Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-215/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: sığorta haqlarının məhkəmə qərarı əsasında tutulması, iddianın mümkünlük şərti giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında İddiaçı2 nümayəndəsi X7, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ver gilər Nazirliyi yanında İddiaçı2 (bundan sonra iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra cavabdeh) qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrəBakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)1765/2019 saylı iş) 20 avqust 2019-cu il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 21 yanvar 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər üzrə hüquqi şəxslərlə İş İdarəsi cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 1 iyul 2017-ci il tarixə 15.183,69 manat məbləğində məcburi dövlət sığorta haqları üzrə yaranmış borcunun cavabde hin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5, 2-1(82)-3661/2018 saylı iş) 6 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək cavabdehin 1 iyul 2017-ci il tarixə 15.183,69 manat məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcunun əmlakının satılması yolu ilə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər üzrə hüquqi şəxslərlə İş İdarəsinin xeyrinə tutulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X3-məruzəçi, X4 və X8, 2-1(103)-32/2019 saylı iş) 5 fevral 2019-cu il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 6 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 8 may 2019-cu il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər üzrə hüquqi şəxslərlə İş İdarəsi hazırkı iddia tələbi üzrə prosessual hüquq varisi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında İddiaçı2 ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X1-məruzəçi, X9 və X10, 2-1(102)-1664/2019 saylı iş) 8 may 2019-cu il tarixli qərarı ilə BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının5 fevr al 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X12məruzəçi, X6 və X11, 2-1(103)-1765/2019 saylı iş) 20 avqust 2019-cu il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 6 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, qanunvericiliyə görə iddiaçı vergi orqanının cavabdehdən pul tutulması ilə bağlı qəbul etdiyi qərarı məhkəmədə iddia qaldırılmadan (məhkəmədənkənar) özü icraya yönəldə bilər və icra qanunvericiliyi ilə icra sənədlərinin icrası qaydası fərqləndirilmədən bütün icra sənədlərinin həmin qanunvericiliyə uyğu n olaraq həyata keçirilməsi təsbit olunmuşdur. İddiaçı 27 sentyabr 2019-cu il tarixdə qərardadın surətini almış, 3 oktyabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində “Sosial sığorta haqqında” Qanunun 18.2, Vergi Məcəlləsinin 1.4, 23.1.6-cı maddələrinə istinad edilərək qeyd edilmişdir ki, iddiaçı hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınmasını məhkəmə qaydasında tələb edə bilər. Bu, maddi hüquq normalarında təsbit edilmiş pozitiv imkandır və bunun mövcud olmamasını, yaxud kreditor olan vergi orqanına şamil edilməməsi ni fərz etmək əsaslı hesab edilə bilməz. tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Məhkəmə kollegiyası şikayətlə bağlı aşağıdak ıları qeyd edir. “Sosial sığorta haqqında” Qanunun 18-ci maddəsinin 1 yanvar 2019-cu ildən qüvvədə olan redaksiyasına əsasən, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 1 yanvar 2019-cu ildən məcburi dövlət sosial sığortası sahəsində idarəetmə üzrə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri Vergilər Nazirliyi tərəfindən həyata keçirilməyə başlanmışdır. Bundan başqa, bəhs edilən normaya əsasən ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün DSMF-nin yerli qurumlarının iddia qaldırmaq hüququ olmasına dair müddəa “Sosial sığorta haqqında” Qanundan çıxarılmışdır. Həmin Qanunun 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş 9-1.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Vergi Məcəlləsini n 65.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. “İnzibati icraat haqqında” 82.1-ci maddəsinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İcra haq qında” Qanunun 6.1.8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları icra sənədi hesab olunur. Göründüyü kimi, vergi orqanlarının icra orqanlarına pul tələblərinin ödənilməsi ilə bağlı icra sənədi sayılan qərar qəbul edib təqdim etmək səlahiyyəti vardır və məhkəmə qərarı olmadan icra sənədi əsasında pul tələblərinin ödənilməsini təmin edə bilər. Bəhs edilənlərə əsasən, 1 yanvar 2019-cu ildən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirildiyindən və bu barədə nəzarət vergi orqanları tərəfindən həyata keçirildiyindən, mübahisə edilən məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi Vergi Məcəlləsin də vergilər üzrə müəyyən olunmuş qaydada vergi orqanı tərəfindən həyata keçirilməlidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olma lıdırlar (8.6-cı bənd). Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarına əsasən hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliyin yuxarıda bəhs edilən normalarına əməl etmədiyindən iddia mümkün sayıla bilməz. Odur ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 96.9, 96.10 və 98.1-cü maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtis adi kollegiyasının 2-1(103)-1765/2019 saylı 20 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-215/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-215/2020
21.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver