Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-215/2023 10.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati icraatın aparılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 147 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1644/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə ic raatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh başçısının “Fərdi yaşayış evinin tikintisi məqsədi ilə İddiaçı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində torpaq sahəsinin ayrılması haqqında” 146 nömrəli xx.xx.2017-ci il tarixli Sərəncamına əsasən İddiaçı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində fərdi yaşayış evinin tikintisi məqsədilə 0,06 ha torpaq sahəsi ayrılmışdır.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış sahəsi, sahə 12 üzərində istifadə hüququ (müddətsiz) İddiaçı adına qeydiyyatdan keçmişdir.
3. Cavabdeh başçısının “İddiaçı Kürdəxanı qəs əbəsində torpaq sahəsi verilməsinə dair Cavabdeh başçısının 305 saylı, 16 avqust 2018-ci il tarixli sərəncamının ləğv edilməsi barədə” 147 nömrəli xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən İddiaçı Kürdəxanı qəsəbəsinin şimal hissəsində 0.06 ha torpaq sahəsinin ayrılması barədə Cavabdeh başçısının 305 saylı 16 avqust 2018-ci il tarixli sərəncamı ləğv edilmişdir.
4. Cavabdeh 147 nömrəli xx.xx.2020-ci il tarixli Sərəncamı onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə təqdim etdiyi sənədlər ona aid deyil və qeyd olunan torpaq sahəsi digər fiziki şəxsə məxsus torpaq sahəsidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 147 saylı sərəncamın ın ləğv edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 169 saylı sərəncamı ilə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində yerləşən 12 ha torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisinin layihələndirilməsi məqsədi ilə Cavabdeh istifadəsinə verilmişdir. ünvan 1 ünvanında yaşayan İddiaçı ona torpaq sahəsi ayrılması ilə bağlı müraciət etmişdir. Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli 410 saylı sərəncamı ilə yaradılmış mənzil məsələləri üzrə komissiyanın xx.xx.2018-ci il tarixli iclasında İddiaçı mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olduğu nəzərə alınaraq Cavabdeh başçısı tərəfindən İddiaçı Suraxanı rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində 0,06 ha torpaq sahəsi ayrılması i lə bağlı 305 saylı xx.xx.2018-ci il tarixli sərəncam verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində daimi istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bununla bağlı ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il qeydiyyat tarixli **********21 qeydiyyat nömrəli Çıxarış verilmişdir. Sonradan o, sözügedən torpaq sahəsinə istifadə hüququnu özgəninkiləşdirmək istədikdə DƏDRX tərəfindən verilən məlumat əsasında ona məlum olmuşdur ki, Cavabdeh başçısı xx.xx.2020-ci il tarixli 147 saylı sərəncam ilə İddiaçı 0,06 ha torpaq sahəsi ayrılması ilə bağlı özünün xx.xx.2018-ci il tarixli sərəncamını ləğv etmişdir. Bununla əlaqədar olaraq iddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdehnə mür aciət edərək məsələ barəsində məlumat verilməsini xahiş etmişdir. Cavabdeh isə xx.xx.2020-ci il tarixli 147 saylı sərəncamın surətini xx.xx.2020-ci il tarixdə iddiaçıya təqdim etmişdir. Hesab edir ki, Cavabdeh başçısı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 147 saylı sərəncam qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.
7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etməmişdir.
8. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2-1(112)-504/2022 saylı (hakim E.Əliyev) qərarı ilə iddia təmin edilmiş, Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 147 saylı sərəncamı ləğv edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir: “elektr on kadastr baza məlumatlarına əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə **********12 nömrəli, xx.xx.2018-ci il tarixli bildirişdə vətəndaş tərəfindən göstərilən ərazi **********71-11301 reyestr nömrəsi ilə Ləhiş bağ sahəsi, 680 saylı bağ sahəsi kimi xx.xx.2018-ci il tarixdə X1 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınmışdır. Həmçinin bildiririk ki, 245 nömrəli BTK nəzdində Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 600 saylı bağ sahəsi 36 nömrəli order əsasında İddiaçı adına xx.xx.2021-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmış, 4Ə-281 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə özgəninkiləşdirilmişdir.” Göründüyü kimi, Da şınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı məktubunda qeyd edilən digər fiziki şəxsin X3 olduğu bildirilmişdir. Lakin, məktubdan da göründüyü kimi, İddiaçı müvafiq torpaq sahəsi Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ayrıldığı halda, X2 müvafiq torpaq sahəsi Ləhiş bağ sahəsi ərazisində ayrılmışdır.
10. Məhkəmə hesab etmişdir ki, məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş inzibati icraat materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat aparılarkən digər fiziki şəxsin kim olması, həmin fiziki şəxsə məxsus olan torpaq sahəsinin hansı ərazidə yerləşməsi araşdırılmamışdır. Həmçinin, İddiaçı barəsində qəbul edilmiş əlverişli inzibati aktın ləğv edilməsinə dair aparılan inzibati icraat zamanı İddiaçı maraqlı şə xs qismində inzibati icraata cəlb edilməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən İddiaçı inzibati icraata nəinki cəlb olunmadığı, hətta mübahisələndirilən sərəncamla bağlı inzibati icraatın tam aparılmadığı, sərəncamda inzibati orqanın gəldiyi nəticənin əsası kimi hər hansı maddi hüquq normasına istinad olunmadığı, buradan, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulması nəticəsində qəbul edilmiş sərəncamın qanunsuz olduğu və iddiaçının hüquqlarını pozduğu aşkardır.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayətləri verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 sentyabr 2022-ci il tarixli 2- 1(103)-1644/2022 saylı (hakimlər – A.Hüseynov, hakimlər – A.Hüseyn və S.Bəktaşi) qərarı ilə Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, X2 Kürdəxanı qəsəbəsində ayrılmış torpaq sahəsi məhz elə Ləhiş bağlar ərazisində yerləşir.
16. Bundan başqa məhkəmə İddiaçı barəsində qəbul edilmiş əlverişli inzibati aktın ləğv edilməsinə dair aparılan inzibati icraat z amanı onun maraqlı şəxs qismində icraata cəlb edilmədiyini qeyd etmişdir. Lakin məhkəmə qeyd olunan halı təsdiq edən hər hansı mötəbər sübuta istinad etməmişdir. Belə ki, İddiaçı barəsində qəbul edilmiş inzibati aktın ləğv edilməsinə dair inzibati icraat zamanı o, İcra Hakimiyyətinə dəvət olunmuş və dindirilmişdir. Hazırkı qərarda maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməmişdir. Bununla da hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinin və İPM-nin 12.1-ci maddəsinin tələbləri pozulmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İnzibati İcraat haqqında” Qanun: Maddə 21 İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1 Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun i ştirakını təmin etməlidir. 21.2 Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 51 İnzibati icraat haqqında xəbərdar etmə 51.1 İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Maddə 67 Qanunsuz inzibati aktın ləğv olunması 67.1 İnzibati aktın qanunsuz sayılması üçün inzibati orqan tərəfindən, istər inzibati icraat haqqında hüq uq normalarının, istərsə də maddi hüquq normalarının, - onlardan hər hansı birinin ayrılıqda pozulması yetərlidir. (...) 67.5 Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. 67.6 Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənə dlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda 67.7 Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. 67.8 Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır.
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olun duğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərar dadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayətləri vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhk əmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. İddiaçı Kürdəxanı qəsəbəsinin şimal hissəsində 0.06 ha torpaq sahəsinin ayrılması barədə Cavabdeh başçısı 305 saylı 16 avqust 2018-ci il tarixli sərəncam vermişdir.
25. Bundan sonra Cavabdeh başçısı 147 nömrəli xx.xx.2020-ci il tarixli sərəncamı ilə əvvəl verdiyi 16 avqust 2018-ci il tarixli sərəncamı ləğv etmişdir. 26. “İnzibati icraat haqqında” Qanunun 21, 24, 25-ci mad dələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir.
27. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdiri lməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar.
28. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddət i qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).
29. Bu baxımdan, inzibati orqanın qanunda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq hər hansı hala istinadla əvvəllər qəbul etdiyi sərəncamı ləğv etməsi barədə hərəkəti qanuni sayıla bilməz.
30. İnzibati orqanın qanunsuz və ya əsassız qəbul edildiyi güman edilən inzibati aktın ləğvi və ya dəyişdirilməsi məsələsinə “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsinin tələblərinə uyğun baxmaq səlahiyyəti vardır. Hazırkı halda cavabdeh inzibati orqan tərəfindən 6 iyul 2020-ci il tarixli sərəncamı qəbul edərkən istinad olunan hüquq normasına əməl etməsi müəyyən edilməmişdir.
31. Cavabdeh inzibati orqan 6 iyul 2020-ci il tarixli sərəncamı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun müddəalarına əməl etmədiyindən, qəbul etdiyi inzibati aktı ləğv etməklə məhkəmə iş üzrə əsaslı nəticəyə gəlmişlər.
32. Apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun sayılmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1644/2022 saylı, 7 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.