) birinci instansiya məhkəməsində ikinci icraat

12. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki: 12.1. Torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən 20 aprel 2021-ci il tarixli baxış aktından görünür ki, ayrılması nəzərdə tutulan torpaq sahəsi yerquruluşu planına əsasən 217 kv.m-dir, X5 istifadəsindədir, üzərindəki fərdi ev və köməkçi tikili ona aiddir, zəbt edilmə halı yoxdur. 12.2. "xxxx" ASC-nin 13 mart 2023-cü il tarixli, 13-13/2-1/16-1521/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, cəmiyyətin elektron bazasında **********01711 saylı abonent kodunun xx.xx.2009-cu il tarixdən X2, xx.xx.2020-ci il tarixdən İddiaçı2 və xx.xx.2021-ci il tarixdən X5 adına qeydiyyata alınması barədə mə lumat vardır. Həmin abonent kodunun X5 adına sənədləşdirilməsi X3 Bakı şəhəri 49 saylı notariat ofisində təsdiq edilmiş razılıq ərizəsi əsasında həyata keçirilmişdir (notarial qaydada təsdiq edilmiş **********429 saylı razılıq ərizəsi). 12.3. Bakı şəhəri, ünvan 2 ünvanında **********8090 saylı qaz istehlakçı kodunun abonent məlumatlarında dəyişiklik edilməsinə əsas olmuş notarial qaydada təsdiq edilmiş **********428 saylı razılıq ərizəsindən görünür ki, İddiaçı2 **********8090 saylı qaz abonent kodunun X5 adına sənədləşdirilməsinə etiraz etməmişdir. 12.4. "xxxx" ASC-nin 10 aprel 2023-cü il tarixli, 13-16/2- 01/4/01/7/5/4280/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, **********008 saylı abonent kodu xx.xx.2020-ci il tarixində İddiaçı2 İsrəfil oğlunun adına açılmış, xx.xx.2021-ci il tarix də abonent müraciəti əsasında ad dəyişikliyi əməliyyatı aparılaraq X9 ilə müqavilə bağlanmışdır. 12.5. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müayinə (baxış) aktlarında qeyd edilmişdir ki, 0.0217 ha torpaq sahəsində yaşayış evi var. Daş hasar daxilindədir, cizgiyə uyğun gəlir. Torpaq sahəsi ümumi hasar daxilində yerləşir. Torpaq sahəsində icazəsiz tikili yoxdur. Kommunikasiya xətti keçmir. Fərdi ev 2 mərtəbəlidir. Ev layihəyə uyğun inşa edilmişdir. Hazırda evdə yaşayış var. Əlavə dəyişiklik yoxdur.

13. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: İ.R.Quliyev) 27 iyul 2023-cü il tarixli, 2-1(118)-1898/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsinin əsaslandırması: 14.1.mübahisə predmeti olan torpaq s ahəsi bələdiyyə mülkiyyəti olmuş, üzərində tikilmiş evin tikintisinə müvafiq orqanların razılığı olmamış, iddiaçı işıq, su, qaz abonent kodlarını X5 adına qeydiyyata alınmasına öz razılığını bildirmişdir. Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0.0217 ha torpaq sahəsi və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçılar 07 yanvar 2020-ci il tarixli podrat müqaviləsi əsasında fərdi yaşayış evini əldə etdiklərini bildirirlər. Məhkəmə prosesində iddiaçıların nümayəndəsi tərəfindən 07 yanvar 2020-ci il tarixli podrat müqaviləsinin təsdiq edilmiş surəti təqdim edilmişdir. Müqavilə ilə X1 rayonu, Xırdalan şəhəri, Ə.Əzimzadə küçəsi, dalan 1, ev 54 ünvanında yerləşən 250 kv.m torpaq sahəs ində fərdi yaşayış evi tikib İddiaçı2 təhvil verməyi, sifarişçi isə 52000 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür. Podrat müqaviləsi işlərin görülməsi ilə bağlı müqavilə olub alqı-satqı müqaviləsi deyil və mülkiyyət hüququ yaratmır. Hazırkı işdə də, cavabdeh bələdiyyə müvafiq dövlət qurumlarının rəylərini alaraq, öz diskresion səlahiyyətindən istifadə etmiş, torpaq sahəsi ayırarkən hər hansı qanunsuzluğa yol verməmişdir.

15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. ç) apellyasiya instansiya məhkəməsində ikinci icraat

16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.İ.Məmmədov və G.İ.Cabbarova) 19 mart 2024-cü i l tarixli, 2-1(105)-128/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmişdir. İş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinin 11 iyun 2021-ci il tarixli, 07 nömrəli iclasının 03 nömrəli qərarı ləğv edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 17.1. Torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi şöbəsinin, DƏDRX-nin 4 saylı Abşeron Ərazi idarəsinin və cavabdeh bələdiyyənin nümayəndələri tərəfindən tərtib edilmiş torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən 20 aprel 2021-ci il tarixli baxış aktında torpaq sahəsinə keçirilmiş baxış zamanı torpaq sahəsinin X9 tərəfindən istifadə edildiyi, üzərində ona məxsus fərdi yaşayış evi v ə köməkçi tikili olduğu, torpaq sahəsinin üçüncü şəxs tərəfindən hasara alındığı, sahədə zəbt olunma halının olmadığı və torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin istifadəsinə, icarəsinə və ya mülkiyyətinə verilib-verilməməsi barədə məlumatın olmadığı qeyd edilmişdir. Halbuki, mübahisə predmeti olan 0.0217 ha torpaq sahəsi ümumiyyətlə, üçüncü şəxsin istifadəsində olmamış, baxış aktında göstərilən fərdi yaşayış evi və tikililər isə üçüncü şəxsə deyil, məhz iddiaçılara məxsus olmuş, həmin evin tikintisinə sərf edilən vəsait iddiaçı tərəfindən ödənilmiş, eləcə də torpaq sahəsi faktiki olaraq iddiaçıların istifadəsində olmuşdur. 17.2. Eyni zamanda iş materiallarından görünür ki, 2020-ci ilin yanvar ayından etibarən torpaq sahəsi və üzərində özbaşına inşa edilmiş tikili hazırkı vaxtad ək etirazsız və fasiləsiz olaraq iddiaçıların istifadəsində olmasına baxmayaraq, bələdiyyə qərarı qəbul edilərkən aparılmış inzibati icraat zamanı iddiaçılardan deyil, üçüncü şəxsdən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınmasına etiraz edilməməsi ilə bağlı 02 aprel 2021-ci il tarixli ərizə alınmışdır. 17.3. Bələdiyyə diskresion səlahiyyətindən istifadə edərək, torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə verilməsini məqsədəuyğun hesab etsə belə, mübahisəli torpaq sahəsi faktiki iddiaçıların istifadəsində olduğundan (özbaşına tutulma) ilk növbədə həmin torpaq sahəsinin bələdiyyənin sahibliyinə qaytarılmasını təmin etməli, daha sonra torpaq sahəsi üzərində sərəncam vermək hüququnu həyata keçirməli idi. Bələdiyyə isə özbaşına tutulmuş torpaq sahəsinin bələdiyyəyə qay tarılmasını təmin etmədən, faktiki iddiaçıların istifadəsində olan torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə verilməsi barədə qərar qəbul etmişdir. 17.4. Üçüncü şəxsin hazırkı mübahisə ilə bağlı əsas dəlili ondan ibarət olmuşdur ki, iddiaçı Müslüm Fərziyevin borcuna görə sonuncu tərəfindən könüllü olaraq hazırkı yaşayış evinin bütün kommunal abunə kodları onun adına keçirilmiş, eləcə də, iddiaçı Müslüm Fərziyevin istəyi ilə bələdiyyə tərəfindən torpaq sahəsi onun (üçüncü şəxsin) adına sənədləşdirilmişdir. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək bildirmişdir ki, Müslüm Fərziyevin işlədiyi kredit təşkilatından 2016-cı ildə kredit götürmüş, daha sonra Müslüm Fərziyevin istəyi ilə, onun bacısı oğlu Sübhan Dadaşov öz evini girov qoyaraq, 40000 manat pul götürm üş, Müslüm Fərziyev həmin pula hazırda faktiki yaşadıqları evi almışdır. Sonradan həmin kreditin qaytarılmasını gecikdirdiyindən, kredit borcunu öz vəsaiti ilə qaytarmalı olmuşdur. Bundan sonra Müslüm Fərziyev həmin borcun ödənilməsi müqabilində hazırkı evi onun adına keçirməyə razılıq vermişdir. Elnur Əhmədov 15 ildir onunla birlikdə işləyir, özünün adına başqa kredit borcları olduğundan, torpaq sahəsinin Elnurun adına sənədləşməsini bələdiyyədən xahiş etmişlər. 17.5. Üçüncü şəxsin dəlilləri əsassızdır. Belə ki, əvvəla, iddiaçı ilə üçüncü şəxs (o cümlədən şahid E.Məmmədov) arasındakı borc məbləği ilə bağlı məsələ hazırkı mübahisənin predmeti deyildir (mülki mübahisədir). Digər tərəfdən, iş materiallarında hazırkı evin alınması ilə bağlı iddiaçıya borc verilməsi, borcun müqabilində özbaşın a tikilinin üçüncü şəxsin faktiki istifadə və sahibliyinə verilməsi ilə bağlı hər hansı mötəbər sübut mövcud deyildir. Evin kommunal abonent kodlarının üçüncü şəxsin adına keçirilməsi ilə bağlı məsələyə münasibətdə isə bildirilir ki, işdən göründüyü kimi, həqiqətən də yaşayış evinin qaz, su və işıq istehlakçı abonent kodlarında iddiaçı Müslüm Fərziyevin ərizələri əsasında 2021-ci ilin mart-aprel aylarında dəyişiklik edilərək abonent kodları üçüncü şəxs X5 adına sənədləşdirilmişdir. Lakin, hazırkı halda özbaşına tikilinin kommunal xərclərinə dair abonent kodlarının üçüncü şəxsin adına keçirilməsi özü-özlüyündə özbaşına tikilinin və həyətyanı torpaq sahəsinin üçüncü şəxsin adına sənədləşdirilməsinə razılıq kimi qiymətləndirilə bilməz.

18. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda həmin qərardan kassasiya şikayətləri verərək, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

19. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçıların hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, iddiaçıların mübahisələndirdiyi torpaq sahəsi ilə bağlı subyektiv hüququn yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri mövcud olmamışdır. Bu da iddianın mümkün sayılmaması üçün əsasdır. Eyni zamanda, torpaq sahəsi üçüncü şəxsin adına sənədləşdirilmədən öncə, torpaq sahəsi və tikiliyə baxış keçirilmiş, daha sonra rəsmiləşdirilmə aparılmışdır. Bütün bunların iddiaçıların xəbəri olmadan aparılması, iddiaçıların icazəsi olmadan həyətə daxil olmaq və ölçmə aparmaq mümkün deyildir. Evdə istifadə olunan işıq, qaz və su abonent kodlarının üçüncü şəxsin adına keçirilməsini İddiaçı2 notarial ərizələri təsdiq edir. Əgər bu olmasaydı, üçüncü şəxs bələdiyyəyə müraciət etməzdi.

20. Üçüncü şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı2 ilə aralarında kredit borc müqaviləsi olmuş, İddiaçı2 ondan 60000 manat pul və 20000 manatlıq qızıl zinət əşyaları götürmüşdür. İddiaçı2 borcu qaytara bilmədiyi üçün aralarında olan razılaşmaya əsasən mübahisəli evi ona vermişdir. İddiaçı2 ona etibarnamə vermiş, həmçinin bununla bağlı aralarında whatsapp yazışması da olmuşdur. İddiaçıların mübahisəli torpaq sahəsinə və evə sahiblik hüquqları olmamışdır. Belə ki, İddiaçı2 notariat ofi sində ayrı-ayrı ərizələr yazaraq mübahisəli evdə istifadə olunan işıq, qaz və su abonent kodunun onun (üçüncü şəxsin) adına keçirilməsinə etiraz etməmişdir. Beləliklə, İddiaçı2 ona olan pul borcu qarşılığında mübahisəli evə olan sahiblik hüquqlarını ona vermişdir. Bundan sonra, o, həmin torpaq sahəsinin rəsmiləşdirilməsi ilə bağlı bələdiyyəyə müraciət etmişdir. Müraciətindən sonra torpaq sahəsi və evə baxış keçirilmiş, iddiaçılar da bundan məlumatlı olmuşlar. Həmçinin, iddiaçıların hazırkı iddianı qaldırmaqda subyektiv hüququ da olmamışdır. Belə ki, iddiaçıların həmin torpaq sahəsinə subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri mövcud olmamışdır. Hal-hazırda həmin evin qaz, su və işıq abonent kodları da onun adınadır. b) kassa siya şikayətinə qarşı etirazın dəlilləri:

21. İddiaçılar kassasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edərək, kassasiya şikayətlərinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifa dəyə və icarəyə verilməsi;... 23. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, s ervitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.... 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Resp ublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.... Maddə

9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri... 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir.... Maddə

16. Qeyri-qanuni istifadə edilən torpaq sahələrinə dair tələblər 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır.... Maddə

23. Bələdiyyə torpaqlarından istifadəyə və onların mühafizəsinə nəzarət 23.1. Torpaqlardan səmərəli is tifadə olunmasına və onların mühafizəsinə bələdiyyə nəzarətinin vəzifələri istifadəyə və icarəyə verilmiş bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsi və mühafizəsi sahəsində torpaq qanunvericiliyinin tələblərinə əməl olunmasını təmin etməkdir. 23.2. Bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarəti bələdiyyələr həyata keçirirlər.... 24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi;... Maddə

14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnz ibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.... Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə

24. İşin hallarının ob yektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.... Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə q üvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur.... Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

25. Azərbaycan Respublikasının İnzibati Pro sessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə

58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. … Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə il ə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıld ıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin i nzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiy a instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gəl ən işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Bununla belə, məhkəmə kollegiyası işin mübahisələndirilən hallarına və kassasiya şikayətinin dəlillərinə münasibətdə əvvəla onu qeyd edir ki, qanunvericiliyin tələblərinə və bələdiyyələrin inzibati praktikasına əsasən, ş əxslərə ayrılması nəzərdə tutulan torpaq sahəsinə bələdiyyə tərəfindən baxış keçirilməsində məqsəd torpaq sahəsinin həm hüquqi cəhətdən, həm də faktiki cəhətdən boş olub-olmamasının, o cümlədən, müraciət edən şəxsə məhz həmin torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğunun müəyyən edilməsidir.

33. Hazırkı iş üzrə bələdiyyə tərəfindən torpaq sahəsinin mülkiyyətə verilməsinə dair qərar qəbul edilərkən, həmin torpaq sahəsində inşa edilmiş evdə iddiaçıların yaşaması, torpaq sahəsinin faktiki iddiaçılar tərəfindən istifadə edilməsi ilə bağlı hallara diqqət yetirilməmiş, həmin torpaq sahəsi ayrılmazdan əvvəl iddiaçıların torpaq sahəsinin üçüncü şəxsə satılmasından məlumatlı olmaları və bu məsələyə münasibətləri ilə bağlı araşdırma aparılmamışdır. Halbuki, mübahisə predmeti olan 0.0217 ha tor paq sahəsi ümumiyyətlə, üçüncü şəxsin istifadəsində olmamış, baxış aktında göstərilən fərdi yaşayış evi və tikililər isə üçüncü şəxsə deyil, məhz iddiaçılara məxsus olmuş, həmin evin tikintisinə sərf edilən vəsait iddiaçılar tərəfindən ödənilmiş, eləcə də torpaq sahəsi faktiki olaraq iddiaçıların istifadəsində olmuşdur.

34. Bundan başqa, bələdiyyə diskresion səlahiyyətindən istifadə edərək, torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə verilməsini məqsədəuyğun hesab etsə belə, mübahisəli torpaq sahəsi faktiki iddiaçıların istifadəsində olduğundan (özbaşına tutulma) bələdiyyə ilk növbədə həmin torpaq sahəsinin bələdiyyənin sahibliyinə qaytarılmasını təmin etməli, daha sonra torpaq sahəsi üzərində sərəncam vermək hüququnu həyata keçirməklə satmalı idi.

35. Eyni zamanda məhkəmə kollegiyası üçün cü şəxsin kassasiya dəlillərinə münasibətdə qeyd edir ki, ilk növbədə, İddiaçı2 ilə üçüncü şəxs arasındakı borc məbləği ilə bağlı mübahisə hazırkı mübahisənin predmeti deyildir. Həmçinin, iş materiallarında hazırkı evin alınması ilə bağlı İddiaçı2 borc verilməsi, borcun müqabilində özbaşına tikilinin üçüncü şəxsin faktiki istifadə və sahibliyinə verilməsi ilə bağlı hər hansı mötəbər sübut mövcud deyildir. Evin kommunal abonent kodlarının üçüncü şəxsin adına keçirilməsi isə özü-özlüyündə özbaşına tikilinin və həyətyanı torpaq sahəsinin üçüncü şəxsin adına sənədləşdirilməsinə razılıq kimi qiymətləndirilə bilməz.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş ü zrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

37. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayətləri təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və üçüncü şəxsin kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 mart 2024-cü il tarixli, 2-1(105)-128/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar