Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-215/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı (üçüncü şəxs Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi) “mənzillə təmin olunma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023 -cü il tarixli, 21(103)-2686/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 23.07.2008-ci il tarixli, 038431 nömrəli “orderin surəti”nə əsasən ünvan 1, 35 nömrəli mənzil iddiaçıya verilmişdir.
2. Həmin mənzil iddiaçı tərəfindən özəlləşdirilmiş, ona xx.xx.2010-cu il qeydiyyat tarixli çıxarış verilmişdir. İddiaçı xx.xx.2013-cü il tarixli “Bağışlama müqaviləsi”nə əsasən iddiaçı həmin mənzili oğlu X1 bağışlamış, sonuncu ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)2010/2015 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçının Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən güzəştli şərtl ərlə mənzil növbəsinə götürülməyi xx.xx.1992-ci il tarixdən hesab edilmişdir.
4. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 182 nömrəli sərəncamına əsasən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)-2010/2015 nömrəli qətnaməsinin icrasını təmin etmək məqsədilə iddiaçının mənzil növbəsinə götürülməsi haqqında Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 347 nömrəli sərəncamı ləğv edilmiş, o, xx.xx.1992-ci il tarixdən yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov rayonunda mənzil növbəliyinə uçota götürülmüşdür.
5. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, Ə-219068 nömrəli məktubuna əsasən iddiaçı Nərimanov rayonu üzrə gözdən əlillərin siyahısında 1-ci şəxsdir.
6. İddiaçının mənzil şəraitinin yaxşılaş dırılması ilə əlaqədar cavabdehin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubunda göstərilmişdir ki, Nərimanov Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş gözdən əlillərin növbəlilik siyahılarında 15 may 2015-ci il tarixdən mənzil növbəsinə dayandığı qeyd edilmişdir. Sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə təqdim edilən sənədlərə baxılarkən 2008-ci ildə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən ünvan 1 ünvanında ikiotaqlı 35 nömrəli mənzillə təmin edildiyi aşkar edilmişdir. Bu səbəbdən onun yenidən sosial-məişət şəraitinin yaxşılaşdırılması mövcud qanunvericiliyə uyğun deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 2 0 fevral 2023-cü il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasından güzəştli şərtlərlə növbəlilik əsasında 1-ci qrup gözdən əlil kimi ailə tərkibi nəzərə alınmaqla mənzillə təmin olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 7 nəfər ailə üzvü ilə birlikdə ümumi sahəsi 60,2 kv.m, yaşayış sahəsi 33,6 kv.m, yardımçı sahəsi 26,6 kv.m olan 2 otaqlı mənzildə 2008-ci ildən hal-hazıradək yaşayır və 1-ci qrup gözdən əlildir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6 may 2015-ci il tarixli, 2(005)-2010/2015 saylı qətnaməsi ilə, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 15 may 2015-ci il tarixli 182 nömrəli Sərəncamı ilə 1-ci qrup gözdən əlil kimi güzəştli şərtlərlə mənzil növbəsinə götürülməyi xx.xx.1992-ci ildən hesab edilmişdir. Həmin Sərəncamın surəti aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinə göndərilmişdir. Mənzil şəraitinin yaxşılaşdırılması barədə növbəliliyi xx.xx.1992-ci ildən hesab olunmasına baxmayaraq cavabdeh və 3-cü şəxs dolayısı yollarla onun 15 may 2015-ci il tarixdən növbədə dayanmağını gündəmə gətirməklə hazırda inşa olunmuş və bölgüsü gedən ünvan 2 ünvanında inşa edilmiş Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinə məxsus olan çoxmənzilli binadan növbəlilik əsasında mənzilin ayrılmasının mümkün olmayacağını bildirmişdir. Azərbaycan Gözdən Əlillər Cəmiyy əti 2 otaqlı mənzillə təmin olunduğu zaman onun əlilliyindən istifadə edərək aldadılma nəticəsində 1 otaqlı mənzilini bağışlama yolu ilə ondan almış, əvəzində 3 otaqlı mənzil vermək adı ilə hazırda yaşadığı 2 otaqlı mənzili vermişlər. Hazırda ailə üzvlərinin tərkibinə daxil olan övladlarının isə biri 2-ci dərəcəli, digəri isə 3-cü dərəcəli əlildir. Müraciətləri əsasında cavabdeh eyni məzmunda, eyni formada dəfələrlə imtina cavabı vermişdir. Cavabdeh müraciətini təmin etməkdən imtina edərkən 2008-ci ildə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən ünvan 1 ünvanında iki otaqlı 35 nömrəli mənzillə təmin edilməsi qeyd edilmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, mövcud qanunvericiliyin hansı normaları ilə mübahisəli məsələnin tənzimlənməsi açıqlanmır və hazırda müşahidə edilən hərək ətlər ilə müəyyən olunur ki, çoxmənzilli binadan mənzillər digər vətəndaşlara ayrılır. Cavabdehin etirazları:
9. Cavabdehin təqdim etdiyi iddia tələbinə dair yazılı etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7128/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı məhz ünvan 2 ünvanında yerləşən binadan mənzilin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İş materiallarında isə həmin mənzilin cavabdehin balansında olmadığı müəyyən edilir. Bu hal iddiaçının xx.xx.2023-cü il tarixli məhkəmə iclasında verdiyi izahatı ilə də təsdiq edilir.
12. Ona görə də, cavabdeh hazırk ı iddia tələbinə cavab verməli olan şəxs deyildir. Məhkəmə iclasında iddiaçıya hüquqi marağına uyğun olaraq tələbini dəqiqləşdirməklə hər hansı bir konkret bina və ya mənzil göstərilmədən mənzilin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi təklif edilsə də, iddiaçı bununla razı olmamışdır.
13. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2686/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7128/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. İddiaçı əlavə olaraq göstərir ki, qanunvericiliyə görə cavabdeh tərəfindən gözdən əlilliyi olan şəxslərin mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Gözdən əlil olan şəxslərin növbəliliyi barədə müvafiq icra hakimiyyəti orqanları (Gözdən Əlillər Cəmiyyəti və Nərimanov rayon İcra Hakimiyyəti növbəlilik barədə siyahını Agentliyə təqdim etmişdir) məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy inə təqdim edir, Nazirliyin Sosial Xidmətlər Agentliyi də həmin şəxslərin mənzillə təmin edilməsini həyata keçirir. İddiaçının mənzil növbəliliyi xx.xx.1992-ci ildən hesab olunur. Bu məlumatları qərardadında əks etdirən məhkəmə kollegiyasının iddianın mümkün hesab edilməməsi qənaətinə gəlməsi inzibati işdə olan sənədlərlə təkzib olunur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. c) Ərizə və vəsatətlər:
19. İddiaçı, həmçinin vəsatətlə məhkəməyə müraciət edərək hazırkı işə şifahi məhkəmə iclasında baxılmasına xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. İnzibati icraat haqqında Qanun: 12. “İnzibati icraat haqqında” Qanun: Maddə 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Maddə 4.2. İnzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olubolmamasını müstəqil şəkildə müəyyən etməyə borcludur. Maddə 33.1. Ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. Maddə 33.2. Ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir.
21. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verili r. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin təl əbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası, ilk növbədə iddiaçının hazırkı işə şifahi məhkəmə iclasında baxılması barədə vəsatətinə dair qeyd edir ki, iddiaçının dəlilləri İPM-in 96.4-cü maddəsinin ikinci cümləsinin tətbiqi üçün əsas hesab oluna bilməz. Belə ki, həmin normanın tələbinə görə, işə məhkəmə iclasında baxılması barədə qərardad o hallarda qəbul edilir ki, hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsini zəruri edən əhəmiyyətli hallar mövcud olsun.
25. İddiaçı tərəfindən hazırkı məzmu nda tələblərə baxılmasında fərqli yanaşmaların olduğunu təsdiq edən, hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsini zəruri edən hallara dair hər hansı sübut təqdim etməmişdir. Ona görə də, iddiaçının vəsatətinin təmin olunmasının əsası mövcud deyildir.
26. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, şikayət qərardadın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
27. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iddiaçının mənzil verilməsini tələb etdiyi ünvan 2 ünvanında yerləşən bina cavabdehin deyil, Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin 2 saylı xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyini n balansındadır. Ona görə də, cavabdeh hazırkı iddia tələbinə cavab verməli olan şəxs deyildir.
28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini əsaslı hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qərardadında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 492s saylı sərəncamına istinadla gözdən əlilliyi olan şəxslər barədə məlumatın yerli icra hakimiyyəti orqanları tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edildiyini və Nazirliyin Sosial Xidmətlər Agentliyinin də həmin şəxslərin mənzillə təmin edilməsini həyata keçirdiyini qeyd etməklə kifayətlənmiş, bu zaman iddia tələbində göstərilən binanın hansı orqanın (icra hakimiyyətinin və ya cavabdehin) balansında saxlanmasından asılı olmaya raq həmin sərəncamın təsir dairəsi ilə əhatə olunubolunmadığını, buradan, cavabdehin özünün funksiyalarından irəli gələn inzibati praktikasına uyğun davranıb-davranmadığını yoxlamalı idi.
29. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, iddiaçının müraciətləri ilə bağlı verilən yazılı cavablarında cavabdeh inzibati orqan həmin müraciətlərə münasibətdə özünü səlahiyyətsiz hesab etməmiş, müraciəti səlahiyyətli hesab etdiyi orqana göndərməmiş, müraciətin təmin olunmasından bilavasitə özü, həmin cavablarda qeyd etdiyi səbəblə imtina etməklə onu mahiyyəti üzrə həll etmişdir (bax: bu qərarın 21-ci bəndi). Cavabdehin nümayəndəsinin məhkəmə iclasında bununla bağlı verdiyi izahat isə imtina qərarının məzmununu və əsaslarını dəyişmir.
30. Apellyasiya instansiyası məhkəməs i işin həmin hallarını nəzərə almamış, bu səbəbdən də iddianı qeyd olunan əsasla mümkünsüz hesab etməkdə haqlı olmamışdır.
31. Nəzərə alınmalıdır ki, “işin hallarının araşdırılması prinsipi”nin tələbləri iddianın mümkünlüyünə də aiddir.
32. Beləliklə, İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulduğundan, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir
33. Apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın mümkün sayılması tələbi nə aid hissədə təmin oluna bilməz.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2686/2023 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.