Məhkəmə qərarları › İş №2-1(102)-215/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-215/2022

07.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-215/2022 07.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1957-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi t ələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 sentyabr 2021-ci il tarixli, 2-1(103)-2090/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında (şifahi məhkəmə baxışı keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixə qədər Bakı şəhər 83 nömrəli texniki peşə məktəbində katibə-stenoqrafistka peşəsi üzrə təhsil almışdır.

2. İddiaçı xx.xx.1976-cı il tarixdə “Bakı ayaqqabı ticarət”də 40 saylı mağazaya satıcı şagirdi vəzifəsinə qəbul edilmişdir. xx.xx.1976-ci il tarixdə 38 saylı mağazaya həmin vəzifəyə keçirilmişdir, xx.xx.1977-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir, xx.xx.1977-ci il tarixdə Eksperimental sexə yığıcı şa girdi qəbul edilmişdir, xx.xx.1977-ci il tarixdə yığıcı şagirdi vəzifəsinə keçirilmişdir, xx.xx.1978-ci il tarixdə komplektləşdirmə şöbəsinə 1-ci dərəcəli düzücü-qablaşdırıcı vəzifəsinə keçirilmişdir, xx.xx.1978-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1978-ci il tarixdə Az OQ MM-də Katibə-makinaçı vəzifəsinə qəbul edilmişdir, xx.xx.1979-cu il tarixdə öz xahişi ilə azad edilmişdir, xx.xx.1979-cu il tarixdə 1 saylı stomatoloji poliklinikada katibə - makinaçı vəzifəsinə qəbul edilmişdir, xx.xx.1979-cu il tarixdə əsasən tutduğu vəzifədən öz xahişi ilə azad edilmişdir, xx.xx.1981-ci il tarixdə Bakı şəhərlərarası telefon stansiyası İstehsalat təcrübəsi müddətində üçüncü sinif plan- maliyyə qrupu telefonçu şagirdi vəzifəsinə təyin edilmişdir, xx.xx.1981-ci il tarixdə İstehsalat təcrübəsi bitdiyinə görə tutduğu vəzifədən azad edilmişdir, xx.xx.1983-cü il tarixdə Az.SSR dövlət radio və televiziya komitəsi makinaçı vəzifəsinə qəbul edilmişdir, xx.xx.1983-cü il tarixdə öz xahişinə əsasən tutduğu vəzifədən azad edilmişdir, xx.xx.1984-cü il tarixdə Azərbaycan dövlət Filarmoniyası Dövlət xor kapellasına xor artisti kimi qəbul edilmişdir, xx.xx.1990-cı il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1990-ci il tarixdə Azərbaycan SSR Dövlət Radio və Televiziya Komitəsinə Xor artisti vəzifəsinə qəbul edilmişdir. xx.xx.1994-cu il tarixdə işdən azad edilmişdir.

3. İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixə qədər Bakı sərnişin stansiyasında arayışların verilməsi üzrə növbətçi vəzifəsində işləmişdir.

4. İddiaçı dəfələrlə cavabdehə müraciət edərə k ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir, cavabdeh isə müvafiq olaraq xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli məktublarla iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmiş və imtina belə əsaslandırılmışdır ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır, lakin iddiaçının nə 25 il sığorta stajı nə də müvafiq pensiya kapitalı yoxdur. Sonuncu dəfə iddiaçı eyni tələblə xx.xx.2020-ci il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh bu müraci əti cavabsız qoymuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi əmək stajı - 20 il təşkil edir. Hal-hazırda 63 yaşı var. 2020-ci ilin avqust ayında onun 63 yaşı tamam olması ilə əlaqədar olaraq və Qanunun 7-ci maddəsinin qeyd hissəsində olanları nəzərə alaraq ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə xx.xx.2020-ci il tarixdə ünvanlanmış məktub xx.xx.2020-ci il tarixdə rəsmi qaydada qəbul edilməsinə baxmaya raq bu günə kimi cavab verilməmişdir.

7. Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının işlədiyini iddia etdiyi illərin cəmi 21 il 3 ay 15 gündür. Beləliklə, iddiaçının iddia tələbi təmin olunsa belə, ona yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan staj müddəti (25 il) qarşılanmır. Hazırkı vəziyyətdə iddiaçının subyektiv hüququ ümumiyyətlə mövcud deyil. İddiaçının cavabdeh inzibati orqana qarşı iddia tələbi o halda mümkün sayıla bilərdi ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edib hüquqi nəticə gözləmək üçün qanunun tələblərini ödəmiş vəziyyətdə olardı. Cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında qeyd olunan müəssisələrin hər hansısa birini ümumi iş stajına daxil edib-etməməsi ilə bağlı bir mövqeyi mövcud olardı. Bu zaman iddiaçı inzibati orqanın bu mövqeyini məhkəmə qaydasında mübahisələndirə, cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyması ilə bağlı məhkəməyə müraciət edə bilərdi. Hazırkı mübahisədə isə, cavabdeh inzibati orqan hətta iddiaçının iddia etdiyi illəri ümumi iş stajına daxil etməsi ilə bağlı mövqeyi olsa belə, iddiaçı barəsində ona yaşa görə əmək pensiyası təyinatı aparılması barədə inzibati akt çıxarıla bilməz. İddiaçının iddia etdiyi illər tələb olunan 25 ildən azdır. Yuxarıda qeyd olunanları nəzərə alınmaqla və iddiaçının iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(112)-2617/2021 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

9. Bir inci instansiya məhkəməsi iddiaçının 60 il 06 ay yaşının tamam olduğu xx.xx.2018-ci il tarixə tələb olunan 25 ildən artıq iş stajının əvəzində iddiaçının yalnız 21 il, 03 ay, 05 gün iş stajı toplanmışdır. Buna görə də iddiaçı cavabdehə qarşı hazırkı iddia tələbində haqlı olmamışdır.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 sentyabr 2021-ci il tarixli, 2-1(103)-2090/2021 nömrəli qərarı ilə (sədrlik edən M.Tağızadə, hakimlər X.Cəmilova və A.Hüseyn) apellyasiya şikayəti təmin edilməmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi ilə razılaşaraq ə lavə olaraq qeyd etmişdir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilən və pensiya təyin edilməsi üçün tələb edilən 25 il əmək stajı və ya minimum tələb olunan 15840 manat pensiya kapitalı yoxdur. Belə ki, iddiaçının 22 il, 03 ay, 13 gün iş stajı və 14101 manat pensiya kapitalı vardır.

13. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

14. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmununa uyğun verilib. Bundan başqa şikayətdə qeyd edilmişdir ki, məhkəmə hazırkı mübahisəyə pensiya təyinatı üçün iddia olunan ildə qüvvədə olan Əmək Qanunvericiliyinin müddəalarına uyğun qiymət verilməli idi. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələbinə görə ümumiyyətlə pensiyanın təyin edilməsi üçün müvafiq yaşa çatmaqla yanaşı həm də 25 il sığorta stajının olması və yaxud fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı da nəzərə alınmalı idi ki, nə cavabdeh təşkilat nə də ki məhkəmə buna dair hər hansı mövqe bildirməmiş, bununla da iddiaçının konstitusion hüquqları pozulmuşdur. İddiaçının müvafiq pensiya yaşına çatmağı mübahisələndirilmədiyi halda Qanunun digər tələbi kimi qeyd edilmiş 25 il iş stajın olmaması əslində digər əsasın “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı”na istinadən araşdırma predmeti olmalı idi ki, məhkəmə bu hala hər hansı münasibət bildirməmiş, cavabdeh isə iddiaçının həmin pensiya kapitalının nə qədər təşkil etməsi barədə məlumatı gizlətmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulm uş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, g ünlər) əsasında həyata keçirilir. Maddə 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır...

17. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmi ş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. 3.2. Bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlar a əsasən əmək kitabçasına əsasən müəyyən edilir.

18. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulu nu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin q ərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖ VQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbayc ana qarşı” işi üzrə).

24. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apellyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.

25. Hazırkı qərarın 16-cı bəndində göstərilən normaların tələblərindən görünür ki, qadınların pensiya hüququnun yaranması üçün ən azı 60 yaşına çatması, eyni zamanda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və yaxud 25 il sığorta stajı olması tələb edili r.

26. İddiaçının 60 il 6 ay yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur və bu tarixdən də iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə, iddiaçının tələb edilən 25 il yox, cəmi 22 il, 03 ay, 13 gün iş stajı var.

27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.

28. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, apellyasiya məhkəməsi “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı”na hər hansı münasibət bildirməmiş.

29. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən apellyasiya məhkəməsinə təqdim edilmiş yazılı izahata əsasən, minimum tələb olunan pensiya kapitalının məbləği 15840 manatdır, lakin haz ırda iddiaçının pensiya kapitalının məbləği 14101 manat təşkil edir. Belə ki, 1 iyul 2017-ci il tarixdən etibarən Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir. İddiaçının xx.xx.2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 6502 manat pensiya kapitalının pensiya hüququ yaranan tarixə (2017-ci il tarixə) indeksləşdirilmiş məbləği 14101 manat təşkil edir.

30. Göründüyü kimi, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilən və pensiya təyin edilm əsi üçün tələb edilən 25 il əmək stajı və ya minimum pensiya kapitalı yoxdur, belə olan halda isə iddianın təmin edilməməsi barədə məhkəmənin nəticəsi hazırkı qərarın 16-19-cu bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmuşdur.

31. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyi n icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı isə məhkəməyə bunun əksini təsdiq edən hər hansı bir sübutu təqdim etməmişdir.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 sentyabr 2021-ci il tarixli, 2-1(103)-2090/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar